Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev və elmi
işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Bir az da tarixdən: “Ənuşirəvani-adil”
pyesi münasibətilə
Ənuşirəvan ədaləti aramızda məşhurdur. Səxavətdə ərəblərin Hatəmi-Taisi nə qədər bir model kibi təsəvvür olunursa, ədalətdə də iranilərin Ənuşirəvani o dərəcədə, bəlkə daha artıq mərufdur. Bu mərufluq ədəbiyyatımıza nüfuz etmiş, xəlq arasında virdi-zəban olmuş, hər sinif, hər təbəqəmizcə bəllənmişdir. “Məsayihi-Ənuşirəvan” müsəlman aləmində çox intişar etmiş əsərlərdəndir. Ənuşirəvanın ədaləti müsəlman millətləri, bilxassə İran nüfuzuna tabe olanları arasında o qədər sevilmiş, bunun gözəl şöhrəti o qədər ümumiləşmişdir ki, bu xüsusdakı hədisi-nəbəvini bilməyən qalmamış kibidir. Fəxri-kainat əfəndimiz, peyğəmbəri-zişanımız hər zaman Ənuşirəvan kibi adil bir padişahın əsrində doğulduğuna iftixar edərmiş, deyə aramızda sirri-nəbəvidən olduqca məşhur bir fəqərə vardır.
İslam ilə mütədəyyin degil ikən məhzən rəva gördügi ədaləti üzündən kainatın fəxri tərəfindən bu qədər böyük bir ehtirama layiq olan Ənuşirəvanın məhəbbəti müsəlmanlar ürəgində o qədər yer tutmuşdur ki, hətta Ənuşirəvanın cəhənnəmlik olub olmadığı bir məsələ təşkil etmişdir.
Bu qədər mənqəbədar (leqendarnıy) bir adili Mirzə Əbdülrəsulun yazdığı pyes gözlügündən görmək faciəsinə düçar olan bakılı tamaşaçılar şübhəsiz ki, heyran qalmaya bilməzdilər.
“Ənuşirəvani-adil” pyesini (buna pyes demək caiz isə) səhneyi-tamaşaya qoymaq üçün intixab edən “Nicat” məarif cəmiyyəti teatro heyəti əzasından birisi bu xüsusda tarixi bir məlumat ala bilmək üçün evlərində telefonları olan axundlarımızdan bir neçəsinə müraciət etdimsə də kafi məlumat ala bilmədim, dərdini anlatıyordu.
Əbdülrəsul xəlq elədigi, əhməq, səffak, mütərəddid bir “Ənuşirəvan”, boş, aciz, lağlağı bir “Məzdək”, vəzifəsiz, tədbirsiz, dilsiz, ağızsız bir bu “büzürki cümhuri” görənlər gərək bu tarixi simalar və gərək yaşadıqları dövri-tarixə aid iqtidarımız dairəsində bu neçə sətr qaralamayi faidasız görmüyoruz:
Müqtədir və karaşna bir qələm sahibi üçün ən parlaq tarixi bir pyesə ən səlahiyyətdar bir mövzu təşkil edən bu fəqərənin xülasə və fəlsəfəsi bundan ibarətdir:
Məlum olduğu üzrə İranda qədim mədəniyyətcə şahlara bir qüdsiyyət verilirdi. Şahlar Allahın bir güzidəsi olub xəlqin, malın bala-istiqlalı idilər, kefləri nə istərsə o kef müqəddəs idi. Ona tabe olmaq, xaliqin əmrinə boyun qoymaq demək idi. Şah adil olursa, İran qədim dinindəki senaət (ikili) fəlsəfəsincə, yaxşılıq ilahəsi Hürmüzd qalib imiş kibi tələqqi olunub təşəkkür olunurdu. Zalım olursa, yamanlıq ilahəsi Əhrimən günahkar xəlqə müsəlləh olmaq üçün hürmüzdü basmış kibi fikir olunuyor və bu cəbbar qüvvəti rəhmə gətirmək üçün hər bir bəlaya təhəmmül olunuyor. Hürmüzdün təkrar qələbəsi üçün dua və sənalar edilirdi.
Əlbəttə, zalimi başlarından atmaq, Əhrimənin bəlasını uzaqlaşdırmaq üçün xəlq bəzən adət elədigi “dua və səna” dairəsindən çıxıb üsyan da ediyordu. İştə, xəlq ilahənin xilqətdə bir yaradıldığı ilə arada nə dövlətli, nə padşah, nə ağa, nə hakim, malikiyyəti- şəxsiyyə lazım olmadığı ilə bir növ iştirakiyyun (kommunizm) məzhəbi çıxarmaqla İranı hərc-mərcə vermiş olan məşhur “Məzdək” ara-sıra zühur edən üsyanların bayraqdarlarından birisi idi.
