Türk xalqlarının folkloru və ədəbiyyatı haqda dəyərli nəşr   

 

Son dövrlərdə Azərbaycanda Türk xalqlarının müxtəlif problemləri, eləcə tarixləri, ədəbiyyatları, mədəniyyətləri ilə bağlı  aparılan araşdırılmlar nəticəsində çoxlu yazılar mətbuatda dərc ediib. Ancaq təəssüf doğuran odur ki, Sovet dovrünün qadağalarından şikayət edən alimlərimizin müstəqillik illərində soydaşımız olan xalqlar haqqında sanballı monoqrafiyalarına hələ rast gəlmirik. Bu da elmi ictimaiyyətimiz üçün bağışlanmaz hal sayılmalıdır.

Bu günlərdə Əli ŞamilinUyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru ədəbiyyatıkitabı ilə rastlaşanda elə bildim düşündüyüm problemlə bağlı ciddi bir əsərlə rastlaşdım. Çünki müəllifin dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə, İranda, İsveçdə, KKTC-, ABŞ-da b. ölkələrində Türk dünyası ilə bağlı çap etdirdiyi elmi-publisistik məqalələrindən xəbərim vardı. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Uluslararası İlişkilər bölümünün rəhbəri kimi sistemləşdirib oxucuya çatdırmaq imkanları da vardı.

Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru ədəbiyyatıisə arzuladığım, görmək istədiyim ciddi araşdırma olmasa da, qan qardaşlarımız qumuqların, noqayların, qaraçayların, coğrafi baxımdan bir qədər bizdən uzaqda olan qaqauzların, uyğurların haqqında oxucuya ilkin bilgi verir. Dünya ədəbiyyatına, mədəniyyətinə daima meylli görünən Azərbaycan oxucusu rus, ingilis, fransız başqa bir çox xalqların ədəbiyyatı ilə maraqlanır, onları oxuyur, öyrənir. Təəssüf ki, onların soydaşlarımız, eyni kökdən olduğumuz xalqlar haqqında bilgiləri Avropa, Amerika, bir az ifrat görünsə Afrika haqqındakı qədər deyildir.Doğrudur, burada bir sıra obyektiv subyektiv səbəblər vardır. Bu səbəbləri açsaq, “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru ədəbiyyatıkitabına olan diqqət daha da artacaqdır. Lakin düçüncəm daxilində ümumi mənzərəni ifadə etmək üçün bu gün olduqca aktual görünən bir tarixi hadisəni yada salmaq istərdim

 Məşhur Dağıstan şairi Abutalıb Moskvada ezamiyyədə olarkən şəhər gəzintisinə çıxır, qarşısına gələn bir nəfərdən bazarın ünvanını soruşur. Qarşıdakı adam xariciymiş. Adam rus dilini bilmədiyindən əvvəlcə ingiliscə Abutalıbdan soruşur ki, istəyirsən? Abutalıbın başa düşmədiyini hiss etdiyindən fransızca almanca istədiyini soruşur. Təbii, Abutalıb bu dillərin heç birini bilmədiyindən görüş nəticəsiz bitir.

 Bu əhvalatı dostlarına danışan Abutalıb bir kosmopolit dostunun istehzasına məruz qalır. Belə ki, kosmopolit dostu onagörürsənmi mədəni insan deməkdir! Sən əgər mədəni insan olsaydın, o dillərdən birini bilərdin küçənin ortasında avara qalmazdın! – deyir.

 Bu anda Abutalıb deyir ki, mən hələ söhbətimi qurtarmadım. Onun məni başa düşmədiyini görəndə ondan əvvəlcə qumuq, sonra ləzgi, tabasaran, lak dillərində bazarın harda olduğunu soruşdum.

İndi necə başa düşək?! O, üç dildə soruşdu, mən isə beş dildə cavab verdim. O, mədənidir, yoxsa mən?! Dilin böyüyü, kiçiyi olmur!

Bu olayı yada salmaqda məqsədim yuxarıda dediyim obyektiv subyektiv faktlara ümumi bir nəzər salma qayəsini diqqətə çəkməkdir.

