Məhəmməd Əmin Rəsulzadə  

    

Nəşrin redaktorları:

prof. Şamil Vəliyev

və elmi işçi

Samir Mirzəyevdir.

 

Əsərləri

 

Üçüncü cild

 

(1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

Məarif şurasına yığışmaq müsəlman nümayəndələrinə “Rudolf deyən heç, siz nə istəyorsunuz?” desələr, çox ehtimal var ki, əllərdə mövcud olan “müsəlman mədrəseyi ruhaniyyəsinin nümunəlik proqramı”ndan bəhs olunacaq.

Buna görə biz də bunun nə kibi bir “nümunəlik” olduğu ilə müxtəsərən də olsa oxucularımızı aşina edəlim:

Nümunəlik proqramca “mədrəsəyi-ruhaniyyə” dörd ibtidai və altı əsli siniflərdən ibarət olub, on illik bir təhsil təsəvvür ediyor.

Məzkur on sinifdəki dərslərin təqsimi bu surətlədir:

 1 - Türkcə: ibtidai birinci sinifdə 12. İbtidai 2 və 3-cü də 5-ər, 4-cüdə 4, birinci, ikinci, üçüncü, dördüncü və altıncıda 2-şər dərs (nümunəlik proqramın təfsilatında 5-ci sinifdə türkcənin olmadığı görünüyor. Həftəlik dərslər cədvəlində isə bütün siniflərdə türkcə qeyd edilmiş. Fəqət, bu cədvəllərdə hazırlıq şöbəsi dörd degil, üç göstərilmiş, həm də türkcə təqsimati xırda siniflərdə beşər degil, dörd və yuxarı siniflərdə 2 şər degil, 3-ər göstərilmişdir. Burada yanlışlıq vardır. Cəmən 26 dərs. Həftəlik dərs cədvəlində 38 göstərilmişdir).

Nəzərə çarpan bir şey var ki, ibtidai siniflərə güc çox verilmiş, dördüncü ibtidai sinfə gəlincəyə qədər türkcə bütün qəvaidi, sərfi, nəhvi, imla və inşası ögrədiliyor. Birinci əsl sinifdə isə bir növ təkrar və təmrinə vəqt sərf olunuyor. İkinci sinifdən artıq əsl üsuli-inşa, üslub, ənvai kibi ədəbiyyat dərsləri başlıyor. 3-cü, 4-cü və 5 və ya altıncı siniflərdə isə həftədə ikişər saətlə türkcənin bütün qəvaməzi-ədəbiyyə və mühəssənati-təhririyyəsi ögrədiliyor. Nəhayət, türk ədiblərinin məşhurları ilə seçilmiş əsərləri təhlil və tədqiq olunuyor.

2 - Rusca: ibtidai 2-cidən başlıyor. 3-cüdə, 4-cüdə 5-ər, 1-2-3 əsl siniflərdə 4-ər, 4 və 5-cilərdə isə 3-ər-cəmən - 33 dərslər ögrədiliyor (həftəlik cədvəldə 40 dərs göstərilmişdir).

3 - Hüquq altıncı sinifdə 4 dərs etibar edilmiş. Bu 4 dərsdə hüquq həqqində məlumati-ümümiyyə veriləcək. Rusiya imperatorluğunun külliyyati-məcəlleyi-qəvanini keçiləcək. Dövlətin təşkilatı, düma, əyan məclisi, padşahlıq iqtidar və ixtiyarı, bələdiyyə və zemstvo kibi vilayət müəssisələri və hüquqları, sinif və silklərin hüquq və imtiyazları, cinayət qanunları həqqində məlumati-ümumiyyə, Zaqafqasiyada məhkəmə təşkilati və sairə, xülasə “cukovski”nin hüquqa aid dərs kitabının hamısı ögrədiliyor.

4 - Ərəbcə üçüncü ibtidai sinifdən başlayıb 3 dərs, 4-cüdə 4 dərs, birinci və ikinci əsl siniflərdə 6-şər dərs, 3-cüdə 3 və dördüncüdə isə 2 dərs - cəmən 24 dərslə ögrədiliyor (həftəlik cədvəldə 30 - deyə göstərilmişdir).

