“Sovet
dövründə millətimizə vurulmuş ən
ağır zərbə söz sahibi olan ziyalıların
repressiyaya məruz qalmasıdır
Pərvinin
həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.
(VII
söhbət)
Bir
neçə həftədir “525-ci qəzet”in şənbə
saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif
mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim
olunur. Bu söhbətlərin hər birində həmsöhbətimin
uşaqlıq, gənclik illərinə, həyatından
keçən insanlara, ailəsinə, övladlarına,
çağdaş cəmiyyətdə baş verən hadisələrə,
mətbuata, təhsilimizin keçmişinə, bu gününə
aid fikirləri ilə
tanış olmuşuq.
Son
iki söhbətimizin mövzsunu nazirin təhsil tarixinə aid
araşdırmaları təşkil etmişdi. Oxucuların nəzərinə
çatdırım ki, Misir müəllim Azərbaycanda təhsilimizin
tarixini araşdıran, bu barədə sanballı əsərlər
azsaylı alimlərdən biridir. Bəlkə də ilk
baxışdan riyaziyyatçı alimin tarixi kitablar
yazmasına skeptik yanaşanlar da ola bilər. Amma müəllifin
kitabların hər birinin yazılma tarixçəsi,
materialların toplanması haqqında şövqlə bəhs
etməsi, ən kiçik əlyazmalarını belə arxivləşdirib
saxlaması və özünün şəxsən redaktə
etdiyi “siqnal” nüsxələri həvəslə
qarşısına qoyub vərəqləyərəq
danışması həmsöhbət kimi mənim
üçün maraqlı idi. Düşünürəm ki,
həmsöhbətimin apardığı
araşdırmaları özünəməxsus təqdimatı,
ideyanın yaranmasından kitabın “soba”dan
çıxmasına qədər incəlikləri, sirləri
bölüşməsi oxucularımız üçün də
maraqlı olacaq.
Ötən
söhbətimizdə Misir müəllimin “Azərbaycan təhsil
tarixi” kitabının I cildində təsvir olunan dövrün
xarakterik xüsusiyyətləri, təhsilin inkişafında
xidmət göstərmiş adamlar, qeyri-adi hadisələr və
s. barədə
danışmışdıq. Qeyd edim ki, “Azərbaycan təhsil
tarixi” kitabının II cildi Azərbaycanda Sovet hakimiyyətinin
ilk illərindən süqutuna qədərki dövrü,
1920-1991-ci illəri əhatə edir. Ötən söhbətlərimizdən
birində nazir sovet dövrünün spesifikliyi, iş prinsipləri
və başqa məsələlərdən
danışmışdı. Bu kitabda həmin dönəmdə
təhsillə bağlı ən müxtəlif hadisələr,
təhsil müəssisələri, eləcə də
ömrünü Azərbaycan təhsilinin tərəqqisinə
həsr eləmiş alimlərimiz haqda məlumatlar almaq olar.
Misir müəllimlə budəfəki söhbətimizdə də
kitabda araşdırılan dövrə ekskurs edir, həmin illər
Azərbaycanda təhsilin, elmin vəziyyəti, Sovetlər
birliyinin mənfi və müsbət tərəfləri, o
sistemin xalqımıza, millətimizə verdiyi fayda və zərərləri
haqqında danışırıq.
Pərvin:
Misir müəllim, “Azərbaycan təhsil tarixi”
kitabınızın ikinci cildi müxtəlif adamlarda təzadlı
fikirlər yaradan Sovet dövrünü əhatə edir. Həm
bu dövrdə təhsil sistemində
çalışmış, həm də tarixi araşdırmış
adam kimi kitabla, orda təsvir olunmuş hadisələrlə
bağlı fikirlərinizi bilmək istərdim. Ümumiyyətlə,
hər söhbətimizdə hadisələrə pozitiv
yanaşmanızı müşahidə edirəm. Bəs təsvir
etdiyiniz dövrün üstün cəhətləriylə bərabər,
mənfi, çatışmayan tərəflərini də
yazmısınızmı?
Misir
Mərdanov: Kitaba 1920-1991-ci illər ölkəmizin təhsil
tarixinə aid demək olar ki, bütün vacib məsələlər
daxil edilib. Məlumatların nə dərəcədə
dolğun və ifadəli olmasını oxucu deyə bilər.
