Məhəmməd
Əmin Rəsulzadə Yazar: Şirməmməd
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Qurama
Yol ötən müxbir
(Xəyal
degil, həqiqət)
Bir də
gördüm qapı açıldı. Elə bildim Bakı xəzrisidir, gəldi...
Baxdım
ki, yox ... qəribə tipdir. Bir qoltuğu dolu dəftər-düftər,
şapkası o biri əlində. Üst-baş
büst-bügüm kökündə. Varatnik yox ... “qalstuk”
döşə qədər sallanmış.
–
İzdrasti...
Xoş gəldin.
– Bura
redaksiyamı?!....
– ?!....
xeyir ola.
Hərif
başladı özünü tanıtmağa. Həm də nə
dilavərmiş, sanki, alışmaseydi! Kim olsa bəgənərsiniz?
İstər
bəgəniniz, istər yox, o.
– Həmkarınız
– deyə özünü tanıtmağa başladı.
Buyurun əgləşin.
Hərif
debayaq əgləşdi. Rusca, fransızca, polyakca
yazılı kataloklarını, kitablarını masanın
üstünə, şlyapasını da bir stola yerləşdirdi.
Yerləşdirdi
təbiri bir az mənanı düz anlatmıyor, lap
şarıltı ilə atdı.
Bən
İrana gediyordum, – dedi.
–
Çox yaxşı.
– Sizə
müxbirlik edə bilərəm.
– Sağ
ölünüz....
–
Yaxşı müxabirələr yazaram. Özüm də dəmir
yol qulluğunda olacağam.
– Bəli,
yaxşı yazacağınıza sözümüz yox....
– Amma
özümüzün müxbirimiz var. Bir də imdi nə
müxbir. Bir şey ki, bizdən əvvəl başqası
oxuyacaq, bəkarəti alınacaq. Ondan bizə nə hasil? Dul
yazılara pul vermək ağırdır.
– O halda
sizə yerli məişətdən, Bakı bələdiyyəsindən
gözəl məqalələr verə bilərəm.
– Təşrifiniz
nə vəqtdir?
– Bu
gün səhər.
– Hm.. nə
tez bizim bələdiyyə ilə tanış oldunuz?
– Bəli,
bəli, oldum. Həm də gözəl bir felyeton yaza bilərəm.
İstərsəniz
şəhər dostu ilə müsahibə ünvanında sizə
bir mülaqat yazım. Elə bu saətdəcə yaza bilərəm.
– Pardon,
necə, şəhərin dostu!
– Ha ham
qlava, yəni başınız naxoşdur. Artyunov da ki, onun
yerini dolandırandır. O da naxoşdur. Demək ki, boynunuz da
xəstədir. Imdi bunların yerini Hacınski dolandırıyor. Xub,
özünüz düşününüz. Baş, boyun,
sonra döş gəlməzmi?
– Bizim
öz quramaçımız var. Bu kibi mövzulardan yazar.
Başqa yazıların qəbulu üçün
artığımız yox...
–
Çox əcəb, demək ki, sizdən heç bir
şey qazana bilməyəcəm.
– Məəttəəssüf!
– O halda
– ?!
– Siz də
öylə artıq bir pul yoxmudur ki, yoldan gəlmiş fəqir
qələm arkadaşlarınıza müavinət edəsiniz?
– Bu
mühərrirlər cəmiyyətinin vəzifəsidir, o da
ki, biz də yoxdur.
– Öylə
isə
Dosvidaniye...
Proşşayte...
İmdi
bildim ki, bəzi qəzetələrin “Xüsusi müxbirimizdən”
deyə uydurduqları əcubələri uyduran mütəxəssislər
kimilər, nə biçimli adamlardır.
Niş
“Açıq
söz”, 4 iyul 1916, ¹228
İran əhvali-siyasiyyəsi
Türklər
böyük bir qüvvə ilə təkrar Girmanşah ətrafına
gəldikləri İran əhvali siyasiyyəsi həqqində
bəzi mülahizə və mütaliələrə səbəbiyyət
vermişdir.
