Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin
zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik
irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi onun
1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Qurama
Məsələlər
Bakı
xəbərlərini oxuyursunuzmu?
Un məsələsi
Qənd
məsələsi
Çörək
məsələsi
Su məsələsi
Fayton
məsələsi
Ət
məsələsi
Məkulat
məsələsi
Qəzetəmizin
Bakı xəbəri qismini oxuyanlardan birisi, bir kərə
yazınız:
- Məsələlər!
Dedi.
Həqiqətən
də həyat bütün cüziyyatı ilə dönüb
bir məsələ təşkil etdi.
Əvvəlcə
evlənmək, məktəbə girmək, bir iş
açmaq, qulluq tapmaq bir məsələ idi.
İmdi
yaşamaq özü bir məsələ oldu.
Özgə
cürə ola da bilməzdi.
Ucu-bucağı
görünməyən dava özü də bir yaşmaq məsələsi
degilmidir?
Hakimiyyəti
- bəhriyyə məsələsi
Açıq
qapı məsələsi
Azad ticarət
məsələsi
Şərq
məsələsi
Müvazineyi-düvəliyyə
məsələsi
Ticarət
müahidəsi məsələsi
Hürriyyəti
- milliyyə məsələsi
Militarizm
məsələsi
Lehistan məsələsi
Pangermanizm,
panslavizm məsələsi
Lehistan,
erməni, yəhudi, gürcü, müsəlman məsələsi
Osmanlı,
İran məsələsi
Əfqanıstan,
Hindistan, Misir və Balkanıstan məsələsi
Məsələsi,
məsələsi
Xülasə
bir çox məsələsi...
Bax,
müharibənin çıxardığı siyasi məsələlər.
Millətlərin,
dövlətləri məsələsi
Ancaq
güman etməyiniz ki, siyasi məsələlərlə
qarın məsələlərinin arasında münasibət
yoxdur.
Bunlarda
olan münasibət heç yanda olamaz.
Siyasi məsələlərin
hamısı qarın məsələlərinin həlli
üçündür.
Qarının
məsələsi həll olunmayınca siyasi heç bir məsələ
həll olunamaz.
Buna
görə də bən siyasətdəki məsələlərin
həllini, dava meydanlarından çox məhəlli xəbərlərindəki
məsələlərdən gözlüyorum.
Niş
“Açıq
söz”, 13 iyun 1916, ¹21
Qurama
Yerli qəzetələrdə
oxudum ki:
“Erməni
doktorlarının iclası olacaq. Doktor Kevorgi Lazaryan Petroqrad
erməni ictimai ilə Tiflisdəki zemstvo yığını
həqqində məruzə (doklad) okuyacaq. Erməni
doktorları ilə diş təbibləri bu iclasa gələ
bilərlər”.
Müsəlman
qəzetəçisi belə bir xəbər oxuyanda nə
fikirləşər, heç bilirsinizmi?...
Fikirləşər
ki, nə olaydı, bizim də zemstvoya gedənlərimiz, bizim
də cəmiyyətlərimiz buna oxşar bir şey edəydilər.
Bu qədər yazıldı. Şikayətlər, tənqidlər
edildi. Bunlara meydan verməli idilər.
Yanımda
oturan birisinə dərdimi dedim, mətləbi anlatdım. Belə
yazıram dedim.
- Nahaq!
-
Neçün nahaq?
-
Çünki istədigin doklad bir dəfə degil,
üç dəfə oxundu.
-
Haçan, harada, kimin hüzurunda! - deyə təəccübləndim.
-
Arvadların məclisində, bu bir, cəmiyyəti-xeyriyyədə,
bu iki, Nicatda, bu üç!
Deyə
sayıb ovcuma qoydu.
- Bəs
niyə bizim bundan xəbərimiz olmamış.
- Niyə
də olsun?
- Niyə
başqaları xəbər verir. Qəzetə ilə nədən
bəhs edəcəklərini və kimin üçün bəhs
edəcəklərini xəbər verə bilərlər də
bizə yaramıyor?
- Əvvəla,
arvadların məclisi, ora gedə bilməzsiniz, naməhrəmsiniz.
İkincisi, cəmiyyəti-xeyriyyə orada doklad eşitməgə
“testiniz” yoxdur. Üçüncü, Nicat cəmiyyəti,
orayadakı sizin idarə asidir.