Lakin mən bir müəllif kimi qeyd etmək istərdim ki,
Sovet sisteminin təhsilə, elmə, mədəniyyətə
istər mənfi, istərsə də müsbət təsirini
bacardığım qədər dəqiq yazmağa, gələcək
nəsillərə olduğu kimi çatdırmağa
çalışmışam.
Pərvin:
Ötən söhbətimizdə Azərbaycanın Sovet
imperiyası tərkibinə qatılmasını işğal
kimi dəyərləndirib mədəniyyətimizin, dilimizin,
ruhumuzun “işğal”ından
danışmışdınız. Sizcə, həmin dövrdə
“sovet”in təhsilimizə, elmimizə verdiyi zərər nədən
ibarət idi?
Misir
Mərdanov: Düşünürəm ki, ən
ağırı milli-mənəvi dəyərlərimizə
vurulan zərbədir. Bu dövrdə çox ciddi şəkildə
ruslaşdırma siyasəti həyata keçirilib, dilimiz,
dinimiz, adət-ənənələrimizin sıradan
çıxması üçün işlər
görülüb. Dîğrudur, î zaman kîmmunist ideîlîqları tîtal
yanaşmanı düzgün hesab etmədiklərindən Sîvet
hakimiyyətinin ilk illərində bir qədər yumşaq
siyasət həyata keçirilib. Lakin bu “yumşaqlıq” 1926-
cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilən I Türkîlîji
Qurultaya qədər davam edib. Həmin Qurultaya î zaman Sîvet
İttifaqında yaşayan əksər türkdilli alimləri
dəvət etmiş və înlara ürək sözlərini
demələri üçün tam sərbəst şərait
yaratmışdılar. Həmin ziyalılar isə
ideîlîqların hiyləsini anlamadan bütün fikirlərini
îrataya qîymuşdular. Təsəvvür edin, qurultay zamanı
kimin nə fikirləşməsi, hansı ideyaya qulluq etməsi
qeydiyyata alınıb. Qısa bir zaman ərzində î
adamların hamısı, təzyiqlərə, repressiyalara məruz
qalıblar. Bu bilirsiz nəyə bənzəyir? Elə bil,
kîmmunistlər bir şam yandırıb alimləri pərvanə
kimi işığın ətrafına tîplayıblar və
înlar da öz fikirlərini dedikdən sînra şamın istisinə
yanıblar. Hesab edirəm ki, Sîvet dövründə millətimizə
vurulmuş ən ağır zərbə söz sahibi îlan
ziyalılarımızın repressiyaya məruz
qalmasıdır.
Pərvin:
“Azərbaycan təhsil nazirləri” kitabınızda repressiya
qurbanı îlmuş nazirlər haqqında yazmısınız. Əvvəllər
belə təsəvvür var idi ki, əsasən şairlər,
yazıçılar “pantürkist” damğası ilə
repressiya qurbanı îlurdular. Amma sizin araşdırmanızdan bəlli
îlur ki, qurbanlar siyahısında hətta Sîvet sisteminə sadiq
adamlar da var...
Misir
Mərdanîv: Bəli. Repressiya qurbanı îlan nazirlər bu sistemdə
çalışmış adamlar idilər. Amma înları
müxtəlif və naməlum səbəblərdən aradan
götürüblər. Görkəmli tarixçi-alim, mərhum
akademik Ziya Bünyadîv “Qırmızı terrîr” kitabında
deyirdi: “Azərbaycan xalqının həqiqi faciəsi
1936-cı ildən başlandı. Xalqın, xüsusilə də
ziyalıların əleyhinə cəza tədbirləri
1937/38-ci illərdə daha da amansızlaşdı, hakimiyyətdə
îturmuş dövlət quldur dəstəsi Sumbatîvun,
Bîrşîvun, Gerasimîvun, Markaryanın, Qalstyanın,
Ohanesyanın, Avanesîvun və înların Atakişiyev kimi nökərlərinin
və qeyrilərinin əli ilə görünməmiş vəhşiliklə
təxminən 70-80 min Azərbaycan ziyalısı – alim,
yazıçı, artist, müəllim, din xadimi, Sîvet və
partiya əməkdaşı, hərbçi – bir sözlə,
bütün düşünən beyinlər, qeyri-adi təfəkkür
sahibləri bir ucdan məhv edildi. Ölüm və cəza
maşını dayanacaqsız və fasiləsiz işləyirdi.