Teleqraf
agentəliğının Tehran ilə Petroqraddan gətirdigi xəbərlər
bu xüsusda imdiki Tehran hökumətinin türklərin bu dəfə
ki İrana doğru hərəkətlərinə düşmənanə
bir nəzərlə baxdığını göstərməkdədir.
Bu xəbərlərdən
anlaşıldığına görə İran hökumətinin
rəisi Sinəhsalar (sabiq Sinəhdar) İranın qərbindəki
bütün ellərə teleqraf çəkərək
türk hərəkətinin İran əleyhində bir iş
olduğunu onlara anlatdığı kibi İran xariciyyə vəziri
Əkbər Mirzə dəxi Tehrandakı Osmanlı tərcümanı
Şövkət bəgi hüzuruna dəvət edərək
türklər Girmanşahdan bir az daha irəlilərlərsə
İran hökumətinin Türkiyə ilə qəti-əlaqə
edəcəgini kəndisinə bildirmişdir.
Eyni
zamanda türklərin gəldigi yerlərdən İran hakim və
məmurlarının da yerlərini qoyub ruslarla bərabər
çəkildikləri İran hökumətinin Türkiyə
hərəkətinə qarşı narazılıq və
protesto əlaməti göstərməsi kibi tələqqi
olunuyor. Şübhəsiz ki, Sipəhdar hökuməti ilə
Əkbər Mirzə vəzarəti – xariciyyəsi (Əkbər
Mirzə məşhur Züllülsultanın oğludur) həqiqi və səmimi bir surətdə
rus və ingilis dostu olduqlarında türklərlə
almanların təkrar İrana doğru hərəkət etdiklərinə
ağuşi-məhəbbət açmaya bilməzlər
(burada bir neçə sərt senzura tərəfindən
çıxarılıb, yeri ağdır-Ş.H.).
Biz bilirik
ki, İran toprağı türk-alman mübəlliğlərindən
təmizlənmədən əvvəl İranda türkpərəst
bir hökumətlə bərabər türklərin tərəfinə
keçmiş bir çox cəmaət vəkilləri, ellər,
mücahid dəstələri və üləma sinfidə var
idi.
Hətta
Tehran hökumətinin qəti bir təşəbbüs və
iqdam etməsindən, Şahın Tehranı tərk edib
İsfəhana səfər etməsindən naümid olduqdan
sonra Qumda təşkil olunan müdafiəyi-milliyyə kamatəsi
bir zaman vardı ki, adətən bütün İrana
icrayi-hökm ediyordu. İranın hər tərəfindən
bu komitəyə teleqraflar yağıb “Vətən uğrunda
ölümə hazır” olmasını bildirən el bəglərin
sayı əhəmiyyətli bir cümlətan təşkil
ediyordu.
Hətta
Girmanşahı ruslara tərk edib də çəkilməzdən
əvvəl, yerindən tərpənməyib də Tehranda
qalan İran hökumətinin xaini-vətən sayaraq, İran
inqilabçıları müvəqqəti bir hökumət
belə təsis eləmiş və bu hökumətin riyasətinə
İran ricalından məşhur Nizamülsəltənəni
təyin eləmişlərdi. Nizamülsəltənə
hökumətinə məclisin məşhur demokrat vəkillərindən
və görkəmli cəmaət xadimlərindən
Süleyman Mirzə Süleyman xan və Vəhüdülmülk
kibiləri daxil olmuşlardı.
Baratovun təzyiqi
altında çəkilib də Türkiyə toprağına
pənahəndə olmaqdan başqa carələri qalmayan
İran könüllü dəstələri və
candarmaları ilə bərabər bittəb bu müvəqqəti
hökumət əzasi dəxi Bağdada getmişlərdi. Bədə
xəbərlər alınırdı ki, Bağdad tərəflərində
Beynəlnəhrində İrana göndərilmək
üçün hazırlanan ordunun fəxri
komandanlığı Nizamülsəltənəyə
verilmişdir. Bu kərə Girmanşahı tərklə
Tehrana gəlmiş olan İran kargüzarının dilindən
teleqraf agentəsi vasitəsilə –
rəvayət olunuyor ki, Girmanşahdan qaçan İran
hökumət komitəsi əzasının da təkrar geri
döndükləri rəvayət olunuyor. Fəqət bu rəvayətlərin
nə qədər doğru olduğunu kargüzar təhqiq edə
bilməmişdir.
