“Ruhum
Qarabağlıdır”
Ruhum ərşə çəkilib,
Görmədiyim gündən səni.
Gözümün yazı kəsmir,
Sənə gəlməyəndən bəri.
sinəm
Parça-parça,
ruhum
pərişan,
Diriykən
ölüyəm,
sənsiz Qarabağ
Mənim
yaralı atam,
Mənim
yaralı anam,
Qarabağ.
Qarabağ
haqda yüzlərcə əsərlər yazılıb, filmlər
çəkilib. Qarabağın gözəlliyi, onun təbiəti,
ağrısı-acısı, başına gələn
müsibətlər heç vaxt unudulmur və heç vaxt da
unudulmayacaq. Bu sətirlər millət vəkili Qənirə
Paşayevanın “Ruhum Qarabağlıdır” şerindən
götürülüb. Bu şeirdə Qarabağlı olmayan,
ancaq ruhən, bütün varlığı ilə Qarabağa
bağlı bir insanın Qarabağla bağlı
ağrıları, iztirabları və bu
ağrılarını özünün ağrısı
hesab edən, bu ağrıları yaşayan, həmişə
gözlərində həsrət
qığılcımları yanan bir insanın daxili
iztirabları əks olunub.
Təsadüfi
deyil ki, Xocavənd rayon İcra Hakimiyyətinin sifarişi və
“Sien” prodakşın studiyasının birgə səyi nəticəsində
bu günlərdə “Ruhum Qarabağlıdır” adlı bu
film ərsəyə gəldi.
Film
çox nikbin bir görüntü ilə başlayır.
Qarabağ torpağı, Şuşa şəhəri. Təbiətin
bəxş etdiyi ecazkar gözəlliklər hamısı bu
torpaqda var. Yamyaşıl meşələr, dağların
boynuna dolanıb qıvrıla-qıvrıla axan çaylar,
ucalıqdan süzülüb qeyri-adi bir mənzərə
yaradan şəlalələr qurtum-qurtum belə içilməsi
mümkün olmayan zümzüməli bulaqlar bu yerlərin cənnətməkan
olduğunu göstərir.
Filmin
leytmotivi nurani bir qocanın baxışları üzərində
qurulub. Xarabalıqlar içərisində oturmuş qoca
öz əsasına söykənərək üzü
dağlara sarı boylanır. Qocanın baxışlarında
bir kədər var. Bu baxışlar bizi 20 il əvvəlki
Qarabağımıza aparır. Hər tərəf
gül-çiçək, təbiət sanki bu gözəllikdən
nəfəs alır, cilvələnir, insanların üzlərindəki
sevinc, sanki təbiətin bu gözəlliyinə
qarışıb bir rəngarənglik yaradır. Bu rəngarənglik
içərisində meşələr, çaylar, dağlar,
şəlalələr və bir də onun qoynunda yaşayan
insanlar da xoşbəxtdir.
Qocanın
kədərli baxışlarından damla-damla süzülən
bu xoşbəxtlik anlarıqəflətən atılan top səsləri
altında itir. Aləm bir-birinə qarışır. Təbiətin
bəxş etdiyi əsrarəngiz gözəlliyin
üstünü yanmış evlərdən, kəndlər,
şəhərlərdən qalxan qara buludlar örtüb. Bir
az bundan əvvəl öz şux hay-harayı ilə təbiətin
gözəlliyinə rəng verən insanların, ana və
bacıların, körpələrin ah-nalə səsləri ətrafı
bürüyür. Qaçqın-köçkün karvanı
ətrafın gözəlliyini unutdurur. Yerə səpələnmiş
onlarla insan meyitləri başqa bir mənzərə
yaradır. Nə baş verib? Yoxsa təbiət qəzəblənib?
Axı bu insanların nə günahı var? Axı onlar dünyanın ən xoşbəxt
insanları idilər. Nə idi onların günahı?
Qocanın
baxışlarında bir qəzəb
qığılcımları görünür. Bu
qığılcım sanki alova çevrilmək istəyir.
Əsir
olan qocaları,
Girov qalan anaları
Viran olan yuvaları, xanaları
Bir duy artıq,
Öz yurduna həsrət
Qalan milyonların
Ərşə qalxan naləsini
Bir gör artıq...
Ədəbiyyatımızda tez-tez rast gəldiyimiz
ruh obrazı həmişə bizi xeyirxah əməllərə,
xeyirxah işlər görməyə çağırır. Özümüzü tanımağa, unutqanlığımıza
son qoymağa səsləyir.
Əcdadımızdan, soy-kökümüzdən damla-damla süzülüb
gələn adət-ənənəmizi
göz bəbəyimiz
kimi qorumağı aşılayır. Ruh həmişə
bizim ətrafımızda,
başımız üstündə
dolanır. Bizi tək
qoymur.
Filmdə yaradılan ruh obrazı- qara libasa bürünmüş
gəlin film boyu bütün hadisələrin,
baş verənlərin
içində öz məsumluğu ilə dolanır, bir növ filmin kulminasiya nöqtəsinə
çevrilir.
Bu filmdə yaradılan
ruh – qadın obrazı bizim ağrılarımız, acılarımızdır. Sakit-sakit öz
məsum görkəmi
ilə sanki qocanın deyə bilmədiklərini bizə
çatdırmaq istəyir.
Xarabalıqda, böyüyüb boya-başa çatdığı
– indi isə xaraba qalmış daxmada dizin-dizin sürünür, əllərini
güllələrdən deşik-deşik
olmuş evinin divarına sürtür.
