Almaniya-Azərbaycan münasibətlərinin dərin kökləri

 

Almaniya-Azərbaycan əlaqələrinin kökləri təxminən XV əsrə təsadüf edir. XV-XVI əsrlərdə Azərbaycan ərazisinə səfər etmiş səyyah, alim və diplomatlardan Şitilbergi, Tektanderi, Olariusu və Kempferi xüsusi qeyd etmək istərdim. Əgər A. Olarius Şamaxıda yaşadığı və çalışdığı dövr haqda az da olsa yazmışdısa, E. Kempferin Azərbaycana səyahəti haqqında Britaniya muzeyində saxlanılan əlyazma və əl ilə çəkilmiş şəkilləri Azərbaycan tarixinə və mədəniyyətinə maraqdan irəli gəlir. Latınca yazılarında o dövrün tarixini, memarlığını, adət-ənənəsini, ticarət əlaqələrini, ümumiyyətlə azərbaycanlıların həyat tərzini əks etdirib. Bu baxımdan alman alimi Dr. Lothar Vaisla (Dr. Lothar Weiss) azərbaycanlı alim Kamil İbrahimovun birgə apardıqları araşdırmalar və yaxın zamanlarda çox maraqlı bir kitabın ərsəyə gəlməsi Azərbaycan tarixinə və mədəniyyətinə verilən dəyərli qiymət olacaq.

Heç təsadüfi deyil ki, 1819-cu ildə əsasən də Baden-Wüttenberg torpağından beş minə yaxın alman ailəsi yaşamaq üçün Azərbaycana pənah gətiriblər. Onlar qısa müddət ərzində Azərbaycanın qərbində o dönəmki Gəncə quberniyası ərazilərində məskunlaşıb. Almanların əsasən yaşadıqları Helenendorf (Göy-göl) və Ananfelddə (Şəmkir) ərazilərində məktəb, kilsə, şərab fabriki, Siemenslərin Gədəbəydəki mis mədənləri Azərbaycanda cəkilən telefon xətti, dəmiryol və körpülər XIX əsrdə ilk yadda qalan infrastruktur layihələrindən olmuşdu.

XX əsrin əvvəllərində Azərbaycanda neft bumu ərəfəsində Bakıda alman texnologiyası sənayenin müxtəlif sahələrində uğurla tətbiq olunmuşdu. Buna misal olaraq bu gün də öz dəqiqliyi ilə çalışan “Şorlar” su kəməri Almaniyadan gəlmiş mühəndis V. Lindleyin (W.Lindlei) 1917-ci ildə ərsəyə gətirdiyi yaddaqalan tarixi layihələrdəndir

Məhz bu tarixləri yaşatmaq üçün 2008-2010-cu illərdə Alman-Azərbaycan cəmiyyətinin xətti ilə Ştutqartın Xarici Əlaqələr İnstitutunda (İFA), Tbilisidə Höte İnstitunda, Bakı Slavyan Universitetində və Moskvada Almanların mədəniyyət mərkəzində “Almanlar Azərbaycanda” beynəlxalq konfransfoto sərgiləri onların Azərbaycanda yaşamalarının 190 illiyi münasibətilə gerçəkləşmişdi. Konfransda çıxış edənlər tərəfindən vurğulanmışdı ki, Alman-Azərbaycan dostluqqonşuluq ünsiyyətləri bu güno dövrü xatırlayanların yaddaşından silinməyib.

2008-ci ildə Bakı Slavyan Universitetində açılan Humbold (Humboldt) adına Alman tədris və mədəniyyət mərkəzi demək olar ki, alman alimlərinin və səfirliyin mütəmadi tələbələrlə görüşlərin keçirdikləri məkana çevrilib.

Məhz Bakı Slavyan Universiteti Mainz Guttenberq Universiteti ilə birgə layihəsi olan “Dədə Qorğud” və “Nibelunglar nəğməsi” eposlarının oxşar cəhətlərinə həsr olunmuş iki konfrans partnyor dost şəhərlər olan Bakıda və Mainzda gerçəkləşib. Bu layihənin ərsəyə gəlməsində xidməti olmuş Prof. Kamal Abdullayevin, Prof. Hendrix BoeshoteninProf. Ziqlinda Hatrmanın (Sieglinda Hartmann) əməklərini xüsusi qeyd etmək yerinə düşərdi.

