“Ağdam-80”:
dünəndən bugünə, bugündən sabaha yadigar kimi
Şair
düz deyib: “Dünya sənin, dünya mənim, dünya
heç kimin”. Gəlirik, gedirik. Bir ömür payını hərə
bir cür yaşayır. Yerin səthi bir olmadığı
kimi, adamlar da bir boyda, bir ölçüdə, bir xasiyyətdə
olmurlar. Lakin hər bir adamın ömrü o zaman mənalı
olur ki, aydın məqsəd yolunda inamlı addımlar
atır, yerişinə-duruşuna, hərəkətinə
fikir verir, niyyəti saf, əməlləri düz olur.
Bu cəhətdə fikir verənlər isə həmişə həyat yollarında uğur qazanır, yaxınların-doğmaların, dost-tanışların, xalqın, dövlətin sevimlisinə çevrilir.
Hamı kimi, mənim üçün də belə gözü-könlü tox, quran, yaradan, tikən, işıqlı ziyalı ağdamlıların istəklisinə çevrilən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovdur. Nizami Sadıqovun həyatının bir hissəsi hamı kimi mənim üçün də uzaqdır. Ancaq eşitdiklərim bunlardır:
Əsl ağdamlıdır. Uzun müddət respublikanın rayonlarında rəhbər vəzifələrdə çalışıb, polis rəisi olub, dövlətçiliyin keşiyində dayanıb, gözü-könlü tox adam olub, xeyir-şər yaraşıdı olub, əli açıq, səxavətli olub, cəarətli olub, heç kimdən qorxusu olmayıb, haqq-ədalət tərəfində olub, əlsiz-ayaqsızlara kömək edib, xeyriyyəçiliklə məşğul olub, yol kənarlarında su çəkilib, bulaq düzəltdirib, qonaqpərvər-çörəkli adam olub.
Gördüklərim isə hamının gördüyüdü, görünənlər isə əvvəlkilərdən fərqi ondadır ki, görülənlərin ideyası, layihəsi Nizami müəllimin öz əli ilə düzəltdikləridir.
Baxt-tale yerimizdən-yurdumuzdan
ayrı saldı. Yurd yerlərimizi
– müqəddəs torpaqlarımızı
itirdik. Doğma torpaqlarımızın xeyli hissəsi bu gün ermənilərin
işğalı altındadır.
Lakin biz əl-ayağımızı bağlayıb
sakit durmuruq, işləyirik, çalışırıq.
Dünən adi bir kənd olan Quzanlı, bu gün yaraşıqlı
bir qəsəbədir.
Qəsəbənin inkişafı həm
də dövlət nəzarətindədir. Ölkə Prezidenti
İlham Əliyevin sərəncamı ilə
son üç ildə
rayonun sosial-iqtisadi inkişafı üçün
9 milyon manat pul ayrılıb. Bu gün Quzanlıda
– yeni salınan qəsəbələrdə adamların
yaşaması üçün
yaraşıqlı binalar
– mənzillər, torpaq
sahələri, istifadəyə
verilmiş məktəblər,
xəstəxanalar, rabitə
şöbələri, inzibati
binalar, uşaq bağçaları göz
qamaşdırır. İndi ərazidə
qaz, işıq, su problemləri həll olunub. Bu gün qəsəbədə
gedən dinamik inkişaf, mədəni həyatın bütün
sahələrinin, çiçəklənməsi
– doğma Ağdamımıza
qayıdışın işığıdır.
Bunu ağdamlıların öz
doğma (Ağam) torpaqlarına dönüşünün
başlanğıcı hesab
etmək olar.
Ağdam bu gün yaşayır,
işləyir, həyat
qaynayır. Bunların hamısı ölkə
Prezidentin İlham Əliyevin rəhbərliyi
altında Nizami müəllimin müdrikliyi,
işgüzarlığı ilə həyata keçirilir.
Bu günlərdə Nizami müəllimin ideyası və seçimi ilə nəfis şəkildə nəşr
olunan “Ağdam-80” jurnalı-kitabı
ağdamlılar üçün
baş ucalığıdır,
böyük var-dövlətdir,
tarixdə qalacaq qiymətli xəzinədir.
Kitabda ulu öndərimiz Heydər Əliyevin, hörmətli
Prezidentimiz İlham Əliyevin ağdamlı günlərə aid şəkilləri
xüsusi yer tutur. Habelə kitabda sayılıb-seçilən
elm adamları, alimlər,
şairlər, yazıçılar,
əmək-müharibə veteranları,
əmək qəhrəmanları,
müəllimlər, həkimlər,
millət vəkilləri
(haqqında), idmançılar,
muğam ustaları haqqında məlumat vardır.
Vaxtilə SSRİ kimi bir dövlətdə
– Azərbaycanın heç
bir yerində olmayan 20 nəfər Sosialist Əməyi Qəhrəmanı Ağdamda
olub. Qarabağ müharibəsində həlak olan 16 nəfər Milli Qəhrəmanın, Vətən
yolunda həlak olan şəhidlərin siyahısı ilə bu müqəddəs abidə, tarixi and yeridir.
“Min illər ötsə də çıxmayacaq xatirimizdən,
Eldə müqəddəs sayılan
anddır, şəhidlər!”
(R.Qarabağlı)
Hörmətli Nizami müəllim,
sizin əlinizlə düzəldilmiş “Ağdam-80” kitabında şərəfli
Ağdamın dünəni,
bu günü və şanlı gələcəyi var. İdeyası
və seçimi Sizin olan yaxşıların-yaxşısı
“Ağdam-80” kitabı bir
tarixdir, həyatda yadigardır. Siz – Qarabağ nisgilini,
ürəyinizdəki yurd
həsrətini, göynərtisini
yeni qurduğumuz Ağdam təsəllisi ilə ovundurursunuz, həm də adamlarda işləmək,
qurmaq, yaratmaq, vətənə qayıtmaq
ümidi oyadırsınız.
Kitabdan:
Ağdamın səsi,
Ağdamın sərin mehi,
Ağdamın işığı,
Ağdamın göz yaşları,
Ağdamın həzin musiqisi,
Ağdamın iyi,
Ağdamın harayı, çağrısı,
səsi gəlir.
Qarabağın qeyrət qalası
olan Ağdamda görüşmək arzusu
ilə
Səlim ƏZİMOV,
Əməkdar müəllim
525-ci qəzet.- 2012.- 13 mart.-S.8.