Ərəbcə oxumaq, yazmaq, ərəbcə sərf və nəhvi, ədəbiyyatı, inşa və kitabəti, ərəb şahkari-ədibindən Ümrəlqeys, Divani-əli, Səbəyi-müəlləqənin təhlili, ərəb müvərrixlərindən İbn Xəldun, Əbülfərid və sairlərini bilmək proqrama daxildir.

5 - Farsi. İbtidai 3-cüdən başlıyır 3 dərs, 4-cü ibtidai 1-2-3-cü əsl siniflərdə 3-ər dərs və 4-cü sinifdə isə 2 dərs cəmən 17 dərs təşkil ediyor. (Həftəlik cədvəldə 14 dərs göstərilmişdir)

Farsicədə kəza yazmaq, oxumaq, imla, inşai-qəvaid, fars ədəbiyyatı ənvai, Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Qaani, Şeybani, Nizami, Xaqani, Molla Rumi və Şəms Təbrizi asarinin təhlil və tədqiqi ilə farscadan-türkcə, türkcədən - farscaya tərcümə kibi xüsusiyyat proqram cüzindəndir.

6 - Riyaziyyat. Birinci ibtidaidə 3, 3 və 4-cülərdə, 4-ər. 1-ci əslidə 3, 2-cidə 4, 3-cüdə 3, 4-cü, 5-cidə də 4, cəmən 29(?) dərs. Riyaziyyata bütün hesab kursu ilə bərabər əlcəbr ilə həndəsədən dəxi məlumati-ibtidaiyə daxildir.

7 - Təbiət, fələkiyyat və ərziyyat elm (təbəqatülərz) ibtidai 4-cüdə -2, 1-2-3-cü əsl siniflərdə 2 şər, 4-cüdə 1, 5-cidə -2, 6-cıda da 3 dərs, cəmən 14 dərs.

Heyvanat, nəbatat, mədəniyyat, nücumə aid məlumati-ibtidaiyyə, tərkibati-ərziyyə, təşrihi-bədən, əcsam, hərarət, hava, əcrami-səmaviyyənin dövr və hərəkəti cuzindəndir.

8 - Coğrafiya. İbtidai 3-cidə 1 dərs, 4-cüdə 2 dərs, əsl və 2-cilər 2 şər dərs məlumati - ibtidaiyyə, ümumiyə və coğarfiyai-ümumi, 3-cüdə Rusiya coğrafi ümumiyyəsi

9 - Rusiya tarixi 1 və 2-ci siniflərdə hərəsində 2 dərs. Şərq slavyanlarından varyaqların dəvətindən tutub ikinci Aleksandr zamanınadək (Rusca oxudulacaq).

10 - Tarix-ümumi 2-cidə 1 dərs, 3, 4-cülərdə 3 - ər dərs cəmən 7 dərs (türkcə oxudulacaq)

11 - Şəriət birinci ibtidaidə 3, 2-3 və 4-cülərdə hərəsində 5, 1-ci əsl sinifdə - 5, 2-cidə -2, 3-cüdə 4 şər, 4-cüdə 3, 5 və 6-cılarda - 2 şər, cəmən 36 dərs.

Məlumati-ibtidaiyyə, həmd və surə, seyri-nəbəviyyədən bir nəbzə, üsul və fürciddin, adabi-namaz, həcc və rövzə, xüms, zəkəvə və adabi, qiraəti - Quran, adabi-tədfin, namazi-eyit və ayat, sair düalar və fərizələr, təfsiri - Quran həp buraya aiddir.

12 - Fiqh 4-cüdə 5 - 5-cidə 4, 6-cıda 4, cəmən 13 dərs.

13 - Elmi-kəlam 5-cidə 3, 6-cıda 2 dərs.

14 - Tarixi-ədyan 5-cidə 2 dərs, elmül-hədis, 2 dərsdə elmül-rical, 6-cıda 3 dərs biri elmül-rical 2-ci hədis.

15 - Tarixi-islam 2-3 və 4-cü siniflərdə 2 şər dərs. Xəlifəyi-Rəşidəddin dövrü. 12 imam, Əməvilərlə, Abbasilər. Müluki-taif, tatar hücumu, Teymurilər.

