Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər 

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Nizami rayonu yaranma tarixinə görə paytaxtın gənc rayonlarındandır. Hələ Sovetlər Birliyi dönəmindən Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin hər zaman öz xalqının mənafeyini düşünərək həyata keçirdiyi siyasətin nəticəsi olaraq respublikanın digər rayonları ilə yanaşı, paytaxtın inkişafı da diqqət mərkəzində olub.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülərək, ölkənin siyasi, mədəni həyatında böyük əhəmiyyət daşıyan bir sıra memarlıq nümunələri, inzibati binalar, saray, nəşriyyat, tədris mərkəzləri, idman kompleksləri və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə binalar tikilib istifadəyə verilib.

Əsası 1980-ci ilin noyabrında qoyulan Nizami rayonunun inkişafı da məhz ümummili lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Hazırda həm keçmişi, həm də müasirliyi özündə əks etdirən Bakının gözəl guşələrindən birinə çevrilən bu rayonun ərazisi 19,6 kvadratkilometr, əhalisi isə 184 min nəfərə yaxındır.

Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunub. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə inşa olunmuş bir neçə müasir yolötürücü kompleksləri, eləcə də 4 metro stansiyası – “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar dostluğu” məhz bu rayonun ərazisindədir. Bakının qədim yaşayış məntəqələrindən biri olan Keşlə qəsəbəsi də Nizami rayonunun ərazisinə daxildir. Ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Keşlə qəsəbəsində rayon icra hakimiyyətinin yerli icra nümayəndəliyi və bələdiyyəsi var. Eləcə də rayonun özündə Nizami bələdiyyəsi yerli özünüidarəetməni həyata keçirir. 

Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində iqtisadi və sosial sahədə xeyli inkişafa nail olunub. Prezident İlham Əliyev tərəfindən respublikanın, eləcə də Bakı və ətraf rayonların sosial-iqtisadi inkişafı ilə bağlı Fərman və Sərəncamlar imzalanıb. Bundan başqa bir sıra dövlət proqramları və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib. Nizami rayonunda yenidənqurma işlərinin nəticəsi olaraq rayonun sənaye müəssisələrinin fəaliyyəti daha da canlanıb. Rayonun statistik göstəricilərinə əsasən bu ilin birinci rübündə sənaye sahəsi üzrə fəaliyyət göstərən müəssisələr tərəfindən 107,1 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. İstehsal olunmuş sənaye məhsulunun 34,1 faizi qeyri-dövlət sektoruna aiddir. Ayrı-ayrı istehsal sahələri üzrə ötən ilin müvafiq dövrünə nisbətən süd məhsulları istehsalı 0,5 faiz, qarğıdalı yağı istehsalı 49,4 faiz, marqarin istehsalı 64,0 faiz, bitki piyləri 24,8 faiz, günəbaxan yağları 75,4 faiz, kimyəvi məhsulların istehsalı 29,9 faiz, şokolad istehsalı 20,7 faiz, rezin və plastmas məmulatları 50,5 faiz, beton, gips və sement məmulatların istehsalı 34,4 faiz, elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi 11,4 faiz çox olub. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Neftqaztikinti” tresti, “NJT-2000” firması, “Kaspi Yıldız” MMC, “Bakı Yağ Qida Sənaye” ASC, “Körpü Tunel” ASC, “Ulduz” Fabriki və sair kimi müəssisələrin əhəmiyyətli rolu olub. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2012-ci ilin yanvar-mart aylarında istehsal olunmuş məhsulun 100,7 faizi istehlakçılara yönəldilib ki, bu da ümumilikdə 107,8 milyon manat təşkil edib.

2012-ci ilin birinci rübündə Nizami rayonunda əsas kapitala 13,6 milyon manat həcmində investisiya yönəldilib. İnvestisiyanın 12,8 milyon manatı, yəni 94,1 faizi dövlət müəssisələrinin, 0,8 milyon manatı, yəni 5,9 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. İstifadə edilmiş investisiyaların 1,8 milyon manatı ya 13,2 faizi tikinti quraşdırma işlərinə sərf olunub. Eləcə ticarət sahəsi üzrə 2012-ci ilin ötən dövründə əmtəə dövriyyəsi əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 40,9 faiz artaraq 407,9 milyon manat olub. Ötən 3 ayda rabitə sahəsində 24,1 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 2,5 dəfə çox, nəqliyyat sahəsində 13,8 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 45,8 faiz çox xidmətlər göstərilib. Bütövlükdə, ayrı-ayrı sahələr üzrə-sənayedə 9,9 faiz, nəqliyyatda 14,5 faiz, rabitədə 20,6 faiz, dövlət idarəetməsi müdafiə sahəsində 16,6 faiz, səhiyyədə 13,9 faiz, peşə, elm texniki fəaliyyət sahəsində 18,1 faiz, daşınmaz əmlakla əməliyyatlar sahəsində 8,4 faiz, digər sahələrdə isə 5,4 faiz artım müşahidə edilib.

Cari ilin ötən dövründə rayonda 532 yeni yeri açılıb ki, bunun da 58-i yeni açılmış müəssisə təşkilatların, 473-ü isə fiziki şəxslərin payına düşür. 2003-cü ildən 2012-ci ilin 1 aprel tarixinə kimi isə ümumilikdə rayonda 18 min 935 yeni yeri açılıb bunun da 18 min 842-i daimi yeridir.

