“Elmə və təhsilə yardım fondu” yaradılıb

 

Bu yaxınlarda “İrşadİslam araşdırmaları mərkəzində “Elmə və təhsilə yardım fondu” fəaliyyətinə başlayıb. Müxbirimiz Fondun  icraçı direktoru İlhamə İsmayılovaya bir neçə sualla müraciət edib.

Yeni yaradılmış Fondun məqsədi nədədir? Biz bilirik ki, “İrşad” mərkəzi əvvəllər də xeyriyyə işlərilə məşğul olub. Lakin son illər nədənsə bu barədə məlumat verilməyib.

– Əvvəllər bu seçim üzrə qurulmuşdu. Bu öz ifadəsini tələbələrə maddi yardım və bəzi alimlərin kitablarının nəşrində köməklik göstərməkdə, bir neçə tələbənin təhsil haqqlarını ödəməkdə öz ifadəsini tapırdı. Yeni fond daimi əsasda minimum 6 aylıq planı üzrə fəaliyyət göstərəcək. Fondun əlaqə saxlayacağı insanların dairəsi genişləndiriləcək. Fondun əsas vəzifələri genişdir; biz öncə ehtiyacı olan alimlərə kitab nəşrində və ya təqdim etmə mərasimlərinin təşkilində yardımla başlamaq niyyətindəyik, tələbələrlə bağlı işimizi isə hələlik Azərbaycan Tibb Universitetinin tələbələrinə maddi yardımı göstərməklə məhdudlaşdıracağıq.

Yardım dedikdə, söhbət təkcə pul ayırmaqdan, maddi köməkdən getmir. Bu dəstəyin içində bir hissə təhsil və elm üçün vacib sayılan problemlərin ətrafında müzakirə aparmaq məqsədilə yerlixarici mütəxəssislərin iştirakı ilə disput və seminarların keçirilməsini də nəzərdə tuturuq. Bu sahədə çətinliyimiz, fikirləşirəm ki, az olacaq. “İrşad” Mərkəzin iclas salonu, texniki avadanlığı, xaricdən dəvət ediləcək mütəxəssislər üçün kiçik mehmanxana var.

Odur ki, fond qarşıya qoyduğu məqsədləri kompleks şəkildə həll etməyə çalışacaq.

Lakin fondun bir çox başqa planları da var. Ümid edirəm ki, fond bizim həmvətənlərimizin özgə insanlara qarşı rəhm şəfqət hisslərinin qədər güclü olduğunu sosialoji tədqiqatlarla müəyyənləşdirə bilər.

Düşünürəm, əsas odur ki, biz bu işlə ciddi məşğul olmağa qərara almışıq.

Fondun məqsədlərini həyata keçirmək üçün maddi vəsaitləri haradan götürürsünüz?

Əvvəlcə, bir il ərzində fond “İrşad” İAM tərəfindən maliyyələşdiriləcək. Sonra, ola bilsin, cəmiyyətin ayrı-ayrı üzvlərinə kömək göstərmək arzusunda olan insanlar meydana çıxsın. Biz hesab edirik ki, hər bir insanın daxilində xeyriyyəçi hissi yaşayır. Sadəcə olaraq, onu azca da olsa inkişaf etdirmək ona özünü işdə biruzə vermək üçün təkan lazımdır. Biz isə xeyirhağı işdə reallaşdırmaq üçün onlara imkan yaratmalıyıq.

Hazırda fondun əlində hansı məbləğ var? Siz işə başlayırsınız, bilmək olar, nəyə güvənirsiniz?

Qoy fondun inkişafına ayrılmış məbləğ kiçik sirr olaraq qalmalıdır. Özünüz başa düşürsünüz ki, vəsait olmasaydı, işin başlanması haqqında söz açmaq mümkünsüz olardı. Bundan başqa, əslində söhbət heç elmə təhsilə böyük maddi yatırımdan getmir, bu heç iri şəxsi kompaniyaların da əlindən gələn deyil.

Söhbət, məsələn, tələbələrlə bağlı olduqda o, ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir neçə tələbədən gedə bilər. Məlum olduğu kimi, heç bütün ali təhsil müəssisələrinin nəzdində yataqxana yoxdur. Mənzil tutmağa vəsaitləri olmadığına görə keçən il bir neçə tələbə təhsillərini davam etdirə bilməmiş rayonlara qayıtmışdır. Bax həmin tələbələrin heç olmazsa bir il ərzində mənzil haqlarını ödəyən bir şəxs ya struktur olsaydı, onlar gələcəklərini müəyyənləşdirmədən təhsili atmağa məcbur olmazdılar. yaxud elələri var ki, təhsil haqqının yarısını ödəməyə vəsaitləri çatmır. Bu cür anlar az deyil. Burada söhbət heç böyük məbləğdən getmir, lakin hətta kiçik bir məbləğdə, ünvanına çatdıqda, hətta insana həyatının istiqamətini təyin etməyə kömək edir. Stipendiyalara qaldıqda isə, burada da məsələ eyni yerdədir. Onların məbləği yaşayış üçün olduqca azdır. Ona görə , düşünürəm ki, hətta kiçik bir məbləğ ilə fond üçün tapılar.

 

 

525-ci qəzet.- 2012.- 28 fevral.- S.4.