16 - Məani-bəyan. 4-cü 3, 5-cidə də 3 dərs. Ərəbcə oxunuyor.

17 - Məntiq. İki ilin ərzində oxunuyor. 3-cüdə 3,  4-cüdə 2 dərs, 5-cidə 3 və 6-cıda 4 dərs  üsul dəxi oxuduluyor.

18 - Üsuli-təlim. 5-ci və 6-cıda 2 şər dərs, 6-cıda bir dərs hifzəlsihhə bir dərsdə kəndi üsuli-məişəti həqqində məlumat.

Nəhayət:

19 - Hüsni-xətt və rəsm. 2-ci ibtidai ilə 3-cü ibtidailərdə 2 şər, dördüncüdə 1 və 1-cidə də 1 dərs.

Nümunəlik bu proqramın mütəxəssislərcə tənqid olunacaq (bilxassə dərslərin təqsimatı nöqteyi-nəzərindən) nöqtələri, əlbəttə, ola bilər. Fəqət biz burasının bir təfsil təhlilini əhli-xəbərəsinə, mütəxəssislərə vagüzar ediyor, bununla bir para əsaslı mülahizələrimizin bəyanını söyləməgə də lüzum görüyoruz.

Türkcəyə proqramda olduğundan ziyadə əhəmiyyət verilməsə, dərslər artırılsa və bir də türkcə dərsinin təqsimatına diqqət edilib əvvəl illərdə tələsmək, axır illərdə dərs saətlərini seyrəltmək nöqsanı təşkil edilsə, məqsədə daha müvafiq olur. Ərəbcəyə də az saət ayrılmışdır. Bizə öylə gəliyor ki, proqramda zikr olunan maddələri orada göstərilən saətlərin ərzində ögrənmək zordur.

Fəqət əsl diqqət etdirmək istədigimiz iki nöqtə vardır və bunlardan birisi müəllimlik və mollalığa aid olan dərslərin başqa müstəqil şöbələrə ayrılması, digəri də ruscadan başqa bütün dərslərin türkcə olmasıdır.

İlahiyyat və müəllimlik dərslərinin altı illik əsl siniflərdən əlavə üçər illik xüsusi şöbələr, kurslar şəklində təşkil olunmasının müvafiq olduğu həqqində Yusifbəyzadə Nəsibbəy Əfəndi qəzetəmiz vasitəsilə rəyini söyləmişdi. Bu rəydə böyük bir hissəyi-isabət görüyoruz:

Fəqət “Nümunəlik proqram”ın yazısında iştirak edənlər onun tərəfdarı olanlarca yəqinən eşidiləcək mülahizələr yox degildir. Onu da eşitsəydik.

Biz, açılacaq mədrəsənin həqiqi mənası ilə milli bir mədrəsə olacağını arzu edənlərdəniz. Ona görə də oradaki dərslərin tamamilə türkcə olmasını istəriz. “Nümunəlik proqram” isə bu dərslərdən ancaq riyaziyyat ilə tarixi-ümuminin altına türkcə oxudulacağını qeyd eləmişdir. O biri dərslərin nə dildə oxudulacağı isə şübhəlidir.

Rusiya tarixinin rusca oxudulacağı təsrih belə edilmişdir.

Bizcə bu xüsus dəxi “Nümunəlig”in qüsurunu təşkil etməkdədir. Ərəbcə, farsca, rusca lisan dərsləri ilə ərəbcəyə məxsus məan və bəyan dərsindən səvay bütün dərslər haman türkcə ögrədilməlidir. Mədrəsənin milliligi bunu iqtiza ediyor.

