Füzulini niyə sevmədim
Şeirə
münasibətdə həmişə olduğu kimi insanlar iki
yerə bölünüb. Gözəl şeiri görən
anda tanıyan, bir də bu cür mətnləri söz
yığını hesab eləyənlər. “Niyə belədir”
sualını verməyin indi yeri var məncə. Amma zövq
müxtəlifliyini mübahisə, müzakirə müstəvisinə
gətirməzdən öncə, belə bir önəmli
faktı göz önündə canlandırmağa
çalışaq: hətta ədəbi tənqidin təmsilçiləri
həm nəsr, həm də poeziya sahəsinə aid
yazılarında böyük nisbətlə zəif və ya
ortabab mətnləri seçirlər. Filoloji fikir bu orta
statistik mətnlərin üzərinə yüklənir, mətndən
gələcək informasiyanın qarşısı o qədər,
elə bir sürəkliliklə alınır ki, elmi təfəkkür
zorlanır və sonda qısırlaşır.
Ciddi filoloji araşdırmaları, bununla paralel olaraq yüksək səviyyəli ədəbi mətnləri oxumaq ümumi standartlar baxımından adi bir şeydir, ancaq bu adi şeydən nəsibini almayan insanlar təcrübədə nəyə çalışırlar: mətndən gələn informasiyanı dezinformasiyaya çevirmək! Bu səbəbdən Məhəmməd Füzuli haqqında yazan uzun illərin gərgin axtarışlarının sonucunda ya onun qızı olur, ya da qardaşı oğlu. Təsəvvür edin: tədqiqatçı tədqiqat obyekti ilə ən azı 20-30 il münasibətdə, təmasda olur və nəticədə qohumluq bağı peyda olur. Təsəvvür edin: Krımskiyə, yaxud Bertelsə Nizaminin xalası oğlu deyilir və ya uzun araşdırmalar əsasında belə bir nəticə hasil olur. Bir dəfə yazmışdım, indi bir daha təkrar edirəm: bütün bu cahilliklər məhəlli sularda üzməkdən yaranır.
Yaxşı ki gənclər
var, yaxşı ki barmaqla sayılacaq sayda olsa da bu
qələmlərdən süzülən gözəl mətnlər
var. Nə oldu, nə baş verdi belə? Görün, Alik Əlioğlu
nə düşünür?
1925-ci
ildə bu küçədə yaşayan adamlar
ağ-qara
rəngdə idilər,
sürətlə
hərəkət edir,
görünüşlərində
cızıqlar var idi...
Tozun
içində idilər,
Son səhifələri
cırılmışdı...
Bu
küçədə yaşayan adamlar
Hər
günün xəbərlərini oxuyur,
Hamısına
da sevinirdilər...
Havanın
necə olacağından xəbərsiz idilər...
Biz
bu küçədə yaşayan adamların
Qalıqlarıyıq...
Bu
göyün üzünü biz yaratmadıq,
Biz
çəkmədik adamların üzündəki cizgiləri.
Biz
insanlara bir ömür bəxş etmədik
Biz
insanları yaşamaqdan məhrum etmədik...
Adamlar
gülümsəmək üçün yarandı
Biz
bu qapısı tez bağlanan metrolardan,
Balaca
liftlərdən, saqqız çeynəyən adamlardan,
Qışqıran və təpik vuran polisdən,
Cırıq ayaqqabılardan,
Qırıq stəkanlardan xilas
olmaq istəyirik!!!
Bizə
kömək edin...
Yandırın küçələrin lampalarını!!!
Fikrimcə, şeirlə hikmətli, aforistik kəlmələr
vəz etmənin dövrü keçdi. Bu qatara alınan bütün biletlər yandı. Sözləri toqquşdurub ədəbi
qığılcımlar almağın
da dövrü sürətlə ötüb
keçdi. O şəkildə
sözü-sözə sürtürsən
əhvalın korlanır.
