Yazıçı-alim səlahiyyəti ilə...   “Elçinlə ədəbiyyat söhbəti” ətrafında mülahizələr

 

Çağdaş ədəbi mühitdə ənənə şəklini alan “sönük və fərəhsiz prezentasiyalar” şəraitində canlı, peşəkar ədəbiyyat söhbətinin ortaya qoyulması ədəbi həyatımızda vaxtı ilə məşhur olan ədəbi məclislərin ab-havasını yenidən yaratmaq cəhdi təəssüratı bağışlayır.

Əslində söhbət yazıçı Yaşarın Xalq yazıçısı  Elçinlə geniş müsahibəsindən gedir. “Müsahibə” sözü  söhbət gedən nəşrin titul səhifəsində altda qeyd olunmuşdur. Amma bu kifayət qədər geniş və maraqlı materialla tanış olduqda onun “müsahibə” hüdudlarını qat-qat üstələdiyini  görürsən: həm kəmiyyət baxımdan  (52 sual-cavab), həm də bu sual-cavabların mündəricəsi, məna tutumu, konseptuallığı nöqteyi-nəzərindən.  istər-istəməz bu “ədəbiyat söhbətinin” janrı haqqında düşünməli olursan.

Ənənəvi müsahibə  iki tərəfin ünsiyyəti deməkdir: biri  suallar verir, digəri isə onları cavablandırır. Amma haqqında sözü gedən söhbətdə müsahibəni aparan şəxs sadəcə sual  vermir:  bir çox hallarda o, müvafiq məsələnin  müxtəsər tarixi, indiki vəziyyətinə dair öz  fikirlərini açıqlayır və sonda qarşı tərəfi zəngin bədii və elmi təcrübə sahibi kimi bu haqda öz mövqeyini açıqlamağa dəvət edir. Və bu, dialoqa daha yaxındır.  Həqiqətdə isə biz ədəbiyyat, onun əbədi missiyası, ayrı-ayrı zamanlardaictimai  formasiyalarda imkanları və s. ilə  bağlı geniş  sərbəst söhbətin şahidi oluruq. Və bu dialoq-söhbəti aparanların  hardasa nisbi paritetliyini nəzərə alaraq,  Elçinin “müsahibə janrlaşıb” mülahizəsi ilə razılaşmaya bilmərik.

Yəni bu yerdə ədəbiyyat  dövriyyəsinə yeni ədəbi-tənqidi janr formasının daxil olmasından danışmaq olar.

Hərçənd ki, başqa ədəbiyyatların tarixində “ədəbi söhbət” ənənəsi ilə rastlaşmaq olar. Məsələn, elə götürək rus  ədəbiyyatını. Hələ XIX əsrdə Rusiyada Rusiya Xalq maarifi naziri vitse-admiral Şişkovun  başçılığı (və təşəbbüsü)  ilə yaranmış “Rus sözü həvəskarlarının söhbəti” (“Beseda lubiteley russkoqo slova”)  millətçi məramlı ədəbi cəmiyyət fəaliyyətdə olub. XX əsrdə və indinin özündə Rusiyada müxtəlif tipli “ədəbi söhbətlər” keçirilməkdədir.

O ki, qaldı bizim bu sahədə  təcrübəmizə, bu  təşəbbüs qeyd olunmaya bilməz.

Janr məsələsi ilə bağlı bir məqamı da vurğulamaq yerinə düşər.  Ədəbiyyatşünaslıqda “yazıçı tənqidi” məfhumu  qərarlaşıb. Haqqında sözü gedən nəşrdən çıxış edərək, elmi dövriyyədə işlənən bu terminin,  bəlkə də, bir qədər  islah olunmasına ehtiyac duyulur. Yəni burada söhbət zəngin təcrübəyə malik yazıçı, dramaturqun peşəkar ədəbiyyat nəzəriyyəçisi, tarixçisi  tənqidçisi kimi çıxış etmək səlahiyətindən gedir: bir var ədəbiyyata kənardan baxış, birvar “bədii istehsalprosesinin içində formalaşmış dəyərlər.