Xub, biz
belə... Varsın “Açıq söz” təhəmmül edən
olmasın. “İqbal”ın iqbalsızlığına nə
deyirsiniz?...
- Siz qəzetəçilər
ki var, hamınız füzulsunuz. Bir-iki kəlmə o yandan bu
yandan ögrənib qalkacaqsınız ki, bunun burası belə
ola bilməzmidi. Orada bir az səhv olunmamışmı,
burasında xəta təsəvvür olunmuyurmu?...
- Bu daha
yaxşı degilmi? Fikirlər toqquşarsa, həqiqət
doğmazmı? Bən öz fikrimi həqiqət bilib də
başqa tərəfdə durub inad göstərərlərsə
bundan nə hasil olar və yainki hər kəs bir dəstə
arvad, üç-dörd milyoner, beş-altı müəllim
və tazə məktəb qurtarmış tələbə
tapıb da söyliyib söylənsə və
özünü həqli görüb də başqa cür
düşünənləri qaibanə tənqid vürud etsə,
meydandan müzəffər çıksa bundan nə
çıxar.
- Nə
çıkarmı?...
- Sən
cavabını verməgə çətinlik çəkirsənsə,
mən deyim:
Ehtimal ki,
hər şey çıxar. Fəqət bir şey
çıkmaz.
- Həqiqi
cəmaət xadimligi!
Niş
“Açıq
söz”, 14 iyun 1916, ¹211
Qurama
İki pəhlivanın mübarizəsi
(Lotuluq aləmindən
götürülmə bir hekayə)
“Babayi-əmir”
ilə “Tuti”yə ithaf
Cəmaətimiz
içində, həyasızlıqları, şəbədəbazlıqları,
oyunbazlıqları ilə məşhur “sənətkarlar” var
ki, toylarımızın “bəzəgi”, xan məclislərinin
“düzəgi”dirlər.
Sözümüz
“lotu”lara aiddir.
Bir
gün şahmı, xanmı hankisinin isə məclisi
varmış.
Bütün
lotuları kırıxdırmış olan xan lotusu Cabbar ilə
şəhərə tazə gəlmiş lotu Qaffar arasında
müsabiqə meydanı açılmışdı.
Həyasızlıqda
tayı olmayan Cabbar birdən-birə gözləmədigi halda
yeni gəlmə Qaffarla meydana girib boy sınamalı, məharət
göstərməli idi.
Müsabiqə
başlandı.
Cabbar müəlləq atdı, tuzi durdi.
Özünü rəngdən-rəngə, şəkildən-şəklə
saldı. Bədyə dedi, həcv elədi. Zalım Qaffar
hamısının öhdəsindən gəldi. Söz
üçün məəttəl, iş üçün ləng
qalmadı.
Cabbar
ömründə böylə bir hərifə rast gəlməmişdi.
Cabbar ölmüşdü, özünə müqabil bir lotu
görməmişdi.
Dumutə
getdi
Məharətlə
olmadısa, bari həyasızlıqla qazanaram - dedi və
soyunmağa başladı, papağını, donunu, göynəgini
çıxartdı. Qaffar da çıxartdı.
Tuman da
sıyrıldı.
Qaffar da
haman tumancaq oldu.
Sonra...
Cabbar hərləndi.
Qaffar da hərləndi.
Cabbar birdən
dayandı. Öz-özünə fikirləşib qoy bunu
küyə salım - dedi və ğəribə bir səs
çıxartdı. Zalımoğlu hərif məəttəl
qalacaqmı, cavabını daha şiddətli surətdə
verdi.
Bu da
olmadı.
Cabbar
olsun da məəttəl qalsın...
Artıq
son hiylə işlətməli idi.
Cabbar gəldi,
məclisin tən ortasında şönqudi. Qaffar otura bilməzmi,
oturdu, həm də daha böyük bir müvəffəqiyyətlə
oturmuş oldu. Fərq çox böyük idi.
Fəqət Qaffarın bu qüvvəti eyni
zamanda zəifini təşkil etdi.
Cabbar
Amerika kəşf edər kibi, əlini-əlinə
çırparaq məclisin ortasına qondu,
“fındığını” götürüb ağzına
atdı!
Nə böyük
məğlubiyyət.
Qaffar
“qarpız”ının əlində aciz qalıb pərt oldu.