Ənuşirəvani-adilin ən böyük şöhrəti işdə bu “Məzdək”i aradan qaldırıb da tərəfdarlarını məhv etməsi ilə olmuşdur. Hətta bu din əhlilərinin nə surətlə məhv edilmələrinə dair tarixin xəbər verə bildigi keyfiyyət bu günki zehnlərcə ədalətə degil, zülmə, qəddarlığa bir nümunə təşkil edər. Məşhurdur ki, Ənuşirəvan məzdəkiləri dərbarinə yığdı. Məzdəki də çağırdı. Böyük bir ziyarət verdi. Yeni məzhəb sahibi olanlar bu otağa toplandıqdan sonra süfrə döşənmiş digər bir otağa getmək üçün birər-birər qapıdan keçdilər və keçdikcə “ədalət” qılıncına çəkildilər. “Məzdəkizm” məsələsini Ənuşirəvani-adil bu surətlə “həll” etmişdir.
Əlbəttə, bu surəti-həll ədalətdən çox uzaqdır. Fəqət Ənuşirəvanı Mirzə Rəsul kibi anadan adil deyə doğulmuş zənn etməməlidir.
Vaxtı ilə adilliyə bir nümunə kibi məşhur olan bu şah hökmüranlığının əvvəllərində olduqca zalım və səffak idi. Onun bu zamanlarında İran bir xarabazar şəkli almışdı. Bunu bizə Şeyx Sədi əleyhirrəhmə anlatıyor. “Bustan”ı oxuyanlar Ənuşirəvan ilə bu zərricümhuri vəzirin səyahətə çıxmış ikən bir xaraba üzərində iki bayquşun oturub da ulamalarına rast gəldiklərini bilərlər. Sədinin hekayəsinə görə şah bu zərrcümhuridən sordu ki, bu quşlar nə söyləşirlər. “Vəzir batədbir” cavab verdi ki, birinci bayquş ikincisindən elçilik ediyor, qızını bənim oğluma nişanla diyor. O da diyor ki, kəbininə neçə xarabə verərsən, cavabında bu biri bayquş söylüyor ki:
“Gər məlik
in əst dər in ruzigar Mən be to viranə dəhəm səd
həzar.”
(Əsrimizdə padişah bu isə, mən sənə
yüz bin xərabə verə bilərəm.)
Ənuşirəvan iki bayquşun
danışığı həqqində vəzirindən
eşitdigi bu təvildən sonra dəgişmiş,
zülmü tərk ilə ədalətə qərar
vermişdir – deyə Şiraz filosofu böylə rəvayət
ediyor.
Bu bir hekayədir. Fəqət rəna surətdə göstəriyor
ki, Ənuşirəvanın həyatında böyük bir dəyişiklik
olmuşdur.
Məsələyə bu surətlə baxınca “Məzdək”
vaqeəsində görülən tənaqüs bir növ həll
edilmiş oluyor.
Demək ki, məzdəkçilik istibdada, zülmə,
məmləkəti hər bayquş qızının kəbininə
yüz minlər xarabə verəcək qədər bərbad
və viran bir hala gətirən qəddarlığa
qarşı bir protestodur, üsyandır. Məhzən
fişar və təzyiqdən çıqma üsyan fikri
olduğu üçün ifratdan da ari degildir. Madam ki, şah zülm ediyor, madam ki, ətrafındakı
hakimlər cabbardır, madam ki, dəhatilərin əməgi
dehqanların kefinə sərf olunurda kəndiləri fəlakət
və səfalətdə qalıyorlar. O halda varsın bunlar
hamısı aradan qalxsın, nə şah olsun, nə hakim, nə
dehqan qalsın, nə dəhati, nə varlı olsun, nə
yoxsul, hər kəs bərabər, hər kəs hər
şeyə sahib olsun, hətta qadınlara da.
Demək ki, istibdaddakı təfrit hürriyyətdə
ifrat doğurur. Hökumətdən sui-istifadə bir
anarşi çıxarıyor.
Zülmə, istibdada, haqsızlığa qarşı
hüzuri ilə məzdəkçilik bir qüvvət, bir həqiqətdir. Ona görə
də tez rəvac tapıyor, bu hürriyyət peyğəmbərinin
tərəfdarları çoxalıyor.
