Milli mətbuat tariximizin dəyərli tədqiqatçısı – Turan Həsənzadə  

 

Turan Həsənzadə öz üzərində ciddi çalışan, gördüyü işin ictimai əhəmiyyətini dərk edən tədqiqatçı-alim idi. Hələ gəncliyindən “Molla Nəsrəddin” kimi bəşəri mündəricəli jurnalla tanış olduğundan onu araşdırmağı, tədqiq etməyi düşünmüşdü. Jurnalın ruhunu, ideya istiqamətini öyrənməklə yanaşı, dövrün xarakterini müəllifl yazılarında izləmiş, gülüşün, kinayənin, ifşa və tənqidin təsviri üslubuna, formasına diqqət yetirmişdir. Turan müəllim yazmağa başlamazdan əvvəl mətnşünaslıqla bağlı xeyli nəzəri ədəbiyyatla tanış olmuş, özündən əvvəlki mollanəsrəddinçilərin əsərlərinə qədirdanlıqla yanaşaraq, onlardan öyrənmiş, tədqiqatlarından bəhrələnmişdir. Bu işlə tanışlıqdan aydın olur ki, müəllifin C.Məmmədquluzadənin cənub səfəri, jurnalın Təbriz nəşri üzərində işləməsi heç də təsadüfi deyildi. Heç şübhəsiz, C.Məmmədquluzadənin milli təəssübkeşlik, vətənpərvərlik ruhu ilə İran xalqının həyatını, azadlıq uğrunda mübarizəsini izləməsi, onlara dəstək olmaq məqsədilə Təbrizə səfər etməsi tədqiqatçını bu idealların, nəcib əməllərin ictimai əhəmiyyətini araşdırmağa sövq etmişdir. Doğrudan da M.Cəlilin “Molla Nəsrəddin”i Təbrizdə nəşr etdirməsi cənubi Azərbaycanın ictimai-mədəni həyatında böyük əhəmiyyət kəsb etmişdir. M.C.Pişəvəri 1944-cü ildə Tehranda nəşr olunanAjur” qəzetində C.Məmmədquluzadənin anadan olmasının 75 illiyi münasibətilə yazmışdı: Molla Nəsrəddin” jurnalının Təbriz nəşri İran və cənubi Azərbaycan xalqlarını mübarizəyə qaldırmaq, oyatmaqla bərabər onların inqilabi şüurunun oyanmasında öz qüvvələrini səfərbərliyə almaq işinin təşkilində, İranda yeni satirik mətbuatın yaranmasında, yeni mütərəqqi fikirli qələm sahiblərinin meydana çıxıb yetişməsində müstəsna rol oynamışdır. “Molla Nəsrəddin”in İran məşrutə inqilabına böyük təsiri olmuşdur. “Molla Nəsrəddin” sözün tam mənasında inqilabi milli jurnal idi. Cəlil Məmmədquluzadənin qəlbi həmişə bizimlə olmuşdur”.

Müəllif “Molla Nəsrəddin”in Təbrizdəki taleyini diqqətlə, həm də böyük məsuliyyətlə araşdırmışdır. Yazıçının görüşünə gələn tərəqqipərvər şəxslərin, jurnalın köhnə müxbirlərinin “Molla Nərəddin”in ətrafında birləşdiyini,  Təbriz nəşrinə hər cür yardım   etdiklərini sənədlər, faktlar əsasında tədqiq etmişdir. T.Həsənzadə göstərir ki, ilk vaxtlar jurnalın nəşrinə icazə verilməsə də xeyli çalışmadan sonraMolla Nəsrəddin”in farsca nəşrinə icazə verilir. M.Cəlil jurnalı ancaq ana dilində nəşr etdirmək istədiyini bildirir. Və bundan sonra maarifpərvər ziyalı olan Əbülfət Ələvinin çalışmaları sayəsində “Molla Nəsrəddin”in Azərbaycan dilində nəşrinə icazə verilir. Yalnız xırda xəbərlər və elanlar farsca dərc olunur. Bunları da Ə.Ələvi özü yazır. Tədqiqatçı jurnalın Təbriz nəşrində xalqın ictimai-sosial vəziyyətini əks etdirən məqalə-felyetonları təhlil edir. Nəticədə jurnalın Təbriz nəşrinin ictimai-ədəbi mühitə, xalqın azadlıq uğrunda mübarizəsinə təsiri ətraflı şəkildə, geniş aspektdə tədqiq olunur. T.Həsənzadə M.Cəlilin toxunduğu məsələləri araşdırdıqdan sonra yazır: “C.Məmmədquluzadə “Molla Nəsrəddin”in Təbriz nömrələrində İran ictimai həyatının ən vacib, günün ən zəruri məsələləri ilə maraqlanır, xalqın dərdlərini, ehtiyaclarını, onların qavrayıb başa düşəcəyi bir dildə izah edir, onun əsas səbəblərini səbəbkarlarının əsas simasını açır, satiraya tutaraq tənqid və ifşa edirdi”.