 

XI

 

Bu günə təyin olunmuş məarif şurası - qəzetələrdə görüldügi vəchlə - payıza təxir etdirildi. Məlumatımıza görə bu təxiri müsəlman nümayəndələrindən istəyənlər olmuşdu. Çünki bəzi mülahizələrə görə təxirə lüzum görülüyordu. Varsın, heç eybi yoxdur, məsələ payıza qədər də təxir etdirilsin. Bəlkə bu müddətdə məsələ əfkari-amməcə bir az da aranıb-araşdırılar, götürülüb-qoyular, daha müəyyən və daha bişmiş bir fikir hasil olmuş olar. Əqlimiz yetdigi qədər düşündügümüzü, bildigimizi yazdıq. Yazdıqlarımızın ixtisasə təəllüq edən cəhətlərinin təqdir və tənqidini əhlinə, mütəxəssislərə vagüzar edəriz. Fəqət sözü mütəxəssislərə vagüzar etməzdən əvvəl qaldırdığımız məsələnin mütaliə edilməmiş əhəmiyyətli bir cəhətindən də bəhs edəlim:

Təsisi təsəvvür olunan mədrəsənin - yaxud mədrəsələrin - məqsədi, orada oxudulacaq dərslərin proqramı məlum. Bunun nizamnaməsi, idarə və səlahiyyəti nə olacaq? Bu da əhəmiyyətli məsələlərdən birisidir. Çünki istiqlali-idarə və təmini-hüquq olmayınca məqsəd nə qədər ali olursa-olsun proqram nə qədər parlaq yazılırsa - yazılsın, heç bir şey çıxmaz. Qeyri səmimi və namüvafiq bir idarə haman bütün bu gözəlliklərin nəticəsini sıfra endirə bilər.

Heç şübhə yoxdur ki, bu mədrəsə idarəyi-ruhaniyyəyə tabe olmalı, qətiyyən məarif nəzarətinin təftiş və təhqiqindən, himayə və məraqbəsindən azadə qalmalı, idareyi-ruhaniyyə idarəsində olduğu münasibətlə ancaq daxiliyyə nəzarətinə və bilavasitə canişin dəftərxanəsinə baxmalı, müəllimlərin təyin və əzli, dərs kitablarının intixabı, xülasə, mədrəsənin cəhəti-təlimiyyəsi tamamilə müəllimlər heyətinin səlahiyyətini təşkil etməli, sırf dini olan kursların cəhəti-tədrisiyyəsi müəllimlər heyəti ilə bərabər Müfti və ya Şeyxülislam həzrətlərinin də məraqbəsinə tabe olmalıdır. Mədrəsənin gəliri mövqufətdən və xüsusi ianələrdən təmin olunmalı, mədrəsədə oxuyanlar tamamilə pulsuz oxumalıdırlar. Fəqir uşaqlar leyliligə (pansiona) qəbul edilməlidir. Leyliligə bilxassə üləma və molla ailəsindən yetişmə istehqaqlı tələbələr qəbul edilməli, bu xüsusda onlara tərcih verməlidir.

Buradan çıxacaq şagirdlər, növünə görə, xüsusi imtəhan və istehqaqə lüzum qalmadan mollalığa və türkcə ilə şəriət müəllimliginə qəbul edilməlidirlər. Mədrəsə, duxovni seminariyaların qanunən dara olduqları bütün səlahiyyətlərə malik olmalıdır.

Müəllimlərə bilxassə türkcə ilə ülumi-islamiyyə və xüsusiyyəyi ögrədəcək müəllimlərə kafi qədər də məvacib təyin olunmalı, öylə bir məvacib ki, onunla ciddi və alim adamların mütəxəssis və mütəfənninlərin müəllimligə cəlbi mümkün olub mədrəsənin səmərəli olacağı təmin edilə bilsin.

Böylə olmayınca bəslənən ümidlərin tezliklə qövldən-felə çıxması məhali-amirdir.

Bunun Rusiya və Qafqasiya həqiqət və şərtləri daxilində vücudə gələ bilməsi isə nə məhaldır, nə də xəyal.

Müsəlman əfkari-amməsinin “Səadət” cəmiyyəti nizamnaməsinin istədigi, sinə sürtdigi mədrəsə proqramı necə ki, Rudolf cənablarının təsəvvür elədigi kibi məhal bir xəyal degil, misli ermənilərdə sənələrdən bəri mövcud bir həqiqət isə, açılacaq mədrəsənin təsəvvür olunan istiqlal idarəsi də öylə dərəcə mümkün və burası əmsalı ilə sabit bir həqiqətdir.