Fəqət zülmə qarşı çıxarkən
Məzdək zülmdən daha bedtər olan ifrata varıyor. Hökumətsizliyi,
başı-başınalığı tərvic ediyor. Bu nöqteyi-nəzərdən ikinci bir zülm, hərc-mərc
araya gəlir.
İştə, Ənuşirəvanın əsl
şöhrəti, əsl qiyməti, əsl ədaləti də
burada görülüyor. O bayquşun dedigindən mütənbeh
olaraq zülmi tərk ediyor. Biliyor ki, artıq
böylə davam etmək olmaz. Xəlqi rəayətə,
elmi tərvicə, ziraəti himayəyə, fəlsəfəni
sevməgə başlıyor. Məşhur
“ədalət zəncirini təsis ediyor”. O zaman Rum
imperatoru “Custinion”un əmri ilə əski
Yunanıstan məbədləri və mədrəsələri
qapadılıb da zühur edən irtica üzündən
qaçıb hər tərəfə pənah aparan Əflatun
şagirdlərindən İrana sığınanların elm və
mərifətlərindən istifadə edərək yunan
ülum və fəlsəfəsini pəhləvicəyə (qədim
farsi) tərcümə etdiriyor. Kəndisindən
iki əsr sonra gələn Mamunun elədigi kibi elmi bəhslər,
münazirə (disput) və mühazirə (leksiya) məclisləri
qurduruyor.Məntiq, tibb elmlərinə əhəmmiyyət
veriyor, azarlıları müalicə və elm-tibbi ögrənmək
üçün Kəndisaburda bimarıstan (xəstəxana) təsis
etdiriyor. Yalnız yunan elmləri ilə də
qalmayıb sankskrit dilindəki elmləri dəxi tərcümə
etdiriyor. Fövqüzzikr bimaristana yunan təbibləri
ilə bərabər Hindistan təbibləri də təyin
olunuyorlar. Tibbi-hindi ilə bəqrati hər
ikisi birdən oxutduruluyor. Tibbidə ən
çox tərəqqi etmiş iki qüvvətin
üsullarını birdən oxutdurmaqdakı mühəssənanın
fərqinə varıyor. Xülasə
dövri-səltənəti İran tarixində parlaq bir
dövr təşkil ediyor.
Öylə münəvvər və adil bir hökumət
əsasını qoyduqdan sonra şübhəsizdir ki, məzdəkçiliyi
qaldırdığı üçün nə xəlq kəndisini
qarğışlıyor, nə də tarix məzəmmətliyor. Çünki
onun qaldırdığı məzdəkçilikdəki
hürriyyət o ədalət tələb edən əvamül
degil, hərci-mərc, hökumətsizlik və anarşizm idi.
Bu yuxarıda söylənilən vəch ilə
məzdəkçiliyin müsbət cəhətini yerinə
yetirmiş, mənfi tərəfinə də elani-hərb
etmişdir. Hər iki surətdə də ədalət
göstərmiş deməkdir.
İştə, Ənuşirəvanın rəva
gördügü zülmlərlə bərabər ədalətin
şöhrətini qazandığının hikməti.
Yalnız Ənuşirəvanın cəzasından ziyadə
bir çox töhmət və iftiralar, qərəzkaranə
isnadlara məruz qalan zavallı “Məzdək”in tərvic elədigi
məsləkin təfsilən nədən ibarət olduğu
lazım olduğu qədər tədqiq olunmamışdır. Çox
ehtimal var ki, onun tərvic elədigi məslək Əflatun
ictimaiyyəti kibi bir şey imiş. Fəqət
böylə ikən Əflatun şagirdlərinə ehtiram edən
Ənuşirəvan nədən Məzdəkə cəza
versin. Ola da bilər ki, bu “bayquşlara rast
gəldigi” zamandan əvvəlki vəqtində olsun. “Məzdəkçiləri” ki, istibdad və
hökumət əsasına zidd bir anarşizm təsəvvür
edərsək, o vəqt lainhəll bir məsələ
qalıyor ki, o da Qubad şahın bu dinə malik olduğu fəqərəsidir.
Hər halda tarixin bu fəqərəsi taric (qaranlıq)dır.
Zərricümhur vəzirinə də böyük bir səhifə
ayrılmalıdır. Ənuşirəvan nə qədər ədalət və
şəfqəti ilə məşhur isə bu Zərricümhur
da o dərəcədə əql və tədbir sahibi bir adam olması ilə məşhurdur.