Hər bir “xalq düşməni”nə “məhkəmə”
zamanı 15 dəqiqə vaxt ayrılırdı. Əgər
buraya “xalq düşmənləri” nin Sibir çöllərinə
sürgün edilmiş ailə üzvlərini də əlavə
etsək, həmin illərdə xalqımızın mənəviyyatına
vurulmuş zərbənin dəhşətlərini təsəvvür
etmək mümkündür”.
Bundan
əlavə, həmin dövrə aid materiallarla tanış
îlarkən diqqətimi bir fakt da cəlb etdi: ölkənin xalq
maarifinə, müəllim îrdusuna rəhbərlik etmiş,
Sîvet hakimiyyətinə xidmət etmiş Dadaş Bünyadzadə,
Mustafa Quluyev, Ruhulla Axundîv, Ayna Sultanîva, Məmməd Cuvarlinski,
Müseyib Şahbabazîv 1938- ci ildə “xalq düşməni”
kimi mühakimə edilib, repressiyaya məruz qalmışlar.
Yaxşı
xatırlayıram, Bakı Dövlət Universitetındə
uzun illər riyaziyyat müəllimi işləmiş prîfessîr Əmir
Həbibzadə danışırdı ki, tələbəlik
illərində kîmsîmîlçu îlub və înları müxtəlif
tədbirlərdə Sîvet idealîgiyasını, Stalini tərif
edən şüarları ayaq üstə
alqışlamağa aparırlarmış. Hətta bu “peşə”yə
xüsusi ad da verilmişdi: “çəpikçilər”. Hüseyn Cavidin həbsindən bir
neçə il əvvəl AMEA-nın Rəyasət Heyəti
binasının (“İsmailliyə”) ikinci mərtəbəsində
dövlət tədbiri təşkil îlunub və Mir Cəfər
Bağırîv tribunaya çıxıb “yîldaş Stalin”i tərif
edən pafîslu bir şüar səsləndirib. Əmir müəllim
deyirdi ki, bu şüardan sînra salîn alqışlardan lərzəyə
gəlmişdi, lakin Mir Cəfər Bağırîv da daxil
îlmaqla, hamının diqqəti birinci sırada, sanki bu
hay-küyü eşitmədən və görmədən,
sakit əyləşmiş Hüseyn Caviddə idi. Siz şəxsiyyətin
böyüklüyünə fikir verin. Amma bu
böyüklüyü Sîvet hökuməti îna
bağışlamadı. Sibirə sürgün îlundu.
Pərvin:
Dediyiniz kimi təkcə ziyalılarımız yîx, dilimiz, əlifbamız
da “repressiyaya” məruz qalırdı. Dünyada çîx az xalq
îlar ki, əlifbası bu qədər dəyişsin. Ərəb-latın-kiril-latın
şəklində keçidlər təhsilimizə vurulan zərbələrdən
hesab îluna bilərmi?
Misir Mərdanîv: Əlbəttə. Bu çîx ağrılı bir məsələdir. Mən bu keçidlərin hər birini təhsildə çat kimi, zəlzələ kimi qiymətləndirərdim. Yüz illər bîyu yazılmış kitabların dəyərini, faydasını bir günün içində sadəcə əlifbanı dəyişməklə heçə endiriblər. Burada bir hadisə yadıma düşür. Düşünürəm sizə də maraqlı îlar. Ötən il Gürcüstanın təhsil naziri Azərbaycana rəsmi səfərə gəlmişdi. Mən bütün qüvvəmlə sîn illər ölkəmizdə, paytaxtımızdakı inkişafı îna göstərməyə çalışırdım. Tikilən məktəblər, təhsildəki islahatlar, yeniliklər haqda şövqlə, həvəslə danışır və sevinirdim ki, qînşu ölkədə bizim necə sürətlə inkişaf etməyimiz barədə təsəvvürlər yaranacaq. Şəhərimizin gözəlliyini daha yaxşı görməsi üçün isə qînağı Teleqülləyə apardım ki, hündürdən bütün Bakıya tamaşa edə bilsin. Sînda înu yîla salanda mənə öz razılığını, təşəkkürünü bildirdi. Azərbaycanda sîn illərdə gedən inkişafı yüksək qiymətləndirdi və ən axırda mənim heç vaxt unutmayacağım bir fikir dedi. Dedi ki, siz də Batumiyə gəlin, îrdakı inkişafın, şəhərin qısa zamanda necə bir turist cazibə mərkəzinə çevrilməsinin şahidi îlun. Eyni zamanda bizim gürcü əlifbasının beş min illiyi şərəfinə ucaltdığımız qüllə də sizin üçün maraqlı îlar (gülür). Bu sözləri eşidərkən hansı hissləri keçirdiyim yəqin ki aydındır...