Və belə bir peşəkarlıq baxımından kontekstiual müstəvidə ədəbiyyatın əbədi missiyası, söz azadlığı, “sandıq ədəbiyyatı”, “37-ci illər” və  ədəbiyyat, yazıçının qeyri-milli dildə yaratdığı əsərlərin milli mənsubiyyəti, kitabın əhəmiyyəti, tərcümə ədəbiyyatı və s. bir çox bu kimi aktual  problemlərə – dünyamilli ədəbi-tarixi prosesin fakt və hadisələrinə əsaslanaraq  münasibət bildirir. Və bir neçə məqamda biz tərəflərin mövqelərinin üst-üstə düşməməsinin (bu da təbiidir) şahidi oluruq. Məsələn, “yazıçının vətəni dildir” mövqeyindən çıxış edən Yaşar belə bir dəlili ortaya qoyur: əgər uzaq Mozambikin mərkəzi Lourensu-Markişdə hansısa zənci yazıçısı azərbaycanca bir hekayə yazırsa, həmin əsər artıq Azərbaycan ədəbiyyatına aiddir, hətta Mozambik həqiqətlərini əks etsə belə.

bunun cavabında Elçindil və əsərin milli mənsubiyyəti” problemi ilə bağlı müxtəlif ədəbiyyatlardan misallara söykənməklə – yəhudi olan Boris Pasternak, Osip Mandelştam, gürcü Bulat Okudjava, tatar Bella Axmadulina, ukraynalı Qoqolun yaratdıqlarının rus ədəbiyyatına, yaxud yəhudi olan Heinrix Heyne, Lion Feyxtvangerin əsərlərinin alman ədəbiyyatına məxsusluğunu – şəkk-şübhəsiz iddia edir, çünki bu məsələdə əsas – mövzu, obrazlar deyil, həlledici amil yazıçının bədii təfəkkürünün milli özünüifadəsidir. Bu həqiqət “Azərbaycan bədii təfəkkürünün ifadəsi olan rusdilli ədəbiyyat Azərbaycan ədəbiyyatına aiddir” mühakiməsində də öz əksini tapır. Maraqlıdır ki, məsələn, Nobel mükafatının bir sıra hallarda bədii-estetik meyar kimi qəbul olunmamasıyla bağlı məsələyə münasibətdə, bu mükafatdan kənarda qalan Lev Tolstoy, Çexov, Qorki, J.Amadu, Zolyab. dünya korifeylərinə istinad edən müəllif bu sırada “rus-qırğız ədəbiyyatının  Ç.Aytmatov kimi böyük nümayəndəsi”nin də adını çəkir (s.78). Və bir qədər sonra ədəbiyyatın milli mənsubiyyəti məsələsi ilə bağlı gedən söhbətdə bunu açıqlayır: “O yerdə ki, Ç.Aytmatov Cəmilədən, çoban Bazarbaydan, ya da manqurtdan yazır, dilindən asılı olmayaraq, o, qırğız yazıçısıdır, ancaq o yerdə ki, Çingiz rus dilində Avdiy Kallistratovdan yazır, o, rus yazıçısıdır. (s.183). Necə deyərlər, burada mübahisəyə yer qalmır.

Söhbətin maraqlı cəhətlərindən biri ondadır ki, buya digər sualla bağlı məsələlərin açıqlanması biri-birindən doğan ünvanlarla aparılır. Belə ki, “söz azadlığı” anlayışına münasibətin bildirilməsində istinad olunan faktlar cərgəsinə  fikir verək: çağdaş mətbuatda baş alıb gedən qalmaqallı səviyyəsiz yazılar – Sovet dönəmində Qlavlit deyilən təşkilatın funksiyası və sərbəst düşüncə nümunələri – millətin tərəqqisində misilsiz rol oynamış görkəmli qələm sahiblərini qarşı-qarşıya qoymaq cəhdləri (söhbət “Məmməd Əmin Rəsulzadə – Nəriman Nərimanov” qondarma oppozisiyadan, yaxud M.F.Axundzadə, M.Kazımbəy, A.Bakıxanov kimi müstəsna xidmətləri olan maarif xadimlərinin “yenidən dəyərləndirilməsi” ilə bağlı qərəzli meyillərdən gedir). Gətirdiyimiz cərgəyə diqqət edildikdə görürsən ki,  azad söz hətta sistemin Qlavlit kimi “cəza-icra hüquqlu orqanının hakimliyi dövründə bəzi hallarda oxucuya bir cığır yolu tapa bilirdi, amma postsovet azadlığı şəraitində bu azadlıqdan sui-istifadə edənlər üçün  meydan açıldı. Bu da tarixi gedişatın, ictimai formasiyaların dəyişməsi dövrlərində üzə çıxan çirkli köpüyün əlamətləri kimi qiymətləndirilməlidir.  Söhbət milli sərvətlərimizin ideoloji yaxud deideolojireviziyalardan” qorunmasından gedir.

