Duymaq...

 

Qadınlara bayram hədiyyəsi kimi bir arkadaşlıq essesi

 

Hansı daha çox duymaqdı? Bir əsəri oxuyub, dinləyib müəllifin yaşantılarını anlamaq, yoxsa əsərin gücünə şaşırmaq? Bir musiqidən aldığın enerjinin sonsuzluğunda batıb qalmaqmı, içindəki ayrıntıları anlamaqmı, əsəri bütünlüklə sevməkmi?

Sezeni dinləyib istedadına heyrət edirdim öncələr. Şeirinin gücünə təslim olurdum, bəstəsinin havasında ilişib qalırdım. Düşüb arxasınca gedirdim. İndi başqa cür oluram. İndi istedadını deyil, ağrılarını düşünürəm, eşidirəm. Hər notun arxasında yandırıb-yaxan bir həyat hekayəsi görürəm. İndi istedadı yox, bu boyda istedadın yaşadıqları gəlir ağlıma. Və gündüzlərin narahat həyat axışını izləyən gözləri gecələr yumulmağa qoymayan, yalnız dərddən qurulu bir qəlbin ömürlük məhbəs həyatını, həbsini, bu həbsdə vurulan əbədi əzab damğasını düşünürəm.

İstedadı daşımaq zor işdi. İstedadla yaşamaq dünyanı belinə şəlləyib yaşamaqdı. Və bunu sən özün seçmirsən. Sən kürəyində yük doğulursan. Doğulanda səni mamaça yox, həyat özü qarşılayır, “salam, yavrum, gəldin? Gəl, yaxşı gəlmisən” – deyir.

Məsələn, valideynlərinin ayrılığına doğulursan. Məsələn, atanın xəstəliyinə, nənənin yorğun həyatına, babanın ikinci evliliyinə, dayının ölümünə, məsələn, balaca, beton kirayə evə doğulursan. Məsələn, təkliyinə... Ancaq sən bunu onda bilmirsən. Yatırsan – hələ ayaqların şəkərburaya, əllərin peçenyeyə oxşayır. Hələ nə Sezen Aksu var həyatında, nə İradə Tuncay... Hələ heç O da yoxdu... Və O olana qədər bütün ümidini çoxdan itirirsən. O, təkcə özünü sevdirməyə yox, bir də ümidə bənzəməyə çalışacaq. Hər gün, hər saatdan bir sənə “görəcəksən, hər şey yaxşı olacaq” gözləriylə baxacaq. Nə şeir yazacaqsanSabirin qəhrəmanı kimi gecə yuxudan ayılıb çılpaq oturaraq, nə də içini dağıdan enerjini barmaqlarının köməyi, gücüylə yazıya tökəcəksən. Hələ heç kim səni oxuyub “bunları yaşayıbmı?” düşünməyəcək... Hələ Sezencocuğundan öpdüm səni” misrasını güllə kimi beyninə çaxmayacaq...

Sezen ... bir anlıq onun cildinə girmək istərdim. Bircə anlıq. Bəs edər, məncə.

Şeirlərimi, yazılarımı oxuyanlardan özəl konulara girməmələrini gözləyirəm həmişə. Öz-özümə belə gözləyirəm. İstəmirəm kimsə bunu avtobioqrafik mətn kimi oxusun. İstəyirəm oxuduğuna qiymət verə bilsin, “yaxşıdır”, ya dapisdirdeyə bilsin. Sadəcə bu.

Mən bilirəm, Markesin Ursulası bir az Mersedesdi, Tolstoyun Annası bir az Sofyadı. Kafka həm özüÇevrilib”. Şekspir bir az Maqbetdi, bir az Hamlet...

... gözəldi...

Bir gün mənim İradəm şeirlərimi oxuyub belə bir mesaj yazmışdı: “Sənin ruh halın məni narahat edir”...

... “gözəldideyə bilməmişdi.... “çirkindideyə bilməmişdi... “Səndən narahatamdemişdi... İlahi! Nədi bu?! Duymaqmı?

Yazdeyən adam indi məndən narahat idi. Şeir onun vecinə deyildi o an. Müəllifin düşdüyü vəziyyət haqda qədər oxucu düşünür görən?..

Biz dostuq illərdi. Həyatımızda baş verən hansısa olaya bir-birimizin münasibətini, fikrini, cavabını soruşmadan, öyrənmədən bilirik. Biz tez-tez ürəyimizdə dərdləşirik. Mənim İradəm yazılarıyla çox adamı kövrəldir. Mənsə, bunları hələ dönüb yazı olmadan öz dilindən oxuduğum üçün hamıya qısqanıram yazı şəklinə düşəndə. Biz paylaşmışdıq, axı, bəs, bunun intimliyi, şəxsiliyi oldu?bunun küskünlüyü yaranır bir görürsən. Ona görə onun yazılarını ancaq sənət əsəri kimi oxuyuram. Başqaları şahid kimi oxuyur.

Sezeni niyə bu cür dinləməyə başladığımı da anlayıram, deyəsən, yavaş-yavaş. Biz, axı, ancaq əsərləriylə dərdləşirik onunla. Hər misrasındaindi necədi, halı, ruhu, durumu necədi, keyfi necə?” sualına cavab axtarıram acgözlüklə. Ondan narahatam. Bu qadın qədər itirib, qədər bağışlayıb... İndi bilirəm.

Onların ikisi mənim üçün eyni mənanı verir. Hansını duyuram görən? Hansını duyuram?...

 

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet.- 2012.- 8 mart.- S.7.