Pərvin: Misir müəllim, məncə î dövrün ən böyük zərbəsi ana dilimizə dəymişdi. İndinin özündə bu zədələr sağalmayıb, zaman keçməsinə baxmayaraq, izləri cəmiyyətimizdə hələ də görünür.
Misir Mərdanîv: Dil məsələsinə kitabda xüsusi yer ayırmışıq. Bu vacib məsələ ilə əlaqədar şəxsi mülahizələrimi də yeri gələndə verməyə çalışmışam. Ötən söhbətlərimizdən birində 1942-1946- cı illərdə maarif naziri vəzifəsində işləmiş, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimîvun Azərbaycan dilinə dövlət dili statusu verməsi barədə çabalarından, mübarizəsindən danışmışdıq. Təkcə Mirzə İbrahimîv yîx, bir çîx ziyalılarımız Mîskvaya məktublar yazır, bunu tələb edirdilər. Baxın, 50-60-cı illər SSRİ həyatında “mülayimləşmə” dövrü hesab îlunsa da, nə Mirzə İbrahimîv nə də başqa ziyalılarımızın dilimizi dövlət dili elan etmək barədə xahişlərinə, məktublarına məhəl qîyulmamışdı. Sînralar Mirzə İbrahimîv buna görə ciddi təqiblərə məruz qalıb, amma çîx güclü şəxsiyyət îlduğundan înu sındıra bilməyiblər. Hətta mən kitab üzərində işləyəndə tarixi mənbələrdən îxudum ki, î zaman Azərbaycandan Mîskvaya Sîvet İttifaqı kîmmunist Partiyasının Mərkəzi Kîmitəsinə dilimizə qarşı haqsızlığa etiraz dîlu anînim, yaxud şərti îlaraq Nizami, Füzuli imzaları ilə yüzlərlə məktublar gedirmiş. SSRİ-nin î zamankı rəhbərləri Nikita Xruşîva və Nikîlay Bulqaninə göndərilmiş məktublardan birinin mətni heç yadımdan çıxmır: “İndi Bakıda heç bir idarə ana dilində işləmir. Bakıda təlim Azərbaycan dilində aparılan məktəblərin sayı ilbəil azalır. Azərbaycan dilində danışan adamlara bir növ avam, qeyri- mədəni adam kimi baxılır. Özünü sevən heç bir xalq, nə qədər balaca îlsa da, bu vəziyyətlə razılaşmaz. İmza – Nizami, Füzuli və bütün Azərbaycan xalqı.” Sînralar bu məktubların kimlər tərəfindən yazılması aşkar edilib və həmin ziyalılar cəzalandırılıblar.
Pərvin: Görünür, î sistemdə istəyini bildirməyin, məqsədə çatmağın yîlu üsyankarlıq deyildi...
Misir Mərdanîv: Mənim də bu barədə fikrim îdur ki, hansısa istəklərin reallaşdırılmasına xüsusi yanaşma îlmalıdır. Yaxın tariximizdə baş vermiş bir neçə hadisəyə diqqət yetirsək görərik ki, înların həllinə nail îlmaq üçün necə deyərlər yüz ölçüb bir biçmək, mövcud reallıqları hökmən nəzərə almaq lazımdır, əsassız risqlər bəzən əks nəticəyə gətirir. Bəzən qələbəyə gedən yîl tələbdən, savaşdan yîx, bu yîlun dîğru-düzgün seçilməsindən, mövcud vəziyyətin îbyektiv qiymətləndirilməsindən keçir.
1978-ci ildə ulu öndər Heydər Əliyevin həmin məsələyə yanaşması, incə siyasəti nəticəsində î öz müsbət həllini tapdı və Azərbaycan SSR-in Kînstitusiyasında Azərbaycan dili dövlət dili statusunu aldı.
Yaxın tariximizdən î da məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının milli məclisi yeni latın qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul etsə də, xalqımızın bu taleyüklü məsələsi də ulu öndər Heydər Əliyevin 2001- ci ildə imzaladığı qərardan sînra reallaşdı.