Drezden şəhər kitabxanasında 99 nadir qədim kitabın saxlandığı əsərlərdən biri türk dünyasının “Dədə Qorqudeposunun Fridrix von Ditsin (Fridrich von Ditz) tərəfindən tədqiqatının 195 illiyi münasibətilə çap olunan toplunun təqdimatında çıxış edənlər arasında məşhur futbol mütəxəsisi Berti Foqtsda (Hubert Fogts) öz fikirlərini söyləmişdi. Tədbirdə çıxış edənlər arasında Humbold mükafatçısı Münhen Universitetinin Prof. Maqsud Əfəndiyev bu məcmuanın əhəmiyyətindən danışmışdı. Əsasən Almaniyanın Leypsiq (Leipzig) dövlət kitabxanası, Halle şəhər universitet kitabxanasında saxlanılan Azərbaycanla bağlı kitablardan tədqiqatçı alim və tələbələr istifadə etməkdədir.

Berlin Azad Universitetinin (Berlin Freie Universitet) türkologiya fakultəsi, Manhaim Sosial Tədqiqatlar İnstitutunda, digər tədris və elm ocaqları ilə yanaşı, Berlin Humbold Universitetində (Berli Humboldt Universitet) 2010-cu ildə yaranan Azərbaycan tarixi bölümü isə iki ölkə arasında aparılan tədqiqatlarda önəmli rol oynayır.

Berlin etnologiya muzeyində saxlanılan Azərbaycanın sədəfli musiqi alətləri, şüşə şəbəkələr, papaqlar, geyimlər və xalıları muzey ziyarətçilərinin marağına səbəb olmaqla yanaşı Dr. İnqrid Şindelbekin rəhbərliyi ilə tədqiqat üçün əlverişli bir guşəyə çevrilib.   Heç təsadüfi deyil ki, 14 ay Şəkinin İncə kəndində ailədə yaşamış Dr. İnqrid Şindelberq tədqiqatların yekunu olaraq “Ailə, dinqohumluq” adlı kitabını yazıb.

Diplomatik əlaqələrin qurulduğu ərəfədə 1992-ci ilin aprel ayında Bakıda R.Behbudov küçəsində Alman-Azərbaycan cəmiyyətinin ofisinin önündə ilk dəfə Alman- Almaniya və Azərbaycan bayraqları dalğalanmışdı. Bu bayraqların dalğalanmasının nəticəsi olaraq, Bakıda yaşayan almanlar bir-biri ilə sıx təmas quraraq sonralar Bakıdakı Alman kilsəsində və Kapelhaus mədəniyyət mərkəzində müxtəlif tədbirlərin ərsəyə gəlməsində iştirak etmişlər. Məhz 1992-ci ildə xarici ölkələr arasında Qərbi Avropada ilk Azərbaycan səfirliyi Almaniyada fəaliyyətə başlamışdır. 1996-cı ilin yayında Almaniyaya rəsmi səfər etmiş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu əlaqələrin təməlini qoymuşdur. Bonn şəhərində yerləşən “Petersbergprezident sarayında keçirilən görüşdə ictimai siyasi xadimlərlə yanaşı diaspora nümayəndələrinin də bir araya gələrək tövsiyələrə diqqətlə qulaq asmışlar. Almaniya kansleri Helmut Kolla keçirdiyi görüş H.Əliyevin Alman-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün zəmin yaratmışdır.

Bu səfərin davamı olaraq 2004-2012-ci illər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə Almaniya Federativ Respublikasına səfər edib. Səfər zamanı dövlət xadimləri ilə yanaşı Almaniya kansleri A.Merkellə görüşü, K.Adenauer fondunun təşəbbüsü ilə Berlində təşkil olunmuş “Azərbaycan XXI əsrdə-inkişaf və perspektivlər” konfransındakı siyasi çıxışı, ertəsi gün isə iqtisadi forumda da məharətlə çıxış edərək salonda əyləşənləri valeh etmişdi.

