Ustad tarzən Ramiz Quliyevin 65 yaşı tamam olub

 

Aprelin 30-da görkəmli musiqiçi, ustad tarzən, Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyevin 65 yaşı tamam olub. Məşhur tarzən Azərbaycan musiqi sənətində mühüm yeri olan virtuoz ifaçılardan biridir. XX əsrin 60-cı illərində təməli qoyulmuş müasir tar ifaçılığı məktəbinin yaranması təşəkkülü onun adı ilə bağlıdır. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın mahir ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurub. R.Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, Avstriya, İsrail, Norveç, Moldova digər ölkələrdə heyranlıqla qarşılanıb, harada konsert veribsə, həmişə müvəffəqiyyət qazanıb. 1974-cü ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında ona birinci mükafata, həmin ilin oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində 1100 nəfər iştirakçı arasında laureat adına layiq görülüb.

1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda R.Quliyev Sadıqcan adına muğam üçlüyünün rəhbəri solisti kimi böyük müvəffəqiyyətlə çıxış edib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra o, yüksək ifaçılıq məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülüb. 1989-cu ildə isə R.Quliyev ənənəviBöyük ipək yolufestivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib.

1997-ci ildə dünya şöhrətli musiqiçi M.Rostropoviç Ramiz Quliyev oğlu Əyyub Quliyevin birgə ifalarını yüksək qiymətləndirərək, onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70 illik yubileyində çıxış üçün dəvət edib. 1997-ci ilin dekabrında İsrailin Yerusəlim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənib orada yaratdığıŞərq alətləri orkestri”ni nümayiş etdirib.

1993-cü ildə sənət uğurlarına görəHumaymükafatına layiq görülüb. 2001-ci ildə “XXI əsrin ilk laureatlarıali dərəcəli mükafatını, “İlin fədakar sənətçisifəxri adını qazanıb. Sovet dövründə respublika komsomolu mükafatı laureatı (1978), musiqi ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar artist (1982), Xalq artisti (1988) fəxri adları ilə təltif edilib.

Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə çoxlu güc qüvvə sərf edir. Artıq bir çox illərdir ki, Ramiz Quliyev gənc ifaçı müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxıb. R.Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin metodiki tövsiyələrin müəllifidir. 40 ildən artıq bir müddətdə professor R.Quliyevin sinfini bitirmiş tələbələri Azərbaycanın ali orta ixtisas tədris müəssisələrinde, orkestr ansambllarda, eləcə xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər.

R.Quliyev İsveçrənin “La strimpellataorkestri, Vyana Dövlət Kamera orkestri, Podlaziya Opera Filarmonik orkestri, Koşalin Lublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli orkestri, Moldova Dövlət Filarmonik Dövlət Teleradio Simfonik orkestrləri, Belarus Dövlət Akademik simfonik orkestri, Novosibirsk Kalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət simfonik kamera orkestrləri, Niyazi adına Azərbaycan Televiziyasının simfonik orkestri digər kollektivlərlə konsertlər verib.

Uğurlu yaradıcılıq fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunub. 2007-ci ilin mayında dövlət başçısının sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə yüksək mükafataŞöhrətordeninə layiq görülüb.

Yubileyi münasibətilə görkəmli sənətkarımızı təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayırıq!

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 1 may.- S.7.