Milli keçmişimiz, ədəbiyyatımız, mədəniyyətimizə yanaşmağın əsas meyarları kimi qədirbilənlik, milli təəssübkeşlik (“bəşəriyə yol millidən keçir”) və istedad amili (“hər şeyi istedad həll edir”) ortaya qoyulur.

Dünya ədəbiyatı, tarixi,  incəsənətinin bir çox  faktlarına müvafiq komparativ kontekstlərdə istinad edən müəllif, bu kontekstlərdə doğma bədii sözə, sənətə,  o cümlədən “həmişəyaşar mənfi obrazlaraxüsusi zövqlə yanaşır,  onları milli sərvət kimi qiymətləndirir. Belə  yerdə yazıçının “Ədəbi düşüncələr”indən bəzi   səsləşən motivlərin dərhal assosiativ yaddaşda  canlandığına  görə istər-istəməz orada “Mənfi qəhrəman” müsbət işlər görür  miniatür esseyə  (yaxud əsərin milli  mənsubiyyəti ilə bağlı “Düşüncələr”dəki “Konrad sirri” adlı  yazıya)  qayıtmalı olursan: “Hacı Qara da, Məşədi İbad da,  Qurbanəli bəy də “mənfi qəhrəman”lardır. Amma  bir anlıq təsəvvür edək ki, Azərbaycan ədəbiyyatında nə Hacı Qara var, nə Məşədi İbad var, nə də Qurbanəli bəy. Gör o zaman Azərbaycan mənəviyyatı nə qədər kasıblayır”. Həqiqətən də, bu  personajlar  zəngin milli koloritinə tipajlar kimi indinin özündə müvafiq həyat  situasiyalarında  tez-tez   anılır  (“Məşədi İbad demiş kimi....” “Qurbanəlibəy kimi qaçıb gizlənib” və s.), bizim həyatımızın sanki doğmalarına çevrilib.

Əslində, biz ədəbiyyatımızın keçmişi, bu günü və sabahı ilə bağlı qeyd etdiyimiz və etmədiyimiz əhəmiyyətli və aktual olan məsələlər (“ədəbiyyatın əbədi missiyası”. “milli bədii təfəkkür və bəşəri dəyərlərin dialektikası” və s. haqda peşəkar söhbətin şahidi oluruq.

Bu kontekstdə ədəbi-tarixi prosesin gedişatında ən vacib amillərdən olan ədəbi təsir hadisəsinə münasibət dünya bədii-estetik təcrübəsinə istinadən maraqlı müşahidələr əsasında açıqlanır: Şekspirin məşhur faciələrinin süjetlərinin İntibah hekayələrindən alınması, yaxud Akutaqava kimi bənzərsiz yazıçının “Şirin kartof sıyığı”nın QoqolunŞinelinin təsiri altında yazılmasına dair etirafı, habelə dünya kinomatoqrafiyasında klassikaya çevrilmiş rimeyklər (Kurosavanın “Yeddi samuray”ı əsasında Hollivudun çəkdiyi məşhur “Qüdrətli yeddilik”) və s. və i. Elə Mirzə Cəlilin “Qurbanəli bəy”inin dəyəri də məhz bu kontekstdə verilməlidir. Əslinə qalsa, Qurbanəli bəy xalq arasında yaşarlılığı baxımından ədəbi prototipi Çertokurtskini (Qoqolun “Kolyaska”sı) qat-qat üstələmişdir. Əsas: “Hər şeyi istedad həll edir”.

