Elçin Hüseynbəylinin yeni romanı çapdan çıxıb

 

Yazıçı Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı çapdan çıxıb. “Qanun” nəşriyyatında nəfis dizaynla çıxan kitab iki min nüsxədir. Roman kəskin süjeti, dinamik təhkiyəsilə fərqlənir.

“Çaşmış insanlar haqqında çaşqın bir romankimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb. Romanda əkiz bacılar – Fatimə və Züleyxanın timsalında Şərq-Qərb ziddiyyəti, Şərq-Qərb əxlaqının qarşıdurması öz əksini tapıb.

Elçin Hüseynbəyli bu romanla yeni bir layihəyə də imza atmaq istəyir. O, “Bölgələrdə imza günü” keçirmək niyyətindədir. Müxbirimizlə söhbətində yazıçı bildirib ki, layihənin məqsədi kitabı dəbə mindirmək, onu gündəmə gətirməkdir.

Bakıda imza günlərinin 2009-cu ilin aprelindən keçirildiyini deyən müəllif ümid edir ki, bu təşəbbüslərə bölgələrdə də dəstək verən tapılacaq. “Rayonlarımızda kitab mağazaları, demək olar ki, yoxdur, amma oxucular var. Hərdən onları da yada salmaq lazımdır. Bunun üçün rayon icra hakimiyyətlərinin və mədəniyyət şöbələrinin də üzərinə müəyyən düşür. İnanıram ki, onlar kitaba dəstəyi əsirgəməyəcəklər”-deyə yazıçı qeyd edib.

 

 

525-ci qəzet.- 2012.- 7 mart.- S.7.