Pianoçular üçün dərslik

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Akademiyanın rektoru SSSR-i Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşkilatçılığı ilə musiqi məktəblərində tədris alan pianoçular üçün dərslik hazırlanıb. Dərsliyi hazırlayanlar professor Fərhad Bədəlbəyli, professor Oqtay Rəcəbov, dosent Nərminə Quliyeva, professor Yeganə Axundova, elmi redaktorları – professor Oqtay Abbasquliyev, professor Gülnaz Abdullazadə, həmçinin Milli Konservatoriyanın nəzdində olan Respublika gimnaziyasının müəllimi Sevda Əliyevadır.

Bu dərsliyi fortepiano tədrisinin antologiyası kimi də təqdim etmək olar. Belə ki, dərslik gənc musiqiçinin bütün inkişaf pillələrini əhatə edir. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq bu dərslikdə birinci sinifdən on birinci sinfə qədər bütün siniflər əhatə olunub.

Eyni metodika ilə birləşdirilmiş dərsliyə müxtəlif janrlı əsərlər – etyudlar (VII sinfə kimi), polifonik əsərlər, miniatür pyeslər və Azərbaycanın, Rusiyanın və xarici bəstəkarların əsərləri daxil edilib. Həmçinin fortepiano ansamblı üçün də dərslik hazırlanıb. Dərsliyi hazırlayanlar professor Fərhad Bədəlbəyli, professor Oqtay Rəcəbov, dosent Nərminə Quliyeva, professor Yeganə Axundovadır, elmi-redaktorprofessor Oqtay Abbasquliyevdir.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 29 mart.- S.7.