Cənab İlham Əliyev Almaniyaya rəsmi səfərləri ilə yanaşı bu illər ərzində Azərbaycana gəlmiş, Almaniyanın xarici işlər nazirlərini və digər rəsmi qonaqları da Bakıda qəbul edib.

2012-ci ilin fevral ayında Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında çıxış edərək salondakıları öz məzmunlu nitqi ilə valeh etmiş və yerdən savadsız sual verən tədqiqat institutunun rəhbərinə layiqincə cavab vermişdir.

Münhen konfransı ərəfəsində cənab İlham Əliyevin tanınmış siyasi xadim Genserlə Genşerlə (Genscher) görüşü, aparılan dialoq Azərbaycana qərb ölkələrinin enerji marağına rəğmən, Almaniyanın ölkəmizə stabil münasibəti dəyişməz olaraq qalmaqdadır.

H.Əliyev fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 2011-ci ildə Almaniyaya səfəri zamanı Berlində Azərbaycanın incəsənət ustalarının konserti və rəsm əsərlərinin təqdimatı və ölkələr arasında əlaqələrin dinamik inkişafına yönələn işlərdəndir.

Dünya çapında öz milli musiqisi ilə tanınan Azərbaycan muğamının mahir ifaçısı Alim Qasımov UNESCO mükafatını məhz 1999-cu ildə Almaniyanın Axen şəhərində almışdır.

Berlində Qotfrid Benn (Gottfried Benn) adına kitabxananın bağçasında Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ziyarəti, bu ərəfədə almaniyalı ictimai xadim Rolf Künşün (Rolf Künsch) Xocalı faciəsinə həsr olunmuş kitabının təqdimatının keçirilməsi böyük əks-səda yaratmışdır. Ümumiyyətlə Azərbaycanın haqq sözü hələ 1990-ci ilin qanlı yanvar hadisələri zamanı Bonnda Badqodorsberqdə keçmiş SSSR-i səfirliyi qarşısında keçirilən etiraz aksiyasında oradakı soydaşlarımız tərəfindən qəbul olunan qətnamələr böyük dünya dövlətləri başçıları ilə yanaşı BMT-nin baş katibinə də ünvanlanmışdır. O dövrlərdən başlayaraq istər 20 Yanvar qırğını, istərsədə 26 fevral Xocalı soyqırımına etiraz aksiyaları mütəmadi olaraq Almaniyanın müxtəlif şəhərlərində keçirilməkdədir.

Zigen Universitetinin professoru Rudiger Kipkenin “ Ermənistan Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabının təqdimatı məhz “almaniyada Xocalı günləri” silsilə tədbirləri çərçivəsində Berlində təqdim olunub.

Müasir dövrümüzdə əsasən alman texnologiyaları ilə qurulan fabrikzavodlarla yanaşı, sosial sferada elm, təhsil, idman ocaqlarından başqa əsasən həmçinin müasir tibb mərkəzləri ən son avadanlıqlarla təchiz olunub. Əgər Qarabağ müharibəsi dovründə yaralıları məcburiyyətdən Almaniya klinikalarına yollayırdılarsa indi isə Azərbaycanda çalışan alman həkimlərin sayı günbəgün artmaqdadır.Əlbəttə beynəlxalq təcrübəyə əsasən gənc mütəxəsislərin alman klinikalarında hazırlıq keçmələri də iki ölkə arasında qurulan əlaqələrin əsas istiqamətlərindəndir.

Qısa müddətdə beynəlxalq müstəvidə tanınan Azərbaycan Diplomatik Akademiyasının magistrlarına Almaniyanın aparıcı mütəxəsisləri tərəfindən tədris proqramının keçirilməsini də qeyd etmək yerinə düşər.

Azərbaycan Milli Kitabxanasında saxlanılan bir neçə min qədim alman kitabları isə Almaniyanın SES təşkilatının mütəxəsislərinin dəstəyi ilə öyrənilmiş və oxucuların bu kitablardan rahat istifadə etmələrinə şərait yaratmışdır.

Əgər XX əsrin sonlarında Bakıda neft bumu ərəfəsində daha çox ingilis dili öyrənilirdisə, son zamanlar alman dilinə olan maraqalman universitetlərində azərbaycanlı tələbələrin say çoxluğu, azərbaycanlı gənclərin Avropanın mərkəzində yerləşən Almaniyaya üstünlük vermələri bu ölkəyə olan sevgilərindən irəli gəlir.

XXI əsr dünyada qloballaşma prosesi, xalqların inteqrasiyası, elmi texniki potensial, informasiya texnologiyaları, siyasi iqtisadi və mədəni əlaqələr ölkələr arasında yaranmış münasibətləri əks etdirir. Bu baxımdan son zamanlar seyr edilən inteqrasiya münasibətləri daha çox beynəlmiləlçilik xarakteri daşıyır.

Avropa Şurasına üzv olan ölkələr arasında Azərbaycan Respublikası Avropa məkanında qəbul olunmuş qanunlara uyğun olaraq vətəndaşlarının firavan həyat tərzi üçün öz iqtisadi potensialından səmərəli istifadə etmək məqsədi ilə müxtəlif beynəlxalq layihələrlə yanaşı sosial inkişaf konsepsiyası ilə digər MDB məkanı ölkələrindən fərqlənir.

Avropanın şərqində yerləşən Azərbaycan Respublikası qərblə şərq arasında körpü rolu oynamaqla torpağının sərvəti olan karbohidrogen ehtiyatlarından səmərəli istifadə edərək üç böyük layihənin gerçəkləşməsində əməli işi ilə yadda qalıb. Əsrin nəhəng layihələrindən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişsə, Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi şərqlə qərb arasında nəqliyyat dəhlizinin fəaliyyətə başlanması yaxın zamanlarda gerçəkləşəcək.

Birləşmiş Millətlər Təşkilatına qeyri-daimi üzvlüyə qəbul olunan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Meksikada keçirilən “Böyük 20”-lik ölkələrinin toplantısında çıxış etmiş, MDB məkanından dəvət olunmuş yeganə dövlət olaraq Avropanın enerji təhlükəsizliyində rolu olan potensiallı ölkə imicini qazanmışdır.

Beləki, Azərbaycan Almaniya diplomatik əlaqələrinin 20 ili ərzində münasibətin inkişaf dinamikası yüksələn xətt üzrə artmaqdadır.

Əlbəttə bu əlaqələrin artmasında Bakıda çalışmış alman səfirlərdən Mixail Şmunkun (Michael Schmunk), Detlef Lingemanın (Detlef Lingemann) və Peer. K. Stankinanın (Peer. K. Stanchina) xidmətlərini xüsusilə qeyd etmək istərdim.

Hal-hazırda missiyalarını davam edən səfirlər Pərviz ŞahbazovHerbert Kvellenin (H. Kwelle Kvelle) iki ölkə arasında əlaqələrin inkişaf dinamikasında məhsuldarlıqla çalışmaları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır desək yanılmarıq. Azərbaycanın paytaxtını seyr etmək üçün Dağüstü Parka gedən hər bir qonaq orada Alman-Azərbaycan dostluğunu əks etdirən bağla rastlaşır. Məhz orada əkilən ağaclar Alman və Azərbaycanın ictimai xadimləri, alimləri və tələbələri tərəfindən ərsəyə gəlib. Bu ağaclar Azərbaycan Almaniya əlaqələrinin möhkəm bünövrəsi kimi daim yaşayacaq.

 

 

Çingiz Ə.Abdullayev

Kulturologiya elmləri doktoru,

Bakı Slavyan Universitetinin professoru,

Alman-Azərbaycan Cəmiyyətinin sədri

 

525-ci qəzet.- 2012.- 13 mart.-S.2.