Məhəmməd ƏminRəsulzadə
Nəşrin redaktorları:prof.
Şamil Vəliyev və elmi işçi
Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü
cild(1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Miladdan 1916
Təqvimlərimizin tazələnməsi,
qəzetələrimizin abunə təcdidləri, ticarətxanə
və sair müəssələrimizin maliyyə və
hesablarının görülməsi hesabilə – madam ki,
Rusiyada yaşayırız – yanvar bizim üçün də
yeni bir gündür. Hesab
ilimizin ilk günü. Bu nöqteyi-nəzərdən
baxılacaq olursa, yanvar yalnız xristianlara məxsus milli və
ya dini bayram degil, ürfi və mali bir il başıdır.
İl
başında dönüb arxaya baxmaq, bir nəfəs alıb
da gedilmiş yolu seyr etmək, bir də bəsirət
açıb gələcəgi göz altına gətirmək
lazım.
Nə
görüyoruz?
1915-ci il bizdən
ayrılıb gediyor, fəqət özündən sonra aləm-şümul
qanlı bir mərəkə tərk ediyor. Gediyor, fəqət
görünməz xərabələr, çəkilməz
möhnətlər, istənilməz xunrizlıqlar tərk
ediyor.
Neçə ildən
bəri dünya öylə bir halə tutulmuş, müqəddərati-zaman
öylə qurulmuşdur ki, hər dəfə keçən
ili təsrif etmək üçün “qanlı il” deməkdən
daha münasib bir kəlmə bulunmayır.
Qanlı il!
1914
üçün də böylə denilmişdi.
Keçən
yanvarda izhar olunan ümidlər cüzində biri-birini
öldürüb dağıtmaqdan zövq alan bəşəriyyətin
1915-ci ildə bəlkə bir sülh üzü görəcəginə
dəxi ehtimal verilmişdi.
Fəqət
olmadı. Bu ildə keçdi. Müharibənin cəhənnəmi
– yanqınları daha geniş meydanlara yayıldı. 1915-ci ilə
“qanlı” təbirindən daha şiddətli və daha qorxunc
bir təsrif tapmaq lazım gəldi.
1915-ci il
bütün aləmlə bərabər, bu ya o surətlə,
böyük dünya müharibəsinə qoşulmuş olan
islam aləmi üçün 1914-cü ildən daha fəlakətli
bir şəkil aldı. Müharibə kabusu bu aləmin ta uzaq
guşələrinə qədər qanad gərdi, bir yanda
bilzat müharib, başqa yanda müharib dövlətin təbəəsi
olmaq sifətilə, bu aləm olduqca fəci bir halə məruz
qalıb, başqa yanlarda dəxi bitərəf
qaldığı halda, iki tərəfin ayaqları altında əzilmək
məcburiyyətində bulundu.
Qanlı
müharibənin beynəlmiləl münasibatda törətdigi
dəhşətlərdən bu surətlə zərərdidə
olan müsəlmanlar bu böyük vəhşətin Daxili
Rusiya əhvalında hasil eləmiş olduğu fəlakətlərdən
də bittəbii yan qala bilmədi.
Rus ordusuna
yarım milyondan ziyadə əskər vermiş olan Rusiya
müsəlmanları şübhəsiz ki, müharibə
üzündən gələn xəsarətlərdən
doğrudan-doğruya mütəəssir oluyorlardı. Daxili
Rusiya müsəlmanları ilə Krım müsəlmanları
arasında bu gün bir ailə tapılmaz ki, müharibə
meydanlarında itirdigi birər üzvünün matəminə
oturmasın. Digər tərəfdən də bu müharibə
Rusiya müsəlmanları başına Kars və Batum fəlakəti,
Lehistan qaçqınlığı kibi dilsuz vaqeələr gətirmiş
oldu.
Rusiya müsəlmanları
bütün rusiyalılarla bərabər müharibədən
mütəəssir olduqları kibi, şübhəsiz ki,
müharibə üzərinə bütün Rusiya xəlqində
hasil olan həyəcanlı hissiyyata da tamamilə iştirak
edirlər. Rus cəmaəti ilə fəlakətlərə
iştirak edən bu xəlq onun vətən və istiqlali-vətən həqqindəki
qəlbi-iztirablarına da biganə qalmaz.
Nədir bu yeni
ildə bütün Rusiya xəlqinin arzusu?
1916-cı ildə
məmləkətin namus və mənafeinə müvafiq bir
sülh üzü görmək, degilmi?