Lotu Cabbar
müsabiqəni qazandı. Xanın xələtinə nail
oldu.
İki
gülgü Jurnalı arasındaki çəkişmədə
- daha doğrusu sögüşmədə
hankısının Cabbar və hankısının Qaffar
rolunda olduğunu artıq oxucular özləri təyin etsinlər.
Niş
“Açıq
söz”, 19 iyun 1916, ¹215
Qurama
Tanıdığım
bir xan var
İran
xanı
Şöhrəti
aləmgirdir. Adını eşitməyən olmasa gərək
Vəqtilə
Qafqasiya kəndlərində belə onun həqqində
mahnılar oxurdular.
Yalnız
özü degil, qılıncı da məşhur idi.
Özünün
ismi, rəsmi bəlli olmaq azdır, qılıncının vəznini
də hər kəs əzbər bilirdi.
Ehtimal ki,
İran xəlqindən çoxu bu vəznin neçə
batman olduğunu öz vücudində hiss etmişdi.
Məlum
a... xanlarda bəzi qəribəliklər olar.
Bizim bu
xanın bir degil, bir çox qəribəlikləri vardır.
Biz
bunlardan birisini yazacağız:
Xan hər
kəslə tazə tanış olsa, tanış olduğu
adamın adını ögrəndikdən sonra verəcəgi
sual mütləqa ya o adamın arvadı və yaxud
bacısına aid olar.
Xanın
tazə bir tanışı ilə edəcəgi tazə
söhbətinə yandan baxan olsa, bu sözlərin rəddü-bədəl
olduğunu eşidər:
- Adınız.
- Filankəs.
- Peşəniz.
-
Filançi.
-
Bacınız varmı?
Və ya:
-
Arvadın cavanmı?
Bunu əfsanə
sanmayınız. Çünki, bu xüsusda teatr var.
Nəql
ediyorlar ki, xan bu gün Parisdə qoca bir Fransa müəllimi
ilə tanış olur.
Fransız
müəllimi bilmək istiyormuş ki, İran xanı necə
olar.
Bu da bir
cür maraqdır: cümhuriyyət oğlundan ötrü xan,
həm də məşhur Asiya istibidadının yetirdigi bir
xan, şübhəsiz ki, böyük bir tamaşadır.
Bizim
üçün bir fil və ya bir timsah, nə isə, bir
fransız üçün də ehtimal ki, bir xan odur.
- Ekselans cö sui ön metr* - deyə
qoca fransız təqdim olunmuş.
-
Arvadın varmı? - deyə cabbar eşidincə... nə
olmuşsa məlum degil. Fəqət bu qədər məlumdur
ki, fransız müəllimi yolunu tutub düz getmiş. Bir daha
dönüb baxmamış: gözləri xan görməsin!
İmdi
diyorlar ki... (sətirləri senzor çıxarıb -
Ş.H.) hər kəs xanın gəldiginə əhəmiyyət
vermiş, maraq eləmiş, hətta qəzetəçilər
dörd çevrəsini alıb onu suallara basmışlar. Əzcümlə
“Bazar məlumatı” qəzetəsinin müxbiri ilə
görüşmüş, bu qəzetə həqqində bir
çox məhəbbətli sözlər söyləmişdir.
Fəqət bir məsələ
aydın degildir. Buna görə də bəni maraq
öldürüyor. Görəsən deyirəm, xan onunla
görüşə gələn “məlumat” mühərririnə:
Bacın
var? - deyə sormuşmu...
Niş
“Açıq
söz”, 21 iyun 1916, ¹ 217
Aləmgir
- çox məşhur
Vəznə
- çək
Rəddü
bədəl - mübadilə
*(Bu deyir
ki, mən buranın sahibiyəm
Orucluq xatiratı
İstanbulda ramazanlıq
I
On birə
qarşı bir - orucluq ayı. Yemək, içmək, işləmək
üçün qurduğun və onbir ay tamam dəvam
etdirdigin adətlər on ikinci ayda başqa bir şəklə
girir.
Bu
başqalıq bittəb yalnız şəxsdə, ailədə,
kənddə, şəhərdə degil, müxtəlif şərait
altında olan müxtəlif yerlər və millətlərdə
müxtəlif təsir və nəticələr hasil edər.