Toy və şənliklərdə
yağış kimi yağan deklamasiyalar adamı yorur, əldən salır və istəyirsən deyəsən ki, bu adam niyə özünə fərli bir peşə seçə bilməyib. Şeir getdikcə ürəklərə
qısılır, insanlar
artıq şeiri kadr araxasından süzülən musiqi kimi dinləmək istəyirlər, heç müəllif, onun dağınıq saçları,
ədası, əl-qol
ölçməsi də
lazım deyil, bu tablodan bütün
butaforiyanı söküb
atmağın vaxtıdır
məncə.
Şeir indi insanın haçansa, hardasa itirib qeyb etdiyi
nəsnələri bir
araya gətirməklə
məşğuldur. Kitab rəfimdə illər uzunu yatan, toz
içində xiffət
çəkən hər
hansı kutabla 20-ci əsrin filanıncı ilində küçədə
bıçaqlanan adam arasında nə əlaqə ola bilər. Zaman içində qocalıb köhnələn lentləri
görsədəndə cızıqlar
aydın sezilir.
Alikin poetik mətnləri “xalis poeziya” nümunələri deyildir,
həyata, insana açılan poeziyadır,
o anlamda ki, taleyin pıçıldadığı
bütün nəsnələrin
“redaktəsiz” şəkildə
bu şeirlərin misrasına çevrilməsi
bir az məsafədən
görünən “bəsitlik
illüziyası” yaradır
yəni həyat budursa, biz də bunu bilirik. Artıq
püxtələşmiş şair Qismətlə müqayisədə bu mətnlərdə metaforanın
tərkibi keyfiyyətcə
fərqlidir: Qismət
ənənəvi şeiri
yeni təfəkkür
süzgəcindən keçirib
modern parametrli obrazlar,
mətnlər yaradır,
Alik isə Əli Kərim kimi ilk baxışda aralarında ancaq assosiativ bağları olan obrazları bir müstəvi üzərində usta şəkildə qaynaq edir və düşünürsən:
allah, bu
kimin xarakteridir, bu hansı dövrdə
yaşamış insan
xarakterinin qalıqlarıdır.
Alikdə elə bil, yerin üstü yox, altı şumlanır, həyat insanlar uzun bir
məsafəni qət
edib yer kürəsinin son nöqtəsinə
yetişdiklərində başlanır.
Alik insan taleyini “tərs güzgülərdə” görsədir,
məsələn:
Toz torpaq içində olmaqdır
Hər dəqiqəsi,
Hər səhəri günəşdir,
Hər axşamı külək...
Quşların yuvalarıdır
Yuxarılar,
Qarışqaların daraşmağıdır
Aşağılar...
Təkliklər qurumuş çörəkdir,
Köhnə yeməkdir ətrafı bağlı yerlər.
“Allah bağışlayacaq” deyirlər...
Ümiddir adamlar yaşayan
evlər...
Ona görə də mən tədqiqatlarda yazılan, efirdə az qala göz yaşları içində təqdim edilən Füzulini yox, Alik Əlioğlunu
sevirəm...
Bu məmləkətin unudulmuş
portretləri
Onun yanına baş çəkdiyim vaxtlarda
Məni
yalnız
Üz-gözünə hopmuş toz
Kədərləndirir...
Unudulacağından qorxuram...
Göy üzü insanlara yalnız
Öz rəngilə tanışdır...
Tanışlıq assosiativ bir şeydir, ilk anda tanıdığın şeyin
pərdə arxası
bilinməyən milyonlarla
sirri var. Şair bu səthi şeylərdən
yazır, onlara uzaqdan-uzağa toxunur, kətan üzərindəki
adda-budda rəng damcıları müəyyən
səthdə qəribə
və işarə edilən sirrin kölgəsini cızır. Şair işarə
edir, nəyisə açmaq, izah etmək, arqumentlər göstərmək gücünə
qətiyyən malik deyildir. İşarə
edilən nəsnənin
xarakteri edlədir ki, insana uzun
gələn şeylər
qısalır, yuxuya gələn əşyaların
statik və dinamik vəziyyətləri
arasında qəribə
hadisələr keçir...
Onun pəncərəsindən
Göy üzünün rəngi aydınca sezilir...