Bu günlərdə Nizami rayon icra hakimiyyətində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə Nizami Sabunçu rayonlarında regionların sosial-iqtisadi inkişafına həsr olunanBakıətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi təbliğilayihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov rəhbərlik etdiyi rayonda görülən işlər barədə məlumat verərək bildirib ki, Nizami rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində əsaslı işlər görülüb bu işlər davam etməkdədir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva Nizami rayonun sosial-iqtisadi inkişafı barədə “525”ə açıqlamasında bildirib ki, rayonda xeyli sayda işlər həyata keçirilib. Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində müxtəlif sahələrdə uğurlar əldə olunub. S.Vəliyeva təhsil sahəsində ilbəil artan uğurları qeyd edərək söyləyib ki, son iki ildə Nizami rayonu respublika üzrə ali məktəblərə qəbul üzrə birinci yeri əldə edib: “Belə ki, bu rayonda 600-dən yuxarı bal toplayanların sayı çoxdur. Eləcə rayonda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük işlər görülüb. Bunun üçün bir müddət əvvəl bərpa olunanGənc şahinlərhərbi oyunu keçirilir. Bu il həmin müsabiqə üzrə rayonun gəncləri həm rayon, həm respublika üzrə birincilik qazanıblar. Eləcə , ulu öndər Heydər Əliyevin ildönümü ilə bağlı keçirilən rayonlararası gül müsabiqəsində Nizami rayonu son üç ildə liderliyi əldən vermir. Məktəblərimiz, səhiyyə obyektlərimiz günü- gündən abadlaşır. Rayonun elə bir ərazisi yoxdur ki, orada abadlıq-quruculuq işləri həyata keçirilməsin. Demək olar ki, 10-dan artıq məhəllə abadlaşdırılaraq, yolları asfaltlaşdırılıb bu gün həmin işlər davam etdirilir. Bütün bunlarla yanaşı, uşaqlar üçün idman meydançaları tikilir. Qara Qarayev 12, Qara Qarayev 2a digər küçələrdə uşaq idman meydançaları yaradılıb rayon sakinlərinin istifadəsinə verilib. 2011-ci ildə 2 məktəb, 1 məktəbəqədər müəssisə, 2 uşaq bağçası, 2 səhiyyə idarəsi yüksək səviyyədə təmir olunaraq təhvil verilib. Hazırda isə 70, 210, 242, 250 nömrəli məktəblərdə sürətli təmir işləri gedir. Şagirdlərin sayının artırılması məqsədilə 220 nömrəli məktəbdə əlavə korpus tikilir. 6 saylı Təcili Yardım Stansiyası yüksək səviyyədə təmir olunur yaxın zamanlarda təmir işləri başa çatdırılacaq”.

S.Vəliyeva əhalinin sosial problemlərindən biri olan istilik sistemləri ilə bağlı xeyli işlər görüldüyünü qeyd edib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının xətti ilə Nizami rayonunda böyük stadionun tikildiyini sentyabr ayında 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatının müəyyən oyunlarının burada baş tutacağını deyib. Millət vəkili bildirib ki, Nizami rayon ictimaiyyəti, icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatı, deputatlar rayonun iqtisadi-sosial inkişafında fəallıq nümayiş etdirirlər: “Biz bütövlükdə rayon ictimaiyyəti olaraq ön cəbhədə olan əsgərlərimizlə tez-tez görüşlərə gedirik. Demək olar ki, cəbhənin hər bir istiqamətində olmuşuq. Son belə görüşlərdən biri iyunun 25-də Naftalanda yerləşən N saylı hərbi hissədə olub. Bu görüşlərdə rayon ictimaiyyəti, ağsaqqalar şurasının, ictimai birliklərin nümayəndələri, şəhid ailərinin üzvləri, gənclər yaxından iştirak edir. Eləcə rayon gənclərinin Quba məzarlığına səfərini təşkil etmişik ki, ermənilərin tarix boyunca azərbaycanlılara qarşı törətdiyi vəhşi əməllərin canlı şahidi olsunlar. Bütün bunlardan çıxış edərək əminliklə deyə bilərəm ki, Nizami rayonu ən fəal rayonlardan biridir”.

Nizami rayonunun yaxın perspektivindən danışan S.Vəliyeva bildirib ki, rayonlararası, yaxşı mənada rəqabət mühitinin olması insanların rifahına yönəlib: “Bu rəqabət mühitində biz istəyirik ki, hər zaman bütün sahələrdə- məhəllələrarası aparılan abadlıq işlərində, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, təhsilin, səhiyyənin yüksək olmasında birinci olaq. Rayon rəhbərliyi ilə birgə hər birimiz ölkəmizin bir parçası olan Nizami rayonunun adını daha da yüksəklərə qaldırmağa çalışırıq”.

Nizami rayon sakini şərqşünas Seyid Camal Əzimbəyli hazırda bütün respublikada abadlıq quruculuq işlərinin geniş vüsət alıdığını diqqətə çatdırıb. O, yaşadığı Nizami rayonu ərazisində insanların daha sıx məskunlaşması səbəbindən yeni salınan uşaqlar üçün idman parklarının böyük əhəmiyyətə malik olduğunu bildirib: “Rayon ərazisində yeni obyektlərin tikilməsi iş yerlərinin artması deməkdir ki, bu da yeni iş yerlərində çalışan insanların sosial-iqtisadi rifahının yaxşılaşmasına gətirib çıxarır. Əminəm ki, bu inkişaf artan templə davam edəcək”.

 

 

Bəxtiyar MƏMMƏDLİ

 

525-ci qəzet.-2012.-12 iyul.-S.4.