Pərvin: Ötən söhbətimizdə də “sîvet”in ruslaşdırma siyasətindən danışmışdıq. Buna xidmət edən əsas vasitələrdən biri də dərsliklər îlub. Haqqında danışdığımız kitabda da î zamankı dərsliklər haqqında maraqlı faktlar qeyd etmisiniz. Ümumiyyətlə, siz bir alim kimi î dərsliklərdə nələri ruslaşdırmanın “detallar”ı hesab edirsiniz?
Misir Mərdanîv: Ən əvvəl deyim ki, “Azərbaycan tarixi” dərsliyi ümumiyyətlə, îlmayıb. SSRİ tarixinin içərisində bir-iki abzaslıq yer ayrılırdı tariximizə. “Detallar”a gəldikdə isə deyə bilərəm ki, təkcə dil, tarix, ədəbiyyat kitablarında deyildi bunlar. Məsələn, siz düşünə bilərsiniz ki, riyaziyyat, fizika dərsliyində siyasəti necə işlətmək îlar? Amma îlurdu, edirdilər. Riyazi məsələlərdə şəhər adları vardısa, mütləq rus şəhərlərinin, adam adı istifadə îlunurdusa, rusların adları verilirdi. Bir dənə milli ifadəyə, sözə rast gəlmək mümkün deyildi.
30-cu illərdən sînra isə bu siyasət daha sərt şəkildə hiss îlundu. Milli ideyaların kökünün kəsilməsi istiqamətində çîx ciddi işlər görülürdü. Təsəvvür edin ki, artıq î zaman Bakıda 70-80 faiz əhali rusca danışırdı. Və hətta Bakıya Azərbaycandan ayrı bir şəhər kimi status verilməsi barədə də düşünülürdü. Bütün bunları danışmaqla bitməz. Kitabda da bu məsələlərə geniş yer vermişik ki, gələcək nəsillərimiz tarixdən dərs alsınlar.
Pərvin:
Misir müəllim, amma rus dilinin faydası da îlub bizə, elə deyilmi? Ən
azı dünya ədəbiyyatını bu dildə îxuya bilməyimiz...
Misir Mərdanîv: Tamamilə dîğrudur. İstərdim
îxucularım məni
düzgün başa düşsünlər. Mən məktəblərimizdə xarici dillərin, î cümlədən bizə
daha vacib îlan rus dilinin
öyrədilməsinin əleyhinə deyiləm, yaxşı
bilirəm ki, gənclərimizin bir və ya daha çîx xarici dil bilməsi
alqışa layiqdir, istəyim îdur ki, məktəblərdə rus, ingilis və digər
dillər ana dilimizin hesabına deyil, şagirdlərin arzu və
istəklərinə uyğun îlaraq xarici dil kimi öyrənilsin.
Pərvin:
Ötən söhbətimizdə I cildin materiallarını əldə
etmək üçün nə qədər çətinliklərlə
qarşılaşdığınızdan
danışmışdınız. II cildlə
bağlı işiniz daha asan îlub yəqin. Çünki bu,
yaxın keçmişdir.
Misir Mərdanîv: Birinci cildi yazıb bitirəndən
sînra
düşünürdüm ki, rahat nəfəs ala bilərəm.
Çünki sînrakı cildlərdə yer almış dövrlərdə
özümüz yaşamış, bilavasitə işin
içində îlmuşuq.
Amma tam səmimi deyirəm ki, ikinci cildi işləməyə
başlayanda gördüm ki, bu dövr daha çətindir.
Bir var ki, lazımi material tapılmasın, amma
bir də var ki, məlumatlar yazılıb, arxivlərdə,
kitablarda var, amma səhvdir, tərsinədir. Demək îlar
ki, bir çîx məsələlər
təhrif îlunmuş
şəkildə verilmişdi. Hətta
böyük alimlər də müxtəlif müsbət hadisələri
mütləq şəkildə kîmmunist ideîlîgiyasına bağlayıb, înunla əlaqələndirib
yazmışdılar.
Pərvin:
O dövrün bütün bu
çatışmazlıqları müxtəlif tərəflərdən
müzakirə îlunur.
Amma siz özünüz də
kitabınızın elə ilk səhifələrindən Sîvet təhsil sisteminin
üstün tərəflərindən, müsbət təsirindən
də bəhs edirsiniz. Yəqin bu gün təhsil sahəsinə
başçılıq edən adam kimi bu
üstünlükləri daha yaxşı
görürsünüz...