Orucluq
bütün müsəlman millətlərinin adətlərini
birləşdirmək xasiyyətilə onları bir millət
halinə gətiriyor: adət və mərasimcə, demək
olar ki, ənənəatca da birləşdirmiş oluyor. Məlum,
a, milliyyəti tərif üçün ənənəat və
adat birligini də söylərlər.
Fəqət
orucluq bütün müsəlman millətlərinə təsir
elədigi kibi hər müsəlman milləti də
orucluğa az-çox təsir etmişdir.
Orucluğa
ən çox başqalıq verən, onu kəndisinə məxsus
bir şəkildə təcəlli etdirən bir millət
varsa, osmanlılar, daha doğrusu, istanbullulardır.
Bir ərəb
şairinin dedigi kibi iki zümrüd arasında vaqe olan bu
billurin şəhər, Qərb ilə Şərq, Avropa ilə
Asiya arasında bir bəzək təşkil elədigi
üçün özünə məxsus ikitərəfligə,
imtizac ziddinə, təbiri-caizsə, bir zəxiyyətə
malikdir.
Havasının
car fəsilligi, həmişə bahar olan iqliminin yumuşaqlığı,
boğaz içinin gözəlligi, minarələrinin o
göylərə uzanan lahuti qəşəngligi, camilərinin
ilahi əzəməti, saraylarının tarixi həşəməti
bu bədaye içərisində yaşayanlara şairanə
bir hiss bəxş etməkdədir.
İştə,
şairanə və laqeydanə bir həyat yaşayan bu gözəl
paytəxt vəqtilə kəndisinə malik olan bir çox
qüvvələrin mədəniyyət və təsirindən
bir parça mütəəssir olaraq İstanbula məxsus
günlər, bayramlar yaratdığı kibi,
ramazanlığa da ayrıca bir rəng, başqa bir halavət
vermişdir.
Ramazan,
bütün müsəlman məmləkətlərində
olduğu kibi İstanbulda da ayrı zövq və həvəslə
gözlənir, şəban ayı axırlara çatınca
bütün ailələr ramazanlıq tədarükünü
görərlər. cocuqlar haman “Niyyət axşamı” gəlincə
“Rəmazan babai xoş gəldin!” nəğməsi ilə
küçələri gəzib oxuşurlar. cocuqların bu məsumanə
gəzişmələrini məhəllə bəgcilərinin
davulları, sonra da hökumət əmrilə atılan toplar
təqib edər. Bayram olduğu anlaşılar
Orucluq həyatı
böyük bir intizama tabe tutulmaqdadır. İftar, səhur və
sübh zamanları rəsmən elan olunmaqda və məhəllə
bəgcilərinin davulları vəqti müəyyəndə
bütün İstanbulu oyatmaqdadır.
Taq, taq,
taq, tara-tararaq - bəgci gəliyor, küçələri
dolanıyor, hətta karvansra və ya mehmanxanə qəbilindən
olan “bekarxanə”lərin (subaylar olan mənzillərinin)
içərisinə daxil olub qapıları belə
taqqıldadıyor. Obaşdanlığı xəbər
veriyor. Sizi ac qoymaq qeydində olan “müvəkkil” eyni zamanda
günaha batmamanızı da fikirləşməgə məmurdur.
Sübh açılınca təkrar davulunu alaraq
qapı-qapı gəziyor. Artıq yemək caiz
olmadığını elan ediyor.
İstanbul
hər paytəxt kibi məmurların, tələbələrin,
ailəsiz yaşayan “bekar”ların bol olduğu bir yerdir. Bu
bekarlar qafiləsi, hər beş qədəmdə bir təsadüf
edən lokantalarda, aşçı dükanlarında yemək
yeyirlər. Orucluq gəlincə bu həyat, lokanta yeməyi,
aşçı dükanlarındaki iftar süfrəsi
başqa bir şəkil alıyor.
Lokantaların
qarşısındaki səkilərə masalar qoyularaq süfrə
döşəniyor, çorba qabaqda, dəsmal boynunda,
qaşıq əldə, qulaqlar səsdə, ixtiyar, gənc -
hər kəs tüfəngini rah tutmuş əsgər atəş
əmri gözləyən kibi iftar topunu gözləməkdədir.
Bir də gördün ki:
- Bum!...
Bum!... Bum!