Böylə bir
müzəffəriyyəti Rusiyadaki müsəlmanlar,
rusiyadakı türklər də səmimi qəlbilə arzu edər
və milyonlarca bəşərin al qanları ilə
suvarılmış qırmızı topraq üstündə,
top, tüfəng və odlara yakılmış xanimanlardan,
dünyanı bürümüş yanqınlardan hasil olub da
afaqı qaraldan kəsif buludlar – arasında bu qara
qırmızılıqlarda – millətlərin qardaşca
yaşamalarını təmin edən işıqlı bir
sülh günəşinin doğmasını gözlərlər.
Öylə
sülh ki, sabah inkişafı Rusiyanın mənafei-aliyəsinə
olsun, elə bir dinclik ki, Rusiyadaki millətləri qardaşcasına
yaşada bilsin!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 1 yanvar 1916, ¹75
Təcdid – təzələmə,
yenilətmə
Təsrif – istədiyi
kimi dəyişmə
İngiltərənin
bir qərarı
Teleqraf olduqca
mühüm bir xəbər gətirdi. İngiltərə məclisi-məbusanı
ümumi əsgərlik qanununi böyük bir əksəriyyətlə
qəbul etmişdir. İngilislərdəki hürriyyəti-şəxsiyyənin
əhəmiyyətini, ingilislərdəki adəti-milliyyəyə
rəayətkar olmanın nə qüvvətli bir amil
olduğunu bilənlər bu vaqeənin böyük cəhan
müharibəsi vaqeələri içində ən
böyük bir vaqeə olduğunu dərk edərlər.
İngiltərə
təşəbbüsi-şəxsi məmləkətidir.
Anqlosakson irqincə şəxsin hürriyyətinə
böyük bir əhəmiyyət verilir. Hətta vətən
müdafiəsi kibi müqəddəs bir vəzifədə də
ingilis mədəniyyəti öz mütəmədiklərini
məcbur etmiyordu. Demək ingilislərcə vətən
müdafiəsi də şəxsin öz meylinə, öz
arzusuna bağlı bir işdir.
Ata-babadan qalma adətlərinə
din qədər böyük bir qüdsiyyətlə baxan
ingilislərdə bu vəqtə qədər əsgərlik
üsuli yoxdu. Bütün siyasətini qüvvətli bir bəhriyyəyə
istinad etdirən ingilis hökuməti digər böyük
dövlətlər kibi qüvvətli və böyük
ordulara heç bir zaman malik olmamışdır. Dənizlər
mələkəsi şöhrətini qazanmış olan bu
dövlətin “quruda aciz” olduğu da dillərdə dastan
olmuşdur. İngilis qüvvəti qüvvətli bir
balığa təşbiə olunardı ki, bütün
qüvvətinə qarşı sudan kənara
çıxınca boğulmaq məcburiyyətindədir.
Başqa
böyük dövlətlərdə olduğu kibi məcburi əsgərlik
qanununa bələd olan bu məmləkət coğrafiyaca
tutduğu mövqeinə görə də bu üsula artıq
möhtac degildir. Gəmilərin yanaşa bildigi yerlər onun
idi. Gəmilərin yanaşmadıqları yerlərdə də
istila və zəbt fikirləri yeritməzdi. Buna görə də
bir taqım cüzi işləri görə bilmək
üçün ingilis hökuməti könüllü surətilə
yığdığı əsgər ilə iktifa ediyordu. Məlumdur
ki, könüllü üsuli ilə yığılan əsgər
baha oturuyor. Buna görə də bu üsul ilə
böyük ordular vücudə gətirmək
müşkül oluyordu.
Fəqət
bütün Avropa dövlətlərinin xilafinə olaraq məcburi
əsgərlik üsulini qəbul etməmiş olan İngiltərə
cəmaəti bundan qazanıyordu. Çünki əsgərligə
gedəcəkləri yerdə mütəşəbbis olan
ingilislər vətənlərinin ticarət və sənayeini
tərvicə çalışıyor, bu sayədə
İngiltərə bütün dünya bazarında müvəffəqiyyətli
bir surətdə alış-veriş ediyordu. Məmləkət
sərvət və samanə malik oluyordu.
Böyük
müharibə dünyada kök salmış olan bir çox
şeyləri alt-üst etdigi kibi İngiltərə dövlətini
də bu əsgərlik üsulini düşündirməgə
vadar etdi. İngiltərə hökuməti ənud
düşməni hər nə cürə olsa da, basmaq niyyətində
ikən daha çox əsgər cəmləməgə məcbur
idi. Halbuki, könüllü üsuli ilə buna necə ki,
lazımdır, müvəffəqiyyət hasil olmuyordu.
