Ürək çox
dərdə dözmür
QARABAĞ AĞRISI ZİYƏDDİN
SULTANOV QƏLƏMİNDƏ
Azərbaycanın son vaxtlarda apardığı
uğurlu təbliğat
siyasəti nəticəsində
dünya ictimaiyyətinə
məlum oldu ki, Xocalı faciəsi təkcə bir xalqın deyil, bütövlükdə
bəşəriyyətə, insanlığa qarşı
çevrilmiş ən
rəzil, ən dəhşətli bir qətliam faktıdır. İndi dünyanın bir çox demokratik mətbuatı ermənilərin
bu vəhşiliyinin miqyasını duymağa və onun gətirdiyi
faciələri öz
ölkəsinin oxucularına,
tamaşaçılarına çatdırmağa başlamışlar.
Xocalı faciəsinin iyirminci
ildönümünün prezident
sərəncamı ilə
qeyd edilməsi bu hadisənin günlərlə, həftələrlə
beynəlxalq mətbuatın
gündəminə çıxardı.
Lakin bütün bunların əsasında faktlar, qeyd olunmuş informasiyalar və bir də iri
həcmli publisistik əsərlər dayanır.
Bugünkü siyasətçiləri, insanlığı qiymətləndirə
bilən ictimai xadimlərə və gəncliyin tarixçilərinə
Xocalı faciəsinin
xronikasını dəqiqliyi
ilə çatdırmaq
çox böyük səmərə verir.
Bu sahədə jurnalist və publisistlərimiz misilsiz işlər görmüş
və görməkdədirlər.
İstedadlı jurnalist
və publisist Ziyəddin Sultanov bütün Qarabağ hadisələrinin, xüsusilə
Xocalı soyqırımının
içərisində nəinki
şahid kimi, həm də elə bir vətəndaş-döyüşçü
kimi iştirak etmişdir. Onun Qarabağ hadisələrini,
o cümlədən Xocalı
faciəsini anbaan, günbəgün əks etdirən əsərləri
bu günün və gələcək nəslin əlində erməni vandalizminin geniş, hərtərəfli
xronikası kimi vacib sənədlər silsiləsindəndir. Publisistin
“Qarabağ gündəliyi”,
“Qarabağın qara günləri” , “Xocalı
faciəsi”, “Burdan bir atlı keçdi”,
“Ağdərədən gələn
var”, “Əsirlər, itkinlər, girovlar”, “Ölüm sevinməsin qoy”, “Xatırla məni”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”,
“Göylərdən gələn
gəlin” kitablar silsiləsi də bu xronikanın əvəzolunmaz sənədləri
kimi qəbul olunur. Publisistin bu yaxınlarda
nəşr olunan “Ürək dözmür ayrılığa...” kitabı
həmin silsilənin davamı kimi qiymətlidir.
1988-2011-ci illər...
aradan gör nə qədər keçib. Ancaq müqəddəs
torpaqlarımız hələ
də düşmən
tapdağı altındadır.
Hələ də müharibə qurtarmayıb,
hələ də cəbhə xəttində
atəşkəs rejimi
pozulur, hələ də hücum və basqın ara vermir.
Deməli, bu mövzuda, bu yöndə hər gün, hər saat, hər an
yazmalıyıq, danışmalıyıq.
Dünya
haqq səsimizi eşidənə qədər,
qələbə gününə
qədər, ata-baba torpaqlarımız azad olunana qədər.
İstedadlı yazıçı-publisist Ziyəddin
Sultanovun “Ürək dözmür ayrılığa...”
adlı növbəti
kitabında da Qarabağ müharibəsindən,
torpaq itkisindən, ölümün gözünə
dik baxan Azərbaycan oğullarından
və qızlarından,
od-ocaq, yurd-yuva həsrətindən bəhs
edilir.
Kitaba istedadlı tənqidçi
Vaqif Yusifli “Yaddaşın mühakiməsi,
yaxud yeni bir Qarabağnamə” çox maraqlı ön sözü ilə bir arada
toplanan əsərlərin
qiymətini vermişdir. Maraqlıdır ki, Z.Sultanov
bu kitabda daha çox yazıçı-publisist kimi
çıxış edir.
Onun kitaba daxil etdiyi “Xocalı
faciəsi”, “Göylərdən
gələn gəlin”
əsərləri bir
tərəfdən hadisələrin
xronikası təsiri bağışlayırsa, digər
tərəfən bədii-publisistik
üslubu ilə faciəni yaşamış
insanların ümumiləşdirilmiş
obrazlarını yaradır.
Bu sənədli povestlərdə Xocalı
faciəsinin qurbanları,
onların qəhrəmanlıq
faktları, azərbaycanlı
qadınların əsirlik
həyatında belə
öz milli qürurlarını qorumaları
oxucuda bu torpaqlara mütləq qayıtmaq inamını gücləndirir, düşmənə
nifrət hissini alovlandırır.
Kitabda toplanan
sənədli hekayələrin
hamısı, o cümlədən
“İşıq həsrəti”,
“Üzü bəri baxan dağlar, mənim səndə anam qaldı”, “Fəryad”, “Min yüz əlli beş gün düşmən əlində girov qalmış Fərman Quliyevin hekayəti” və s. əsərlər
Qarabağ gündəliyinin
sənədli-bədii ifadəsidir.
Bu əsərlərin hamısında ustad bir yazıçı-publisistin
ürək döyüntüləri,
vətəndaşlıq hissləri
var. Kitabın ən qiymətli cəhəti düşmənin düşmən
olduğunu heç vaxt unutmamaq, torpaqlarımızın xilası
uğrunda mübarizədən
heç vaxt çəkinməmək və
bir də öz ləyaqətini itirməmək kimi idealları aşılamasındadır.
Müəllif kitabı
“Ürək dözmür
ayrılığa...” adlandırıb.
Lakin bu kitabın təlqin etdiyi qayələrə görə
ürək təkcə
ayrılığa deyil,
həm də unutqanlığa, etinasızlığa,
torpaq itkisinə, acı talelərə dözmür.
İqbal ASLANOV,
BDU, Jurnalistika fakültəsinin
IV kurs tələbəsi
525-ci qəzet.- 2012.- 14 iyun.- S.7.