 Əlimizdəki kitabın ən böyük missiyası bir imperialistlərin var gücü ilə əritməyə çalışdıqları öz kimliklərini qoruyub saxlamaq yolunda apardıqları mübarizədə olanlara yardımçı olmasından ibarətdir.

 Bütün mənalı ömrünü Türk Birliyinə, onun bir məcraya yönəldilməsinə həsr edən bir bilim adamının, bir çox hallarda böyük əksəriyyətin görmədiyi görsə biganə qaldığı məsələləri gün işiğına çıxarması o qədər təəccüblü deyil. Bu şərəfli vəzifəni insanı borcun yerinə yetirən, güclülər qarşısında əyilməyib, gücsüzləri, zəifləri müdafiə edənlər gerçəkləşdirirlər.

 Müəllif qeyd edir ki, əsəri yazmağa başlamazdan əvvəl bir anlıq ötən əsrin otuzuncu illərində Azərbaycanda öldürülən, həbsdə məhv edilən ziyalıları gözümün önünə gətirdim. Onlar arasında Azərbaycan türkü qədər, tatar, axıska, qumuq s. türklər var idi. Bu da təsadüfi deyildi. Çünki bu xalqlar hər zaman eyni millətin üzvləri kimi davranmış, bir-birinə dayaq durmuşlar.

 Kitabı oxuduqca bu gün böyük xalqların tərkibində əridilməyə, etnogitliyə məruz qalan, türklük kimliyini unutmağa məcbur edilən qardaşlarımıza yardımçı olmanın qədər vacib olduğu qənaətinə gəlirik. Bir daha başa düşürük ki, vaxtilə böyük Ziya Gökalp demişkənyok tarihimiz, var tarihlerimiz”.  Müəllif bu sözləri söyləməkdə qədər haqlı! Bir daha əmin oluruq ki, türk tarixi qədim dərindir. Bu tarixi mədəniyyətə isə yalnız birlikdə, bütün halda vara bilərik.

Qafqazın quzeyində yaşayan zəngin yazılı ədəbiyyatı olan noqayların, qumuqların, qaraçay-malkarların, keçmiş Bessarabiyada, bu günkü Ukrayna Moldovada yaşayan qaqauzların, Çin Xalq Respublikasının əsarətində qalan uyğurların ədəbiyyat tarixləri haqqında yazılan bu əsərdə Azərbaycanda ilk dəfə həmin xalqların ədəbiyyatı, folkloru sistemli şəkildə araşdırılaraq kitab halına salınmışdır.

Elm aləminə məlumdur ki, türkləri ortaq mifik yaddaş, ortaq mədəniyyət, ortaq düşüncə tərzi birləşdirir. Bir çox ortaq dastanlar, nağıllar, mərasimlər var ki, bağımsızlığını itirmiş hər hansı türk soyu hansısa hakimiyyət altında olmasından, hansı dinə sitayiş etməsindən asılı olmayaraq dəyərli yaddaşlarında daim yaşatmışlar. Bu gün bütün türklərin Tanrıçılıq sisteminə sadiq qalması, Novruz bayramını, Xıdır Nəbini, Çillələri s. qeyd etmələri ortaqlığımızı daha da şəkilləndirir. Gələnək görənəklərinə bağlı, örf mərasimlərinə sadiq türkləri birləşdirən daha bir xüsusiyyət şübhəsiz ki, aşıq-ozan sənətidir, sazdır. Aşıq Ələsgərin yaradıcılığında Qaracaoğlanın, Dədə Şəmşirin yaradıcılığında Aşıq Veysəlin təsirini görməyimiz bu birliyin sonucudur. Bu gün hər hansı bir folklorun örnəklərini bütün türk xalqlarının folklorunda bir qədər fərqli olsa, tapmaq olar. Buna görədir ki, türk tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini bütövlükdə türk dünyasını öyrənmədən bu möhtəşəm aləmi təhlil etmək, nəticə çıxarmaq mümkün deyil.