Müharibə
zamanında belə hürriyyət və istiqlalını məhdud
etməmiş olan azad İngiltərə milləti arasında
bu məsələ bir çox mülahizələr
doğurdu. Aylardan bəri bu məsələ
götürülüb qoyuldu. Layihənin əleyhinə
çıxanlar oldu. İngiltərə adətləri,
İngiltərə hürriyyəti, İngiltərə ədalətləri
fəda edilməz degilirdi. Fəqət ən nəhayət “hər
şey qələbəyə fəda edilməli, hər
şey müzəffəriyyət üçün sərf
olunmalıdır” nəzəriyyəsi üstün gəldi. Məcburi
əsgərlik üsuli məclisi-məbusanca qəbulə
keçdi.
Bu qanuni qəbul
etmədən əvvəl 600 il yaşamış qoca
İngiltərə məbusanı ömründə çox
az görmüş böylə mühüm bir saətdə
“Genderson”un tarixi bir nitqini dinlədi, bu nitqdə ingilis məbusu
zamanın iqtizasi və tarixi ehtiyacın istəməsi ilə
dilini dişinə tutub əsirlərcə dəvam etmiş
bir ingilis adətinin dəgişməsi vəqti gəldigini
söyliyordu. Bu məbus diyordu ki: “Bu vəqtə qədər
məmləkətin səadətini gözləyərək
könüllü üsulini əsgərligə tərcih
etmişdik. Bu kərə yenə məmləkətin səadətini
nəzərə alaraq əsgərlik üsulini qəbul etməliyiz”.
Gendersonun bu vətənpərvəranə
nitqini dinlədikdən sonra məclisi-məbusan qanuni-məzkuri
qəbul etmişdir.
Bu qanuni qəbul
etmək surətilə İngiltərə hökuməti kəndisinin
qətiyyən sülhə yanaşmıyacağını və
ta son nöqtəyə qədər müharibəyə dəvam
edəcəgi həqqindəki qərarını bütün
aləmə elan etmiş oluyor.
İngilis
qövminin müharibəyi dəvam etdirmək yolunda göstərdigi
bu ciddiyyət eyni zamanda Rusiyanın nümayəndeyi-tacidari Əlahəzrəti-Humayun
bu günlərdə Georgi nişanı alan soldatlara xitabən
söylədigi nitqi-humayunları ilə təqribən bir zəmanə
təsadüf ediyor. Bu nitq hümayunlarda zati-imperatori
“düşmən toprağımızdan
çıxarılmayınca sülhi-əqd etmiyəcəgəm
və əlavə bərin bizimlə yan-yana qanlarını
axıtmaqda olan müttəfiqlərimizdən ayrı sülh
bağlamayacağam! “ – buyurmuşlardır.
Demək ki, Orta
Avropa dövlətlərinin hər tərəfdə
görünən müvəffəqiyyətləri
üzündən hasil olan bəzi sülh dedi-qoduları ilə
tazə il münasibətilə ibraz olunan barışıq
ümidləri daha bizdən çox uzaqdır. Etilaf kütləsinin
iki mühüm ünsürü olan İngiltərə ilə
Rusiyanın müharibə həqqindəki əzm və qərarları
bu sərahətlə meydanda ikən bu tarixdə misli olmayan məxrib
davanın yaxında qurtaracağını ümid etmək əhvaldaki
ciddiyyəti dərk etməmək olurdu.
Əsrlərlə
davam edən əziz bir adətini belə hərbə fəda
edən bir dövlət bu xüsusda bütün müttəfiqləri
ilə həmöhdə olduqdan sonra şübhəsiz ki,
şansız, şərəfsiz bir sülhə yanaşmaq
fikrini bəsliyəməz!...
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 4 yanvar 1916, ¹77
Ənid – tərs,
höcət
Mübarək
mövlud
Milyonlar təşkil
edən böyük bir xəlqin yürəklərini
böyük bir vaqeəyə, işıqlı bir zühura,
ümidli bir nöqtəyə cəlb edən böyük
mübarək bir gün.
Mövludi-Nəbi!
Bəli, bu
gün Nəbi-zişanımız, Böyük Peyğəmbərimizin
doğulduğu gündür. Fəqət bu günün izzəti
yalnız şəxsi-Məhəmmədin doğulduğu
üçünmüdür?
İştə,
üzərində düşünüləcək bir məsələ.
İş ərəb komandan, qureyşilərdən Məhəmməd
bin Abdullahın şəxsinə qalsaydı:
Ma kanə Muhammədun əba əhədin
min ricalikum
Fəhvasının təyin elədigi bir
dairə xaricində bu gün üçün böyük bu
məziyyət təsvir etmək müvafiq olmazdı.
Fəqət yalnız “ricalımızdan
bir adam” kibi degil. Həzrəti-Məhəmməd eyni zamanda da
“Vəlakin Rəsullullah”
Tərifinə məzhərdir.