Məşhurdur ki, İran Napalyonu Nadir şah Əfşar
bir gün Mirzə Mehdi xana sordu ki, Ənuşirəvan
böyük idi, yoksa bən?
Mirzə
Mehdi xan tərəddüd edirkən Nadir dedi ki, bənim vəzirim
sən degil, bu Zərricümhur olsaydı, məsələ bəlli
olardı.
“Bayquş dilindəki məharət və iqtidarı” dəxi
kəndisinin Ənuşirəvanlığın banisi, ruhi və
xəllaqi olduğunu zəbani-hal ilə bildirmiyormu? Teatro səhnəsinə
çıkarılan səfiyyə Ənuşirəvan Mirzə
Rəsulun yaratdığı olduğu kibi tarixlər səhifələrində
şan və şöhrətlərlə zikr olunan Ənuşirəvan
da bu Zərrcümhurun yaratdığı idi.
İştə,
görüyorsunuz ki, cümə gecəsi Tağıyevin
teatrosunda gördüyünüz mənzərələr və
duyduğunuz hisslərlə Ənuşirəvan və onun
dövrü arasında – təbiri-caiz görülürsə,
Mirzə Rəsul ilə – bu Zərricümhur qədər fərq
vardır.
Heyrət
olunur “müəlliflər”imizin cəsarətinə! Təəssüf
olunur cəmiyyətlərimizin cəhalətinə!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 2 fevral 1916, ¹101
Fişar
– sıxma, sıxışdırma
Güzidə
– seçilmiş
Dəhat
– kənd, kəndistan
Nəsayih
– nəsihətlər
Mənqəbədar
– ləyaqətli
Əhməq
– axmaq
Səffak
– qan tökən, qaniçən
Məçd
– böyüklük, ululuq
Karaşha
– işə bələdlik
Dehqan –
burda mülkədar
Təfrit
– səhv, israf etmə
Haşım bəy Vəzirov
Dün Qafqasiyanın türk qəzetəçilərindən
sinli bir mətbuat xadimini dəfn etdik.
Haşım bəy öldü.
Xəlqi
“Keyfim gələndə”si ilə təsxir etmiş olan “Birisi”nin artıq keyfi gələcək olmadı.
Haşım bəy fəal, səbatlı,
çalışqan, nəfsinə inanmış, qüvvətinə
güvənmiş bir əhli-qələm idi.
Qafqasiya mətbuatının
az ömründə məmləkətimizin
ən qüvvətli sərmayədarları türkcə qəzetə
nəşrinə mübaşir oldular, yoruldular, müqtədir
qələm sahibi mühərrirlərimiz dəxi bu
ağır meydanda davam edə bilmədilər. Əhli-qələmdən
yalnız Haşım bəy idi ki, yalnız başına olaraq
başladığı işi ölüncəyə qədər
davam etdirdi.
Haşım bəyin maddətən, mənən iflas
etdigi günlər oldu, mətbəəsiz qaldı, min qism
müşkilata düçar oldu. Fəqət
tutduğunu buraxmadı, tək başına həm mühərrir,
həm müsəhhih, həm dəftərdarlıq edərək
qəzetəsini dayandırmadı. Bütün
ömrünü işinə sərf etdi. Nəhayət,
bu qədər ağır bir məşəqqətə təhəmmül
edə bilməyib yoruldu. Bu yorğunluq dəxi
nəhayət bu musif və fəci bir halını mucib oldu.
Haşım bəy ədəbiyyatımıza, sənayei-nəfisəmizə,
yazıçılıq aləmimizə bir çox xadimlər
bəxş etmiş olan müəllimlərimiz arasından
zühur etmişlərdəndir. Əvvəllərdə Şuşa və ətrafı kibi yerlərdə
müəllimlik edirdi.