Görkəmli ədəbiyyatşünas-alim Ə.Mirəhmədov T. Həsənzadənin dissertasiyası ilə tanış olandan sonra rəyində belə bir fikir söyləmişdir: Dissertasiyadan bir daha aydın olur ki, fars dilini bilməsi və son 7-8 ildə “Molla Nəsrəddin” jurnalı və C.Məmmədquluzadə irsi üzərində tekstoloji tədqiqat işi aparması, T.Həsənzadənin XX əsr Azərbaycan və İran ədəbiyyatı və mətbuatının geniş, həm də əsasən ilk mənbələr əsasında öyrənməsinə çox kömək etmişdir”. Onun dissertasiya işi haqqında ədəbiyyatşünas-alim M.Cəfərovun da fikri maraqlıdır: “Təbriz nömrələrinin bu şəkildə dürüst tədqiqi əyani olaraq dissertantın əsərinin əvvəllərində irəli sürdüyü belə bir müddəanı təsdiq edir ki, C.Məmmədquluzadənin Təbrizə getməkdə məqsədi məhz Şeyx Məhəmməd Xiyabani hərəkatına və təzəcə yaradılmış “Azərbaycan cümhuriyyətinə” kömək etməkdən ibarət olmuşdur”. Bu fikirlər milli düşüncənin oyanmasına təsir edən belə bir jurnalın ideya-sənətkarlıq xüsusiyyətlərinin kamil bir tədqiqatçı tərəfindən böyük səriştə ilə işıqlandırmasının bariz nümunəsidir. Müəllif uzun illərin araşdırması nəticəsində ərsəyə gətirdiyi “C.Məmmədquluzadənin cənub səfəri və “Molla Nəsrəddin” jurnalının Təbrizdə nəşri” monoqrafiyasını 1991-ci ildə “Elm  nəşriyyatında nəşr etdirmişdir.

Ədəbiyyatşünas, tərcüməçi, mətnşünas Turan Vahab oğlu Həsənzadənin əlyazmaları, tərcümeyi-hal sənədləri, məqalələri, diplom işi, dissertasiya və avtoreferatı, qeydləri, tərcümələri, mətbuat tariximizlə bağlı apardığı tədqiqatları, onun fəaliyyətini işıqlandıran müxtəlif sənədlər, topladığı məlumatlar, zəngin kitabxanası bu fondda mühafizə olunur. Sənədlərin ilk son tarixləri belədir: 1870-ci il – 31 dekabr, 2007-ci il. Fond 2011-ci ildə yaranıb. Burdakı işlərin siyahısına nəzər yetirdikdə  Turan müəllimin ömrü boyu axtarışlar, araşdırmalar içərisində şərəfli, zəhmətkeş bir həyat yaşadığını görməmək mümükün deyil. Müəllifin zəngin fondu oxucunu, ədəbiyyatşünas-alimin çox səliqəli, həm maraqlı prinsipi ilə tanış edir. Məsələn, tədqiqatçı C.Məmmədquluzadənin Təbriz səfərində tanış olduğu mütərəqqi fikirli insanların, maarifpərvər ziyalıların adlarını çəkməklə kifayətlənmir, tədqiqatlarını başa çatdırandan sonra da onların haqqında araşdırmalarını xronoloji ardıcıllıqla davam etdirir.

Tədqiqatçının fondunda 210 adda  çox dəyərli kitabları mühafizə olunur. Onların arasında ərəb, fars rus dillərində maraqlı kitablar var. Bu kitabların əksəriyyəti onun kitab rəfinə müəlliflərin avtoqrafı ilə daxil olub. Ə.Şərif, Ə. Mirəhmədov, K.Talıbzadə, K.Məmmədov İ.Ağayev, T.Əhmədov, Ə.Saraclı başqalarının ürək sözlərini, arzularını oxuduqda Turan müəllimin obrazının dostları, məsləkdaşları tərəfindən çəkilmiş cizgiləri sözün işığında aydın görünür Ə.MirəhmədovAzərbaycan Molla Nəsəddinikitabının titul səhifəsinə bu sözləri yazmışdır: “Tural müəllimin atası, mənim dostum Vahab əfəndinin oğlu əziz Turan Həsənzadəyə böyük xoşbəxtlik arzulayıram”. K.Talıbzadə: “Öz istedadı zəhmətkeşliyi ilə seçilən gənc alim dostum Turan Həsənzadə üçün”. T.Əhmədov: “Milli ədəbiyyatın Fərhadı, insana məhəbbət aləminin pərvanəsi ustadı Turan Həsənzadəyə”. Ə.Əylisli: “Uşaq vaxtı baxıb həsəd apardığım, indi gözəl Azərbaycan ziyalısı kimi tanıyıb, ürəkdən hörmət bəslədiyim Turan müəllim üçün”. Fondda diqqətimi cəlb edən sənədlərdən biri Ə.Mirəhmədovun Turan müəllimə Moskvadan, Leninqraddan göndərdiyi məktublardı. Aşağıdakı sətirlərə nəzər salaq: “Həsənov, salam. Biz Leninqraddayıq. Qutqaşınlı çıxsa, Jeleznovodska göndər. Sənin təşkilatçılıq bacarığın üçün təşəkkür edirəm. Mirzə Cəlil barədə qəribə şeylər əlimə keçib. İnşaallah, görüşərik. 11.VIII.1967”. Düşünürəm ki, bu məktublarda toxunulan məsələlər gələcək araşdırmalarda tədqiqatçılar üçün gərəkli mənbə olar.