Rəsulüllahlıq günbəsini nəzərə
aldıqda həzrəti-Məhəmmədin doğulması
“bizim kibi adamlardan birisi” ilə bərabər böyük bir
fikir, ali bir etiqad da doğurdu. “Bəli, bu günün
novzadı Şərq və Qərbin təfəssüx
etmiş, əsası çürümüş zülm və
istibdadinə ən ağır bir zərbə endirmiş,
bunun bir ruh, mətin bir məslək tövlidinə vasitə
oluyordu”.
Kəbeyi-Allah bugünki böyük
növzada şahid olunca içindəki bütlər
üzüquyulu töküldü. Əski Bizans lərzəyə
gəldi. Taqi-kəsra uçdu. Atəşgədələr
söndü.
Şübhəsiz ki, bu hadisələr
müsəlman iman və etiqadının səmimiyyətində
təcəssüm edən birər zəminlərdir.
Fəqət bugünki rəmznəvis
mühərrirlər istərlərsə mütədəyyin
xəlqin xəlq etdigi bu təsvirdən daha şairanə bir
şeyi yaradamazlar.
Həm həqiqətən də vəhdaniyyəti-islamiyyə
zühur edincə Kəbeyi-illəllah vaizlərindən təmizləndi.
İslamiyyətdəki fikri-müsavat və hökuməti-əvam
düsturu ilə Şərq və Qərbə gedən ordular
müqabilində nə Bizans sürüləri, nə də
İran orduları davam etdi!
Şübhəsiz ki, Bizansın zəlzələyə
tutulması, Taqi-kəsranın uçması bu iki məmləkətdəki
ağaları və ağalıq edən sinifləri
ağlatıyordu. Fəqət bu məğlubiyyət
acısı ilə ağlayanların zülm və
istibdadı altında illərlə ağlamış olan xəlq
o zamankı ərəb ordusunu xilaskar bir qüvvət kibi
istiqbal ediyordu.
Millətlərin bu surətlə istiqbal
etdikləri iş bugünki böyük mövludun vəz elədigi
“müsavat” idi.
İslamiyyət əsasını qəbul
etdikdən sonra Bizansda və İranda mövcud olan bilcümlə
sinif, silk və təbəqə imtiyazları aradan
götürülüyor. Dəhati-dehqanlıq qalmıyor.
İnnəma əl möminun əxva, bütün
mömünlər qardaş oluyordu. Həm də necə
qardaş?
Öylə bir qardaş ki Şərqdə
isə Məğribdəki qardaşının
ağrısından, acısından mütəəssir olmaq
boynunda bir vəzifə!...
Sabiq hökumətləri əsnasında
vergi vermək, biyara getməkdən başqa bir vəzifələri
olmayan kəsəbə islam hökumətində ikən və
əmruhum şura beynəhum hökmundən hər nə
cür olsa da istifadə ediyorlardı.
Demək ki, bugünki mövludi-müəzzimənin
qurduğu əsas bərabərlik, bir əmirlik və milli
hökumət əsası üzərinə yürüyordu.
Bəli, bu böylə idi.
Madam ki, bu əsaslara əl dəgilməmişdi
islamda bir rövnəq, bir tərəqqi, bir hərəkət
vardı.
Fəqət hər bir yeni din, hər bir
yeni məslək mənbeyi-zühurundan uzaqlaşdıqca təhrif
olunub, sakinləri tərəfindən başqa bir şəklə
gətirilmiş, safiyətini itirmiş, ona görə də
kəsginligindən, əvvəlki təsirindən
qalmışdır.
Bu ümumi qaidədən ictimai bir din əsasını
vəz edən islamiyyət dəxi bir istisna təşkil etmədi.
Araya bir çox xürafat və mövhumat daxil oldu. Din əsl
cığırından çıxıb tanınmaz bu şəklə
girdi.
Bugünki islamiyyət aləmi hər nə
qədər özünü o mövhumatdan paka
çıxarıb da əsl islamiyyətə doğru getmək
niyyətini göstəriyorsa da hələ bir növ müvəffəq
olamıyor.
Fəqət bu birdən-birə ələ
gəlməyən müvəffəqiyyət tamamilə ələ
gəlməmək ehtimalından xaric degildir.
İslamiyyət aləmində
görünən intibah, üləmayi-islamiyyə arasında
yavaş-yavaş görünməkdə başlayan islah əndişələrə
yeni bir “tövlid”in vaqe olacağını və bu vasitə
ilə islamın həqiqətlərini dərk ilə aləmi-islamın
yenidən doğulub da ruh və əxlaqca tazələnəcəgini
təbşir ediyorlar.
