Ürəyə damanlar və ya gerçəkləşən gümanlar   

 

Bu məqalə Türkiyənin önəmli şairlərindən biri olan Əli Akbaşın “İlin ədəbiyyat adamı” seçilməsi münasibəti ilə hazırlanan kitab üçün Anadolu türkcəsi ilə yazılmışdı. Dostumun Azərbaycanda ilk şeirlər kitabının yayınlanması, Bəxtiyar Vahabzadə adına uluslararası mükafatına layiq görülməsi və bu il yetmiş yaşının tamam olması münasibəti ilə bu yazımı Azərbaycandakı oxucularımla da bölüşmək istədim.

 

KADER – BƏYAZ KAĞIDA SÜTLƏ YAZILMIŞ YAZI

 

Və... öncə də dediyim kimi başqa topluluqlardan fərqli olaraq, mənim yalnız məmləkətim özgürlüyünü qanlar içində qazanacaq və yeni bir azadlıq dönəmi başlayacaqdı. “Gənclik” jurnalının baş redaktorluğundan Azərbaycan Dövlət radio və televiziya şirkətinə sədr təyin ediləcəkrdim. Bu vəzifədə olduğum bir il üç ay ərzinə Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin güclənməsinə canı könüldən çalışacaqdım. Azərbaycan demokratiya yolunda sürətlə irəlilədiyi görən xarici güclər və onların ölkə daxilindəki uzantıları bu irəlilləyişi baltalamaq üçün çevriliş etməyə çalışacaq və demokratik güclər vəzifələrindən kənarlaşdırılacaqdı. (Yenə solaxay taleyim elə işlər görəcəkdi ki, üç il işsiz, pulsuz-parasız qaldıqdan sonra o təsadüfən baş tutan Kaysəri səfərinin yazdırdığı şeirin şöhrətinə, bir də o səfərin baş tutmasında baş rol oynayan Əli bəyin varlığına sığınaraq Türkiyəyə gəlmək zorunda qalacaqdım..

Burada ustad Nəcib Fazıl Kısakürəğin ölümsüz misralarını necə də xatırlamayasan:

 

Kadər bəyaz kağıda sütlə yazılmış yazı

Əlindəysə bəyazdan gəl də ayır bəyazı.

 

Türkiyədə tanışlar çox olsa da sona qədər sabit qalacaq ünvan birdi: Əli Akbaş! Bax elə o zamanlar Əli Akbaşla ilk görüşümüzdə ürəyimə damanların xəyaldan çıxıb necə görüntü qazandığını görməyə başlayanda heyrətlər içində qalacaqdım. Yolumun üstünə çox öncələri Əli Akbaşı çıxaran taleyin vaxtı qabaqlama gücünə şübhəm qalmayacaqdı. Türkiyədə olduğum bu on altı ildə evinin də, könlünün də qapısı üzümə açık oldu və ilk tanışlığımızdakı ərdəmliyinin yeni yönlərini gördüm. Belə deyirlər ki, hər igid adamın arxasında mütləq bir mərd qadın dayanır. Əli bəyin xanımı Aytən yengə belə qadınlardan biri və bəlkə də birincisidir.Onun sayəsində Əli bəyin evi Türk dünyasının hər köşəsindən gələnlər üçün ilk dayanacaq və sığınacaq yeridir.

Bəzən aylarla görüşmək, xəbərləşmək imkanımız olmur. Amma Ankara ilə Çanaqqala arasındakı nə zaman, nə məkan məsafəsi bizi ruhən bir birimizdən ayırmır. Bəlkə buna görə mən Çanaqqalada qürbət həyatı yaşamıram. Bilirəm ki, nəfəs aldığım havada hardasa dostumun da könül əsintisi var. Yalnız mənim yox, Azərbaycandan adıma üz tutanların problemlərinin çoxunu da onun zəif çiyinlərinə yüklədiyim az olmadı. Əli bəyin boynumda olan haqların hamısını burada söyləmək vaxt aparar, amma bir-ikisini xatırlamadan keçməyəcəyəm. İki min dördüncü ildə altmış beş yaşım tamam olanda yubiley məsələm Azərbaycanda kimsənin yadına düşməyəndə Əli bəyin və dostlarımın (Novruz Nəsənov) sayəsində (O zaman dostumuz Yaqub bəy Türkiyə Yazarlar Birliğinin başkanı, Əli bəy isə katibi idi.) Ankarada Milli kitabxananın geniş salonunda Türkiyədə ilk dəfə, yaşayan bir şairə, yəni mənə şahanə bir yubiley və yaradıcılığımla bağlı elmi konfrans keçirildi... Türkiyənin önəmli sənət, elm və dövlət adamlarının qatıldığı o tədbirlərin coşğusu hələ də mənimlədir..