Müəllimligi ilə bərabər Haşım bəy
təhrir aləminə də özgə degildi. Bəzi teatro əsərləri
tərcümə edər və arabir Tiflis qəzetələrində
rusca məqalələr nəşr edərdi. Nəşr elədigi məqalələri müsəlman
həyatına aid olardı. Sonra 1905-ci il
araya gəlir, “Həyat” və “İrşad” qəzetələri
təsis bulunuyor. Haşım bəy Vəzirovun imzası haman tez-tez gözə çarpmağa
başlıyor. Bu sırada bollaşmaqda olan
imzalar arasında Haşım bəy bilnisbə nəzər
diqqəti cəlb ediyor. Nəhayət Əhməd
bəy Ağayev cənabları “Həyat”dan ayrılıb da
“İrşad”ı təsis ediyorlar. Haşım
bəy Vəzirov da bir azdan sonra Bakıya köçərək
qəzetənin heyəti-təhririyyəsi arasına daxil
oluyor. Eyni surətdə yazıçılığa
girişiyor. Sonra Əli bəy Hüseynzadə
cənablarının müdiriyyəti və Hacı Zeynəlabdin
Tağıyev cənablarının naşirligi ilə nəşr
edilməkdə olan “Həyat” dayanıyor. Əvəzinə
Əli bəyin idarəsi ilə “Füyuzat” məcmueyi-ədəbisi
təsis olunuyor. Bir az sonra “Həyat” əvəzinə
Haşım bəyin müdirligi ilə “Tazə həyat” qəzetəsi
təsis olunuyor. “Tazə həyat” ilə
“İrşad” arasında məslək mübarizəsi
başlıyor. Nəhayət, “Tazə həyat”
da qapanıyor. Əsl Haşım bəylik
səbatkarlıq kibi mətin, səbur xislətə malik
olduğu da bu zamandan sübuta yetişməgə
başlıyor. O naümid olmuyor. Özü,
qəzetə təsis ediyor. “İttifaq”ı
çıxarıyor. “İttifaq” təsis
elədigi zaman bu o mətbəədə
basdırılıyor. Min müşkilatla
ruzigar keçiriyor, ağlayacaq, təhəmmül olunmayacaq
günlər keçirdigini, qəzetəsini çap etmiş
olan mətbəəçilər anlamıyorlar. Nəhayət, Muxtarov cənablarından imdiki mətbəəni
icarə ediyor. Sonra icarə
icraatını dolduraraq mətbəəyə yerli dibli malik
oluyor. 1911-ci ildə “İttihadi-İslam”
töhməti ilə bütün Bakı türk qəzetəçiləri
donos qurbanı olub da həbs və nəfy edildikdə
Haşım bəy də qələm arkadaşları ilə
həmdərd oluyor. Sonra xilas olub da təkrar
işində səbat göstəriyor.
“İttifaq” bağlanıyor. Əvəzinə “Səda”,
onun yerinə “Sədayi-vətən”, “Sədayi-həqq”, onun əvəzinə
də “Sədayi-Qafqaz” çıkıyor.
Xülasə çıkıyor, çıkıyor,
Haşım bəy işsiz, yazısız qalmıyor. Qəzetədəki
təkbaşına bu qədər işlə bərabər
Haşım bəy divar təqvimi də tərtib ediyor.
Xülasə bir çalışqanlıq və fəaliyyət
mücəssəməsi.
Mərufdur
ki, makina kibi çalışan adamlar əksərən
böyük bir sənət sahibi ola bilməz
və xəlaqiyyət xasiyyəti göstərməzlər. Fəqət Haşım bəy makina kibi
çalışdığı halda bütün
oxucularının zövqünü cəlb edən “Keyfim gələndə”
kibi yüngül felyeton yazmaqda şöhrət tapmış
və bu xüsusda həmqələmləri arasından bir səbqət
qazanmışdı.
Haşım bəy o zamandan sonra iki yetimindən başqa
bir sərvət buraxmamışdı. Zatən
zavallı qüvvəti-layimutla keçinərək qəzetəçilərimizin
əksəriyyətindən ötrü müqəddər olan
bir müşkilatla ömür keçirmişdir. Qəzetdə bu qədər çox
çalışdığı halda Haşım bəy məarif
işlərində də xidmətsiz degildi. cəmaət xadimləri ilə arasında
zühur edən soyuqluq bu xidmət sahəsində çox da
fəaliyyət göstərə bilməməsinə mucib
olmuşdur.
Fəqət bu soyuqluğun bərtərəf olması
ilə mərhum “Səfa” cəmiyyətində vaxtilə sədr
olub, “Nicat”da da işləmişdir. Haşım bəy
müəllimlik, cəmaət xadimligi və qəzetəçilik
elədigi zamana nisbətlə şübhəsiz ki, görkəmli
bir vücud idi.
Qafqasiya tarixi-mətbuatını bitərəfanə bir
tədqiq nəzərilə təhlil edən müdəqqiq
şübhəsiz ki, bu zamanın şərait və əhvalı
daxilində mərhumu behəqq təqdir edib ismini layiq
olduğu səhifəyə qeyd edəcəkdir.
Dün mərhumun
tabutu arkasından həzin-həzin gedərək
düşünüyordum və Haşım bəydən
cavanlarımıza örnək olaraq nəyi göstərmək
olar deyə – özümə sordum:
İstiqamət,
başladığı bir işi əncamə yetirmək əzmi
və səbatı! – deyə cavab verdim.
