ÜNVAN
Allahı tək türkdənəm,
Varlığı haqq türkdənəm.
Dərbənddən,Borçalıdan,
Təbrizdən,Kərkükdənəm.
Küləkdənəm,Mehdənəm,
Könüldənəm ahdanam.
Çəməndənəm,şehdənəm,
Güldənəm,güllükdənəm,
Məni göydən atıblar,
Yerdə göydə tutublar!
Köhnə küllük tapıblar,
Mən həmin küllükdənəm!
Tanış olun, deyirəm.
Yerim məlum, deyirəm.
Erkanokon deyilən
Dağdakı dəlikdənəm.
Haralıdı,haralı,
Qərib durna
yaralı...
Eşit durna
qatarı,
Səndəki bölükdənəm!
Adım qədim
ad olub,
Onçün zatım zat olub,
Mayam eldən
tutulub,
Öydənəm, öylükdənəm.
Haqqın yolu
yolummuş,
Aşiq halı
halımmış.
Bir vaxt
Yusif salınmış
Dərin quyuluqdanam.
Mənəm o Oğuz Xaqan,
Öz gücünə
inanan.
Qonanda qartal
qonan
Daşdan, qayalıqdanam.
Gəzib hardan
gəlirəm,
Yazın,Ordan gəlirəm.
Əsrlərdən gəlirəm,
Neçə minillikdənəm.
Yoxam bu
canda daha,
Varam hər
yanda daha!
Ruham başdan-
ayağa,
Xalqdanam, Xaliqdənəm!
Bir situna
can qurban,
Bisutuna bir
zaman
Türk sözünü
ilk yazan
Qələməm- külünkdənəm!
Nər dizimi
bükəmməz,
Mən çəkəni
çəkəmməz.
Ömrüm bitməz,
tükənməz,
Qandanam, ilikdənəm.
Dərgah Odur-
“Hu” olan,
Könül məcunu
olan
Bircə Məcnunu
olan,
Kəbədən,çöllükdənəm!
Ürəyim elə
bağlı,
Çiçəyim gülə bağlı,
Bəzmi Əzələ
bağlı
Camdanam,tuluqdanam.
Hər ürəyə
yolum var,
Danışmağa dilim var.
Sanma mənə
ölüm var,
Əbədi sağlıqdanam!
Ü Z
“Vəchin (üzün) sözünü
bürhan dəxi bilməz”.
Nəsimi
Üzünü gizləmə ay üzü
dönük,
Mən sənə
üz tutub şeir yazıram.
Göstərmə özgəyə o üzü,dönüb,
Mən sənə
üz tutub şeir yazıram.
Axı sənin
üzün adi üz deyil,
Hər üz
dediyinin adı üz deyil!
Üzün nəzərimdə
Odu,üz deyil,
Mən sənə
üz tutub şeir yazıram.
Getmə! Getmə,
bizim obanı qoyub,
İtmə! İtmə,səni
tapanı qoyub.
Getməzlər Kəbəyə, Kəbəni
qoyub,
Mən sənə
üz tutub şeir yazıram.
Yanıram işimi
düz tutmayanda!
Yaşarmı işini düz tutmayan da?!
Ölürəm... mən sənə üz tutmayanda,
Mən sənə
üz tutub şeir yazıram!
Kimsə üzün
tutub, üzü görsənmir,
Ey mən
dediyim üz,səni görsəm bir!
Ey mən
dediyim üz, görsən,görsən, bir!
Mən sənə
üz tutub şeir yazıram!
Baratın sən
deyən şair deyilmi?
Hamı hər
şairə şair deyirmi?
Alma ey üz,
əldən şairliyimi,
Mən sənə
üz tutub şeir yazıram!
ÖZ-ÖZÜMÜN DAVAMIYAM
Bir arzudan
yaranmışam,
Min arzunun davamıyam.
Yaralıyam,yaram dərin,
Min yaranın məlhəmiyəm!
Bilirəm söz
qiymətini,
Bilirəm öz
qiymətimi!