İki min altınci ildə Rusiyanın önəmli şairlərindən olan dostum Mixail Sinelnikov Türkiyə Yazarlar Birliyinin dəvətlisi olaraq Ankaraya gəldi ( O zamana qədər Yakup bəy və Əli bəy birliyin başında idilər) və çox böyük bir sevgi ilə qarşılandı. Amma biz bir dəfə də olsun Birliyin binasına getmədik və nədənsə bu hal mənə şübhəli göründü. Sonradan biləcəkdim ki, M.Sinelnikovun Türkiyəyə gəlişi sırasında Əli bəy də, Yaqub bəy də artıq Yazarlar Birliyinin rəhbərliyindən ayrılıbmışlar. Amma bunu M.Sinelnikovun səfər alınsın deyə mənə söyləməmişlər. Sonralar biləcəkdim ki, qonağımızın bütün məsrəflərini dostlarımız öz ciblərindən ödəmişlər.

Əli Akbaşın şeirləri ilə tanışlıqdan sonra Mişa Sinelnikov mənə etiraf edəcədi ki, Nazım Hikmətdən sonra Türk ədəbiyyatında belə fərqli bir şairin var oluşunu ağlıma belə gətirməzdim. Və Mişa Əli Akbaşın şeirləri böyük bir ustalıqla Rus dilinə çevirəcək, haqqında məqalələr yazacaq və Moskva jurnallarında yayınladacaqdı. Fevral ayında Moskvada kitabının təqdimat tədbirində tanış olduğum Moskva Yazıçılar birliyinin katibi, tarix elmləri doktoru “Literaturnaya znakomstvo” jurnalının baş redaktoru Lola Zvonaryeva ilk söhbətlərimizdə Əli Akbaşı soruşacaqdı. Əli bəyin bir silsilə şeiri M.Sinelnikovun tərcümə və təqdimatında Lola xanımın jurnalında da çap olunubmuş... Lola xanım “qapılarının” Əli Akbaş şeirinə açıq olduğunu və ona salam yetirməyimi söylədi...

 

NƏ ZAMAN Kİ, KƏRKÜK GƏLİR AKLIMA

 

Çox keçməyəcəkdi ki, Əli bəy Yakub bəylə birlikdə Avrasya Yazarlar Birliyini quracaq və onun baş redaktorluğunda “Kardaş Kalemler” dərgisi yayın həyatına başlayacadı. İstər Avrasya Yazarlar Birliyi, istərsə də “Kardaş Kalemler” dərgisi az zaman içində elə bir səviyyəyə çatdı ki, soraqları Avrasyanın bütün bölgələrindən gəlməyə başladı:

 

Nə zaman ki Kərkük gəlir aklıma,

Boğazlanan bir Türk gəlir aklıma.

Fuzuli bağını viran edənin

Alnı için tükrük gəlir aklıma.

 

Həqiqi əsər bitib tükənməyən bir enerjiyə sahib olur. Başqa bir deyişlə, belə əsəri dəfələrcə oxusan, yenə də oxumaq istərsən. Və oxuduqca da onda qeyri-adi sənatkar ilhamının yeni-yeni özəlliklərini kəşf edərsən. İlişkiləri kəsilmiş iki işığı, o dünyanı və bu dünyanı özündə birləştirə bilmək başarısı hər önəmli sanatkar kimi Ali bəyə də yad deyil.

Bir Norveç şairinin şeirində deyildiyi kimii “Nə zamansa qumsalda qumla oynadığımız kimi ulduzlarla da oynayacağız”. Əbədiyyət ətri gələn bu fikirləri eyni ilə Əli Akbaşın uşaq sadəlövhlüyü ilə hikmətin əaşir-nəşir olduğu misralarında da görə bilərik.

Nobel mükafatı laueratı Bunin deyirdi ki, ancaq ömrümün uşaqlıq çağlarını ürəkdən hiss edirəm, yerdə qalanları mənlik deyil. Bu anlamda Əli Akbaşın şeirlərinə bir çocuq heyrəti, bir çocuq coşqusu hakimdir. Nəğməyə dönmüş bir Fransız şeirində deyildiyi kimi “əgər gənçlik bilsəydi, əgər ixtiyarlıq başarsaydı.” Əli Akbaşın ilk gənçlik şeirləri ilə son ixtiyarlıq şeirlərini müqayisə etsək ilhami coşqu və  mükəmməllik baxımından heç bir fərq bulmaq mümkün deyil. Bu elə belə də olmalı idi. İstedad məxsus olduğu ədəbi məktəblə yetinir, sıradan birisi isə usdadının öyrətdiyindən kənara çıxa bilmir. Əli Akbaş isə daha ilk gənçlik illərindən özünü bulan və bu buluşuyla da ədəbi taleyini və üslubunu bəlirləmiş bir sənətkardır. Böyük sənətkar öz haqqında yazanda, ya da söyləyəndə də insanlıq haqqında danışır, çünki insanlığa aid olan nə varsa, onun da varlığında mövcutdur. Bu mənada Əli Akbaşın şerinin mövzu coğrafisi Türkiyə ilə yetinməyip, Türk Dünyasını qucaqlıyır.