Canişin həzrətlərinin Qafqasiyaya vürudları və müsəlman ruəsayi-ruhaniyyəsini qəbul buyurduqları əsnada söyləmiş olduqları lətifamiz vədlərinin bir an həqiqət şəklinə girməsini görmək Qafqasiya müsəlmanlarını şövqləndirən arzulardan biridir.

Məqsədlərinə müvafiq bir proqram və bu proqrama müvafiq istiqlal idarəyə malik milli bir mədrəsənin sözdə degil, iştə mövcud olduğunu görələrsə, arzularında aldanmamış olmaqla iftixar edər və o dərəcədə məmnun qalarlar.

M.Ə.Rəsulzadə

“Açıq söz”, ¹133, 134, 135, 138, 143, 147,  150, 201, 204,

205, 208, 15, 16, 17, 21,  27, 31 mart, 4 aprel, 2, 6, 7, 10 iyun 1916

Məcruh - etibarə layiq görülməyən 

İmtizac - birləşmə

Tərzil - rüsvay etmə               

 

Təşxis - təyin etmə, tanıma   

Nəşvü-nüma - inkişaf, boyatma       

 

Nəfs - ruh, can, adam

Salik - bir təriqətə mənsub olan          

 

Təarif - bir-birini tanıma

Bəhayim - heyvanlar                             

 

Məsahilə - yerin səthi, ərazi

Yari - yardım, dostluq                            

 

Müariz - etiraz edən

İqab - qartal                                           

 

Emar - abad etmə

Üzma - çox böyük                                   

 

Hüseyniyyə - gözəl

Məəmafih - bununla bərabər                  

 

Amm - kütlə, xalq

Mövqufat - vəqf üçün ayrılmış vəsait     

 

cərihə - yara

Fiqh - dini elmlərdən biri                         

 

Qəvaid - qaydalar

Suznak - qəmləndirici                            

 

Əhadis - hadisələr

Əğfal - diqqətsizlik, xəta                          

 

İstida - xahiş etmə

Müdəqqiq - tədqiqatçı

 

Müvərric - yayan, rəvac verən              

 

Vüquf - anlama, bilmə

Müqərrər - qərarlaşdırılmış                      

 

Şahkar - şah əsər

cərh - biabır etmə, pisləmə                       

 

Kəza - həmçinin

Mühəssənat - gözəl işlər, xasiyyətlər       

 

Ənva - növlər

Fələkiyyat - astronomiya                           

 

Nücum - astrologiya

Təbəqaülərz - geologiya                            

 

Əcsah - cismlər

Əcram - səyyarələr, göy cismləri                

 

Nəbzə - azacıq

Füru - şöbələr                                               

 

Fövzə - behişt

Xüms - dini vergi, seyid malı                       

 

Təsrih - aydın

Fiqh - dini elmlərdən biri                              

 

Nəqşə - plan

Məani-bəyan - mənalar, üslubiyyət            

 

Rəviş - üsul

Leyli - gecəlik, internat                              

 

Sərfi-nəzər - vaz keçmə   Ədyan - dinlər, məzhəblər

 

 

Bir münasibətlə

 

“Müsəlman fraksiyası və Qafqasiya zemstvosu” ünvanıyla bir məqalə yazmışdıq. Bu məqaləni Tiflisdə çıxan “Kafkazskoye slovo” tərcümə eləmişdi. Tərcümədə öylə göstərilmişdi ki, biz zemstvo şurasındakı erməni əqliyyətini xalis demokratik zemstvo tərəfdarı bilirmişik, bu münasibətlə biz “Erməni demokratizmi həqqində” ünvanıyla bir məqalə yazdıq. Burada zemstvodakı erməni əqəliyyətinin demokratlığı həqqindəki əsl nəzərimizi açdıq. Məqalənin axırında dedik ki: erməni burjuaziyasının siyasətini aparan qəzetəçilər işə yaramaq üçün “məharət” göstərdikdə yaxşı olardı ki, başqalarının fikrini alt-üst etməyə idilər.