Əqli-səlim,
şübhəsiz, Nizamülsəltənə hökuməti
İran inqilabçılarının da İrana doğru əzm
etməkdə olan hərəkət ordusunda olduqlarını qəbul
edər. İmdiki əsl hökumətə mənsub
olanların “müvəqqəti İran hökuməti” tərəfindən
əmin olmayacaqlarını da qəbul edər. Buna görə
də İran məmurları, protest və narazılıq
keyfiyyəti olmasa belə, türklərin gəldigi yerləri
tərk etmək məcburiyyətindədirlər – deyə
düşünə bilər. Çünki bir yerdə iki
müxtəlif hökumətin hökm sürdügü
zamanımızda görülən təbii şeylərdən
olsa da, bir hökumət üstündə davamlı olan iki
müariz heyətin uyuşamiyacağı müsəlləmdir.
Türklərin
Bağdadı təndid etməkdə olan qüvvətin
türk-alman Şərq siyasəti üçün nə dərəcədə
təhlükəli bir şey olduğunu dərklə Beynəlnəhrin
sahəsinə böyük əhəmiyyət verib olduqca
böyük bir qüvvəti buraya atdılar. Və hər nə
surətlə olsa da, Şərq yolunun üzlərinə
bağlı qalmamasına çalışdılar. Müarizlərinin
fəslin istiligi, iqlimin namusaidligi üzündən yazın
daha sərin havalı dağlıqlara çəkilmək məcburiyyətindən
istifadə edərək Girmanşaha qədər irəlilədilər.
Bu müvəqqəti
müvəffəqiyyət hər nə qədər İran
siyasilərini, Sinəhsalar kibi ricalını, müttəfiqlərin
müvəffəqiyyətindən naümid etməzsədə,
əvam cəmaət üzərinə təsirsiz qalamıyor.
“N.V.”-dən nəql elədigimiz bu gün ki, xəbərdən
göründügünə görə təkrar alman
müşviqləri tərəfdarları Bəxtiyari elləri
içində ki ixtifagahlarından çıxaraq İsfahan
yaxınlığındakı Kahvər taifəsi arasına gəlmişlər
və yenə məşhur Şeyx Nurullah ilə doktor Puce
peyda olmuş və propaqandaya başlamışlar.
Sonki əhval
hərb üzündən hasil alan bu vəsiyyəti-siyasiyyənin
bəzi rus qəzetələrinin mütaliəsincə iki müsəlman dövləti
arasında ki, qətü münasibatə qədər vara biləcəginə
çox ehtimal vardır. Ehtimal ki, bu keyfiyyəti-siyasiyyə rəsmən
vaqeədə (bundan sonrakı mətn senzor tərəfindən
çıxarılıb yeri ağdır – Ş.H.)
M.Ə.
“Açıq
söz”, 7 iyul 1916, ¹231
Qəti-əlaqə
– əlaqəni kəsmə
İran elləri
Türklərin
Girmanşah tərəflərinə hücumları ilə
İran ellərinin bu tərəf, ya o tərəf lehinə
xuruc etdikləri və edəcəkləri həqqində qəzetələrdə
yazılar yazılmaya başladı.
Kürd və
lur ellərindən bəzisinin, bilxassə, püşt kuhlilərin
İrana soxulmaqda olan türk ordusuna kömək etmiş
olduqları həqqində məlumat alınmışdır.
Fəqət türklərin bu surətlə İrana
hücumlarından xoşlanmayan Sinehsarlar (sabiq Sinəhdar)
bütün İran el bəglərinə təmim etdigi
(müttəhidülamal olaraq göndərdigi) teleqrafnaməsində
türklərin İrana gəlmələrini düşmənanə
bir nəzərlə görsünlər və hər bir cəhətlə
rus ordusuna kömək çıxıb da Osmanlılara
müqabil çıxsınlar – deyə əmr eləmişdir.