Keçmişdə qalan “məktub romantikası”,  epistolyar janrın yox olması”, “ənənəvi kitabın elektron kitabla əvəz olunması” şəraitində təbii nostalji motivlər səslənir. bu qaçılmaz reallıqda, total miqyasda internetləşən dünyada “əlçatmaz və ünyetməz uzaqlıqda qalmış illər”, “ünyetməz tələbəlik və aspirantlıq illərinin”, kitabla keçirilən gündüzlər və gecələrin şirin xatirələri özü ilə o dövrlərin tanınmış ədəbi simalarıgöz önünə gətirir  (Səməd Vurğun, Məmməd Arif, Süleyman Rüstəm, Həmid Araslı, Süleyman Rəhimov, Rəsul Rza, Mehdi Hüseyn, Mir Cəlal, İlyas Əfəndiyev, Məmməd Cəfər, Əli Vəliyev, Feyzulla Qasımzadə, Mirzə İbrahimov, Mikayıl Rəfili, Ənvər Məmmədxanlı, Məmməd Rahim, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Sabit Rəhman, Məmmədağa Şirəliyev, Cəfər Cəfərov, Əbdüləziz Dəmirçizadə, Əli Sultanlı, Abbas Zamanov, Cəfər Xəndan, Məmməd Hüseyn Təhmasib, Mirzağa Quluzadə, Hidayət Əfəndiyev, Hadı Mirzəzadə, Əkrəm Cəfər, İmran Qasımov...). “XX əsr Sovet dönəmində Azərbaycan ədəbiyyatı, filologiyasında fəaliyyət göstərmiş” bu şəxsiyyətlərin qədir-qiymətinin öz dövrünün tarixi kontekstində verilməsinin vacibliyini vurğulayan müəllif sovet ideologiyasından azad olan ədəbi mühitimizdə şəxsiyyət aurasının çatışmazlığını təəssüflə etiraf edir. Bu  auranı yaratmaq ən çətin, bir çox amillərlə (o sıradan zaman amili!) şərtlənən vəzifədir.

Söhbətin əhatə dairəsinə daxil  edilən ciddi  mövzuların və   bunlara aid yanaşmaların bir çoxu müstəqil tədqiqatların predmetimetodoloji istiqamətləri kimi istifadə edilə bilər.   Bunların “təcrübi dəyər”indən də danışmaq mümkündür. Məsələn, ədəbi gəncliklə və s. ilə bağlı tövsiyyələrə gəldikdə.

Sual-cavablar elə “qurulmuşdurki, mövzu müxtəlifliyi eklektika təəssüratı bağışlamır: söhbətin sistemliyi, konseptuallığı yuxarıda qeyd olunan dəyər meyarları ilə (ən əsası istedadmilli prioritetlər) təmin olunur, nizamlanır.

Kitab şəklində oxucuların ixtiyarına verilmiş bu müsahibə – söhbətin  Ön söz əvəzi”ndə müsahibəni aparan Yaşar bu nəşrin neçə-neçə yazarın və oxucunun “ədəbi zövqünün formalaşmasına xidmət edəcə”yi, böyük ədəbiyyata uzanan yolda bələdçi olacağı ilə bağlı ümidlərindən danışır. “Son söz əvəzi”ndə Elçin, öz növbəsində, həmin mətləbi sual şəklində ifadə edir: “görəsən, bizim sırf ədəbiyyat söhbətimiz kiməsə bir söz deyəcəkmi?”

Yuxarıda qeyd olunanları və olunmayanları nəzərə alaraq, güman etmək olar ki, “Elçinlə ədəbiyyat söhbəti” ədəbiyyat tariximizdə məşhur olan ədəbi məclislərin ab-havasının canlandırılması və ədəbi mühitimizdə şəxsiyyət aurasının bərpası yolunda uğurlu təşəbbüsdür. Belə ədəbiyyat söhbətlərinin aparıcıları hər bir konyukturadan uzaq olan istedad sahibləri olmalıdırlar ki, yazıldığı dövrdən asılı olmayaraq, əsərlərini “necə olubsa, heç birində bir söz də dəyişmədən” bu gün də nəşr etmək mənəvi səlahiyyətində olsunlar (“Mən heç bir bədii əsərimdən, .... məqaləmdən, heç bir elmi monoqrafiyamdan imtina etmirəm və etmək fikrində də deyiləm... onların bir sözünə də toxunmadan oncildliyimə daxil etmişəm”).

Çünki “əlyazmalar yanmır, düzdür, ancaq unudulurbu, əlyazmaların yox, onun müəlliflərinin günahıdır” (s.148).

 

 

Osmanlı Sara,

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2012.- 12 iyun.- S.7.