Əslində aydınca seçilən şeylərin arxası insanın “olmayan, olmamış” saydığı
nəsnələrlə qaynaşır. İnsan olan
və olmayan nəsnələrin ixtiyari
kombinsiyaalrından ibarət
deyildir. Kiminin həvəslə,
qaça-qaça, kiminin
yorğun-arğın keçdiyi
küçələrdin başına
yekə, aypara güzgülər qoyulub, yazğış yağır,
damcılar güzgünün
üstüylə ilk dəfə
sükan arxasına oturan uşağın sürdüyü maşın
kimi diyirlənir.
Qarşıma çıxan adamlar
Mənə kimlərisə xatırladırlar...
Bu tanışlıq insanların
içində ölüb
qalmış
Doğmalıqdır...
Adamların üzündə kədər,
İçlərində qorxu var...
Bu məmləkətin görünüşündə
bir yadlıq
Duyulur...
Fəsillər dəyişməmək
Günəş çıxmamaq
Külək əsməmək
Qorxusu ilə üsyana qalxır...
Hamıya
tanış olan, milyon dəfə
gəlib-getdiyi dünyanın
bu rakursdan görünməsi olsa-olsa
şair əməlidir,
“xəstə” təxəyyülün
məhsuludur. Təbiətdə
az sayda,
barmaqla sayılacaq hadisənin sonsuz variantları başdsan və tərs üzündən gah oxunur, gah da
yad əlifbaya dönür. İnsan ruhu ilə bu barmaqla sayılacaq
hadisənin sonsuz variantı arasında kəsişmə əvvəl-axır
insanın ölümü
ilə sonuclanır, buna görə də insan öləndə
ya bir yarpaq
düşür, ya bir budaq qırılır.
Bu, əslində şeir
deyil, bədii mətn üçün xam materialdır, ancaq ....
yazılmasa yaxşıdır, yazılsa,
şeirə dönsə
... ilkinliyini itərər.
Körpələrin içindən
Səbəbsiz yerə dəlicəsinə
ağlamaq keçir...
Ümidlər köhnədir, lap köhnə...
Sənin
pəncərəndən çox
az şey
görünür,
Məs:
Sevgililərin hər gün bu parkda
görüşü,
Get babanın tüfəngini gətir,
Vur bu görünüşü...
Vur, yox elə...
İnsan
xarabalığının mənzələrini
cızan bu şeirdə nə boyda bir kədər
var !
Burada hər misranın yerinə qoyulan nöqtələr eyni zamanda həm təsadüfi, həm də məntiqlidir, həm asanca izah edilir (bir
neçə varianta),
həm də heç bir izaha yer qoymur.
Alik Əlioğlunun üslubu bu komponentlərin müxtəlif variasiyaları
arasında edilən seçimə bağlıdır.
Elə bil həyat tükənir, insan öldüyü anda, bu ana
bir nöqtə ucu qalan anda
hər şeyi xatırlayır, köhnə
lentlərdəki cızıqlar
mənim kitab rəfimdə köhnələn
kitabın qopan vərəqlərini “doldurur”,
kitabın içinə
kömülən zaman
anidən hər şeyi bilən, hər şeyin sirrini anlada bilən nağıla dönür. Və...
Mən qayıdanda
Palçıqlı yollar
Adamların ayaqqabı izlərini
Öz üzərinə həkk edirdi...
Buludlu səma
Və tutqun göy üzü heç nədən
Xəbər vermirdi...
Bütün kainat
Atasını gözləyən balaca
bir qızın
Yerdə
oturduğu küçədən
başlayırdı...
Bütün kainat
İnsanların unudulduğu yerdə
Başa çatırdı. Əriyirdi......
Kainat başa çatanda insan yenidən doğulur...
Mən qayıdanda yağış
kəsmişdi,
Yer üzü evindən çıxan insanları yenidən doğub
Tökürdü küçəyə...
Darvazanı açaraq bir uşaq
Qaça-qaça gəldi və qucağıma tullandı,
“Günəş qalib gəldi”- dedi.
Güldüm....
Cavanşir YUSİFLİ
525-ci qəzet.- 2012.- 1 may.- S.7.