 

Biz bu kinayəni yazmaqda özümüzü həqli gördük. Çünki “Slovo”nun müstəqil degil, erməni mütəğlibəsinin orqanı olduğunu bilirdik. Tərcümənin bacarıqsızlıq və yanlışlıq əsəri olduğuna ehtimal getmiyordu. Çünki fərq “yerdən gögə” idi. Burada “ümdə bir səhv” edilə bildigini də düşünə bilirdik. Çünki bu qəzetənin təcrübəsində bu kibi “tərcümə xətaları” olduğuna aid əlimizdə vəqələr var idi. Daha bildirdi ki, haman bu qəzetədə, yanılmıyorsaq, “T.K.” imzasıylə bir mühərrir türk əsirləri həqqində yazdığı bir fəqərədə müsəlman mətbuatının nəşriyyatını təkzib ediyor və əzcümlə o zaman iştirakımla çıxan “İqbal” qəzetəsinə də bəzi xəta- alud isnadlar veriyordu. Başqa erməni və gürcü qəzetələrindən dəxi bu kibi yanlış tərcümələr etdigi məlumdur. Hətta “Horizon” qəzetəsinin ən şiddətli protestosuna düçar və “suyi-tərcümə” ilə töhmətlənmişdi.

Biz biliyorduq ki, Hüseyn Minasazov “Kavkazskoye slovo”nun mühərrirlərindəndir, fəqət bu tərcümə altında imzaları olmadığından ehtimal vermiyorduq ki, bu fahiş xəta (artıq xəta deyəlim) onun qələminə məxsus olsun. Demə onun imiş. Həm də bizdən nə qədər incimiş.

Biz, erməni burjuaziyasının siyasətini tərvic edən qəzetəçilərdə gördügümüz sifətdən bəhs edərkən qəribdir ki, Minasazov cənabları bu bəhsi özləri üçün götürüyor, inciyor, acıyor, darılıyor, qırılıyorlar. “Fahiş xəta”sından, öz təbirilə söyləyəlim, bacarmamazlığından naşı baş verən səhvə təəssüf edəcəgi yerdə “bu vəqtə qədər müsəlman mühərrirləri  arasında hər cəhətcə yaxşı bildiki” bir adamın “gözdən düşüb də xarab” olduğuna heyfisləniyorlar. Sonra da qalxıb bu “yaxşı” mühərririn neçün “xarab” olduğunun səbəblərini araşdırıyor və tapıyorlar ki: “Kavkazskoye slovo”ya hücumumuz ancaq zemstvo həqqində əvvəlcə vaqe olan nəşriyyatımızın təsirini örtmək üçündür”. Çünki; diyor: “Bakı - müsəlmanları arasında ermənipərəstlik degil, ermənilərlə həmrəy olmaqla məşhur olmanın belə doğrudan da həm bədən, həm də maddi xətəri vardır”.

Əgər Hüseyn Minasazov cənablarının bir mühərririn “hər cəhətcə yaxşı”lığı həqqində bəslədigi fikri, o adamın “xarablığı” həqqində verdigi qərar kibi ötücü bir təsir nəticəsi degil, əsaslı bir tanışlıq və şüurlu bir tədqiq məhsələsi olseydı, bu kibi ciddiyyətdən ari kinayələrin  nə qədər yersiz və məntiqsiz olduğunu görərdi.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 6 iyun 1916, ¹204

Sabantuy

Türkistanda, Azərbaycanda, İranda, Hindistanda - xülasə baharı tez gələn isti yerlərdə “Novruz” adlanan təbiət bayramı, iqlimlərinin iqtizasınca baharın füyuzatından daha sonra feyziyab olmaq məcburiyyətində qalan tatar qardaşlarımızda “Sabantuy” adını almışdır.

Sabantuyi mayıs (may) ayında köylərin, obaların çölə çıxıb da fərəhlənmələrini göstərən ümumi bir şənlik, birlikdə görülən bir şadlıqdan ibadətdir. Bu toylar, qədim zamanın təbii adətlərindən, məişətin gözəl və faidəli rəsmlərindən olub əsrimizin tərvic elədigi cürbəcür “sport”larından ibarət bir bayramdır. Burada qurşaq tutmaq, at qovmaq, yügürəşmək, cürbəcür zorxanə oyunları (gimnastik) çıxarmaq, hər növ igidliklər ibraz etmək adəti vardır.

