Şumerşünaslığa dəyərli töhfə   

 

Bakı Slavyan Universitetində “Filoloqun kitabxanası-100” seriyasından daha bir kitab işıq üzü görüb. Tanınmış şumeroloq Samuel N.Kramerin “Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk” kitabı Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib.

Bu gün ixtisaslaşmasına ən çox ehtiyac olan elm sahələrindən biri şumerologiyadır. İndi şumeroloq mütəxəssis barmaqla sayılacaq qədərdir. Bu gün şumeroloq “ən az bilinən haqqında ən çox bilən” şəxsə yaxşı nümunə ola bilər. Onun dünyası Orta Şərq deyilən yerin kiçik bir hissəsini əhatə edir. Üzərinə əyildiyi tarix isə Böyük İskəndərdən əvvəlki hadisələrlə sərhədlənir. Şumeroloqun tədqiqləri və işləri Mesopatamiyada üzə çıxarılan gil tabletlər üzərinə mixi yazı ilə yazılmış sənədlər içində ancaq şumercə olanları əhatə edir.Bununla yanaşı, o, hər zaman  arxeoloqların diqqətini rahatlıqla öz üzərinə cəlb edə bilib. Fransua Turo-Danqan, Eduard Çiera, Torkild Yakobsen, Adam Falkenşteyn kimi tarixçilərin bu istiqamətdə qiymətli tədqiqatları vardır. Vatikan alimi Anton Deymelin yazdığı “Sumeriçcec Lexicon” kitabı isə abidə səviyyəsindədir. Eləcə də  şərqşünas alim Arno Pöbelin Şumer dilinin öyrənilməsi və öyrədilməsi baxımından əməyi ölçüyəgəlməzdir. Lakin onların arasında biri də  vardır ki, 96 illik ömrünün 70 ilini Şumer tarixinin yazılı sənədləri – mixi yazılı gil lövhələri öyrənməyə həsr etmiş və böyük nəticələr əldə etmişdir: Samuel Noah Kramer.

Kramer öz tədqiqatları ilə Şumerin tarixdə ən qədim siyasi qurum olmasını sübut etdi. O, şumer miflərinin öyrənilməsini elm kimi formalaşdırdı. Şumer ədəbiyyatının mahiyyətini, tarixi məzmununu, estetik qavramını sələflərindən – müəllimlərindən, müasirlərindən – çiyin-çiyinə çalışdığı həmkarlarından və  xələflərindən – tələbələrindən fərqli şəkildə izah etdibununla da 4-5 min il  bundan əvvəlki Şumer ədəbiyyatını 2 min il, 3 min il ondan sonrakı, hətta bugünkü sivilizasiya ədəbiyyatının təməli, başlanğıcı və estetik məfkurə mənbəyi kimi təqdim etdi.

O, şumerlər haqqında bir neçə kitab nəşr etdirmişdi: “Şumerlər: tarixləri, mədəniyyətləri və xarakterləri”, “Şumerlərin bic tanrısı Enki”, “Şumer mifologiyası”, “Tarix şumerdə başlayır” və.s

Bu kitabların hər biri şumerelogiyada önəmli yer tutur. LakinTarix şumerdə başlayırkitabı başdan-başa yeniliklər güclü iddialarla dolu olması ilə diqqəti daha çox  çəkir. Müəllif burada dünyanın elmi ictimaiyyətinə geniş oxucu kütləsinə “39 ilk”i təqdim edir. 39 tarixi, bəşəri hadisə faktın ilk dəfə məhz Şumerdə yazıya alındığını deməli, bu “39 ilk”in Şumerdə doğulduğunu   dünyaya elan edir. Bu məqamda onun kitabının ikinci adı çox təbii görünür: “Yazılı tarixdə otuz doqquz ilk”.

Kitab ilk dəfə 1956-cı, ikinci dəfə isə 1959-cu ildə nəşr olunub. Birinci adıŞumer tabletlərindənolmuşdur. O, eyni səviyyədə bir-birinə bağlı olan 25  fəsildən ibarət idi. Bu fəsillərin hər biri bəşər tarixinin ilk yazılı mövzularından bəhs edirdi. Müəllifin gözəl yazı üslubu, elmi süjetqurma ustalığı, fəsillərində kompozisiyaların ardıcıllığındakı məntiqi, canlı dili, obrazlı ifadəsi onu Servantes, Voyniç kimi rahatlıqla, həvəs ləzzətlə oxutdururdu. Buna görə kitab bədii əsər sürəti ilə yayıldı.