Deyə
top səsləndi. Topun bu bum-bumlətisini mütəqaib
qaşıqlar yaylım atəşini andırıyor, bir səda
çıkararaq, bütün gün ac qalan möminlər bu
boşqablara hücum edərlər.
“Bekar”ların
iftarı ilə səhuri əksərən bir dəfə də
vaqe oldu.
Aşçı
dükanında bir kaç növdən olmaq üzrə yemək
yemiş olan istanbullu oradan qalkar, qəhvəçi yaxud şərbətçi
dükanına gedər, dondurma, üzüm suyu,
qızılcaq şərbəti yaxud ayran... meyli istədigini
içər...
Fəqət
ramazanlıq gecəsi bununla bitərmi?
Əslinə
baxsan ramazanlıqda İstanbulda öz mənası ilə, gecə
yoxdur. İstanbullular qurnazdırlar, gecəyi günüzə,
günüzü də gecəyə dəgişmişlər.
Bir ay
yarımanka zamanı nə isə, ramazanlıq da İstanbul
üçün odur.
Bizdə
ramazan olunca teatrolar oynanmaz, biləks İstanbulda orucluq teatro
mövsümüdür. Dirklər arasının
teatroları, canbazxanələri, qəhvələri, “tir”ləri,
sirkləri ramazan gecələrində xınca-xınc dolur.
Amerikadan,
Avropadan məxsus oyunbazlar, pəhləvanlar, aktyorlar gəlirlər
də ramazan “sezonundan” istifadə edirlər. “Minakyan”ın
draması, Həsən əfəndinin komediyası, Bürhanəddinin
truppası hərə bir tərəfdə məşğul
olub da gecəyi zövq və səfa ilə keçirəcək
olan İstanbul əhalisinə tamalaşar veriyorlar.
Fəqət
sırf türkcə olan bu teatrolarla bərabər təsadüfi
və qeyri-təsadüfi olaraq Avropadan gələn xanəndə
və ya rəqqasələr də bazar yeri tutmuş olur. Hələ
risanbazlarla dulusçuların bellərində dəmir əgən,
dişlərində dörd-beş masayı birdən
qaldıran oyunçuların müştəriləri daha
çok.
Xülasə,
ramazanlıq gecəsi İstanbulun ən şadman və bayram
sevsi ilə bəzənmiş gecələrindən ibarətdir.
Səhur oluncaya qədər bu seyri-ümumi, bu təfərrüc
davam edər də sabah açılınca hər kəs
uykuya dalar, ta nahar zamanına qədər yatar. Dövlət
idarələri, ticarət müəssisələri,
alış-veriş, gəliş-gediş -
bütün həyat dəxi az-çox bu üsula tabe
olur.
Əgər
bizim aktyorlar əql edələr bir dəstə düzəldib
də (əlbəttə sülhdən sonra) ramazanlıqda
İstanbula gedələr, şübhəsiz ki,
“malaruslar”ın bu tərəflərdəki müvəffəqiyyətini,
Azərbaycan komedi və operettalarını İstanbulda
görə bilərlər. Ermənicədən tərcümə
olunan “Ləbləbiçi xor-xor ağa”yı dalbadal
tamaşa edən istanbullular şübhəsiz ki, “o
olmasın, bu olsun”u, “Arşın mal alan”ı və sair komedi
və dramlarımıza da xüsusi bir maraqla tamaşa edərlər.
Ramazan gecələrinin
böylə keçirilməsi, əlbəttə, mömin
istanbulluların, bilxassə xocalarının xoşuna degil. Fəqət,
adət bu xoşnudsuzluqdan qüvvətlidir. Ona görə də
gecəyi seyr edənlər arasında başı
sarıqlılar da az görülməz. Bunlar əksərən
mədrəsə şagirdləri, suxtələrdir.
Bir az diqqət
olunursa, rəmazanlıq bayramına yalnız əhali,
yalnız suxtələr degil, camelərdə bir nov iştirak
edirlər. İstanbulda böyük-kiçik nə qədər
came varsa hamısının minarələri qəndillər
vasitəsilə çıraqban edilirlər. Hələ əhya
gecələrində bu çıraqbanlar daha parlaq bir şəkil
alır. Baxarsan ki, Sultan Əhməd, Fateh, Süleymaniyyə,
Aya Sofiya kibi böyük camelərin bu minarəsindən o
minarəsinə çəkilmiş tellərdən
asılı qəndillərlə havada bir taqım Quran ayələri
və kəlamati-müqəddəsə yazmışlar ki, ta
uzaqdan oxunuyor.