İştə, Böyük Peyğəmbərimizin
səadətli mövlud günündə biri-birimizi təbrik
edərkən böylə bir təvəllüd təmənnasında
bulunalım!
Çünki istiqbalımız,
istiqlalımız bu yeni əxlaqi-diniyyə tövlidinə az
bağlı degildir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 5 yanvar 1916, ¹78
Zişan – şanlı, hörmətli
Novzad – yeni doğulmuş
Təfəssüx – ləğv olma, pozulma
Taqi-kəsra – Ənuşirəvanın
tikdirdiyi məşhur tağ
Böyük bir xəta
Mövlud günü təəssüratından
“Səfa” cəmiyyətinin bu il
“İsmailiyyə” binasında böyük bir
ölçüdə mövlud görüşü tərtib
etməklə bu günü bayram etməsinə qərar
verdigini elan etdikdə və xəlqi bu məclisə getmək
üzrə təşviq və tərğib elədikdə,
biz mövludun keçən illərdəki kiçik
ölçüdəki tərtibatını nəzərə
almış da, o gözəl, o milli, islami və o ruhlu məclislərin
bu il daha böyük, daha ruhlu, daha mənalı bir surətdə
icra olunacağını düşünmüşdük.
Qismi-məxsusimizdə “İsmailiyyə”
binasındaki mövlud bayramının nə surətlə
keçmiş olduğunu oxuyanlarla, o günü məzkur məclisdə
olub da əhvalı öz gözlərilə görmüş
olanlar, əlbəttə, bizim bu nikbinlikdə nə qədər
aldanmış olduğumuzu dərk edəcəklərdir.
Möhtərəm Şəfiqə
xanım Əfəndizadə mövlud nüsxəmizdə nəşr
etdikləri müsahibələrinin axırında Məkkə
və Mədinə kibi müqəddəs şəhərlərdə
Mövludi-Nəbinin nə surətlə
saxlandığını təsvir etmişlərdir.
Mövludi-şərif ayinini icra edən sair islam məmləkətlərində
də mövlud bayramı haman az və çox bir təfavütlə
Şəfiqə xanım Əfəndizadənin təsvir elədigi
kibi icra olunmaqdadır.
Keçən illərdə “Səfa”nın
Çəmbərə kəndindəki mövəqqər
binasının kiçik otağında “İsmailiyyə”nin
möhtəşəm zalındakindən mənən daha
böyük bir surətdə icra olunan “mövlud” dəxi
mövluda bənziyordu.
“Səfa” idarəsi üç yüz
milyonluq böyük bir cəmaətin Böyük Peyğəmbəri
olan bir zatın təvəllüd bayramını bu il daha
“mütəntən” bir şəkildə saxlamaq istəmiş.
“Təntənə” sözünü
dırnak içinə alıyoruz. Çünki seşənbə
günündəki təntənə nə dinimizin qüdsiyyətinə,
nə millətimizin ruhuna müvafiq bir şey idi.
Bu təntənə musiqinin bir taqım
marşlar, himnlər və opera havalarından bəzi
parçalar çalmasından, “ura!” deyə
bağırışmaqdan, xatiri və könlü az
anılacaq şəxsləri alqışlamaqdan və bu məclisə
yığılan xəlqi də bir taqım “nüfuz”lara hala
etiqad və iman bəsləmək fikrini təlqin etməkdən
ibarət idi.
Başqa heç bir şey!
Bu Mövludi-Nəbi degil, “ura” məclisi!
Bu milli və dini bir məclis degil, rəsmi
bir “təntənə”!
Bu milli və təbii bir şey degil, yapma!
Nəbi və mövlud naminə bu məclisdə
bu gün ancaq Qazi həzrətlərinin olduqca zəif bir nitqi
vardı!
Nitqin ən dərin mənası, Peyğəmbərimizin
İsa hesabilə aprel ayında doğulmasından, ata-anadan
yetim qalıb üsrət içində
böyüdügünü bildirməkdən ibarət!
Fəqət bunu söyləmək
üçün “mütəntən” bir məclis təşkilinə
marşlar çaldırıb “ura” bağırmağa
lüzum varmı idi!
Nəti-Rəsul naminə – Qazinin olduqca rəsmi
nitqi! O qədər!
Sonra... sonra “kimin” və “ura”, “ura” və
“kimin” yaşasın filankəs, sağ olsun behmankəs!
Nə əqlə, nə ruhə, nə
zövqə, nə də həyati-millayəyə bir ğəzz!
Nədir bu hal?!...