“R.Slovo” qəzetəsinin
Şirü xurşid məmləkətinin əhvali-daxiliyyəsinə
aşina olan İran müxbiri buğun ki nömrəmizə
köçürülən bir müxabirəsində Sinehsarların
yuxarıdakı teleqrafından bəhs edərək diyor ki,
imdiki İran hökumətinin nə dərəcədə
nüfuz və etibar sahibi olduğu, ellərə çəkdigi
teleqrafın edəcəgi təsirlə ölçülə
biləcəkdir.
Məzkur
müxbir bu təsirə böyük bir əhəmiyyət
veriyor. Həm əhəmiyyətsiz də degildir.
Çünki nizami bir qüvvətə malik olmayan İran bu,
ya o tərəfin ləh və ya əleyhinə xüruc edəcək
olursa şübhəsiz ki, ellərin gücünə güvənərək
xüruc edəcəkdir, zatən Nadir şahlara, Ağaməhəmməd
şahlara, Səfəvi sülaləsinə və sair İran
sərkərdələrinə az-çox şöhrət
qazandırmış olan əskər qüvvəti haman
İran əhalisinin dörddə birindən
artığını təşkil edən müxtəlif ellərdir.
Ellər,
təşkilatca hər bir milləti dövri-ibtidaisində
mövcud olub da, bir növ əskər ocağını
andıran şeylərdir. Öz aralarında taifələrə,
əşirələrə bölünüb tərtiblə kədxuda,
bəy və xanlarına tabe oluyorlar. Xan bütün elin rəisidir.
Xanlar elin arasında məruf bir ailədən olmaq şərtilə
hökuməti-mərkəziyyə, yəni şah tərəfindən
təyin və ya təsdiq olunur. Ellər arasında tarixi-təməddünün
nişan verdigi təbii şəkildə vücuda gəlmiş
ibtidai təşkilatda olanları ilə hökmdarlar,
sahibi-xüruclar və siyasət dahiləri tərəfindən
süni vasitələrlə vücuda gətirilmişləri
də vardır. Birincilərin
nümunəsini bəxtiyarilər, qaşqayilər,
lorlar, türkman elləri və kürd əşirətləri
təşkil ediyor. İkinci növünə isə şahsevən
elləri bir nümunə ola bilərlər. Bəxtiyarilər
nəsillərini sasaniyan sülaləsinə qədər
çıkarır, onların xan və rəisləri isə
özlərini qədim İran ənanat və adətlərinin
bir müməssili kibi sayırlar. Qomşuları və daimi rəqibləri
olan Qoşqayi elinin xanları isə Farsistanın göbəgində
ikən bir türk eli olduqlarını düşünərək
özlərinin Çingiz nəslindən olduqlarını
iddia edirlər. Bu iddialarını isbat edəcək
qaşqayilərin türk elləri ürf və adətlərinə
bənzər adətləri də azad küllüdür. Fars
cinsinə mənsublar və o cinsə doğma olan kürd və
Şeyx Xəzəlin müridləri olan ərəb elləri
də az-çox bəxtiyari və qaşqayı tipinə
yaqın təşkilat və ənənata (traditsiya) malikdirlər.
Halbuki cəngavərlikləri ilə İran elləri
arasında şöhrətiyab olan şahsevənlər tam
başqa bir təşkilat və ənənata malikdirlər.
Bunlar Osmanlı tarixindəki yeniçəri təşkilatına
çox bənzərlər. Şahsevən el və əşirətləri
Səfəvilərin müxtəlif
türk el və taifələrindən intixabla təşkil
elədikləri əsgər ocaqlarından başqa bir şey
degildir.
