Torpaq
(İkinci şeir)
Lll
Torpaq – Torpaq deyil, Top-Topraq imiş.
Top kimi, bənzəyir Günəşə, Aya.
Sağ yanında oğul, sol yanında qız,
Qucağında nəvə-möhtəşəm
qaya!
lll
Topraq dəmir deyil, deyil polad
da.
Anadır, di gəl
ki, mülayim deyil.
Millətin anası – qadir, kövrək, mərd!
O fağır, o müti Gülayım deyil.
lll
Topraq gen-genişlik, ucsuz-bucaqsız.
O köklü-köməcli, qollu-budaqlı!
Üstündə parıldar
çaylar, dənizlər.
O dərin dərəli, o uca dağlı!
lll
Topraq – zəngin meşə, barlı ağaclar.
Sünbüllü zəmilər,
baxça-bağ deyil.
Gör, necə oxşayır qoğala – topraq.
Çörəyi yoxdursa
o Topraq deyil.
lll
Topraq – təkcə neft-qaz, qızıl deyil ki,
O duracaq yeri, canlı
hayatdır.
O səni yaşadan kənddir, şəhərdir.
Ümid yollarında sənə qanaddır.
lll
Topraq parça-parça, yarpaq-yarpaqdır,
Amma ki, bütövdür
yer-yer olsa da.
Yaxında, uzaqda xeyli
topraq var,
Qürbət də topraqdır,
qürbət dadmasa!
lll
Başı bəlalıdır, topraq – Ananın,
Ananı çətinə düşəndə sına.
Qonşular dinc durmur,
Qarabağ hanı?
Həmişə oğluna
möhtacdı – Ana.
lll
Bir çimdik toprağı, Vətəndir
o da!
Doğmadır torpaqda cücərib bitən.
Bu yer kürəsində azad, müstəqil,
Ən ülvi məkanım, əzizim Vətən!
lll
Göz açıb gələndən səcdə
qılırıq,
Sadiqik Vətənə – ulu məbədə.
Övladı toprağa əsirgəməz can.
Bayrağı göylərdən enməz, nəbadə!
2012
Yenə Təbriz düşdü yada
Bakıdan Təbrizə təyyarə uçur
Təbriz səni bir də görsəm,
Ərkə-ərkə salam
versəm.
Bir hücrəndə ömür sürsəm
Heç nə ummaram
dünyadan,
Yenə Təbriz düşdü yada.
Məğrurdu Saat meydanı,
Evlərin sıra eyvanı.
Zanbaq açıbdı dörd yanı,
Uzaq ol, dərddən-bəladan,
Yenə Təbriz düşdü yada.
Sehirlidir boxçaların,
Ruzilidir taxçaların.
Sarmaşıqlı baxçaların
Əlvan-əlvan, ada-ada,
Yenə Təbriz düşdü, yada.
Ağacını, yarpağını,
Mərd igidlər torpağını.
Səttarxanın papağını.
Tutiyə bilib, qoru
yaddan,
Yenə Təbriz düşdü yada.
Şərqin səhəri – dan yeri,
Günəş sacağının
zəri.
Ta qədimdən türk şəhəri;
Həm abidə – həm abadan,
Yenə Təbriz düşdü yada.
Uca, qayım oba-elli,
Küçələri qızıl-güllü.
Şəkər sözlü,
şirin dilli.
Alnı açıq, qəlbi xəndan,
Yenə Təbriz düşdü yada.
Təbrizilər birər-birər,
Hər bir misli-hünər.
Şeir inci, şeir-gövhər.
Gün bərq vurdu misralardan,
Yenə Təbriz düşdü yada.
Həsrətəm zərif şeirinə,
Ərzdə – sözdən yaşarı nə?
Şəhriyarın əşarına
Bahar səpildi səmadan,
Yenə Təbriz düşdü yada.
Tarixin aydın aynası.
Səsi ərşə dayanası.
Hayqırsa xalq oyanası,
Azadlıqdı əks-sədan,
Yenə Təbriz düşdü yada.
Nələr çəkdin, cəbri burda,
Millətimin səbri burda.
Xaqaninin qəbri burda,
Nişanə varmı
Bahar1dan?
Yenə Təbriz düşdü yada.
Təbrizdə Sultan Məhəmməd,
Rəsmə gətirdi təzə xətt,
Göylərə ucaldı sənət,
Yerdə tapılan butadan.