Bu işləri küll halında nəzərdən keçirəndə aydın olur ki, alim heç vaxt əlini işdən soyutmamış, hər zaman axtarışda olmuşdur. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında maraqlı məlumatlar toplamışdır. Molla Nəsrəddin”ə böyük sevgisi onu mətbuat tariximizlə bağlı başqa tədqiqatlara da sövq etmişdir. Tədqiqatçı ayrı-ayrı vaxtlarda bu jurnalın təsiri ilə çıxmışZənbur”, “Kəlniyyət”, “Bürhani-həqiqət” (N1-6) jurnallarını da yeni əlifbaya köçürmüşdür. Təəssüf ki, onların nəşrini həyata keçirmək mümkün olmamışdır. Yeri gəlmişkən, “Kəlniyyətjurnalının transliterasiyasıadlı plan işi barədə rəyində tədqiqatçı-alim İslam Ağayev yazmışdı: “XX əsrin əvvəllərində Azərbaycanda orfoqrafiya qaydalarının mətnşünaslıq işlərinin hələ formalaşmadığı bir vaxtda nəşr edilmişKəlniyyətjurnalını (1912-1913) yüksək elmi səriştə ilə  müasir əlifbaya köçürdüyünü gördüm”.

 Fonddakı işlərlə tanış olanda Turan müəllimin gördüyü işə kompleks  halda yanaşdığının fərqində oldum. Tədqiqatçı jurnalı transfonoliterasiya etməklə işini bitmiş hesab etməmiş, buradakı gizli imza müəlliflərini araşdırmış, naşiri haqqında da məlumat toplamışdır. Eləcə Təkamül”, “Rəhbər”, “Yeni füyuzat”, “Şəlalə”, “Tuti”, “Dirilikjurnallarında gizli imzalarla dərc olunmuş məqalələrin adlar üzrə siyahısını tərtib etmişdir. Görkəmli yazıçıların (Qətran Təbrizidən başlamış M.Müşfiqə qədər) təvəllüd ölüm tarixlərini araşdırmnış, bir çoxlarının hikmətli sözlərini toplayıb yazıya almışdır.

Görkəmli şəxsiyyətlər olan Məhəmmədqulu Abbası, İskəndərxan Qəffari, Əbülfət Ələvi başqaları haqqında maraqlı sənədlər, Ə.Şərif, M.F.Axundovun məqalələri, M.Axundovun H.Zərdabiyə həkim Kərimbəy Mehmandarovun Təbrizdə Həmidə xanıma göndərdiyi məktubun əsas məzmununun tərcüməsi T.Həsənzadənin topladığı işlər arasındadır.

T.HəsənzadəMolla Nəsrəddin”də gizli imza ilə nəşr olunan olunmayan felyetonları (1906-1929) toplamış, jurnalın yenidən nəşri zamanı imzasız ya başqa imzalarla II, III, V, VI cildlərə düşməyən felyetonların siyahısını tərtib etmişdir. Bunlar onu göstərir ki, T.HəsənzadəMolla Nəsrəddinüzərində işini bütün həyatı boyu aparmış, hər dəfə yeni fakt məlumatlar aşkar etmişdir.

Bütün zamanlarda özünün müasirliyi, xarakteri ilə milli mətbuatımızın inkişafına təkan verənMolla Nəsrəddinsatirik jurnalı bir ənənə olaraq özünün yeni tədqiqatçılarını yetişdirir. Bu ənənə bu gün , sabah da davam edəcək. Bu tədqiqatçıların sırasında T.Həsənzadənin adı hər zaman ehtiramla çəkiləcək. Onun tədqiqatlarıMolla Nəsrəddinsatirik jurnalını yeni bir istiqamətdən araşdırılmasında etibarlı bir mənbədir.

 

 

Nasir, Şəfəq

 

525-ci qəzet.- 2012.- 28 iyun.- S.6.