Astaranın inkişafı, qazanılan uğurlar, bu günün reallığıdır

  

Astara respublikamızın dilbər guşəsində, cənub nöqtəsində yerləşir. Xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyev Astaraya səfərlərindən birində demişdir: “Astara müstəqil Azərbaycanın cənubunda qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir. Azərbaycanın sütunlarından biridir”. Astaranın gözəl təbiəti, əlverişli iqlim şəraiti, münbit torpaqları iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının inkişafına çox əhəmiyyətli təsir göstərir. Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Astarada qazanılan nailiyyətlər, yeniləşmə, müasirləşmə istiqamətində görülən işlər bunun əyani təcəssümüdür. Görülən və görüləcək işlərin təməli, qazanılan uğurlar ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş iqtisadi strategiya ilə ulu öndərin siyasi kursunun layiqli varisi İlham Əliyev tərəfindən daim zənginləşdirilən inkişaf strategiyası ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin apardıgı iqtisadi islahatlar, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq olunmuş Dövlət Proqramları regionların dinamik inkişaflarında çox mühüm və əhəmiyyətli rol oynayıb. Dövlət Proqramlarının uğurlu bəhrələri Astara rayonunun timsalında da aydın görünür. Regionların sosial-iqtisadi inkişafına dair birinci (2004-2008-ci illər), ikinci (2009-2013-cü illər) Dövlət Proqramında Astara rayonuna aid tədbirlər planında nəzərdə tutulanların icrası bütün sahələrin inkişafına güclü təkan verib. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasında yeni gözəllik çalarları yaradıb, yeniləşmə və müasirləşmənin uğurla tətbiqinə səbəb olub. Ölkə Prezidenti İlham Əliyevin “Kənd təsrrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 765 nəfərə subsidiyalar verilib, fermerfiziki şəxslərə 120 ton mineral gübrə güzəştli qiymətlərlə satılıb. Astarada əmək qabiliyyətli əhalinin məşğulluğunun artırılması da diqqət mərkəzindədir. Son 8 ildə rayonda 4816 yeri açılıb ki, onun da 4501-i daimi yeri, 315-i mövsümü olub. Kənd təsərrüfatı məhsulları istehsalı ilə 71 fermer təsərrüfatı və 8 məhdud məsuliyyətli cəmiyyət məşğul olur. Astara ölkəmizin elə bir nöqtəsində yerləşir ki, hər gün buraya qonşu ölkələrdən, xüsusilə İran İslam Respublikasından və Türkiyədən yüzlərlə insan gəlir. Gələn qonaqlar ölkəmiz haqqında ilk təəssüratlarını Astaraya qədəm qoyduqları məqamda alırlar.

Astara Azərbaycanın qədim torpağıdır. Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada çox gözəl şərait var. Dəniz var, meşələr var, dağlar var, böyük nemətlər var. Bu sözləri Astara rayonuna səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev söyləyib. Qeyd etmək lazımdır ki, ölkəmizdə hərtərəfli sürətli inkişaf davam edir. Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətinin nəticəsində mümkün olub. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”” respublikanın hər yerində olduğu kimi Astarada da uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin son bir ildə iki dəfə rayona tarixi səfər etməsi və rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə iki mühüm sərəncam imzalaması buna əyani misaldır. Qısa müddətdə rayonda Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP Astara rayon təşkilatı üçün yeni inzibati binaonlarla məktəb tikilib, Mərkəzi Xəstəxana binası əsaslı təmir edilərək istifadəyə verilib. Bundan əlavə 10 kilometrlərlə yol asfaltlaşdırılıb. Bir az da əvvələ qayıtsaq rayonda modul elektrik stansiyası, beynəlxalq əhəmiyyətli qaz kompressor stansiyası, Astara Gömrükxanası üçün yeni binalar tikilib. Yaxın müddətdə Astara şəhərində su-kanalizasiya sistemi problemi həllini tapacaq. Ucqar dağ kəndləri istisna olmaqla 2013-cü ilə kimi rayonun bütün kəndləri qazlaşdırılacaq. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionlara hədsiz diqqət və qayğısının nəticəsidir.

Abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayonuna 2 milyon manat məbləğində vəsait ayrılıb. Cənab Prezident bu tarixi sərəncamı imzalamaqla Astarada görülən işlərə yüksək qiymət verdiyini və astaralılara olan böyük sevgisini bir daha nümayiş etdirib.

Astara rayonu sakinləri deyirlər-martın 13-də həyatımızın ən xoşunudulmaz anlarını yaşadıq. Novruz bayramı ərəfəsində Prezidentin Astaraya növbəti səfəri bizim bayram sevincimizi ikiqat artırdı. Fəxr və qürur hissi duyduq ki, