Şabranda İmza günü
Martın
10-da Şabran şəhər kitab evində
yazıçı-dramaturq Elçin Hüseynbəylinin yeni
kitabı üçün İmza günü keçirilib.
“Yolayrıcında qaçış” romanı ilə
şabranlıların görüşünə gələn
Elçin Hüseynbəyli rayon ictimaiyyətinin nümayəndələrilə
görüşüb. Tədbirdə rayon rəhbərliyi,
orta məktəb müəllimləri, Şabran Ədəbi Məclisinin
üzvləri iştirak ediblər. Mərasimi rayon icra hakimiyyətinin
başçısı Novruz Novruzov açıb. O, İmza
gününü əlamətdar hadisə kimi qiymətləndirib,
qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi kitaba
olan marağı artırır, insanların
dünyagörüşünü zənginləşdirir.
Yazıçı Aydın Tağıyev Elçin Hüseynbəylinin
tanınmış yazıçı olduğunu bildirib və
İmza gününün ilk olaraq Şabranda keçirilməsini
qürurverici hadisə adlandırıb. E.Hüseynbəyli qısa
çıxışı zamanı “Bölgələrdə
imza günü” layihəsinə ilk reaksiya vermiş rayon rəhbərliyinə
və ictimaiyyətinə təşəkkürünü
bildirib. “Şabran qədim ənənələrə
sayğısı ilə fərqlənir. Bu hadisə isə
göstərdi ki, şabranlılar həm də yeni ənənələrə
dəstək verir və onun inkişafında
maraqlıdırlar” – deyə yazıçı qeyd edib. Sonda
E.Hüseynbəyli kitabları imzalayıb və oxucularla xatirə
şəkli çəkdirib. “Yolayrıcında
qaçış” romanı “Qanun” nəşriyyatında
çap olunub. Yazıçı burada qloballaşan dünya,
onun fəsadları və çaşmış insanların
taleyini qələmə alıb.
525-ci qəzet.-
2012.- 13 mart.-S.7.