İsmayıl Ömərov: “Ermənistan təmsilçisinin Azərbaycanda çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi”

 

“İNANMIRAM Kİ, BU YARADICI İNSANLARIN QƏRARIDIR...

 

İctimai Televiziya Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovun APA-ya müsahibəsi 

 

Ermənistan ictimai yayımçısı Bakıdakı “Eurovision-2012” şousunda iştirakdan imtina etdi. Buna münasibətiniz necədir? 

– “Eurovision” Mahnı Müsabiqəsində hər bir dövlət iştirakına özü qərar verir. Məsələn, Polşa da builki müsabiqədə iştirak etməyəcəyini bildirib bunun Polşada keçiriləcək 2012-ci il Futbol üzrə Avropa Çempionatına hazırlıqla bağlı olduğunu açıqlayıb. Amma Ermənistan müsabiqədə iştirakını əvvəlcə təsdiqləsə , sonradan Bakıya gəlməkdən imtina etdi bunun səbəblərini bir-birinə zidd əsassız arqumentlərlə əlaqələndirdi, məsələni siyasiləşdirməyə başladı. Məncə, Ermənistan yaradılmış şəraiti obyektiv qiymətləndirib, bu böyük mədəniyyət layihələrində iştirak etsə, daha yaxşı olardı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu ölkənin müvafiq qurumları “Eurovision” şousuna hazırlıq işi ilə deyil, öz iştirakının olub-olmamasından bir şou yaratmağa çalışır. 

Ermənistan İctimai Televiziyası martın 8-də bəyanat verərək Bakıdakı “Eurovision” şousuna gəlməmələrini Prezident İlham Əliyevin bir neçə gün əvvəlki çıxışı ilə əlaqələndirib. Ermənistan tərəfinin fikrincə, Azərbaycanın dövlət başçısı bütün dünya ermənilərini Azərbaycan xalqının düşməni adlandırıb. Bu bəyanatdakı fikirlər dərəcədə həqiqətə uyğundur? 

Əvvəla qeyd edim ki, Prezident cənab İham Əliyev heç vaxt erməni xalqını düşmən adlandırmayıb. İşğal faktına, işğal edilən ərazilərdə insanların kütləvi şəkildə qətlə yetirilməsinə görə erməni xalqı yox, Ermənistan dövləti ayrı-ayrı şəxslər məsuliyyət daşıyır. bu fikir cənab prezident tərəfindən dəfələrlə səslənib. Ermənistan ictimai yayımçısının açıqlamasından bir qədər öncə, fevralın 24-də Ermənistan mediasında bir qrup müğənninin adından bəyanat yayıldı. Onlar Bakıda keçiriləcək müsabiqəyə bir başqa səbəbdən gəlməyəcəklərini bildirmişdilər bəhanə kimi fevralın 23-də cəbhə xəttində Ermənistan ordusunun əsgərinin öldürülməsini əsas gətirirdilər. Bu bəyanatdan sonra ölkənin Müdafiə Nazirliyi cəbhə xəttində əsgər Albert Adibekyanın Azərbaycan ordusunun snayperi tərəfindən deyil, öz əsgər yoldaşıİqnat Eqibaryan tərəfindən öldürüldüyünə dair açıqlama verdi.

Bu bəhanə işə yaramayanda Ermənistan başqa bir bəhanə tapdı bu da əvvəlki kimi əsassız oldu. Yeri gəlmişkən, martın 7-də, Ermənistan ictimai yayımçısının rəsmi açıqlaması ilə eyni gündə “New York Times” qəzetində məqalə yayımlandı bildirildi ki, Ermənistan müsabiqədə cəbhə xəttində baş vermiş insidentə görə iştirak etmir. Gördüyünüz kimi, Ermənistan tərəfindən müsabiqədən imtina ilə bağlı yerli beynəlxalq mediaya ötürülən əsassız informasiyalar ziddiyyət təşkil edir onların öz rəsmi qurumları tərəfindən təkzib olunur.