Bütün
bu şənlikləri, çıraqbanlıqları
görür də, insan düşünüyor, adətin nə
dərəcədə qüvvətli olduğunu fikir ediyor və
haman anlıyor ki, niyə İstanbul cocuqları “Ramazan babaya
xoş gəldin” deyə seviniyorlarmış.
Bizdən
ötrü bir nov durğunluq. Hüzn, qəm və riyazət
ayı olan ramazanlığın İstanbul üçün nə
qədər böyük bir zövqü səfa mövsümi
olduğu keçənki məqaləmizdən
anlaşıldı.
Bu
zövqü səfa yalnız gecəyə məxsusdur.
Gecə
ötüb xoruzlar banlamağa başlayınca musiqinin sədasi,
qramofonların “a-a-a-x-ax”ı susar, müəzzinlər
xoruzları təqib edərlər.
Bu, ən
gözəl sabahlardan birisidir: İstanbul sabahı,
amazanlıq sabahı.
Sübh
namazından qayıdıb evlərinə getdikdən sonra
artıq rəmazanlıq günü, daha münasibi, “gecə”si
başlar. Gün çıxdıqca xəlq yatar... bu sübh
əzandan yatan xəlqi bir də övklə (zühur) “Allah Əkbər”i
oyadar
Artıq
abdəst və moizə vəqtidir.
camelər
xəlq ilə dolar. Aya Sofiya, Sultan Əhməd, Fateh və
Süleymaniyyə kibi böyük camelərin hər zaviyəsində
vəz olunan kürsilər arxasında birər xoca (molla) yer tutub
da “vəz” edər. Digər bir yanda da baxarsan ki, məczub bir dərviş
“ayinini” icra etməkdədir.
Gərək
bu surətlə söylənən moizələr, gərək
dərvişin “ayini” olduqca maraqlı şeylərdir.
Moizələr
mövzui iki novdur.
Əski və yeni
Əski
movzui-moizələr əksərən rəmazanlıq
axşamlarında, daha münasibi, “günüz”lərindəki
teatroların, zövqü səfaların “Firəng məşrəbli”
əfəndilərin əleyhinədir. Burada mövhumatdan və
həmiyyatdan, yalançı sufilikdən başqa bir şey
eşitmək olmaz. Yalnız heyrət olunur ki, gecə
teatroları dolduran İstanbul xəlqi arasında
günüz, teatro əleyhinə söz eşidəcək
“möminlər”in “qarası” da az degildir.
Moizələr
ahəngi-məxsus ilə, bir nov hərarət və məczubiyyətlə
söylədigindən bizim vəzlərimizdən ziyadə
rövzəxanlıqlarımızı anlatmaqdırlar.
Fəqət
yeni üsul moizələr həqiqətən də eşidilməlidir.
Burada artıq teatro biletinin od olub qiyamət günü
adamın bədəninə yapışdırılmasından
degil, siyasətdən, hikməti-şəriədən, ictimai
mövzulardan bəhs olunuyor.
Böylə
məşhur bir neçə vaizlər var ki, onların filan
camedə vəz edəcəklərini eşidincə
İstanbul əfəndiləri haman “abid” kəsilər cameə
qoşuyorlar. Bu kibi moizələrin nəhayəti bəzən
də görürsən ki, bəhriyyə (donanma) ianəsi ilə,
yaxud müəyyən bir məsələyi-siyasiyyə həqqində
bir qətnamə əxzilə tamam oldu.
Bu kibi vəzlərdən
şairi-dəyanətpərvər Mehməd Akif, İlahiyundan
mərhum İsmail Həqqi, Ədirnə məbusi Meməd Əbidullah
və rusiyalı Əbdülrəşid Qazi (İstanbulca səyyahi-şəhir)
cənabları ən məşhurlarıdır.
Məşrutiyyət
əski sxolastik fəlsəfə ilə yoğrulmuş səfsətələrdən
ibarət toquma və qondarma moizələr arasına ciddi,
elmi, ictimai və siyasi moizələr daxil etdrib də xəlqi vəhmiyyatdan xilasə vasitə
olduğu kibi rəmazanlıq gecəsinin Sultan Həmid
zamanında boş, biməna və ancaq ləhvdən ibarət
olan komeliyaları, farsları, canbazxanələri ilə
qurşaqları arasına ciddi konfrans (leksiya) məclisləri
və siyasi klub həyatını da daxil etmişdir.
