Fəzail Ağamalı: “ATƏT-in Minsk qrupu formatından imtina olunmalıdır

 

Müsahibimiz Milli Məclisin (MM) üzvü, Ana  Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalıdır 

 

Fəzail bəy, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərini reallaşdırdı. Sizcə, heç olmasa, bu səfərin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət bir təsiri ola bilərmi, olacaqmı? 

Mən ATƏT-in Minsk qurpundan işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı hər hansı bir konstruktiv, ciddi nəticə verə biləcək təklif addım gözləmirəm. ATƏT-in Minsk qrupunun fəaliyyətinin mahiyyətində status-kvonun saxlanılması dayanır bu da nəticə etibarilə Ermənistanın maraqlarına xidmət edir. Ona görə mən dəfələrlə bu fikrimi söyləmişəm,indi bir daha təkrar edirəm ki, ATƏT-in Minsk qrupu bu 20 illik fəaliyyəti haqqında, ATƏT-in Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri barədə ATƏT-in Minsk qrupu qarşısında hesabat verməlidirlər bu hesabatda düşünürəm ki, çox şeylər bəlli olacaq.

Bu format dünyanın ayrı-ayrı dövlətləri tərəfindən dəstəklənsə , ayrı-ayrı beynəlxalq təşkilatları səviyyəsində buna müsbət qiymət verilsə , nəticə etibarilə Minsk qrupunun fəaliyyəti birmənalı şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə xidmət etmir . Odur ki, ATƏT-in Minsk qrupu formatından imtina olunmalıdır, məsələ keçməlidir birbaşa Birləşmiş Millətlər Təşkilatının himayəsi altına. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müvafiq maddələri var. Təcavüzkar dövlət onun qəbul etdiyi qətnamələri qəbul etməyəndə, onda BMT bu ya digər dövlətə, bu ya digər quruma, bu ya digər hərbi birləşməyə mandat verir , ona həmin problemi həll etməsi səlahiyyətini tapşırır beləliklə məsələ həll olunur. Necə ki, Yuqoslaviyada baş vermiş hadisələr zamanı biz bunun şahidi olduq. Necə ki, Əfqanıstanda həmin mandatla NATO fəaliyyət göstərir sair.

Belə olan təqdirdə , Minsk qrupundan mənə elə gəlir ki, imtina edilməlidir, biz məsələni BMT çərçivəsinə, BMT səviyyəsinə qaldırmalıyıq. Ola bilsin ki, onda artıq məsələnin sülh yolu ilə həlli mümkün ola bilər. Yox əgər belə davam edərsə, mən tam əminəm ki, müharibə qaçılmazdır.

Bəs bu imtina etmənin, yəni, ATƏT-in Minsk qrupundan münaqişənin həllinin alınıb BMT- verilməsinin hüquqi- prosedur qaydası varmı? 

Əlbəttə, var. Düşünürəm ki, Minsk qrupundan imtina olunandan sonra BMT səviyyəsində bu məsələni qaldırıb onun səlahiyyətinə bu məsələ verilə bilər. Çünki BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, hüquqi baza var hüquqi baza əsasında biz məsələni bir daha BMT- qaldıra bilərik. Biz indi oranın həm qeyri-daimi üzvüyük, düşünürəm ki, bunun da ciddi əhəmiyyəti var. Əgər bu olmazsa, ATƏT-in Minsk qrupu həmsədrləri yenə , necə deyərlər, öz ölkələri qarşısındagəldim, regiona getdimbəyanatını verməklə səfərlərini davam etdirərlərsə, mən tamamilə əminəm ki, müharibə qaçılmazdır. 

Müharibə qaçılmaz olarsa, Azərbaycan bu müharibəni reallaşdırmağa imkanı varmı eyni zamanda, buna beynəlxalq güclər imkan verərlərmi? 

Mən düşünürəm ki, Azərbaycanın buna tam real imkanı var. Bu yaxınlarda TRT- verdiyi müsahibədə cənab prezident bu məsələylə bağlı kifayət qədər ciddi, sərt inamlı fikir söylədi. Azərbaycanın bu gün istər iqtisadi potensialı, istər hərbi potensialı, istər maliyyə potensialı, istər insan resursları Ermənistandan qat-qat çoxdur. Biz düşünürük ki, burada təhlükəli məqam Rusiya ola bilər əgər Azərbaycan öz sərhədləri çərçivəsində öz suverenliyini təmin edirsə, necə ki, vaxtilə Rusiya, Çeçenistan da öz suverenliyini təmin etdi, biz o səlahiyyətə malikik. Addım atsaq, düşünürəm ki, Rusiya bunun üçün Azərbaycanın sərhədləri çərçivəsində gedən müharibəyə hər hansı müdaxilə etmək hüququna malik deyil, hətta, Ermənistanla bağlanmış olduğu müqaviləyə görə, müttəfiqliyə görə sair ilaxır.

Buna onun səlahiyyəti çatmır. Çünki beynəlxalq hüquq, hüquq sistemi bütövlükdə Azərbaycanın tərəfindədir. Ona görə müharibə başlanarsa, burada beynəlxalq təşkilatların söz deməyə əsası yoxdur. Çünki artıq 20 ildən yuxarıdır Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində bu məsələni qaldırır. BMT-nin dediyim kimi, Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməyib. Avropa Şurasında məsələ qaldırılıb, onların qətnamələri var. ATƏT- bu məsələ dəfələrlə qaldırılıb. ATƏT-in Minsk qrupunun həmsədrləri burada bu işlə 20 ildir məşğul olur. Dünyanın, demək olar ki, bütün dövlətləri Ermənistanın Azərbaycanı işğalı faktını bilir, bəziləri bunu etiraf edir, bəziləri etiraf etmir, bu məsələnin başqa tərəfi. Faktiki olaraq, 20 ildən artıqdır Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır.

Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirmirsə, onda Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə daşıyır belə bir səlahiyyətə malikdir . Biz müharibə edəriksə, dünyanın istənilən bir ölkəsi ya beynəlxalq təşkilatı Azərbaycanı bu ya digər şəkildə qınaq meydanına çevirə bilməz, qınaq hədəfinə çevirə bilməz. Bu, bizim çünki haqqımızdır. Eyni zamanda, ola bilsin ki, prezidentimizin dediyi kimi, qan tökülməsinə hələlik bəlkə ehtiyac yoxdur. Ola bilsin ki, məsələ sülh yolu ilə həll oluna bilər sair. Ancaq qədər ki, işğalda iştirak edən dünən Köçəryan, bu gün Sərkisyan hakimiyyətdədir, mən düşünmürəm ki, problem sülh yolu ilə həll olunsun.

Ola bilsin ki, bu işğalda iştirak etməyən yeni qüvvələr Ermənistanda hakimiyyətə gələrsə, bəlkə o zaman Ermənistan konstruktiv mövqe nümayiş etdirə bilər.

 

 

KAMİL

 

525-ci qəzet.- 2012.- 13 mart.-S.4.