Ruhum Qarabağlıdır”  

 

 Ruhum ərşə çəkilib,

Görmədiyim gündən səni.

Gözümün yazı kəsmir,

Sənə gəlməyəndən bəri.

                   sinəm

Parça-parça, ruhum

             pərişan,

Diriykən ölüyəm,

        sənsiz Qarabağ

Mənim yaralı atam,

Mənim yaralı anam,

                 Qarabağ.

 

Qarabağ haqda yüzlərcə əsərlər yazılıb, filmlər çəkilib. Qarabağın gözəlliyi, onun təbiəti, ağrısı-acısı, başına gələn müsibətlər heç vaxt unudulmur və heç vaxt da unudulmayacaq. Bu sətirlər millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şerindən götürülüb. Bu şeirdə Qarabağlı olmayan, ancaq ruhən, bütün varlığı ilə Qarabağa bağlı bir insanın Qarabağla bağlı ağrıları, iztirabları və bu ağrılarını özünün ağrısı hesab edən, bu ağrıları yaşayan, həmişə gözlərində həsrət qığılcımları yanan bir insanın daxili iztirabları əks olunub.

Təsadüfi deyil ki, Xocavənd rayon İcra Hakimiyyətinin sifarişi və “Sien” prodakşın studiyasının birgə səyi nəticəsində bu günlərdə “Ruhum Qarabağlıdır” adlı bu film ərsəyə gəldi.

Film çox nikbin bir görüntü ilə başlayır. Qarabağ torpağı, Şuşa şəhəri. Təbiətin bəxş etdiyi ecazkar gözəlliklər hamısı bu torpaqda var. Yamyaşıl meşələr, dağların boynuna dolanıb qıvrıla-qıvrıla axan çaylar, ucalıqdan süzülüb qeyri-adi bir mənzərə yaradan şəlalələr qurtum-qurtum belə içilməsi mümkün olmayan zümzüməli bulaqlar bu yerlərin cənnətməkan olduğunu göstərir.

Filmin leytmotivi nurani bir qocanın baxışları üzərində qurulub. Xarabalıqlar içərisində oturmuş qoca öz əsasına söykənərək üzü dağlara sarı boylanır. Qocanın baxışlarında bir kədər var. Bu baxışlar bizi 20 il əvvəlki Qarabağımıza aparır. Hər tərəf gül-çiçək, təbiət sanki bu gözəllikdən nəfəs alır, cilvələnir, insanların üzlərindəki sevinc, sanki təbiətin bu gözəlliyinə qarışıb bir rəngarənglik yaradır. Bu rəngarənglik içərisində meşələr, çaylar, dağlar, şəlalələr və bir də onun qoynunda yaşayan insanlar da xoşbəxtdir.

Qocanın kədərli baxışlarından damla-damla süzülən bu xoşbəxtlik anlarıqəflətən atılan top səsləri altında itir. Aləm bir-birinə qarışır. Təbiətin bəxş etdiyi əsrarəngiz gözəlliyin üstünü yanmış evlərdən, kəndlər, şəhərlərdən qalxan qara buludlar örtüb. Bir az bundan əvvəl öz şux hay-harayı ilə təbiətin gözəlliyinə rəng verən insanların, ana və bacıların, körpələrin ah-nalə səsləri ətrafı bürüyür. Qaçqın-köçkün karvanı ətrafın gözəlliyini unutdurur. Yerə səpələnmiş onlarla insan meyitləri başqa bir mənzərə yaradır. Nə baş verib? Yoxsa təbiət qəzəblənib? Axı bu insanların nə günahı var? Axı  onlar dünyanın ən xoşbəxt insanları idilər. Nə idi onların günahı?

Qocanın baxışlarında bir qəzəb qığılcımları görünür. Bu qığılcım sanki alova çevrilmək istəyir.

 

Əsir olan qocaları,

Girov qalan anaları

Viran olan yuvaları, xanaları

Bir duy artıq,

Öz yurduna həsrət

Qalan milyonların

Ərşə qalxan naləsini

Bir gör artıq...

 

Ədəbiyyatımızda tez-tez rast gəldiyimiz ruh obrazı həmişə bizi xeyirxah əməllərə, xeyirxah işlər görməyə çağırır. Özümüzü tanımağa, unutqanlığımıza son qoymağa səsləyir. Əcdadımızdan, soy-kökümüzdən damla-damla süzülüb gələn adət-ənənəmizi göz bəbəyimiz kimi qorumağı aşılayır. Ruh həmişə bizim ətrafımızda, başımız üstündə dolanır. Bizi tək qoymur.

Filmdə yaradılan ruh obrazı- qara libasa bürünmüş gəlin film boyu bütün hadisələrin, baş verənlərin içində öz məsumluğu ilə dolanır, bir növ filmin kulminasiya nöqtəsinə çevrilir.

Bu filmdə yaradılan ruhqadın obrazı bizim ağrılarımız, acılarımızdır. Sakit-sakit öz məsum görkəmi ilə sanki qocanın deyə bilmədiklərini bizə çatdırmaq istəyir. Xarabalıqda, böyüyüb boya-başa çatdığıindi isə xaraba qalmış daxmada dizin-dizin sürünür, əllərini güllələrdən deşik-deşik olmuş evinin divarına sürtür. Daxilində baş qaldıran kədəri, qəmi büruzə vermək istəyir. Ağlamağa cəhd göstərir. Ağlaya bilmir.