Baxarsan
ki, bir gecə filosof Rza, o biri gecə maliyə vəziri Mehməd
cavid, daha başqa bir gün müəllim Sate bəy, tərbiyeyi-bədəniyyə
müəllimi Səlim Səri, Əhməd bəy Ağayev,
Yusif Akçurin, Həmdullah Sübhi leksiyalar oxuyurlar, yainki məşhur
türk şairi Mehməd Əmin əfəndi öz
yazdığı şeirlərini oxuyur.
Leksiyaların
mövzusu da bittəbii xəlqi maraqlandıran hazırki siyasi
və ictimai məsələlər təşkil etməkdə,
ifadə və hədəfləri də bir az elmi, əksərən
də hissi şeylər olub xəlqdə vətənpərvərlik
hissiyyatı, vətəndaşlıq həmiyyəti
oyatmağa münhəsir!
Sırf
ibadət və riyazətə gəlincə nəzərdə
ləhvü ləəbə aludə olan İstanbul heç də
laqeyd degildir. Namazlar, camelər, cəmaət namazları
İstanbulun hər zamanında, bilxassə rəmazanlıqda,
doğrudan da əzəmətli və ləhuti bir mənzərəsini
təşkil edər.
Aya
Sofiyada, yaxud Fatehdə bir gecə dayanıb təravih
namazında iştirak eləmək, şətrak olmasa da,
tamaşada bulunmaq nə qədər böyük bir mənzərə
qarşısında bulunmaqdır, bilsəniz!...
Siz istər
mütədəyyin olunuz, istər yox, istər mömin olunuz,
istər mülhid, İstanbul camelərində qılınan
namazların o intizamı, o heybət və əzəmətini,
o on binə qərib kütleyi-əzimənin bir
ölçü, bir hərəkətlə rüku-səcudə
gedib düzəlib əgilmələrini, qalxıb
oturmalarını görsəniz cəmaət namazındaki təsir
və ondakı hikmətin nədən ibarət olduğunu dərk
edər və ancaq o zaman bunun nə dərəcədə
böyük bir şüari-islam olduğunu anlarsınız!
Nahəq
degildir ki, bu mənzərə Osmanlı ədiblərinə ən
gözəl bir vasiteyi-ilham olduğu kibi Avropa bədainəvislərinə
də gözəlcə bir mövzu təşkil etmişdir.
Və yenə
nahəq degildir ki, hər böylə namaz vəqti qapı
ağzında bir dəstə Avropalı səyyah kəmali-zövq
və hörmətlə papağını əlinə alaraq
təmaşayə qoyulur.
cəmaət
namazının bir avropalı nəzarətində nə kibi
ülvi bir təsir oyatdığını görmək
üçün fransız mühərriri “Pyer Loti”nin “Fateh”də
yatsı namazı” fəslini oxumalı!...
Oxumalı
da, xoş sədalı mükəbbirin binlərlə səf
çəkən möminləri nə surətlə, nə
kibi bir nizam və xülus ilə idarə etdigini və illa
hüzurundaki bu xüşuin həssas şairlər lövhəsinə
nə kibi bir hüsni-intibah buraqmaq xassəsində olduğunu
görməlidir.
Əhya
axşamlarında yüz rükət təravih namazı
qılınır. O gecələrdə xəlifə həzrətləri
aya Sofiya cameinə gəlir də, kəndisi pişnamazlıq
edər.
Təravih
iki rukət iki rükət qılınır, rükətin
arasında xoşavaz saray müəzzinləri təhlilxan
olaraq gözəl bir məscid avazı təşkil edərlər.
Oruc hər
nə qədər hər kəsə vacib və fərz və
bir hökmi-ilahi isə də, bəndəkan xudanın hər
tərəfdə günahkarları çox. Oruc
tutmayanları da yox degildir.
Əcəba,
İstanbulda oruc yeyən bu tərəflərdə
görüldüyü qədər, çoxmudur?