Veribdi saz
qiymətimi,
Dilqəmiyəm,Kərəmiyəm!
“Mənəm-mənəm”
deyə-deyə,
Gümanmı var ölməməyə?
Bəsimdi bir
qələm deyə:
Mən Baratın
qələmiyəm!
MƏHŞƏR
Tikanlar gül
açır hələ
dünyada,
Aydın məsələdir,
süsənlər ölmüş.
Bir gül
bir dəryada su deyin ağlar,
Mürəkkəb qurumuş, qələmlər
ölmüş...
Elə düşünürdük
həyat xoşdu, var,
Adamla doludu
...boşdu daş- divar.
Meydan sulayırlar
Məşədi İbadlar,
Çoxdan bu
şəhərdə kələntər
ölmüş?!
Hansı müəmmadan
baş açmış
aqil,
Sirrin də
öz sirri varmış elə bil.
Bəlkə də
dünyadan gedənlər
deyil,
Bəlkə də
dünyaya gələnlər
olmuş?!
Olmasın yarına
yar asi,aman,
Olsun yar
olanın yarası dərman!
Bir sevgi
dastanı yarananacan,
Nə qədər
Əslilər,Kərəmlər olmuş?!
Barat,Allah çəkir
dirisin nəyə?
Birisin torpağa,birisin
göyə.
Bircə ölmüş
kəlmə dirilsin deyə,
Adamlar qırılmış
...Adəmlər ölmüş?!
ÜRƏKLƏR ÜMMANI
Çırpı yığıb ocaq çatan kişilər
Əllərini dona verib getdilər.
İsindikcə isindilər balalar,
Ömrə bu
cür məna verib getdilər.
Kim ki,çatdı elin- günün dadına,
O düşəcək
elin-günün yadına.
Kimlər qaldı
öz dərdinin dərdinə,
Papağını günə verib getdilər.
Mən ürəklər
ümmanıyam aşıq,gör,
Barat niyə belə aşıb-daşır,
gör!
Qocaldıqca köhnə-təzə
aşiqlər,
Ürəyini mənə verib getdilər!
lll
Gedənlər atla gedirlər,
Gələnlər piyada olur!
Aləm olmaq
istəyənlər,
Aləmlər piyada olur!
Sevgini köhnəlsin,
qoymur,
Ömrünü gödəlsin,qoymur.
Hardadı köhlənim?-demir,
Kərəmlər piyada olur!
Çox şeyi
mətə mindirir,
Ömrü qiymətə
mindirir.
Atı da
ata mindirir,
Ərənlər piyada olur!
Öyər səni
də, məni də,
Göydə uçar
lap hamı da.
Köpəklər kosmik gəmidə,
Qələmlər piyada olur...
TƏCNİS
Yetəndə aşiqlə muraza yetir,
Sinədə dağ
olmaq bu dağa xoşdu.
Mer-meyvə gətirir
qırılanda da,
Yaralı yaşamaq
budağa xoşdu!
Yağanda başıma
a dolu,yağ,yağ!
Əli-ayağı da a dolu yağ,yağ!
Bu da yəqin
belə ad olu... yağ,yağ,
Buda,ha gözəldi,buda,
ha xoşdu!
Məni aşiq
durna lələyi eylər,
Ərzi güllük
eylər,laləlik eylər.
İndi də
Barata lələlik eylər,
Məcnunla dost olmaq bu dağa
xoşdu!
ÜÇ OTAQ
Bir könüllə
iki narla tikmisən ,
Qalmaq xoş
olardı üç otağında.
Ömrü boyu
bir otaqda yaşayıb,
Ölmək xoş
olardı üç otağında.
Nə gözəl
seçmisən sən
mənzilini,
Nə gözəl
əkmisən sən “mən”gülünü.
Dağlar laləsini,
çəmən gülünü,
Dərmək xoş
olardı üç otağında!
Zəhərə də sən çarə de, içəndə.
Belə keçəm
azara da keçəndə.
Barat deyər məzara da köçəndə,
Olmaq xoş
olardı üç otağında
lll
Həmişə olduğu tək
Bu göyü,yeri saxla!