Neçün Ağa Dadaşın “Səfa”nın
Çənbərə kəndindəki məktəb
binasında hər il həzin-həzin dinlənilən qəsidəsi
“İsmailiyyə” salonunda oxunulmadı. Neçün bu
möhtərəm bina “vahu”, “ura” yerinə böyük
Peyğəmbərin doğulduğu gün dini-vicdani,
milli-hissiyyatı, mənəviyyat və əxlaqi tərbiyə
edəcək qüvvətli sözlər inikas etdirməyib də,
ancaq musiqi gurultusu ilə təməlluqamiz “nida”lara məəks
oldu!
Yoxsa dini və milli işlərdədəmi
avropalılaşıyoruz?
Fəqət avropalılar belə dini adətlərilə,
dini bayramlarına fərq qoyuyor, xəlq həyatını
daima sərih ediyor və həmişə o cəhətə
hörmət ediyorlar!
Fəqət heyf!...
Doğrusu qəzetələrin dəvətinə
hüsni-niyyət və səmimiyyətlə qulaq asan
oxucularımızdan bizə etiraz edib də, “bizə
neçün bu məclisləri tərif etdiniz” – deyərlərsə,
üzr istəməkdən başqa çarəmiz yoxdur!
Təəssüf olunur. Təəssüf
olunur ki, “Səfa” idarəsinin mövlud nə olduğu,
mövlud görüşü, mövlud bayramı necə və
nə ruhda düzələcəgi həqqindəki məlumatsızlığı
üzündən böylə müvəssif bir xəta vaqe
oldu.
Böyük bir xəta!
Fəqət qoy bu xəta birinci və
axırıncı olsun. Qoy bundan sonra tərtib ediləcək
mövlud məclisləri ənənati-diniyyə ilə
hissiyyati-milliyyəyə müvafiq olsun!...
Yeni bir əxlaqi-diniyyənin hüsulinə
böyük bir vasitə olacaq bu kibi dini və milli
bayramlarımız qoy əsl ruh və mənası ilə
uyumuyan qəlblərə girməsin, amandır, bunların
safiyəti pozulmasın!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 7 yanvar 1916, ¹79
Mövəqqər – mötəbər
Üsrət – ehtiyac, çətinlik
Nət – tərif
Qurama
Bizim, yəni müsəlmanların
növzühur bir dostumuz vardır: “Qolos Qafqaza”.
Bu bir qəzetədir, Tiflisdə
çıxır.
Rus cəmaətinin fikrincə sağ qoluna
mənsubdur.
Erməniləri sevməz.
Müsəlmanları da bunun
üçün bəgəniyor.
Məlum a, sağ fikir həmişə sol
fikrə mal olacaqları biri-birindən ayırmaq istər.
Molla, seyid, tacir ilə bir bağbanın
hekayəsi bu qismi?
Molla, seyid, tacir – Qafqasiyadaki millətlər.
Bağban – “Qolos Qafqaza!”
“Qolos Qafqaza!”, iqtizaən böylə
olmuş, qalxmış müsəlmanlara buy demiş.
Qəsidə oxumuş.
Azərbaycan türklərini tərif
etmiş, tərif əsnasında əlbəttə, bunlar:
Bənzəməzlər fikri isbat
olunmuş.
Bənzəməzlər, çünki ermənilər
rus şkolasını çox da bəgənmiyorlar. Halbuki,
müsəlmanların buna sözləri yox.
Ermənilər dikbaşdırlar. Halbuki,
müsəlmanlar quzu kibi adamlardır.
Ermənilər istərlər ki,
onların erməniligi ehmal olunmasın, halbuki, müsəlmanların
belə şeylər veclərinə degil.
Bu kibi müqayisələrdən nə qədər
istərsəniz!
İləlmaşallah!...
Əlbəttə, böylə bir gözəl
xəlqin dərdinə qalmaq gərək. Onların mənfəətlərini
görmək lazım.
Bunun da çarəsi var.
Əvvəla “müsəlman bəglərinə
dövri yanlamaq təşkilatı imtiyazını vermək”.
Başqalarının bəgləri olduqdan
sonra varsın, bizimki də olsun.
Əyan məclisində bizim də
nümayəndəmiz olsun.
“Müsəlman cəmaəti arasında məktəblə
şkolanı (töbrini) geniş surətdə yaymalı”.
Fəqət bu məktəblərin
ümumiyyətlə yayılması üçün biz də
ermənilər kibi onların milli ruh və tərbiyəyə
müvafiq olduğunu israr edib istəsək, “qolos”un mərhəmətsizligi
bəs etməzmi bizə!...
Nə isə “sud mütərcimləri də
bəladır...”
Bəla dedik, qoyduq.