Dədələrimiz boşuna deməyib ki niyyətin haraya mənzilin oraya. İçindəki böyük Türklük sevdası enində sonunda onu imkanlarının üzərinə çıxaracaq, və az zaman içində bütün Avrasyada ün kazanacak “Kardəş Kaləmlər” kimi bir dərginin baş redaktor olacaq və bəzən şeirlərində dilə gətirə bilmədiyi istəkləri bu dərgi vasitəsiylə çatdırmak istədiyi ünvanlara çatdıracaqdı. Bu da qardaşlıq qədərimizin bir cilvəsidir yəqinki bir zaman mən jurnal redaktoru idim, indi dostum və hər ikimizin də bu jurnallarda arzularımızla imkanlarımız üst-üstə düşmüşdü: Türkçülüyü ayaqda saxlamaq!

Əli bəy Türkiyə sərhədlərini çoxdan aşmış bir şairdir. Makedoniyada kitabının yayınlanmasını, bu ölkədə bir birindən dəyərli uşaq şeirlərinin dərsliklərə salınması, məktəblərdə oxudulması dediklərimizin başqa bir sübutudur.

Əli bəy taledən missiyası olan və şeirlərinə yüklədiyi enerji ilə bütün zamanlarda yaşamaq haqqı qazanmış bəxtiyar bir şairdir.Allahdan bir bu qədər istedadı olduğunu bilə-bilə bir bu qədər təvazökar olmaq həyatda nadir rastlanan bir özəllikdir. Amma bu ilk baxışda belədir, haqsızlığın boy göstərdiyi hər yerdə yosma boyu ilə haqsızlığa qarşı hayqırışları isə ona bir başqa özəllik qazandırır.

Dostluğundan söz açsan, adam kimi adam olduğu sözləri könlündən dilinə çıxacak, şairliğindən söz açsan, tərifəsığmaz sözlər sərf etməli olacaqsan. Yazdığı hər kəlimə və sətir üzərində onun kimi əsən, onun kimi zərgər dəqiqliyi göstərən ikinci birinə rastlamazsınız. Necə deyim, kəlimələri özünə, özünü kəlimələrinə sevdirənə qədər onun qizli arıişsevərliyi davam edər. Özünü təbiətin bir parçası saydığından qələmindən çıxanları da təbiətin bir parçasına çevirməyə can atan, və bu canatışıyla da sonunda istəyinə nail olan və bunu sənət vərdişinə çevirən bəxtiyar sənətkarımızdır, Əli Akbaş’

İnsanlığından söz açsaq bir təvazü örnəyidir. Bu yönü ilə büyük, amma haqqını almamış şairimiz Əli Kərimlə tale oxşarlığı var. Bəlkə bu, büyük şairlərin hamısı üçün keçərli bir özəlliktir, bilmirəm. Dərinlik ölçüsüz olduğuna qörə də sakit olur, deyirlər.. Bunu eyni ilə Əli Akbaşa da ait etmək olar. Dəfələrlə şeiir festivallarında birlikdə olmuşuq. Fikir, düşüncə və hüzün dolu şeirlərinin hər şeyi əvəz edəcəyinin gətirdiyi əminliklə heçr zaman başqa şairlər kimi salonları əl-qol atıb coşturmaq üçün can atmaz.

Ona sözün sehirbazı desək yanlış olmazdı. Çiçəktən şirə çəkən arı misalı sözün şirəsini çəkərək demək olur ki, bütün vəzinlərdə eyni səviyyədə əsərlər yazır. Əli bəy bəlkə az yazır, amma Anadolu türkləri demiş “öz yazması” şəksizdir. Var olmaqla deyil gərək varis olsun. Əli günümüz şərq şeirinin ən öndə gələn varislərindən biridir. Onun şair unvanına sadəcə bu dediklərimiz söyləmək bəlkə də onun haqqında insafsızlıq olardı. Yəni Əli Akbaşda hikmətli şərq şeiri ilə modern Avropa şeirinin öncül sinteziilahi bir uyum içindədir. “Gözəllik kimi, əxlaq kimi, metafizik qavram kimi anlatılması zor olan bir qavramdır şeir” Şeirə belə münasibəti olan bir şairdən başqa nə gözlənməlidir ki ki?