Tatarca qəzetələrdən anlaşıldığına görə xəlq arasında mütədavil olub da, ən qədim milli bir ənənəni (tradisiyanı) dirildən bu toyları cəmiyyəti-xeyriyyələr öz idarələrinə alıyor, həm bu milli bayramı yoluna qoyurlar, həm də bu “toy”lardan ümumi xeyrat üçün böyük faidələr aparıyorlar. Orenburq, Ufa, Kazan, Çələbi və sair yerlərin cəmiyyətləri bu il “Sabantuyları” düzəltmiş və böyük müvəffəqiyyətlərə nail olmuşlardır.

“Sabantuy” saban” “xış” sözündən müştəqq olub bir növ yer bayramı, çöllülük, əkinçilik toyu deməkdir.

“Turmuş” rəfiqimizdə Zakir Əfəndi bu mövzuda yazdığı məqaləsində “saban toylarını” ərəblərin əyyami - cahiliyyətdə ki, “sövqi-əkkaz”larına, qədim Yunanıstanın “jimnasiyum”* meydanlarına bənzətiyor. Sövqi əkkazda, Yunanıstan “jimnasium”larında olduğu kibi əski türklər zamanında da bahar münasibətilə qurulan “toy” larda (akınlar, şairlər, xanəndələr) inşad elədikləri parçaları oxuyar-, məşərərdə bulunuyorlarmış. Bu gözəl adət imdiki zamanda əksər “toylar” dan itib-batmışsa da bəzi başqırd köylərində hala baqi imiş. Yalnız bu qədər var ki, başqırdlardakı “aqum”lar bir az münasibətsiz bir halda imişlər. Məşərələr**, bahariyyələr və qəsidələrdən əlavə əski zamanın sabantuylarında elmi münaqişə və mübahisələr də olurmuş. Bu mübahisələr  Yunanıstandan keçmə əski (sxolastik) hökmü mövzulara aid imiş.

*) Olimp oyunlarına məxsus məkanlar.

**) Xəlq ədəbiyyatından mərsiyəyə aid olanına azərbaycanca da “ağı” denildigi məlumdur. “Ağı” ilə “aqum” arasındakı ləfzi müşabiət “axund” kəlməsinin dəxi “aqun” ilə münasibətdar olduğunu göstərməzmi? İran  Azərbaycanında “axund” ləfzinin ancaq mərsiyəxanlara münhəsir olduğu da ayrıca calibi-diqqətdir.  M.Ə.

Bilnisbə daha soyuq bir mühitdə yaşayan Tatarıstanın mayıs “Novruz” unda görülən sabantuyu və bu toydakı yügürüşmələr, at qovmaları, çölə çıxmalar, qurşaq tutmalar və sair bu kibi adətlər, isti iqlimlərdə yaşayan türklərin mart “Novruz”una da yabançı degildir. İranın “Sizdə bədr”i, Türkistanın dəxi novruz münasibətilə çölə çıxarıb da yügürüşmələri, at qovmaları tərtib etdigi bəllidir. Bizim Qafqasiya kəndləri də məlum olduğu üzrə bahar bayramını yügürüşsüz, qurşaqsız keçirməzlər.

Millətlərdən ötrü ələlümüm bir bayram ehtiyacı olduğu məlumdur. Çünki bütün ili boyuna çalışan zəhmətkeş cəmaət nəfəs almaq, istirahət etmək, “uşaqlığını yadına salmaq” istər. Bunun üçün də bayramlar saxlar. Bayramlar milləti birləşdirər, bir vücud olduğunu kəndisinə anlatarlar. Mücadiləyi-həyatda sinif, silk, iqtisad çəkişmələrində hasil olan küdurətləri bunların fövqündə müştərək bir hisslə izalə etdirirlər.

Əksər millətlərlə cəmaətlərin bu kibi bayramları var. Əksərən bu bayramlar bahara təsadüf edər. Venediklilerin karnavalı, cumhurçi Parisin şah günüsi, İstanbulun “Xızır və İlyası” həp bu qəbildəndir.