Bu bəla “müsəlmanları rus məhkəməsi
həqqində bəd fikirdə bulunduruyor”.
Çox doğru bir söz.
Çarə
“Mütərcimləri düzəltməli”
Fəqət məhkəmələr
özü düzəlsə, hakimlər yerli-dil bilənlərdən
olsalar, daha yaxşı olmazmı!
Pardon, böylə bir tələb “erməni
tələbi” olmasın?!...
Fəqət “Qolos”un dostu daha da iləriliyor.
O, rus tərbiyəsi alıb da ruhən ruslarla qohum olan müsəlman
cavanlarını da düşünüyor, doğrudan da
bunların halı fəcidir. Abrazovannı adamlar: inciner, doktor,
intelligent, rus xasiyyətində, rus ruhunda, rus əxlaqı və
adətində böyüyürlər.
“Yəqin rəsmi bir rus olurlar” demək
istiyor. Vəqtləri çatır. Əlbəttə, evlənmək
istiyorlar. Kimi alsınlar?
“Tükəzban”larımı?
Bunlarda təəssüb yoxdur. Kəmali-məmnuniyyətlə
rus qızı alarlar”.
“Ancaq lüzumsuz kəlisa qanuni buna maneədir.
Rus provoslavni qızlarına icazə vermiyorlar ki, müsəlmanlara
getsinlər”.
Nahaq yerə: “müsəlman cavanları
özləri xristian olmazlar. Çünki, bunu insanlıq
şərafəti üçün bir ar hesab edərlər.
Ata, baba dinindən çıxmaq eyibdir!
“Ancaq alacaqları rus arvadının dininə
qətiyyən toxunmaz və olan uşağın xristian
böyüməsinə də mane olmazlar”.
Qəzetə bir növ anlamıyor ki, nədən
İstanbulda xristian arvad almaq mümkün ikən Tiflis ilə
Gəncədə mümkün olmasın?...
Bəd təklif degildir.
“Qolos”un bu təklifi tərvic olunsa, bir
azdan sonra Azərbaycan müsəlmanlarının oxuyanı
haman ruslarla “qohum” olub gedər
Qoy ermənilər qalsınlar, erməni
qızı alsınlar. “Qolos Qafqaza” da götürər
“gözəl” rus qızlarını “cins” müsəlman
oğlanlarına verər.
Fəqət bu qohumluğun nəticəsi
nə çıxar?
Litva – Polşa müsəlmanları.
Əlhəmdüllah, ya musulmanin!
Görünüyor ki, “Qolos”un əsil
sevdigi “Azərbaycan müsəlmanı da bu məfkurəsində
bəslədigi “musulmanin”dir.
Ey müsəlmanın Allahı, sən
bizi bu “musulmanin” dostlarından saxla!...
Niş
“Açıq söz”, 20 yanvar 1916, ¹90
İqtiza – lazım gəlmə, tələb
etmə
Yenə fraksiyanın müraciəti həqqində
Oxucularımızın daxili məsələlərdən
artıq hərb səhnələrindən və siyasət aləmlərindən
gələn “Ayan-caban” çox kərəm də həqiqətə
müvafiq olmadığı bəlli degilsə də,
şübhəli olan xəbərlərə daha
düşkün olduqlarını biliyorsaq da, yenə əfkari-amməni
həyatımiza daha yaxın olan daxili işlərə, biləks
milli məsələlərə tərəf cəlb etmək
istiyoruz. Çünki “yalnız həyati məsələlərini
yaxşı dərk edənlərdir ki, həyatda müvəffəq
olurlar” həqiqətinə iman edənlərdir və bu
imanın tərvicini də canü-könüldən istərlər.
Fraksiya rəisi Qutluğ Məhəmməd
Mirzə Tevkelov cənablarının əfkari-amməmizə
olan müraciətini dərc etmişdik. Sonra cənablarından
bəzi möhtərəm şəxslərə gələn
dəvətnamələrdən də xəbər
vermişdik. Gərək dəvətnamə almış olan
zatlar, gərək milli məsələlərlə əlaqədar
olan məarifməndlərdən istəmişdik ki, bu
xüsusda mübadileyi-əfkar etsinlər və fraksiyanın
müraciətini əhəmiyyətsiz buraxsınlar.
Həqiqətən də burası ehmal
olunur məsələ degildir.
Bu vəqtə qədər fraksiyayi məzəmmətliyor,
millətin, cəmaətin zehnini işıqlandırmıyor,
milli və siyasi məsələlərdə xəlqə, xəlqin
əfkarını o səbatsız surətlə idarə edən
ziyalılara məhəl qoymur, cəmaətdən ayrı, kəndi
başına iş görüyor.