Adətən bizim bədii əsərlərin qəhrəmanları olan qadınlar çox kövrək, tez-tez göz yaşı tökən, bir az da özlərinə qapılan olurlar. Ancaq bu filmdəki qadın obrazı ağlamağa cəhd göstərirsə ağlaya bilmir. Bir çəmənlikdə ora-bura qaçır. Dərə-təpədə nəsə bir yol axtarır. Gözünün qabağında baş verənlər canlanır. Qulaqlarında anaların-bacıların, körpələrin hay-harayı, ah-naləsi ucalır. Viran qalmış, dağıdılmış yurd-yuvasına gedən yola sarı boylanır. Qollarını geniş açaraq bütün o yerləri köksünə yığmaq istəyir. Sanki baxışları etdiyi hərəkətlərlə söyləmək istəyir ki, bəsdi, daha ağlamağın vaxtı deyil, artıq yetər çəkdiyimiz bu zülmlər, bu qaçqınçılıq həyatı yetər, o yurda qayıtmaq lazımdır.

 

Bircə dəfə öz evimi görə bilsəm

Öz evimdə ölə bilsəm,

Əcdadımın məzarına

Üz-gözümü sürtə bilsəm

Deyənlərin həsrətini,

Ağrısını, acısını

 Bölə bilsəm

 O torpaqda ölə bilsəm...

 

Filmin ən təsirli süjet xətti bu qadının öz körpəsinin beşiyi başında bizim damarlarımıza hopmuş, bizim soy-kökümüzün nişanəsi olanSarı gəlinmahnısı oxumasıdır. Mahnının sədaları altında gözlərimiz qarşısında doğma yurd-yuvamız, bizim yaralı-ağrılı Qarabağımız canlanır. Damla-damla, həzin-həzin süzülən bu mahnı bizə isə demək istəyir. Nəyisə sübut etməyə çalışır. mahnının sonluğunda bizə bir şey məlum olur ki, elə Sarı gəlin bizim Qarabağımızdır ki, bu gəlin beşik başında onaSarı gəlinmahnısı ilə layla çalır, onu oxşamaq, yaralarına məlhəm olmaq istəyir.

Bütün bunlarla yanaşı, bu film hadisələr prosesində öz motivini dəyişir. Ah, nalə, qaçqınlıq, köçkünlük nikbin bir ruhla əvəz olunur. Xocalı faciəsinin 20 illiyində möhtərəm prezidentimiz cənab İlham Əliyev başda olmaqda Xocalıya möhtəşəm yürüş, Taksimdə Türkiyə daxili işlər nazirinin o çox möhtəşəm tədbirdə alovlu çıxışı bir ümid qığılcımı yandırır. Bu ümid qığılcımı 20 il ərzində bizim ölkəmizin necə inkişaf etdiyini, ordumuzun necə basılmaz olduğunu, əsgərlərimizin necə Vətəni qorumağa hazır olduğunu bir daha bəyan edir. Bu 20 il ərzində bir an da olsun cənab prezidentimizin dediyiTorpaqlarımızın bir qarışı belə yağı düşmən tapdağı altında qalmayacaq” – şüarı yaddan çıxmır. Bizi o torpaqlara səsləyir. Bizim o torpaqları azad etməyə çağırır.

 

Yetər dünya

Dünya gərək dada yetsin

Qaçqınların hay-harayı

Hər doğmaya-yada yetsin

Varsa əgər bu dünyada

Ən aqil insana yetsin

Yetər dünya!

 

Qoca oturduğu daşın üstündən ayağa qalxır. Qarabağa uzanan yola doğru addımlayır. Ruha dönmüş qadın onun qabağına düşüb, qollarını açaraq ona yol göstərir. Arxasınca kütlə axını lap axırda isə hələ yavaş-yavaş yeriməyə başlayan körpə onların arxasınca Qarabağa doğru addımlayırlar.

Filmin çox böyük təsir qüvvəsi var. Filmə baxarkən biz özümüzü tanımağa başlayırıq. Qəlbimizdə Qarabağa qayıdış ruhu daha da yüksəlir. Bizi özümüzə qaytarır. Bizdə belə bir fikir formalaşır ki, əgər bu gün ali baş komandanımız tərəfindən torpaqlarımızın azad olunması haqda əmr verilərsə, yaşından asılı olmayaraq hamı silaha sarılacaq torpaqlarımızı yağı düşmən tapdağından azad edəcək.

Bu baxımdan Xocavənd rayon İcra başçısı, ideya müəllifi Eyvaz Hüseynovun, “Ruhum Qarabağlıdırşeirinin müəllifi, millət vəkili Qənirə Paşayevanı Sienprodakşın studiyasının rəhbəri Bəxtiyar Qaracanın birgə ərsəyə gətirdiyiRuhum Qarabağlıdırfilminin təsiri əvəzsizdir.

 

 

Vidadi Tağızadə,

 

Surxay Əlibəyli

 

525-ci qəzet.- 2012.- 22 iyun.- S.4.