Yenə Təbriz düşdü yada.
Eyni göz-qaş, eyni dağ-daş,
Gözündə yaş-gözümdə
yaş.
Indi orda olaydım kaş,
Xali hər xata-qadadan,
Yenə Təbriz düşdü yada.
Yanvar, 2012
AFƏRİN
Evrovision – 2011
ANS – ilin adamı – 2011
Afərin, ya Nigar
Camal!
Qan birdirsə – birdir amal.
Əlində al türk bayrağı
Düşməni elədin
pamal.
Türk olan, belə
Türk olar.
Əməli elə görk olar.
Uğuru (-) başucalığı,
Ərki dünyaya ərk olar.
Qayıt öz kökünə
qayıt!
Ayılt, yatmışları ayılt!
Qoy, qədim türk xislətində
Ya cəsarət qalsın, ya xılt.
May – 2011
Yanvar – 2012
Dördlüklər
Fevral
Hər il
fevral gələndə
Xocalını qar alır
Dərd üstünə su səpməkdir qarın fikri qərarı.
Zülm ilə çıxarılmış göz
yeridir, elə bil,
Dörd tərəf ağ ortada
dibsiz oyuq qaralır.
Xocalı
Qarabağın bağrına çəkilmiş dağ
– Xocalı,
Bu dərə-dağ içində,
dərdli torpaq – Xocalı.
Özü boyda bir
ağız, ağız
dolusu – fəryad,
Yaz gəlib, bəri başdan sarı yarpaq – Xocalı.
2007-2009
Seyirçilər
Sağda yoxdur, solda
yoxdur
Ortada var – seyirçilər.
Külək əsər, yağış çilər
Durub baxar – seyirçilər.
Dili var – lal,
gözü var – kor,
Eşidən kar – seyirçilər.
Orda-burda işləsə də
İşsiz, bekar seyirçilər.
Gör necə də tapışıblar,
Dayanıblar sıra-sıra.
Başqa adam
düşə bilməz,
Bunların sıx sırasına.
Yaz, yay, payız,
qış – dörd fəsil,
Onlara hər fəsil – bir il.
Hətta illər keçsə də lap,
Onlar heç dəyişən deyil.
El dərdinə biganələr,
Özünü düşünən
fərdlər.
Onlar sakit seyr
etdikcə,
Günü-gündən artır
dərdlər.
Dağ uçulur qəlpə-qəlpə
Göydən daş yağır – baxırlar.
Baxanlara baxa-baxa,
Paslanıb qalır paxıllar.
Seyirçilər kimdir, axı,
Mənmi, sənmi onlarmı ya?
Seyirçilər tərpənməsə
Düzəlməz bu yalan dünya.
Dünya – Nuhdan qalan dünya,
Doğru, doğma olub nə vaxt?
Əsrlərcə – insan aciz,
Nahaqq qoymur göz
açsın haqq!
Mart , 2011
Bir cürlər...
Lüğətdə insan – insandır,
Amma, arada
bir cürləri də var.
Və bu bir
cürlər
Bütün azadlıqları
bizim əynimizə olçüb,
öz əyinlərinə biçirlər.
Oktyabr, 2011
Bu dünya
Bu dünya bir bilməcədir,
Gəl, yaşa, gör, bil necədir.
Yaxşı günü ağlamalı,
Yaman günü zil gecədir.
Oktyabr, 2011
Gün çıx
– gün bat
Harda olsam
dan söküləndə,
gün doğulanda,
Mən də yenidən
dünyaya gəlirəm elə bil.
İllah da ki,
dağın dalından boylana,
dənizin dibindən çıxa.
Harda olsam,
şər qarışanda,
gün batanda.
Mən də birdən-birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki,
dağın dalında gizlənə
dənizin dibində bata.
Oktyabr, 2011
İki adama bir şeir
Çox da sevinmə
ki,
Mən gedirəm,
sən qalırsan.
Əbədi qala
bilməz ki, insan.
Düzdür,
bir müddət hardasa
ayrı düşəcəyik.
Amma gedəcəyimiz
yer birdir.
Orda görüşəcəyik
Orda hamı bərabərdir.
2010
Fikrət SADIQ
525-ci qəzet.- 2012.- 1 mart.- S.7.