Özbaşına uyuyub duruyor. Mənafei-milləti
müdafiə edəcək ziyalılar da fürsəti
qaçırıyor. Vəqtində deyiləcək sözləri
deyəmiyor. Hərəkətsizlik, əməlsizlik göstəriyor.
Flan-flan ediyor. Flan-flan etmiyor – diyordıq.
Fraksiyada bu məsələdə
özünü müdafiə ilə cəmaət bizə
kömək etmiyor. Milli və siyasi məsələlərdə
ziyalılarımız qəflət və səhlənkarlıq
göstəriyorlar. Bizi xəbərsiz, məvadsız
buraxıyorlar, bizə əhəmiyyət vermiyor, yardım
etmiyorlar. Siyasi bir kəmaldan uzaq olduqlarını göstəriyorlar
və nə ediyor, nə etmiyorlar – deyə cəmaəti, cəmaət
xadimlərini məzəmmətliyordu.
Əlbəttə, bu tərəfin də,
o tərəfin də qüsuri yox degildir. Əlbəttə,
qüsurun çoxu yenə fraksiyadıdır. Nə isə,
burası artıq məclisdən xaric olunmuş bir kəsge,
fraksiya rəisinin son müraciətnaməsi, axır ki, ricəti
artıq bura biri-birini töhmətləndirmək məsələsini
ruzinamə müzakirəsindən (poryadok dınya –
danışıq tərtibi) çıxarmış oluyor.
İmdi fraksiyanın dəvətinə səmimiyyətlə
“ləbbeyk” deyib də işə girişməlidir.
Bu vəqtə qədər dumanın bir az
sonra açılsa da, ancaq “büdcə” məsələsi ilə
məşğul olacağı düşünülüyordu.
Yeni təyin olunan baş vəzirin “N.V.” qəzetəsinin
verdigi xəbərə görə, verdigi bəyanatdan
anlaşılıyor ki, duma daha sorunclu bir müddət
üçün açılacaq. Xüsusi surətdə
alınan teleqraflardan da görünür ki, kənar vilayətlərə
zemstvo verilmək və lehistanlılar həqqindəki qanuni təhdidlərin
qaldırılması kibi məsələlər dəxi dumaya
gətirdiriləcək. Hələ kəlisa prixodları ilə
maliyyə qanun layihələrinin də dumada müzakirə
olunacağı ehtimalı dumanın hər halda daxili məsələlərə
baxacağı təxminini qüvvətləndiriyor. Buna
görə də fraksiyanın müraciəti bir az da əhəmiyyət
qazanıyor. Bir az da ciddiyyət tələb ediyor.
Əsas etibarı ilə qeyri-müəyyən
olmayan milli tələblərimizin cəmaət əksəriyyətinin
belə anlayacağı bir surətdə müəyyən bir
şəklə salınması üçün duma
yığıldımı, yığılmadımı zatən
hər zaman bəhs etmək istəmək lazımdır. Madam
ki, biz də özümüzü bir millət hesab ediyoruz,
madam ki, biz də mədəni bir cameyyət meydana
çıxarmaq istiyoruz, madam ki, biz də “var” olmaq istiyoruz, Sədri
Əfəndinin dedigi kibi hüquqlarımızı bilməliyiz.
Bu nöqteyi-nəzərdən
fraksiyanın müraciəti cəmaətin geniş dairəsi
olmasa da, əsil məarif qismi mütləqa soruşub
danışmalı “var” olması istənilən
“yoxlar”ımızın təyinində əqil-əqlə verməlidirlər.
Fəqət nədənsə bu kibi
mühüm bir məsələdə mətbuatın da
neçə gündən bəri dəvətlər, təşviqlər
yazılıb gəlməkdə ikən, bu günə qədər
Bakıdan bir əsər görülmiyor. Bir neçə
gün əvvəl bu xüsusda gözəl bir təşəbbüs
fikrinin icra edilmiş olduğunu eşitdik. Fəqət
gözlədik. Bu günə qədər əsəri daha
görülmədi.
Fəqət halə məyus olmuyalım.
Biliriz ki, “Əl məcəllətə min əməli-şeytan”
lətifəsi hala bizim əsəblərimizə boşluq verməkdən
əl götürmüşdür.
Təfəkkilov cənablarının
müraciətnamələrində işarə etdigi məsələlər
haqqındakı təsəvvüratımızı başqa
bir nömrəyə təxir edərək kəndilərinə
aid olanlara müraciətlə bu xüsusda görüləcək
təşəbbüsatı gecikdirməmələrini
tövsiyə edəriz.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 22 yanvar 1916, ¹92
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.- 2012.-
10 mart.- S.26-27.