Pərvinin “Qar yağacaq” kitabı üçün İmza günü keçirilib
Aprelin 29-da “N.Nərimanov” metro stansiyasının yaxınlığındakı “Metro Park” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının İmza günü olub. İmza gününə daha çox gənclər və kitabsevərlər toplaşıblar.
Gənc yazar Pərvinin bu kitabı Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” Nəşriyyatının
birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından ikinci
nəşrdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Pərvin Gənc Ədiblər Məktəbinin
məzunudur. Mətbuatda ədəbi söhbətlər, esse, hekayə və publisistik
qeydləri ilə ardıcıl olaraq
çıxış edir. Pərvin Modern.az saytına deyib ki, kitaba 1 povest
və 9 hekayə daxildir. Müəllif yazılarında daha çox gənclərin problemlərini
önə çəkməyə
çalışır, onun
hekayələrində zərif
qadın yanaşması,
emosional, estetik cizgilərlə yanaşı,
dərin alt qatlar da özünü göstərir.
Kitaba ön sözü Yazıçılar
Birliyinin gənclər
üzrə katibi Rəşad Məcid yazıb, nəşrin redaktoru Mustafa Çəmənlidir.
525-ci qəzet.-
2012.- 1 may.- S.7.