Türk Dünyasının problemləri onun şeirlərindən acılı bir xət kimi keçir.O, həqiqətin fərqinə daha ilk şeirlərindən varmış şairdir, şerin alt qatlarında enib elə damarlarından şirə çəkir ki?! Onun yazdığı mövzularda əsər verə bilsəniz də onun təqlid etmək imkansızdır.Hansi mövzuya əl atmışsa ona əbədi sənət möhrünü vurmuşdur. Həm də işin diqqət çəkən yanı odur ki Əli Akbaş şerin bütün vəzinlərində qələmini sınağa çəkmiş və hər dəfəsində də bu sınaqdan alnının ağı ilə çıxmışdır. Klassik Şərq şeiri ilə modern Avropa şeirinin zəngin təcrübəsindən yararlanan şair dostumuz, qəzəl yazanda da, qoşma yazan da, ya da sərbəst şeirlərində də eyni zirvəyə ulaşa bilmişdir. “Fuzuli”, ”Bizim Türkülər”, “Ərənlər Divanı” və onlarca bir birindən fərqli biçimli, fərqli ritmli şeirləri fikrimizi sübut etmək üçün yetərlidir. Bu əsərlər səslərin, rənklərin, vəhlərin, sirli piçıltıların bəzən çılğın, bəzən ahəstə harmonisini təşkil edir. Amma bən bu yazımda daha çox xatirələrimə yer ayırdığımdan Əli Akbaşın  şeirlərini təhlil etmədən, sadəcə “Göygöl” şeir üzərində duracağam.Bu şerin yazılma atmosferinə dalmaq üçün yenə kitabıma yazdığı ön sözdən bir-iki cümlə misal gətirmək istəyirəm:

 

 

ATA YADİGARI GƏNCƏ

ƏLVƏDA

DALINDA KURUYAN QONCA

ƏLVƏDA.

 

“Yıl 1988. Mevsim son bahar. Dərin bir hüzün çökmüş yaylalara. Nizaminin yurdu Gəncəyi geridə bırakıp Kəpəz dağına tırmanıyoruz. Kəpəz dumanlar içində və ətəğində bir pəri uyukluyor. Dünyanın ən sihirli suyu olan Göygöl bu. Biz üç şair... baxta lanət okuyarak suyun aynasına dalıyoruz” Və o dalış Əli Akbaşı heyrətamiz bir şeir yazmasına hazırlayacaqdı:

 

Könlüm gölə düşmüş yaban ördəyi...

l

 

Nə qədər özənmiş xilqatin əli,

Bir dəprəmdə doğan yayla güzəli..

 

l

 

Gök mavi, göl mavi, hər şey səmavi

Arşa çıkar atəşgahın aləvi.

 

l

 

Yanılıp Göygölü su sanmasınlar

Bismillah demədən yıkanmasınlar...

 

l

 

Asırlardır sevda çəkən gönüllər

Atəşgahda yanar, burada sərinlər...

 

l

 

Bir sabah Göygöldə pəri qızları

Yıkanırkən sipər edip sazları,

Üstlərinə gəlmiş bir dəli çoban.

Kır papaklı sırtı heybəli çoban

Bakmış ki göl başı pəri tünəyi

Atmış üstlərinə ak kəpənəyi.

Bir anlık kafləttən doğmuş Təpəgöz,

Oğuzu uykuda boğmuş Təpəgöz.

 

l

 

Bir gəcəyarısı ay suya düşər,

Çöllərdə bir cəylan pusuya düşər.

 

Yaranmasına şahid olduğum “Göygöl şeiri”! Özünün də vurğuladığı kimi bir payız günü aparmışdıq Əli Akbaşı yaranış tarixi bilinən dağların qaya ovcunda qərar tutan yeddi göl bacının ən gözəli Göygölə. Bu gölün gözəlliyi çox şairlərin qələminə ilham vermiş və ölümsüz əsərlərə mövzu olmuşdur. Heç şübhəsiz Əhmət Cavadın Göygölə həsr etdiyi şeir bunların başında gəlir. Kəpəzin ( O zaman hardan bilə bilərdim ki, “Kəpəz” adı tərpətöyün toxumu kimi Türk dünyası coğrafiyasının dörd bir yanına səpəpələnib və mənə Türkiyədə başqa bir yerdə yox, Çanaqqalanın Kəpəz adlı səmtində yaşamaq da qismət olacaqmış.)

