Mətbuat Şurasında Elçin Mirzəbəylinin «Poz
bu sükutu»
kitabının təqdimatı keçirilib
Azərbaycan
Mətbuat Şurasında jurnalist, publisist və şair, «Xalq
cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin
«Poz bu sükutu» kitabının təqdimatı keçirilib.
Müəllifin 45 illik yubileyinə həsr olunmuş mərasimi
giriş sözü ilə MŞ sədri Əflatun Amaşov
açıb.Ə.Amaşov bildirib ki, E.Mirzəbəylinin fəaliyyəti
çoxqütblüdür. Yaradıcılığında
siyasət, publisistika, jurnalistika və poeziya ahəngli şəkildə,
özünəməxsus tərzdə təmsil olunur. Təqdimatına
toplaşılan kitab isə bizlərə onu daha çox
gözəl ruhlu şair və dərin zəka sahibi olan
publisist kimi tanıtdırır. «Elçin Mirzəbəyli
yaradıcılığında ən ümdə məqam isə
vətəndir, torpaqdır, Vətənə və torpağa
hədsiz bağlılıq və bütöv Azərbaycan
ruhudur. Onun baxışlarında Azərbaycan çox
böyük bir məkandır. Ürəklərdə, qəlblərdə
əbədi iz salan məkandır», - deyən Ə. Amaşov
jurnalist-publisistə Azərbaycan Mətbuat Şurasının
diplomunu təqdim edib.
Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı, MŞ
İdarə Heyətinin üzvü Aqil Abbas indiki zamanda
insanları şerlə təəccübləndirməyin
çətinliyini vurğulayıb. E.Mirzəbəyli isə
öz poeziyası ilə nəinki təəccübləndirir,
hətta həyata, mübarizəyə səsləyir. Fikrini
müəllifin istiqlal hərəkatı zamanı yazdığı
şerlərə üzərində cəmləşdirən
A.Abbas Mirzəbəylini eyni zamanda dərin istedada malik vətənpərvər
şair kimi də xarakterizə edib.
MŞ
İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin
baş direktoru Vüsalə Mahirqızı «Salam məmləkət»
çağırışı ilə yaradıcılıq yollarında
addımlayan E.Mirzəbəylini həm köhnə, həm də
yeni nəslin qəbul etdiyi şair, poeziya və publisistika
adamı kimi dəyərləndirib. Şerlərinin müasir
gəncliyimiz üçün önəm mühüm kəsb
etdiyini vurğulayıb.
Azərbaycan
Respublikasının Milli Məclisinin duputatı Qüdrət
Həsənquliyev E.Mirzəbəyli ilə
tanışlığının tarixindən söhbət
açaraq onun mübarizə yollarında
etibarlılığını və sadiqliyini önə
çəkib. Müəllifin şerlərinin
düşündürücü mahiyyətindən bəhs edən
Q.Həsənquliyev vətənə və torpağa
bağlılığını həyat fəlsəfəsinin
müstəsna xüsusiyyəti adlandırıb.
«Ədalət»
qəzetinin baş redaktoru, yazıçı-publisist İradə
Tuncay çıxışında diqqəti poeziyanın
müxtəlif dövrlərdə müxtəlif şəxslər
tərəfindən fərqli anlamlarda qəbul edildiyinə
yönəldib. Onun cəmiyyətə
çatdırılmasında şəxsiyyət amilinin
vacibliyini qabardan xanım baş redaktor E.Mirzəbəylini həm
də prinsipial baxışlara malik söz sənəti
adamı kimi də tanıdığını deyib.
MŞ
İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə E.Mirzəbəylini
yaradıcılığı örnək səciyyə
daşıyan şəxs kimi xarakterizə edib. Bu baxımdan
yubilyarın milli ideologiya ruhu daşıyan nümunələrini
xüsusi fərqləndirməyin zəruriliyindən söhbət
açıb.
MŞ
İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş
redaktoru Rəşad Məcid şerə maraq göstərən
adamın güclü olduğunu önə çəkərək
bildirib ki, hazırda dünyada aparılan siyasətin məğzində
insanları poeziyadan uzaqlaşdırmağın
dayandığına diqqət çəkib. Belə bir məqamda
E.Mirzəbəyli yaradıcılığının
güclülüyü və əzmkarlığı
aşılamasının son dərəcə vacib əhəmiyyət
daşıdığını deyib.
«Olaylar»
qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri
Yunus Oğuz E.Mirzəbəylinin «Poz bu sükutu» kitabı ilə
Azərbaycanın yaradıcılıq aləmində
özü ilə bağlı olan sükutu pozacağına,
yeni-yeni yaradıcılıq nümunələri ilə oxucularının
görüşünə gələcəyinə əminliyini
ifadə edib. Eyni fikri bölüşən MŞ İdarə
Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru
Tapdıq Abbas müəllifin bədii
dünyagörüşünə
düşündürücü ifadə tərzinin hakim kəsildiyini
söyləyib. «Şərq» qəzetinin baş redaktoru Akif
Aşırlı isə E.Mirzəbəylinin şerlərindəki
milli ruhlu çalarlara diqqət çəkərək
yubilyarı yazdıqlarının əbədi yaşamaq
hüququ qazanmış şair adlandırıb.
E.Mirzəbəyli
yaradıcılığının müxtəlif aspektlərinə
toxunun «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli
yubilyarı təkcə sənət adamı kimi deyil, eyni
zamanda yüksək mənəvi və əxlaqi keyfiyyətlərə
malik şəxs olaraq səciyyələndirib. «Xalq qəzeti»nin
baş redaktor müavini Tahir Aydınoğlu E.Mirzəbəylinin
şerlərinin və publisistikasının dərin məfkurə
ruhu üzərində kökləndiyini vurğulayaraq bu
köklənişin azərbaycançılıq
ideologiyasının perspektivi baxımından vacibliyindən
söhbət açıb. İctimai Televiziyanın departament
rəhbəri Anar Yusifoğlu yubilyarı tanıyanların
çoxunun onun özündən əvvəl şerlərinə
bələd olduqlarını deyərək bu cəhətin sənət
adamı üçün son dərəcə vacibliyini dilə
gətirib. «Kulis.az» saytının redaktoru Tural Cəfərov
(Qan Turalı) E.Mirzəbəyli yaradıcılığı
üçün məfkurə ədəbiyyatının, eyni
zamanda poeziyanın xarakterikliyindən söz açaraq ikinci istiqamətə
daha çox üstünlük verdiyini deyib.
Sonda
çıxış edən yubilyar tədbir
iştirakçılarına təşəkkürünü
bildirb. Təqdimat mərasimi E.Mirzəbəylinin «Poz bu
sükutu» kitabındakı lirik şerlərdən kiçik
parçalar söyləməsi ilə başa çatıb.
Qeyd
edək ki, «Poz bu sükutu» kitabı müəllifin müxtəlif
illərdə yazdığı şerlər, esselər və
publisistik məqalələr toplusudur. İndiyədək
üç kitab müəllifi olan E.Mirzəbəyli sonuncu dəfə
oxucuların görüşünə 10 il öncə
«İtirilmiş vaxtın adamı» kitabı ilə gəlib.
525-ci qəzet.-
2012.- 23 iyun.- S.17.