Bəstəkar Elmira Abbasovanın 80 illiyi qeyd olunub

 

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli müsiqişünas-alim, əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 80 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə professor Elmira Abbasova barədə xatirələrini bölüşüb.

Daha sonra professor Zemfira QafarovaÜzeyir Hacıbəyli irsi Elmira Abbasovanın əsas tədqiqat mövzusu kimi”, professor Oqtay Abasquliyev “Elmira Abbasovanın çoxşaxəli fəaliyyəti barədə düşüncələr”, sənətşünaslıq doktoru Rəna Məmmədova “Elmira Abbasovanın elmi işlərində milli özünəməxsusluq problemi”, professor İmruz Əfəndiyeva “Elmira Abbasovanın elmi nəzəri yaradıcılığı”, professor Gülnaz AbdullazadəAzərbaycan musiqi elmində Elmira Abbasovanın ardıcılları”, professor Ülviyyə İmanova “Elmira Abbasovanın pedaqoji fəaliyyətimövzusunda məruzələrlə çıxış ediblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 8 mart.- S.7.