Daxilində baş qaldıran
kədəri, qəmi
büruzə vermək
istəyir. Ağlamağa cəhd göstərir.
Ağlaya bilmir.
Adətən bizim bədii əsərlərin qəhrəmanları
olan qadınlar çox kövrək, tez-tez göz yaşı tökən, bir az da özlərinə qapılan olurlar. Ancaq bu filmdəki qadın obrazı ağlamağa cəhd göstərirsə də
ağlaya bilmir. Bir çəmənlikdə ora-bura
qaçır. Dərə-təpədə nəsə bir
yol axtarır. Gözünün qabağında baş
verənlər canlanır.
Qulaqlarında anaların-bacıların, körpələrin hay-harayı,
ah-naləsi ucalır.
Viran qalmış, dağıdılmış
yurd-yuvasına gedən
yola sarı boylanır. Qollarını geniş açaraq
bütün o yerləri
köksünə yığmaq
istəyir. Sanki baxışları etdiyi hərəkətlərlə söyləmək
istəyir ki, bəsdi, daha ağlamağın vaxtı
deyil, artıq yetər çəkdiyimiz
bu zülmlər, bu qaçqınçılıq
həyatı yetər,
o yurda qayıtmaq lazımdır.
“Bircə dəfə öz evimi görə
bilsəm
Öz evimdə ölə bilsəm,
Əcdadımın məzarına
Üz-gözümü sürtə bilsəm
Deyənlərin həsrətini,
Ağrısını, acısını
Bölə bilsəm
O torpaqda ölə bilsəm...
Filmin ən təsirli süjet xətti bu qadının
öz körpəsinin
beşiyi başında
bizim damarlarımıza
hopmuş, bizim soy-kökümüzün nişanəsi
olan “Sarı gəlin” mahnısı oxumasıdır. Mahnının sədaları altında
gözlərimiz qarşısında
doğma yurd-yuvamız,
bizim yaralı-ağrılı
Qarabağımız canlanır.
Damla-damla, həzin-həzin süzülən bu mahnı bizə nə isə demək istəyir. Nəyisə
sübut etməyə
çalışır. Və mahnının sonluğunda bizə bir şey məlum
olur ki, elə Sarı gəlin bizim Qarabağımızdır ki,
bu gəlin beşik başında ona “Sarı gəlin” mahnısı ilə layla çalır, onu oxşamaq, yaralarına məlhəm olmaq istəyir.
Bütün bunlarla yanaşı, bu film hadisələr prosesində öz motivini dəyişir. Ah, nalə,
qaçqınlıq, köçkünlük
nikbin bir ruhla əvəz olunur. Xocalı faciəsinin 20 illiyində
möhtərəm prezidentimiz
cənab İlham Əliyev başda olmaqda Xocalıya möhtəşəm yürüş,
Taksimdə Türkiyə
daxili işlər nazirinin o çox möhtəşəm tədbirdə
alovlu çıxışı
bir ümid qığılcımı yandırır.
Bu ümid qığılcımı
20 il ərzində
bizim ölkəmizin necə inkişaf etdiyini, ordumuzun necə basılmaz olduğunu, əsgərlərimizin
necə Vətəni qorumağa hazır olduğunu bir daha bəyan edir. Bu 20 il ərzində bir an da olsun
cənab prezidentimizin dediyi “Torpaqlarımızın
bir qarışı belə yağı düşmən tapdağı
altında qalmayacaq” – şüarı yaddan çıxmır. Bizi o torpaqlara
səsləyir. Bizim o torpaqları
azad etməyə çağırır.
Yetər
dünya
Dünya
gərək dada yetsin
Qaçqınların hay-harayı
Hər doğmaya-yada yetsin
Varsa əgər bu dünyada
Ən aqil insana yetsin
Yetər
dünya!
Qoca oturduğu
daşın üstündən
ayağa qalxır. Qarabağa uzanan
yola doğru addımlayır. Ruha dönmüş
qadın onun qabağına düşüb,
qollarını açaraq
ona yol göstərir.
Arxasınca kütlə axını
və lap axırda isə hələ yavaş-yavaş yeriməyə
başlayan körpə
onların arxasınca
Qarabağa doğru addımlayırlar.
Filmin çox
böyük təsir qüvvəsi var. Filmə
baxarkən biz özümüzü
tanımağa başlayırıq. Qəlbimizdə Qarabağa qayıdış
ruhu daha da yüksəlir. Bizi özümüzə qaytarır.
Bizdə belə bir fikir formalaşır
ki, əgər bu gün ali baş komandanımız tərəfindən
torpaqlarımızın azad
olunması haqda əmr verilərsə, yaşından asılı
olmayaraq hamı silaha sarılacaq və torpaqlarımızı
yağı düşmən
tapdağından azad edəcək.
Bu baxımdan Xocavənd rayon
İcra başçısı,
ideya müəllifi Eyvaz Hüseynovun, “Ruhum Qarabağlıdır”
şeirinin müəllifi,
millət vəkili Qənirə Paşayevanı
və “Sien” prodakşın studiyasının
rəhbəri Bəxtiyar
Qaracanın birgə ərsəyə gətirdiyi
“Ruhum Qarabağlıdır”
filminin təsiri əvəzsizdir.
Vidadi Tağızadə,
Surxay Əlibəyli
525-ci qəzet.- 2012.- 22 iyun.- S.4.