Bu
müxtəlif cinsə, təşkilata malik olan ellərin əksəri-kürdlər
istisna – məzhəbcə müttəhid olaraq qədimdən
bəri şahların hökumətinə qarşı
böyük bir ehtiram bəsləmişlərdir. Nəsrəddin
şah zamanına qədər nə qədər iqtidarlı
bir elbəgi olseydi Tehrandan gələn əmrə təxəllüf
etmək cəsarətini göstərə bilməzdi. Əvvəla,
mərkəzdə nizami qüvvə bugünkü dərəcədə
zəif degildi. Saniyən, “hökm etmək istərsən
ayır” üsuluna riayətkar olan Tehran şahlığı
ellər arasında öylə qatı bir rəqabət və
ədavət toxumu səpmişdi ki, hər zaman üsyan fikrinə
düşən bir elbəgiyə qarşı
qomşusundakı ellərlə çıxar və az bir zaman
içində asiləri təngil edə bilərdi.
Əcnəbi
müdaxiləsi artdı. Konsulların nüfuzu hakimlərə
üstün gəlməgə başladı. Böylə
olunca ibtidai bir zehniyyətlə yaşayan ellər nəzərində
hökumət əvvəlki heybətini itirməgə üz
qoydu. Hələ məşrutiyyət qovqaları
çıxıb da bilnisbə cüzi bir dəstə
mücahidlər tərəfindən şahın taxtdan
endirilib də yerinə digər birisinin, həm bir
uşağın təyin edildigi fəqərəsi
şahlığın etibarını ta kökündən
sarsıtmış oldu. Şahlığın quru və
boş bir qüvvətdən ibarət olduğunu
görüncə fitrətən azad və hər növ qeyd və
nizama düşmən olan ellər, elbəgilər özlərini
dərələrinin sahibi sandılar. İştə bu
gündən etibarən Nəsrəddin şah dövründən
əvvəl bilatərəddüd istədigi elbəginin
qafasını kəsdirmək iqtidarında olan şah hökuməti nadinc ellərlə
süluk və rəftar etmək siyasətinə müraciətə
məcbur qaldı.
Hökumət
ricalı daxili mübarizələrdə iki qismə
bölündükləri kibi, ellər də ikiyə
bölünmüş oldular. Bilxascə bəxtiyari elinin məşrutiyyətpərvərlərlə
mərtub olması digər ellərdən bir qismini onlara ədavətlə
məşrutiyyətə zidd, bir qismini də hissi – rəqabətlə
dost olmağa vadar elədi. Daha ibtidai bir hissiyyata malik olan bu
xalq üzərinə Nəcəf üləmasının məşrutiyyətpərvəranə
fətvaları da az təsir etmiş olmadı.
Bunları
yazmaqda məqsədimiz bunları anlatmaqdır ki, İran ellərini
tarixlərdə görüldügi kibi hal-hazırda çok
da məttəhid və müttəfiq bir halda təsəvvür
etmək olmaz.
Bunlardan
bu günün hökmündə iki-üç yüz binlik
bir ordu vücuda gətirmək bəlkə də imkan xaricində
degildir. Fəqət bunu yalnız rəsmi hökumətə
malik olmaqla vücuda gətirə bilmək şübhəlidir.
Arada hər kəscə müsəlləm bir qüvvət və
hər kəsə yetişəcək bir sərvət
olmayınca ellərə çok da bel bağlamaq olmaz.
M.Ə.
“Açıq
söz”, 18 iyul 1916, ¹237
Müttəhidülamal
– həmfikir
Şirü
xurşid – aslan ilə günəş (İran dövlətinin
gerbi)
Müməssil
– təmsil edən, nümayəndə
Ürf –
dəb, adət
Təxəllüf
– ziddinə olma
Tənkil
– başqalarına ibrət olacaq bir cəza vermə
Heybət
– nüfuz, etibar
Süluk
– rəftar, hərəkət tərzi
Rus –
ingilis – İran etilafi
Tehrandan
alınıb da bu nömrəmizdə dərc olunan bir teleqraf
İran hökuməti-hazirəsilə rus və ingilis səfarətləri
arasında alınıb verilən notalar vasitəsilə bir
etilaf əmələ gəldigini xəbər veriyor. Bu etilafa
görə Şimali İranda rus müəllim zabitlərinin
ögrətməsi ilə kazak alayları təşkil
olunduğu kibi, Cənubi İranda da ingilis müəllimləri
vasitəsilə əsgər qitələri tərtib ediləcəkdir.