Ermənistan digər bütün ölkələrlə birlikdə qaydalara uyğun olaraq yanvar ayında iştirakını təsdiq etmişdi. Bəs bu qərar niyə dəyişdi? 

Müsabiqənin qaydalarına uyğun olaraq, Azərbaycan rəsmi şəkildə Avropa Yayımları Birliyinə iştirakçıların təhlükəsizliyi sərbəst fəaliyyəti ilə bağlı zəmanət məktubu təqdim edib. Bu, çox məsuliyyətli ciddi bir sənəddir. Təbii ki, bu barədə bütün iştirakçı dövlətlər, o cümlədən Ermənistan da məlumatlandırılıb. Eyni zamanda medianın bu mövzuda təşkilatçılara ünvanladığı bütün suallar həmişə çox müsbət cavablandırılıb bütün ölkələr üçün bərabər şəraitin yaradıldığı dəfələrlə vurğulanıb. Buna görə onların iştirakdan imtina etməyə heç bir əsası yoxdur. Qeyd edim ki, görülmüş hazırlıq işləri, təhlükəsizlik tədbirləri Avropa Yayım Birliyi tərəfindən yüksək qiymətləndirilib. Ermənistanın müsabiqədən imtinası ilə bağlı açıqlama verən “Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand belə deyib: “Avropa Yayımları Birliyi ev sahibi yayımçının Ermənistanın mahnı müsabiqəsində rahat iştirakı üçün səylərinə baxmayaraq bizdən asılı olmayan səbəblərdən bu təəssüf doğuran qərar verilib”. Qərarın sonradan dəyişməsi göstərir ki, bu yayımçının verdiyi yox, siyasi qərardır. 

Ermənistanın bu cür anlaşılmaz addımlar atmasının səbəbi nədir? 

Müşahidə olunan bütün proseslər göstərir ki, onlar gəlməyəcəklərini öncədən bilə-bilə təşkilatçı EBU ev sahibi ölkə ilə münasibətlərdə manipulyasiya ediblər. Çünki bütün digər ölkələrdən fərqli olaraq Ermənistanda müsabiqəyə heç bir hazırlıq işi aparılmırdı. Yanvar ayında Ermənistanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bildirmişdi ki, Ermənistan təmsilçisinin kim tərəfindən hansı prosedurla seçiləcəyi hələ müəyyənləşəcək. Yəni, Ermənistan “Eurovision 2012”də iştirak etməməyə qərarlı idi. Sadəcə bunun üçün bəhanə axtarırdı. Bu niyyətini pərdələmək üçün “Eurovision 2012”də iştirak üçün EBU-ya rəsmən müraciət etsə , son anadək müəyyən bəhanələr axtararaq geri çəkilmək, məsələni siyasiləşdirmək istəyirdi. Yaradılan bütün şəraitə baxmayaraq müsabiqədən imtina edib bu məsuliyyəti Azərbaycanın üstünə atmaq cəhdi bizi təəssüfləndirir. 

Ermənistanın ictimai yayımçısı musiqi yarışmasını açıq şəkildə siyasətə qatır. Bundan əvvəl belə addımlarla rastlaşmışdınızmı? 