Bu
sualın cavabını İstanbulun zahirini görməklə
vermək olmaz. Çünki zahirdə islam olub da oruc tutmayana
rast gəlmək müşkül bir əmrdir. Zira aşkara
oruc yemək yasaqdır. Aşkara oruc yeyənləri polis qanunən
təqib edər. Bir adamın fisqi, təkrar edincə,
üçüncü dəfə yaxayı ələ verdikdə
o orucun axırına qədər həbsdə qalıb da
orucluğu orada başa aparmaq məcburiyyətindədir. Bir hökumətin
bu dərəcədə təbələrinin ümuri-diniyyə
vəzifəyi-vicdaniyyəsinə qarışmaq səlahiyyəti
varmı - yoxmu məsələsinə hüquqi-islamiyyəcə
başqa Avropa mədəniyyəti-hazirəsincə də
başqa cavablar vardır. Fəqət bu cavablardan sərfi-nəzər,
hər hanki sər-azad bir səfapərəst olsa da,
İstanbul rəmazanlığının gecəsindəki, “səfa”sı
üçün günüzündəki bu “cəfa”sına
heç dinmədən təhəmmül edər - zənnindəyiz.
M.Ə.
“Açıq
söz”, 24 və 26 iyun 1916, ¹220, 221
Təfərrüc
- gəzinti
Lahuti -
ilahiliyi
Bədaye
- incəsənət əsərləri
Qəndil
- çilçıraq
Suxtə
- dərdə düçar
Məczubiyyət
- divanəlik
Məşrəb
- xasiyyət, meyl
Fisq - mənəvi
pozğunluq
Abid - ibadətlə
məşğul olan
Xüşunət
- sərtlik
Təravih
- ramazan gecələrində axşam namazının
ardınca qılınan 20 rükətlik namaz
Qurama
Rusiyada
çayı dişləmə içərlər.
Rusiyanın
adətlərini əzizləyib saxlayan Moskvanın isə
“dişləmə çay” ən böyük bir keyfidir.
Bilxassə
ki araq keyfi də yasaq...
Araqdan sonra
yenə bir təsəlli vardır - dişləmə çay
Onun da
vurdu əngəli çıxdı. Qənd tapılmaz oldu.
Qənd əvəzinə
pesok (şəkər) işlətmək lazım gəldi.
Şəkəri
qəndə döndərmək üçün zavodlar
artıq məsrəf etməsinlər - deyə, haman şəkərlə
dolanılsın deyildi.
Moskva
restorançıları, çayçıları və
tüccarları yığışıb getdilər.
Yeganə
bir “keyfimiz”də əlimizdən çıkıyor dedilər.
Dişləmə
çay məhv oluyor, deyə dərdlərini anlatdılar.
Həm də
qənd əvəzinə şəkər zordur, - dedilər,
hesab göstərdilər. Şəkər qənddən
çox işlənir, bunu rəqəmlərlə isbat etdilər.
“Hmm...
Nazpərvər Moskva uşaqları dişləməsiz
çay içə bilmiyorlar” - deyə, məsələ
loğmananə həll edilərək müsəddər vəzarətdən
xəbər çıkdı ki:
- Qoy xəlq
şəkəri bir parça içinə töküb
sovursun!
Bu söz
məşhuri-cahan oldu. Məşhuri-cahan olan bu sözü
eşitdikdə Şeyx Bəhayi əleyhirrəhmənin məşhur
bir beyti yadıma gəlmişdi:
“Kərniba
şəd şaneyi-əz bəhri-riş
Şaneyi
betuan kərdiba əngüşt xuyiş”(*)
Bən
beyti okur, həmişə özüm-özümə deyərdim
ki:
Görəsən
bu şeyx necə adammış?!
Həvəslə
degilmiş ki dərya!...
Saqqalını
daramaq üçün darağın yoxsa, yürəgini
sıxma, barmaqlarınla daraya bilərsən, diyor.
Fəqət
mərhum şeyx sağ olsa və “dişləmə çay”
əvəzinə “iskili çay” təklif edənləri
görsəydi, onda bilərdi ki, həvəslə nə deməkdir.
Və yəqin ki, “Kərnibaşəd”lərinə:
“Kərnibaşəd
qənd bəhri-dişləmə”
- deyə
münasib bir beyt daha əlavə edərdi.
Niş
“Açıq
söz”, 30 iyun 1916, ¹225
(*)”Saqqalını
daramaq üçün darağın olmasa
Barmaqlarınla
onu daramaq olar”
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.-2012.-30 iyun.-S.26-27.