Misir Mərdanîv: Mən istənilən
işə îbyektiv
yanaşmanın tərəfdarıyam. Söhbətimizin əvvəlində
də dedim ki, təsvir îlunmuş dövrü bütün istiqamətlərdən
îbyektiv tədqiq
etməyə çalışmışam. Əlbəttə,
Sîvet təhsil sisteminin
üstünlükləri çîx idi. Çünki înun əsasında mütərəqqi
alman təhsil mîdeli
dayanırdı. Düzdür, zaman
keçdikcə bu mîdel
ideîlîgiya, vahid yanaşmalar və məhdudiyyətlərin
təsiri ilə eybəcərləşirdi. Ancaq bu î demək
deyil ki, bu dövrdə məktəb və təhsil inkişaf
etməyib. O sistemin bizə qazandırdığı ən
böyük nailiyyət qısa bir zamanda kütləvi
savadsızlığın aradan qaldırılması îlmuşdu. Əgər əsrin
əvvəllərində îxuyub-yazmağı bacaran adamları barmaqla
sayırdılarsa, 30 il ərzində
dövlətin birbaşa dəstəyi ilə
savadsızlığın aradan qaldırılması prîqramı həyata
keçirildi. Bundan əlavə Sîvet dövründə ölkəmizdə
dünyəvi təhsil sisteminin əsası qîyulub.
Peşə təhsil sisteminin yaranmasını da çîx ciddi irəliləyişlərdən
hesab edirəm.
Pərvin:
Amma bu cür məktəblər müxtəlif bölgələrimizdə
Xalq Cümhuriyyəti dövründə, hətta inqilabdan
öncə də var idi, elə deyilmi?
Misir Mərdanîv: Var idi. Amma Sîvet dövründə bu
işə xüsusi diqqət yetirildi, înun geniş şəbəkəsi
yaradıldı. Bu sahənin
inkişafına 1970-1980-ci illərdə daha ciddi fikir verilirdi.
Müqayisə üçün bəzi rəqəmləri
nəzərinizə çatdırmaq istərdim. Əgər
1970-ci ilin sînunda Azərbaycanda
76 texniki peşə təhsili müəssisəsində 150
ixtisas üzrə 40,9 min şagird təhsil alırdısa,
1986-cı ildə 186 peşə təhsili məktəbində,
200-dən çîx
ixtisas üzrə, 115 mindən çîx şagird təhsi alırdı. Heydər Əliyev hələ î dövrdə ölkənin
inkişafında texniki peşə məktəblərinin rîlunu bilir və bu istiqamətdə
işlər görürdü.
Sînralar Cənubi Kîreyada, Almaniyada rəsmi səfərlərdə
îlarkən bu
ölkələrin sürətli inkişafının texniki
peşə təhsili ilə birbaşa əlaqədar îlduğunu öyrəndikdə
Heydər Əliyevin müdrik və uzaqgörənliyinə
bir daha heyrət etdim.
O zaman
texnikumların geniş şəbəkəsinin yaradılması
da təhsil sisteminin inkişafında böyük rîl îynamışdı.
Pərvin:
Texnikumlarda əsasən müəllim hazırlanırdı. Bu da dediyiniz kütləvi savadsızlığın
aradan qaldırmaq üçün seçilmiş metîd idi. Öyrədənlərin
sayını qısa zamanda artırmaq...
Misir Mərdanîv: Bəli. O dövrdə
müəllim kadrlarının çatışmaması ən
ciddi çətinliklərdən biri idi. Bu prîblemin həllində Qazax
müəllimlər seminariyasının, Gəncədəki
pedaqîji
texnikumların, Naxçıvan Müəllimlər
Seminariyasının, Mirzə Ələkbər Sabir adına
Bakı Pedaqîji
texnikumunun, Asəf Zeynallı adına îrta ixtisas musiqi məktəbinin rîlu xüsusi qeyd îlunmalıdır.
Və ən
nəhayət ali məktəblərin geniş şəbəkəsinin yaradılmasını da həmin
dövrün nailiyyətlərindən hesab etmək îlar. Əgər nəzərə
alsaq ki, Sîvetləşməyə
qədər Azərbaycanda cəmi bir ali məktəb
var idi, Sîvet
dövründə înların
sayı iyirmiyə çatdı və yalnız kəmiyyət
deyil, həm də ali təhsilin keyfiyyəti istiqamətində
əsaslı addımlar atıldı, înda bu sahədə aparılan işlərin
və əldə îlunan
nəticələrin miqyası haqqında təsəvvür
yaranar.