Əli Bəylə ətrafını çevrələyən şamların yaşıl rəngindən ad alan bu dağlar gözəlini seyr etdikcə heç ağlıma da gəlməzdi ki, o Türkiyəyə döndüktən sonra Göygöllə bağlı belə bir ölümsüz əsər yaradacaq və bizim yazmadığımızı, yaza bilmədiyimizi yazacak. Bu şerin ahənginə son baharın xəzan hüznü ilə birlikdə geridönüşü mümkün olmayanların çəkilməz hüznü də çöküb:

 

Şimdi yaylaların son baharıdır

Dağları kaplayan süt buxarıdır

Yapayalnız kalmış kuğulu Göygöl

Ağlayan göz qibi buğulu Göygöl

Uzar kıyısında bir sarı kamış

Kəndini seyredər sularda yay, kış

Şimal küləğiylə kar gəliyor, kar

Sonamı tufandan koruyun dağlar.

 

Bu ölümsüz mısraları oxudukca Yitik Ozanı (Turqut Günay) və onun “Atmaca Uçuru”mu kitabını xatırlamalı oluram.O da zamanında Əli Akbaş kimi Türk dünyası problemlərini şerlərində əks etdirir və o yerlərin ləhçəsindən bəzi kəlimələri də çəkinmədən misralarına qatırdı. Əgər Əli bəyin “Göygöl” şerindən örnək aldığımız mısraları diqqətlə oxusanız “şimal və “külək” sözcüklərinin Anadolu Türkçəsində olmadığını görəcəksiniz. Gördükdən sonra da şairin nədən “kuzey” yerinə “şimal, “rüzgar” yerinə “külək “ kəlimələrini işlətdiyinin məqsədini biləcəksiniz. Çünkü Azərbaycan’da “Şimal küləyi” deyildiyində Rusyadan gələcək bəlanın nəzərdə tutulduğı bilinməkdədir.

Əli Akbaşın şeirləri arı pətəyinə bənziyir, elə arı pətəyinə ki, onda bir dənə də boş üsküyə rastlamak mümkün deyil, O, sanki özü özü ilə yarışdadır hər misra və hətta hər sözə xüsusi bir anlam verməyi, oxucusunu məcazlarla sınağa çəkməyi də sevir:

 

Məsnəvi oxuyub keçdik Gəncədən

İçimə bir sızı düştü incədən

Əlvəda bağlarda üzüm dərənlər

Üzümü unudub hüzün dərənlər

Əlvəda adını unutan şəhir

Əlvəda akmayı unutan nəhir

Ata yadigarı Gəncə əlvəda

Dalında kuruyan qonca əlvəda.

 

Əli Akbaşın Göygölə getdiyimiz zamanlar nizamiləri, məhsətiləri böyüdən, onlara adından unvan verən Gəcə şəhərinin adı dəyişdirilmişdi, o səbələ də üzüm dərənlər “hüzün dərir”, o səbələ də də “adını unudan şəhərə”, “akmayı unutan nəhrə”, “dalında kuruyan qoncaya” əlvəda deyilirdi. Tarixi olaylar bir şeirdən ancaq bir bu qədər gözəl ifadə etmək olardı.”Göygöy” “Türk yurdu” jurnalında dərc olunduqdan az sonra Türk ədəbiyyatının ən önəmli bilicilərindən olan Ahmət Qabaqlı özünün “Türk ədəbiyatı” dərgisində bu şeirə ayrıca məqalə həsr etmişdi.O Məqalədən önəmli bir fikri burada xatırlatmaq yerinə düşərdi.”Bu şeir, dünya ədəbiyatında göl haqqında yazılmış ən gözəl əsərdir. Gərçi Fransız yazarı Lomartinin də gölz haqqında mükəmməl bir şeri vardır, amma Lomartinin “Göl”ü xəyal gücünə dayalı bir şeirdir. Əli Akbaş isə yaranış tarixi, məkanı, ünvanı bəlli olan göl haqqında elə möhtəşəm bir əsər yaratmış ki?!

 Keçmiş zaman həm indiki, həm də hələ gəlməmiş, amma mövcudluğuna şübhə edilməyən gələcək zamandır. Və zaman içindəki yolçuluqda dost dediyim Əli Akbaşın şəxsində bu deyilənin həqiqət olduğunu dərk etdim. Keçmişdən gələcəyə uzanan dostluğun bir seruvenidir bu yaşadıqlarımız!!!

 

Çanaqqala, Türkiyə

 

 

Məmməd İSMAYIL

 

525-ci qəzet.- 2012.- 12 iyun.- S.6.