Bu gün fars şovinistlərinin, çin imperialistlərinin zülmü altında qalan milyonlarla türklər var ki, öz dillərini unutmaq təhlükəsi qarşısındadırlar. Eyni siyasəti rus imperializmi Qüzey Qafqaz xalqlarının başına gətirmişlər. Burada yeganə təskinliyimiz ondan ibarətdir ki, bu xalqlar ancaq ailə daxilində öz doğma türk dillərində danışır, adət-ənənələrini qoruyub saxlayırlar. Bu coğrafi məkanda min illərin sakini olan əllidən artıq etnik qrup ortaq dil kimi Türk dilindən faydalanmışlar.

XX yüzildə isə Sovet Rusiyasıbeynəlmiləlçilik”, “qardaşlıqadı altında ruslaşdırma siyasəti apararaq bu insanların milli düşüncəsinə son qoymağa çalışmışdır. Halbuki bu yaxın keçmişə qədər qaraçay-malkarların, qumuqların, noqayların, qaqauzların, uyğur türklərinin apardıqları mücadilələr gözümüz önündə baş vermişdir.

Adı çəkilən xalqlarla bağlı bizim mətbuatımızda azdan-çoxdan yazılmışdır. Amma hələ yazılması vacib olan çox məsələlər var. Xüsusilə Quzey Qafqaz türk xalqları Azərbaycanla sıx əlaqədə olmuşlar. Bakıda 1920-ci ilin sentyabrında keçirilən Şərq xalqlarının Birinci Qurultayında və 1926-cı ilin fevral-mart aylarında keçirilən Birinci Türkoloji Qurultayda əsasən ictimai-siyasi xadimlər iştirak etsələr də, onlardan bəziləri bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, yazıçı və şairlərlə bağlı olmuş və onları istiqamətləndirmişlər. Buna görə də biz onların ədəbiyyatından söz açdıqda məsələyə aydınlıq gətimək üçün tarixlərinə də müraciət etməliyik.

Kitabda müəllifin elmi araşdırmaları ilə yanaşı, problemin müxtəlif aspektlərinin orijinallığını və tarixi mənbələrinin sistemli şəkildə təqdimatı əsəri daha da maraqlı və oxunaqlı edir.

Əli Şamilin bu əsəri yalnız folkloru, ədəbi əlaqələri öyrənən gənclər üçün deyil, siyasi tarixlə, sosyologiya, sosial psixologiya və b. sahələrlə maraqlananlar üçün də bilgilər verir. Müasir dovrümüzün qloballaşmadan çox danışılar, çox yazılır. Türk xalqlarının yaxınlaşmasına, ortaq mədəniyyətə, ortaq dilə sahib olmalarına da qloballaşmanın başlanğıcı, bir parçası kimi baxmaq lazımdır.

Türk xalqlarının rəbərlərinin birgə keçirdikləri toplantılarda, sammitlərdə əlaqələrdən, birlikdən tez-tez söz acılır. Çox təəssüf ki, siyasətcilərin irəli sürdükləri təklifləri elm və mədəniyyət xadimlərimiz lazımınca dəyərləndirib əməli fəaliyyətə keçmirlər. Onlar hələ də yuxarılardan sərt əmrlər, göstərişlər gözləyirlər.  Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” kitabı və bu tipli araşdırmalar onu göstərir ki, yuxarıların birbaşa əmir və göstərişlərini gözləmədən də işə başlamaq, yazıb-yaratmaq olar.

Türk dövlətlərinin rəhbərləri  sammitlərdə birgə parlamentdən, ortaq işgüzar dildən söz açırlarsa nədən ədəbiyyatçılar ortaq ədəbiyyat tarixi, tarixçilər ortaq tarix, folklorçular ortaq folklor, etnoqraflar ortaq etnoqrafiya kitabları yazmağa başlamırlar. Yenə də yuzarılardan əmr və göstərişlər gözləyirlər?! Elə isə onlara Naxçıvan sammitinin materiallarını yenidən oxumalarını məsləhət görərdik!

 

 

Türk AYDIN,

Heydər Əliyev adına

AAHM-in professor

 

525-ci qəzet.- 2012.- 8 iyun.- S.6.