İştə
ruhlu, məsləkli, qəlbləri atəşin bir amalpərvərliklə
dolu olan cavanlar, iştə sizə dəgərli bir nümunə!...
Məqsəd
uğrunda Haşım bəy qədər səbatkar,
başladığınız işdə bu mərhum qədər
fədakar olunuz!..
Səni də
Allah əfv etsin, ay zəhmətlərə qatlanan, ay
sıkıntılardan usanmayan qələm arkadaşı!
Allah rəhmət
eləsin sənə, ey xidmət qurbanı!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 7 fevral 1916, ¹105
Dumanın açılışı
münasibətilə
İdareyi-humayuna görə bu gün fevralın 9-da
Dövlət Duması açılacaqdır.
Dumanın açılması, açılıb da uzun
müddət müzakirə ilə məmləkətin
möhtac olduğu dərdlərinin islahına lazımi qərar
və qanunları gözdən keçirməsi məmləkətin
çoxdan bəri bəslədigi arzudur.
Məmləkət
böylə tarixi bir zamanda dumasını iş başında
görmək istərdi. Çünki ancaq bu vasitə ilə
ümidlərini qüvvətləndirib vətənpərvərlik
yolunda göstərməkdə olduğu fədakarlıqların
mətlub nəticələrə irəcəginə qane ola bilərdi.
Cəmaət
müəssisələrinin, cəmaət xadimlərinin bu
müharibədə göstərdikləri əlaqədarlığı
ən qatı sağlar belə dana bilməzlər.
Hökumət ricalı dəxi cəmaət tərəfindən
göstərilməkdə olan yararlığın düşməni
məğlub etmək üçün nə dərəcədə
faydalı olduğunu etiraf etməkdədirlər.
Hər şey müharibə üçün. Buna görə millətlə
cəmaət birləşməli, bu birləşməgin təmini
üçün tərəqqipərvər blok
kibi biri-birilə boyuna vuruşaraq gələn siyasi
partiyalardan mütəşəkkil bir heyət əmələ
gəldi. Ayrı vaxtda bunları bir yerdə
görmək qabil degil ikən, imdi Milyukov ilə Şulqin
ikisi bir kağızı imza ediyorlar. Bu,
müharibə xatiri üçün hökumətlə yola
getmək niyyətində bərk-bərk duran Rusiya
camaatlığının bir güzəştidir. Bu güzəştə qarşı gözlənilərdi
ki, hökumət də güzəşt edər. O da
tutduğu mövqeyindən enerək cəmaətin bu qədər
iləri gəlməsini alqışlar. Fəqət
Qromıkin zamanında böylə bir qədəm
atılmadı. Biləks duma blokuna cavab
olaraq qanun qoyan müəssislər buraxıldı.
İmdi yenə duma açılıyor. Açılır
da yenə “blok” əksəriyyətilə meydana
çıkıyor, yenə əski proqram iləriyə
sürülüyor. Yenə hökumətə
müavinət, orduya müzahirat olunmaq istənilir. Fəqət bunun üçün lazım
görülür ki, xəlqin vətənpərvərligini,
ictimai təşkilatını, ümid və
hissiyyatını qüvvətləndirəcək tədbirlərə
dəxi doğrudan-doğruya müharibəyə bağlı
olan xüsuslar qədər əhəmiyyət verilsin.
Rusiyanın millətləri Rusiyaya isinmiş
olduqlarını isbat etdilər. İmtahan verdilər,
demək istiyoruz. Çünki böylə
tarixi bir zamanda hər zaman Rusiyaya sadiq qalan millətlər
degil, onlara şübhəli bir nəzərlə öaxmaqda
olan başçılar imtahana çəkildilər. İmtahandan çıxdılarmı?
–
Burası bir məsələ.
Hakim siniflərlə hökumət dairələrini bir
imtahançı mövqeində təsəvvür edərsək
mütləqa Rusiya millətlərinin böyük sınaqda
parlaq bir imtahan verdiklərini təsdiq etmək məcburiyyətində
olduqlarını düşünməliyiz.
Əvət,
hətta ikinci Markov belə bu imtahan verildigini dana
bilmiyor. Fəqət daha imtahan bitmədən
şəhadətnamə istəmənin vəqti
olmadığını söylüyor. Sağlardan
digər birisi isə diplomatik icra ediyor. Diyor ki,
müharibə meydanında rəşadət göstərən
qəhrəman soldatlara Georgi nişanı verməni hərbidən
sonraya qoymaq faidasız olduğu kibi, millətlərin
imtahanı nəticəsini də müharibədən sonraya vəd
etmək faydalı bir iş olmaz.