Ey yaradan,
mənə də
Bir az
əl yeri saxla!
Sən sirr
içində sirrsən,
Sən bir
içində birsən!
Sən məni
çox sevirsən,
Açma,
bu sirri
saxla!
Çox olsa
da günahım,
Gəl özün
ol pənahım.
Öldür məni Allahım,
Qələmi diri
saxla!
lll
Bu dünyaya gəlibdi
Baxan da,baxmayan
da.
Hardan bilsin
nələr var,
Baxanda,baxmayanda?!
Dünya tərsinə
dönüb,
Xoş gün
nəs günə dönüb.
Baxan kimi
görünür,
Baxanda... baxmayan da!
Dön öz
gözündən söz
al,
Sən öz sözündən
söz al!
Sən də
mənə ey gözəl,
Bax onda...baxmayanda?!
lll
Tökmə qaş-qabağını,
Dərdin nədi
bilmişəm.
Bağışla yarım, məni,
Bu axşam da mən
evə
Bir könüllə
gəlmişəm.
Başqa kişilər
kimi
Əlim-qucağım dolu
Deyildir ki
güləsən.
Bəlkə mənim
halımı,
Bəlkə mənim
günümə,
Düşəsən ki,biləsən.
Mən bəlkə
də hamıdan
Əli dolu
gəlmişəm.
Kiməsə elə
gəlir
Dəli olub
gəlmişəm.
...Evimizə su damır,
Düzdü qəmə
batarıq.
Dediyim könül ki,var,
Orda ikimizə
də
Yer tapılar,
yatarıq?!
Nə istəsən
alardım,
Gətirərdim sənə mən.
Əlimdə, ovucumda
Yer qalmadı
Könüldən!..
YOXLUQ
Sevgi dünyasında
daha qəlbində
Yox sanki
bir soraq,bir səda, yoxsan.
Niyə səsin
gəlmir, nəfəsin
gəlmir?
Yoxsa ta
ölmüsən....yoxsa
ta yoxsan?!
Tapmışdın xəzinə, var sözündə sən,
Sanardın özünü
“var” sözündə,
sən.
Hələ sanırsan
ki var sözündəsən,
Ya yoxsa
bilmirsən... “yoxsada”
yoxsan?!
Ay Barat, sevginlə başda deyilsən,
Demək, var
deyirsən,heç də
deyilsən,
Aşkar sevmirsənsə
aşkar deyilsən,
Gizlicə sevdiyin
yoxsa da, yoxsan!
GÖRK
Gəldim, tapdım,
hamınızla görüşdüm,
Ağlayarkən gülə-gülə gördünüz.
Keçdim neçə,keçdim
necə yollardan,
Gəlib çıxdım
necə yola,gördünüz!
Görk eyləyən
görk eyləyir hər şeyi,
Sevdiyinə ərk
eyləyir,hər şeyi.
İnsan olan
tərk eyləyir hər şeyi,
Bircə qalır
könlü ilə, gördünüz!
Oğul odur,gedə
qəmlər yolunda,
Bittənməyə cəhənnəmlər yolunda.
Çox Əslilər
çox ,Sənəmlər
yolunda
Çox Kərəmlər
döndü gülə,gördünüz!
Çox yaralar
vurdu paxıl şairə,
Nə eyləyə
bildi axı, şairə?
Ayrıq qaldı
ağzı, baxıb şairə,
Müşgül düşdü nə müşgülə, gördünüz!
İnsanlığı ali edir alilər,
Qurbanilər, Ələsgərlər,Alılar!
İndi sözün
Barat kimi oğlu var,
Davam edir
bu silsilə, gördünüz!
lll
Hərdən bir
daş atın öz başınıza,
Onda ömrü
boyu deməyəcəksiz
Bu daş ha deyilmiş...
hanı tutarı?!
Onda görəcəksiz
daş çiçəkləyib,
Daşın atılmaqdan
canı qurtarıb!.
Barat VÜSAL
525-ci qəzet.- 2012.- 23 iyun.-
S.30.