Bundan əlavə İranın maliyə cəhəti də
iki ingilis bir İran məmurlarından ibarət olub da
belçikalı xəzinədarın sədarətilə təsis
edən bir komisyon tərəfindən baxılacaqdır.
Hazırdaki
Sipəhsalar (sabiq sipəhdar) hökumətinin səmimi surətdə
rus və ingilis tərəfdarı olduğu həqqində əvvəl
təşkilindən bəri şayə olan xəbərlər
artıq bağlandığı xəbər verilən bu rəsmi
müahidəyə görə də kimsədən
ötrü zərrə qədəri şəkk və
şübhə yeri buraxmıyor.
Sinəhsalar
hökumətinin fövqəlzikr etilafi imzalamasıyla
şimal və cənub dostlarına qarşı nə kibi bir əlaqə
göstərməsini yaxşıca anlaya bilmək
üçün teleqraf qısa və qovraq bir surətdə
verdigi yuxarıdaki iki xəbəri bir az açmaq lazım gəliyor.
Bu gün
İran-rus- ingilis etilafına əsas tutulan İran qüvai-əskəriyyəsi
ümur maliyəsinin məlum şəkildə həlli 1907-ci
ildə Balmural mülaqatından sonra Rusiya ilə İngiltərə
arasında İran həqqində bağlanan məşhur
etilafnamənin başlıca əsaslarından ibarətdir.
Alman təhlükəsini
hiss etməgə başlayan ingilis liberalları bu günlərdə
bir mükafat olaraq lordluq rütbəsinə nail olan ser Eduard
Gerin mərifətilə əskidən bəri
sıxışmaqda olan rəqibləri Rusiya ilə etilaf
yolunu iltizam etdilər. Bu politikanın nəticəyi-məntəqiyyəsi
olaraq əskidən bəri aralarında bir “kuyi-səbqət”
təşkil edən İranı “vəsileyi-məhəbbət”
qərar verdilər. Arada heç bir ixtilaf qalmasın – deyə
İran xəritəsi nüfuz məntəqələrinə
bölündü. Şimali İran rusların, Cənubi
İranın Hindistana lahəq tərəfi ingilislərin məntəqəsi
– deyə bəlləndi. Ortada ələlümdə boş və
bayır səhralardan ibarət olan bir məntəqə
qalıyor ki, o da məzkur iki dövlət arasında baqi-bitərəf
bir məntəqə təşkil ediyor. Ölkəsi məntəqələrə
ayrılmış olan Şiri-Xurşid məmləkəti, məzkur
1907 etilafnaməsinə görə borc etmək istərsə,
Rusiya ilə İngiltərədən etməli, qüvvayi-əskəriyyəsini
artırmaq istərsə, qonşularının rəyini nəzərə
almalı, islahat üçün xaricdən müəllimlər
cəlb etmək istərsə, yenə hamilərinin məsləhətini
dinləməlidir.
Daha bundan
doqquz il əvvəl cızılmış olan bu himayə
planının İran tərəfindən də rəsmən
qəbulu dəfələrlə Tehran kabinəsinə təklif
olunmuşsa da, fikri-məşrutiyyət və meyli-istiqlal ilə
müttəhic olan millətpərəstlər tərəfindən
hər dəfə rədd olunmuşdur. Hətta rus və
ingilis tərəfdarlığı ilə məşhur olan sədri-Əzəm
Atabəgin qətli belə 1907 etilafnaməsinin imza edildigi
günə təsadüf eləmişdir.
Məmləkətin
istiqlalı əlindən keçməməsi
üçün inqilab yaparaq hökumət cilovunu əllərinə
almış olan İran məşrutiyyətpərvərləri
İran istiqlalının iki böyük və qədim
qonşuları tərəfindən təhti-himayəyə
alınmasını məqsədə müvafiq görmədilər.
