Azərbaycanlı
ifaçı Frankfurtu fəth etdi
Almaniyanın Frankfurt-Mayn şəhərinin Motsart adına Qədim opera konsert salonunda Almaniyanın musiqi kolleclərində, habelə onların xarici ölkələrdəki tərəfdaş universitetlərində təhsil alan və 20 min avroluq mükafat fondu olan nüfuzlu Alman fortepiano mükafatı (Deutscher Pianistenpreis) müsabiqəsinin finalçıları olan səkkiz ən istedadlı pianoçu tələbənin çıxışı olub. Gecə Frankfurtun Beynəlxalq fortepiano forumu tərəfindən təşkil edilib, onun sponsorları sırasında Avropa-Azərbaycan Cəmiyyəti və ARDNŞ də yer alıb.
Frankfurtun meri Petra Rot giriş nitqi ilə qonaqlara müraciət edib.
Sonra nüfuzlu
beynəlxalq münsiflər
heyəti və qonaqlar qarşısında
Azərbaycandan, Gürcüstandan,
Rusiyadan, Koreya Respublikasından və Ukraynadan olan müsabiqə iştirakçıları
çıxış ediblər. Auditoriya
17 yaşlı azərbaycanlı
müsabiqə iştirakçısı,
Bülbül adına
musiqi məktəbinin
və Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının məzunu, Şopenin fa diez minor polonezini
ifa etmiş Toğrul Hüseynlinin çıxışını gurultulu alqışlarla qarşılayıb. Hazırda
Toğrul Köln musiqi
məktəbində Culiard
məktəbinin (Nyu-York)
məzunu, professor Nina Tixmanın yanında təhsil alır.
“Alman fortepiano mükafatı”
müsabiqəsinə qədər
Hüseynli Tbilisi, Minsk və
Qəbələdə keçirilmiş
müsabiqələrdə uğurla
çıxış edib.
GÜNEL
525-ci qəzet.- 2012.- 29 mart.- S.7.