Bununla yanaşı, Kramerin elmi fəaliyyəti davam edirdi. O, sonrakı 20 il ərzində  tək yaxud da digər mixi yazı mütəxəssisləri ilə şərikli 60-dan çox tədqiqatda olur. Bu zaman ərzində əldə etdiyi yeni nəticələr kitabın 1989-cu ildəki üçüncü nəşrində öz əksini tapır. Nəticədə fəsillərin sayı 25-dən 39-a qaldırılır. Müəllif   bunu belə izah edir: “Bu tədqiqatları hazırlarkən bəşəriyyətin yazılı tarixi üçün çox qiymətli sayılacaq yeniilklərmeydana gəldi. Onların arasında çox mühüm olan  on ikisini kitabın bu üçüncü nəşrinə daxil etdim”.

Samuel Noam KramerinTarix şumerdə başlayırkitabının 39 fəslildən ibarət olan 3-cü nəşri sivilizasiyanın ailə-məişət həyatından tutmuş, idarəçiliyəcən, hər sahənin  “ilk” indən bəhs edir: “Tarixdə ilk ikipalatalı məclis”, “İlk yeniyetmə özbaşınalığı”, “İlk farmakopeya”, “İlk diplomatik yazışmalar”, “İlk rüşvət”, “İlk layla”, “İlk qəhrəmanlıq hekayətlərivə.s. Arxeoloq  bu  fəsillərdə şumerlərin dünya sivilizasiyasına verdiyi  ən böyük töhvələri tutarlı şəkildə izah edir:

Şumerdə insan haqqı hüququ istər nəzəri, istərsə təcrübi sahələrə, daha doğrusu, sosial iqtisadi həyat tərzlərinə təsir etmişdi. Keçən yüz ildə arxeoloqlar şumerlərə aid müqavilələr, kontraktlar, vəsiyyətnamələr,  veksellər, qəbzlər, məhkəmə qərarları kimi  hər cür  hüquqi mətnləri əhatə edən minlərlə tablet aşkar etmişlər. Şumer məktəblərində yuxarı sinif şagirdləri xüsusi hüquq terminlərini, qanun maddələrini məhkəmə qərarlarını yazaraq öyrənməyə çalışmışlar. Belə bir məhkəmə qərarının bütün mətnini əhatə edən bir tablet 1950-ci ildə tapıldı”.

Kitabda müəllifin  araşdırmalar  zamanı yaşadığı xatirələrinə      rast gəlinir :

Əgər çiv (mixi) yazı mütəxəssisi  F.R.Krausun məktubu olmasaydı, bəlkə mən bu nadir tabletə (söhbət qanunlar məcəlləsinin yazıldığı tabletdən gedir) heç bir diqqət yetirməyəcəkdim. Kraus indi Hollandiyada Leyden Universitetinin professorudur. Mən prof. Kraus ilə şumeroloji araşdırmalar üçün daha əvvəl İstanbulda tanış olmuşdum. O tablet arxivində müdir idi. Mənim təkrar İstanbula gəldiyimdən xəbər tutunca mənə məktub yazdı. Məktubda muzeydən ayrılmadan bir neçə il əvvəl şumercə qanun maddələri yazılmış iki tablet parçası aşkar etdiyini,  bunların eyni tabletə aid olduğunu anlayaraq birləşdirdiyini 3191 nömrəsi ilə Nippur kolleksiyasına qeyd etdiyini yazırdı...”

Tarix şumerdə başlayırkitabı  müasir  sivilizasiyaların Şumer mədəniyyyətinə söykənərək yüksəlməsini izah sübut edən dəyərsiz əsərdir. Şumer cəmiyyətinin mədəniyyət məişət hadisələrinin ifadə olunmasında S.Kramer müasir leksikadan, müasir sivilizasiyanın terminologiyasından bol-bol istifadə edir: akademiya, parlament, palata, imperator, lord, kral və.s. Bütün bunlar oxucunun daha rahat anlamasına hesablanıb.

Azərbaycan oxucularına təqdim olunan kitabın son təkmilləşdirilmiş versiyasının tərcüməsidir. Tədqiqat işi 17 dilə, o cümlədən, alman, fransız, ərəb, rus, türk s. dillərinə tərcümə olunub.

Samuel N.KramerinTarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk” kitabını Azərbaycan dilinə Tamara Hacıyeva tərcümə edib. Elmi redaktor, şərhlərin, ön son sözün müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Rövşən Əliyevdir.

 

 

Səma BABAZADƏ

 

525-ci qəzet.- 2012.- 13 iyun.- S.7.