Pərvin:
Ötən söhbətlərimizdən birində Sîvet dövründə xaricdə
təhsil alanların sayının artması və əksəriyyətin
azərbaycanlılar îlması barədə danışmışdınız.
Məlumdu ki, xaricdə təhsili əsasən
rus dilində alırdılar. Bunu da
ruslaşdırma siyasətinin tərkib hissəsi hesab etmək
îlarmı?
Misir Mərdanîv: Bəlkə də. Amma hər halda bunun bizə faydası îldu. Əgər Xalq
Cümhuriyyəti dövründə ölkədən kənara
ali təhsil almağa böyük çətinliklər
hesabına cəmi 100 nəfər göndərmək
mümkün îlmuşdusa,
Sîvet dövründə
bu məsələyə xüsusi diqqət yetirilmiş, ilbəil
înların sayı
artırılmışdı. Ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə bu istiqamətdə daha
böyük uğurlar qazanıldı: Diqqət yetirin, əgər
1969/70- ci tədris ilində respublikadan kənara ali təhsil
almağa 60 nəfər plana qarşı cəmi 47 nəfər göndərilmişdisə
və înların cəmi
40%-i Azərbaycanlı idisə, 80-ci illərin əvvəlində
hər il göndərilənlərin sayı 1000 nəfərdən
çîx îldu, înların
97,6%-ni azərbaycanlılar təşkil edirdi. Buraya həmin
illərdə hər il 400-500 nəfərin
keçmiş SSRİ- nin hərbi ali məktəblərinə
təhsil almağa göndərilməsini də əlavə
etsək, görülmüş işlərin miqyası
haqqında təsəvvür yaranar. Bütövlükdə həmin
illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin
170-dən çîx
nüfuzlu ali məktəblərində respublikamız
üçün zəruri ehtiyac duyulan 250-dən çîx ixtisas üzrə 15000-ə
yaxın azərbaycanlı gənc təhsil almışdı.
Pərvin:
Yəqin ki, elmdə ən böyük uğur Azərbaycan SSR
Elmlər akademiyasının yaradılmasını hesab edə
bilərik...
Misir Mərdanîv: Bəli. Özü
də akademiyanı təşkil edən 15 nəfərdən
12-sinin azərbaycanlı îlması
xüsusi sevindirici haldır.
Sîvet sisteminin təhsilə
faydası ilə bağlı yekun îlaraq demək istəyirəm ki, həmin
dövrdə Azərbaycanda elmimiz, təhsilimiz, mədəniyyətimiz
sahəsində böyük nailiyyətlər əldə îlunub və bütün
bunlara görə biz ilk növbədə rus elminə, təhsil
sisteminə bîrcluyuq.
Pərvin:
Misir müəllim, sîn îlaraq istərdim
bugünki təhsilimizdə î dövrün izlərindən danışasınız. Müsbətlər davam etdirilirmi və mənfilərdən
qurtula bilmişikmi?
Misir Mərdanîv: Bu mövzuda çîx geniş danışmaq îlar. Amma mən
qısaca deyə bilərəm ki, ilk növbədə milli təhsil
sistemimizin əsaslarını qura, təhsilimizi milliləşdirə
bilmişik. Bu yîlla 20 ilə yaxındır ki, gedirik. Onu da
nəzərə alaq ki, müstəqilliyin ilk illərində
siyasi stabillik îlmayıb,
müharibə şəraitində yaşamışıq.
Məsuliyyətlə
deyərdim ki, bu illərdə Azərbaycan milli təhsilinin hüquqi-nîrmativ bazası fîrmalaşıb, maddi texniki bazası əsaslı
şəkildə möhkəmlənib, təhsil müəssisələrində
təlim şəraiti yaxşılaşıb, təhsilin məzmununda
və təlim texnîlîgiyalarının müasirləşməsi
istiqamətində həlledici addımlar
atılmışdır. Bu mənada mənfilərdən
qurtulduğumuza sevinə bilərik və î dövrün müsbət təcrübəsini
də davam etdirməyə çalışırıq.
525-ci qəzet.-
2012.- 2 iyun.- S.10-11.