Ona görə dəxi məclisi-ali, qüvvəsi
çatdığı qədər 1907 etilafının
İran həqqindəki məzmunini hər münasibət gəldikcə
protesto etdi. 1907 etilafından qurtarmaq İran millətçilərinin
amalını təşkil etdi. Buna görə də onlar
Amerikadan maliyə işləri üçün
İsveçrədən jandarma təşkilatı
üçün müstəşarlar gətirtdilər. Möhtac
olduqları halda para borcundan boyun qaçırtdılar.
Çünki borcu böyük qonşularından olmağa məcbur
idilər. Onlar da borc şəraiti olaraq 1907 etilafından
çıxan bəzi mətləblərin qəbulunu iləri
sürüyorlardı.
London ilə
Petroqrad hər nə qədər 1907 etilafnaməsinin İran
İstiqlal və tərəqqisi üçün bir nemət
olduğunu iranlılara anlatmaq istiyorlardısa, olmuyordu. Ən
nüfuzlu İran diplomatları belə bu xüsusda
“müfrit” millətçilərə məram anlada bilmiyor,
anlatmaq istədikdə nüfuzlarını fəda etmək və
səmimiyyətlərinə şübhə edilmək cəzasına
uğrayırlardı.
Əski
Daraları, Keyxosrov və Nadirlərinin yadi-ehtişami ilə
ruhlanıb da derəfş kavyanilərini bu kəsin
qaldırmaq romantisi ilə ruhlanan bunlar istədiklərini arzu
və əməldən işə mübəddəl etmək
istərkən daima acı həqiqətlərə rast gəliyor,
təqdirlərinin Rusiya ilə İngiltərə əlində
olduğunu acı-acı görüyorlardı. Bu görmək
onlardan bir qismini həqayiqi-əhvalə təslim-etdiriyordu.
Digər qismi isə “əhval böylə qalmaz, yaxında
Avropa müharibəsi çıxar” – deyə ümidlər bəsliyorlardı.
Bu ümidlər boşuna gəlmiyordu. 1907-ci ildə Petroqrad
ilə London arasında bağlanan etilafnamə Berlinin
xoşuna getməmişdi. Berlinin buna xoşnudluğunu isə
İrandaki alman agentləri “Nəşr və təbliğ”
etməgə kahallıq etmiyordular. Nəticədə
İranın təmamiyyəti-məmləkiyə ilə
istiqlalını rus və ingilis dövlətlərinin “himayəti-dostanə”lərində
degil, üçüncü qüvvətli bir dövlətin
İrana nüfuz etməsində görən dövlət ərləri
ilə bir taqım siyasi heyətlər vücudə gəldi.
Böyük dünya müharibəsi patlayıb, Türkiyə
dəxi müharibəyə qarışınca alman mübəlliğləri
açıqdan-açığa təbliğatə,
yalnız təbliğat degil, təhrikatə başladılar
və “Qum müdafiəyi-milliyyə cəmiyyətini” təşkil
edən məbuslarla hökumət ərləri “İran Nacisi”
olacaq üçüncü nüfuzi “Almaniya-Türkiyə”
hökumətlərinin İrana gəlmələri keyfiyyətində
gördülər. Fəqət 9 ilin ərzində
gördükləri mütəəddid müvəffəqiyyətsizliklərə
birisi daha əlavə edildi. Müstovfi Əlməmalik
hökuməti istehfayə məcbur olub, “müdafieyi-milliyyə”
komitəsi də “Qum”dan Bağdada səfər etmək məcburiyyətində
qaldı.
Son
günlərdə hər nə qədər “Qum” komitəsi təkrar
öz yerinə doğru iləriliyorsa da, “Qum”çuların
qorxduğu şey 1907 etilafının İran hökumətincə
də rəsmən qəbulu bir əmri-vaqe halını
alır. Çünki İran-rus-ingilis arasında əqd
edildigi xəbər verilən etilaf 1907-ci ildə Rusiya ilə
İngiltərə arasnıda bağlanan etilafnamənin
İranca da təsdiqindən başqa bir şey degildir.