Görünüyor ki, bu kibi “siyasilər” islahatın
hala bilzat gərək olduğuna qane olmamışlar. Bunu yalnız
bir vasiteyi-təşviq ədd ediyorlar.
Qəzetələrdə oxunduğuna görə Dövlət
Dumasınca öylə bir təsəvvür varmış ki,
açıldıqdan sonra vətənpərvəranə bir bəyannamə
ilə Rusiya cəmaətinə xitab etsin və onu daha ziyadə
vətənpərvərlik və həmiyyət göstərməgə
çağırsın.
Fəqət hər bir bəyannamədən daha qüvvətli,
daha faydalı bir tərzi-hərəkət vardır ki, o da
dumanın görəcəgi işlərdir. Duma xəlqə ümid verəcək
məmləkətin həqiqi ehtiyacları ilə məşğul
olsa, cəmaətin ictimai və iqtisadi əhvalına xidmət
edən millətlərin küskünlüklərini rəf edən,
müxtəlif təbəqə və sinifləri birləşdirməgə
vasitə ola bilən, qəhətligi yüngülləşdirməgə
çarəsaz olan və mühariblərimizin halına
yüngülləşdirəcək tədbirləri hazır
edən qanunlar nəşrinə və bu qanunların bir an əvvəl
tətbiq olunmasını yüngülləşdirən tədbirlərin
görülməsinə vasitə ola bilərsə, bununla ən
müasir bəyannamələrdən daha təsirli faidələr
bəxş edə bilər.
Təsəvvür olunan bəyannamələr qəbilindən
olaraq xəlqin vətənpərvərlər
hissiyyatını yüksəltmək üçün bu vəqtə
qədər bir çox tədbirlər
görülmüşdür. İmdiki halda öylə bir tədbirin
bir daha təkrar edilməsinə lüzum
görülüyorsa, demək qabaqdakıların təsiri haman keçmək üzrədir. O halda təsiri
keçici olmayıb daimi qala bilən bir çarəyə təvəssül
etmək lazım gəliyor ki, o da “söz”dən ziyadə
“işə” əhəmiyyət verməkdən ibarətdir.
Cəmaətin istədigi işdir. cəmaət
söz dövrünü çoxdan keçmiş olduğuna
qənaət hasil etmişdir.
İştə, biz dəxi dumanın bu günki
böyük olacaq iclasını təbrik ilə bərabər
ən səmimi arzu olmaq üzrə kəndisi
üçün arzu edəriz ki, bizdəki şərait
daxilində məəttəəssüf zühuru çox da
qeyri-möhtəməl olmayan müvəffəqiyyətsizliklərə
rast gəlməyib böyük Rusiya ölkəsinin ürəkdən
istədigi təxiri qail olmayan islahatı qövldən-felə
gətirmək iqtidarında olsun.
Əlbəttə, Rusiya türk müsəlmanlarının
tərəqqipərvər bir nəşri-əfkarı olmaq həsəbilə
bu kibi ümumi bir arzu ilə bərabər dumanın görəcəgi
islahatlar arasında müsəlmanların dəxi möhtac
olduqları hüquqi və idari islahatlardan məhrum
qalmadıqlarını görmək bizim üçün bir
arzudur. Ümumi islahatlar arasında müsəlmanlara aid
islahatları görmək dəxi əxzi-amalımızdır.
M.Ə.
“Açıq
söz”, 9 fevral 1916, ¹107
Qurama
“Yeni İqbal”ın tərcüməsi
“Yeni İqbal” rəfiqimizin dünki sayısında
müsəlman fraksiyasının bəyanatı – deyə Təvək¬külov
nitqinin tərcüməsi dərc edilmişdir. Bu tərcüməyi
biz bir gün əvvəl “Russkoye slovo” qəzetəsindən tərcümə
ilə nəşr etmişdik.
“Yeni İqbal”ın tərcüməsini oxurkən bizə
aşina gəldi, deyəsən bizim tərcümədir –
dedik. Fəqət gördük ki, rəfiqimiz bunu “Russkoye
vedomosti”dən aldıq – deyə oxucularına təqdim ediyor.
Heyrət etdik: bəlkə adamdır, bu iki qəzetədə
nitqin ifadəsi bir imiş. Ona görə də
tərcümə qəribülməal çıxmış
– deyə düşündük. Maraq yuya, aldıq
“Russkoye slovo”nun fevralın 12-də çıxan sayısı
ilə “Vedomosti”nin 14-də çıxan
sayısını qarşılaşdırdıq.