Bir insan uşaqlığını, cavanlıq xatirələrini yad etməkdən nəsə hiss edərsə, bir millətdə təbii və ibtidai bir halilə keçən zamanlarının yad etməklə öylə bir hissə malik olur. “Sabantuy  iştə böylə keçmişi təcəssüm etdirən bir bayramdır.

Bundan əlavə bu bayram tatarlar üçün birdə ona görə əzizdir ki, sırf millidir. Xaric təsirlərlə gələn dini bayramlar kibi degildir. Burada millətin əsl təbiəti, zati, hardan gəldigi, nə olduğu biliniyor. Buna görə də sabantuyun milli hissiyyatı oyatmaqda olan tatarlığın ən istiqballı bayramlarından birini təşkil etmək şərəfini qazanmaq ehtimalı var. Madam ki, bu milli bayram cəmiyyəti-xeyriyyələr tərəfindən nəzarət və himayət altına alınmış, o halda hissiyyatı-milliyyə ilə birləşmiş olan xeyrat məqsəd və niyyəti sayəsində “Sabantuyi” istənilərsə ingilislərin məşhur oyunları kibi parlaq bir şey ola bilər.

İngilislərin öz keçmişlərinə mərbut ənənatə (tradisyon-traditsiya) riayətkar bir millət olduğu məşhurdur. İştə bu ənənəçi ingilislər hər il icra elədikləri milli bayramda bütün tarixlərini göz qabağına götürərlər. Əsatirin, tarixin zəbt edə bildigi nə qədər risalə və xanədan varsa hamısı öz dövr və zamanının qiyafəsində məxsusi bir təmtəraqla London küçələrini dolaşıb ehtişamlı bir rəsmi keçid (deyfilə) yapar. Və bu sürətlə hər il böyük İngiltərənin tarixi, gözqabağına gətirilər də, milliyyətlərinə  can kibi sarılı olan ingilislərin ürəgində bir hissi-intibah oyadar.

Anlaşılıyor ki, əslində “Sabantuy” dəxi bu gözəl ingilis usulunə yabançı degilmiş. Başqırdlarda öylə bir adət varmış ki, “Sabantuy” günündə başqırd arvadları əski zamandakı (iki-üç yüz il əvvəlki) arvadların paltarlarını geyinib o sürətlə seyrə və uzaq keçmişin xatiratını hər il tazəliyorlarmış. Bu hal əski vəqtlərdə türk qövmləri arasında dəxi “ingilis tarix keçidinə” bənzər bir şey mövcud olduğuna dəlil olmazmı?Könül istərsə milli adətlərimiz içində  bu kibi faidəli adətləri bulub da tərbiyə etməklə nələr hasil etmək olmaz!?

At qovmanın - cins heyvan yetişdirməyə, yügürüşmənin, qurmaq tutmanın, zorxanə oynamanın bədən tərbiyəsinə, deyişmənin - nitq söyləmək sənətinə, məşairənin - hafizə və səlasət bianə xadim birər gözəl adət olduqlarını dərk etməyərək  hər şeyimizə xor baxdıq, milli adət və ənənələri unutmağa başladıq.

Fəqət təşəkkür olunmalıdır ki, son on ilin ərzində, artıq bir intibah əsəri görülüyor. Xəzineyi-millətdə paslanıb qalan, duzlanıb yatan asari-ətiqəmizin qədr və qiymətini anlamağa başlayırız.

 

İçəri Rusiyadakı qardaşlarımız arasında tam mənası ilə bir sport təşkil edən - gözəl çiyunların (Sabantuylarına ciyun da diyorlar) milli və mədəni bir bayram şəklinə düşüb bərqərar olmasını sevinclərlə qarşılar, ənənati-milliyyənin bütün türk qovmləri arasında dirilməsini səmimanə arzu edəriz.

M.Ə.Rəsulzadə

“Açıq Söz”, 8 iyun 1916, ¹206

Mütədavil - işlənən

Müşşəqq - düzəltmə

Əkkas - fotoqraf

 

Məşər - mərasim, ayin

 

 

(Ardı var)

 

 Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 23 iyun.- S.26-27.