Ermənistan “Eurovision” Mahnı Müsabiqəsində siyasi təxribatlara bu günədək dəfələrlə əl atıb. Məsələn, “Eurovision-2009”da Ermənistan təmsilçisinin çıxışından əvvəl gedən təqdimat videosunda Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Xankəndindəki abidənin görüntüləri verilmişdi. Azərbaycan tərəfinin müsabiqə təşkilatçılarına müraciətindən sonra bu kadr təqdimat videosundan çıxarılmışdı. Amma müsabiqənin final mərhələsində Ermənistanın verdiyi səsləri elan edən aparıcı Siruşo əlindəki qovluğun üzərində həmin abidənin fotosunu göstərdi. yaxud, Ermənistan bundan əvvəlki “Eurovision” Mahnı Müsabiqələrində iştirak üçün işğal altındakı Dağlıq Qarabağdan olan erməni müğənnisi seçəcəyini beynəlxalq mediada yaymaqla Azərbaycanı təxribata çəkməyə cəhd etdi. Göründüyü kimi Ermənistan durmadan mədəni layihələr çərçivəsində Azərbaycanı təxribata çəkir, məsələni siyasiləşdirir. Digər bir misal, Ermənistan Avropa Yayım Birliyinin Bakıda keçirilən 64-cü Baş Assamleyasının sessiyasında da iştirakını təsdiqləmişdi. Amma bu dəfəki kimi son anda toplantıya bir gün qalmış qərarını dəyişdi. Elə həmin vaxtda da çox əsassız bir arqument gətirmişdilər. Guya Moskvada Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı onları Bakıya buraxmamaq üçün biletlərini cırıb atıb. Bu gülünc arqument həqiqətən baş versəydi, Ermənistan tərəfi bundan böyük qalmaqal düzəldərdi. Yəni bütün situasiyalarda Ermənistan məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa, Azərbaycanı bütün ermənilərə düşmən kimi göstərməyə çalışır. 

Yaradıcı insanların siyasətə qatılmağı mədəni münasibətlərə bu cür layihələrə necə təsir edir? 

– İnanmıram ki, bu, yaradıcı insanların qərarıdır. Yeri gəlmişkən, Ermənistanın “Eurovision-2012” təmsilçisi kimi çıxış etmək istəyən keçmiş bakılı Lusiya Mun ölkənin ictimai yayımçısına müraciət edib və Azərbaycandakı şouda iştirak arzusunu bildirmişdi. Onun sözlərinə görə, musiqi siyasətçilərin nəzarətində olmamalıdır. Deməli, Azərbaycan səhnəsində çıxış etmək istəyən erməni müğənnilər var. Siz medianı və sosial şəbəkələrdəki müzakirələri izləsəniz görərsiniz ki, ermənilərin əksəriyyəti bu qərarın çox yanlış olduğu deyir və ciddi tənqidlər səsləndirirlər. Biz uzun müddətdir ki, Ermənistanla münaqişənin həlli üçün “xalq diplomatiyası”nın faydalı ola biləcəyini müzakirə edirik. Ermənistanın bu cür böyük bir mədəniyyət layihəsindən əsassız şəkildə imtina etməsi və məsələni siyasiləşdirmə cəhdi onların səmimi olmadığını göstərir. Bu qərar ancaq təəssüf doğurur. Ermənistan təmsilçisinin Azərbaycan səhnəsində çıxışı bütün dünyaya bizim birgə sülh mesajımız ola bilərdi. Məsələni hərtərəfli bilən bir şəxs kimi qeyd etməliyəm ki, Ermənistan bu addımı ilə Azərbaycana qarşı deyil, Avropa Yayım Birliyinə də öz münasibətini göstərdi. Az öncə qeyd etdiyim kimi, Ermənistan ictimai yayımçısı Avropa Yayım Birliyinin bizimlə birgə iştirak etdiyi bir çox layihələrində qayda pozuntusuna yol verib. Ümid edirəm ki, bu hadisədən sonra qaydaların hamıya eyni şəkildə tətbiq olunmasının zəruriliyini EBU ailəsinin bütün üzvləri bir daha yaxşı anlayacaq. Qaydalara əsasən, Ermənistana maliyyə sanksiyası tətbiq olunmalıdır. Müsabiqənin yaradıcı hissəsindən danışsaq, bu ölkənin “Eurovision” Mahnı Müsabiqəsinə qatılmamasından şou çox şey itirmir. Biz may ayında dünyaya möhtəşəm bir şou təqdim edəcəyik və Azərbaycanda keçirilən bu şou uzun illər xatirələrdə qalacaq.

 

525-ci qəzet.- 2012.- 13 mart.-S.5.