Bu təsdiqin
hüquqca təyin və təşxis elədigi halə
aydın bir misal göstərmək lazım gəlirsə,
Misir idarə və əhvalını göstərmək olar.
Fəqət bu qədər bir fərq var ki, Misirin hami və
müəllimi yalnız ingilislər ikən İranınki
İngiltərə ilə Rusiya olacaq.
Əqd
olunduğu xəbər verilən etilafın mənayi-siyasisi
bu mərkəzdədir. Səmərəsi isə şübhəsiz
ki, notaların mübadiləsindən ziyadə müharibə
səhnələrində vaqe olacaq təbəddülata
bağlıdır.
M.Ə.
“Açıq
söz”, 28 iyul 1916, ¹244
Kuy – oyun
topu
Səbkət
– önə keçmə
Lahiq – əlavə
Müfrit
– həddən artıq
Derəfş
– bayraq
İran
ilə Türkiyə münasibati
Dünki
sayımızda İran-İngiltərə-Rusiya arasında tazəliklə
bağlanmış olduğu xəbər verilən etilafi
mütalimə edərkən bunun İranın İngiltərə
ilə Rusiya himayəsi altına düşdügündən
ibarət olduğunu söyləmişdik. Bu gün varid olan
teleqraflardan anlaşılıyor ki, Moskva və Petroqrad siyasi məhfəlləri
dəxi bu xüsusda eyni fikir və mülahizədədirlər.
Rəsmi
İranın himayəyi qəbul dərəcəsində
Rusiya və İngiltərə ilə
dostlaşdığını bittəb Sipəhdar hökumətini
İran toprağı daxilində vuruşmaqda olan iki
düşmən qüvvətə qarşı bitərəf
buraxmazdı. Sipəhdarın bütün el rəislərinə
göndərdigi xəbər verilən teleqrafda bunu göstəriyordu.
Bu teleqrafında İran hökuməti türklərin İranə
doğru hərəkət edib Girmanşahdan Şərqə
irəlilədiklərini İran əleyhində bir hərəkət
tələqqi edərək bütün ellərə tövsiyə
ediyorduki rus sərkədrlərəi ilə bərabərlikdə
osmanlıların axınına mane olsunlar. Bu günki teleqraf
qismində də Tehran hökumətinin hamiləri Rusiya ilə
İngiltərə lehinə digər mühüm bir qədəm
götürdügünə dəxi xəbər veriliyor. Bu xəbərdə
denilir ki, İstanbuldakı İran səfiri şəxsən
osmanlı xariciyyə vəziri ilə görüşərək
türk əsgərlərinin İrandan
çıxarılmalarını istəmişdir. Müxabirin
rəvayətinə inanmaq olursa, türklər bu tələbə
əməl etməzlərsə, o zaman səfir İstanbulu tərk
edəcək və bu surətlə İran Türkiyə ilə
hali-hərbdə bulunacaqdır. Zatən İran hökumətinin
Türkiyə ilə qəti münasibat edəcəgi həqqində
şayə olan xəbərlərin bu əvvəlincisi
degildir, əvvəlcə də bu xüsusda bəzi rəvayətlər
etdiliyordu. Hətta İran xariciyyə naziri Zalaslanzadə Əkbər
Mirzənin Osmanlı tərcümanı Şövkət bəgi
hüzuruna çağırıb da türklər İrana
doğru hərəkətlərini dayandırmazlarsa İran
hökuməti bu halı kəndi istiqlalı əleyhində
bir iş tələqqi edəcəgi ilə bunun iki dövlət
münasibatının kəsiləcəginə bir vəsilə
ola biləcəgini bildirmişdi (məqalənin böyük
bir qismi senzor tərəfindən
çıxarılmış, yeri ağdır – Ş.H.).
M.Ə.
“Açıq söz”, 29 iyul 1916,
¹245
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.-2012.-7 iyul.-S.26.