Nümunə
üçün hərəsindən birər bənd
alalım: “Russkoye slovo”nun ifadəsindən iştə bir
nümunə:
– Koqda v
naçale voynı vlastğ pered liüom qrozəhey opasnosti
obratilosğ k starne s prizıvom k edineniö, strana poşla na vstreçu vlasti i zabıv starıe
sçetı, ustremila vse svoi pomısli na delo obespeçeniə
pobedı. No vlastğ, k socaleniö, okazalasğ nesposobnoy ni ponətğ, ni neispolzovatğ gto nastroenie dlə
sozdaniə neobxodimıx usloviy, potrebnıx dlə odoleniə
vraqa.
Bunu bizim
mütərcim böylə tərcümə etmişdir:
“Müharibə başlanar-başlanmaz hökumət xarici təhlükə
təhdidi müqabilində məmləkətə müraciətlə
xəlqi birləşməgə dəvət etdikdə cəmaət
ona diqqət verib köhnə hesabları unudaraq cəmi fikrini
müzəffəriyyət təmininə çevirdi, təəssüf
olsun ki, hökumət bu haldan istifadə edib düşmənin
dəfi üçün lazım gələn şəraiti
hasil etməgi bacarmayıb vəziyyəti anlamaqdan aciz oldu”.
Haman bu bənd
“Russkoye vedomosti”də bu surətlə təhrir edilmişdir:
– Nesmotrə
na blaqocelatelğnıe zaəvleniə
bıvşeqo predsedatelə soveta ministrov – qovorit Tevkelev, –
politika vlasti v otnoşenii k inorodüam voobhe i k musulğmanam v
çastnosti ostalis v dni voynı takoqo ce, kakoy ona bıla i v
mirnoe vremə. Razniüa zaklöçaetsə
lişğ o tom, çto təcestğ gtoy uqnetaöhey dux i
podavləöhey bodrostğ politiki ohuhaetsə musulğmanami
qorozdo silğnee i perecivaetsə imi qorozdo ostree, çem v
mirnoe vremə.
“Yeni
İqbal” rəfiqimiz bunu bu surətlə “tərcümə”
etmişdir:
“Müharibə başlanar – başlanmaz hökumət
xarici təhlükə təhdidi müqabilində məmləkətə
müraciətlə xəlqi birləşməgə dəvət
etdikdə cəmaət ona diqqət verib köhnə
hesabları unudaraq cəmi fikrini müzəffəriyyət təmininə
çevirdi. Təəssüf olsun ki, hökumət bu haldan
istifadə edib düşmənin dəfi üçün
lazım gələn şəraiti hasil etməgi
bacarmıyıb, vəziyyəti anlamaqdan aciz oldu”.
Tuhaf, bir adama eyni bir məzmuni iki dəfə olaraq eyni
ibarələrlə tərcümə və ya inşa etmək
mümkün degil ikən, “Yeni İqbal” mütərcimi nə
qədər məharətli olmalıdır ki, ifadəcə
ayrı olan fəqərələri tərcümə edərkən,
kəndisindən əvvəl tərcümə edənin eyni
ibarə və ifadəsi ilə tərcümə edə
bilsin.
Bu “tərcümə” nümunə üçün
aldığımız yuxarıdakı bəndələrə
münhəsir olmuyub bütün nitqə aiddir. “İqbal”da çıxan məzkur
nitq başdan-ayağa “Russkoye slovo”nun ifadəsi və bizim tərcümə
və müqəddiməmizdən ibarət ikən, nədənsə,
mənbəi “Russkoye slovo” degil, “Russkoye vedomosti” – deyə
göstərilmişdir.
Böylə bir “iz itirmək” olmasaydı, biz ona o qədər
də əhəmiyyət verməzdik. Bir qəzetəyə
məxsus olan tərcümənin digər qəzetə tərəfindən
mənbə göstərilmədən iqtibas edilməsi o qədər
böyük bir xəta degildir. Nəhayət, burası
bir əsəri-zühul da ola bilər. Fəqət
bu iqtibas mənbəinin qəsdən azdırılmaq istənilməsi
bir az üsullu hərəkət olmasa gərək.
Niş
“Açıq
söz”, 19 fevral 1916, ¹115
(Ardı
var)
Şirməmməd Hüseynov
525-ci qəzet.-
2012.- 31 mart.- S.26-27.