“Bu
dünya Tanrıya səcdə yeridir”
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, şair Qəşəm
Çıraqlının “Bu dünya Tanrıya səcdə
yeridir” kitabı çapdan çıxıb.
Kitabda
şairin son iki ildə qələmə aldığı
şeirlər toplanıb. Mövzu rəngarəngliyi, dil və
üslub sadəliyi Qəşəm Çıraqlının
yaradıcılığının başlıca məziyyətlərindəndir.
Odur ki, bu şeirlər oxucuda ruh yüksəkliyi yaradır.
Kitaba ön söz yazan tənqidçi Vaqif Yusifli Qəşəm
Çıraqlı şeirlərini, onun
yaradıcılığını belə qiymətləndirib:
“Öz sözünə inam hissi, deyəcəyi sözün
ehyaedici gücünə arxayınlıq Qəşəmin
bütün şeirlərində hiss olunur. Qəşəm
Çıraqlı sözə güvəndiyi kimi söz də
ona güvənir. Məhz bu qarşılıqlı vəhdətdən
şeirlər yaranır. Ən adi həqiqətlər
onun şeirlərində yeni
məna statusu qazanır”.
Şairin
şeirləri həcmcə qısa olsa da, məzmunlu və
dolğundur. Məhz bu cəhət onu şair kimi səciyyələndirən
keyfiyyətlərdəndir.
İnsanlar
Torpaq üstündə
Dava salır:
Qan tökülür
Torpaq alır
Torpaq
Heç
kəsə qalmır
Hamı torpağa qalır.
lll
İnsanı ağladan
Güldürəndi söz
İnsanı dirildən
Öldürəndi söz
Qılınca, qalxana
Dünəndi söz
Yenə
qələmə
Güvəndi söz.
lll
Hər kəsin yaxası
Ölüm əlində
Ölüm heç kəsə
Yaxa vermir
Ölüm
hamını görür
Heç
kəs ölümü görmür
Heç
kəs ölümü gözləmir
Ölüm
hamını gözləyir.
Kitaba
daxil edilən şeirlər arasında şairin uşaqlara, vətənə,
sevgiyə həsr etdiyi və müxtəlif mövzularda qələmə
aldığı poetik parçalar da öz əksini tapıb.
GÜNEL
525-ci
qəzet.-2012.-11 iyul.-S.7.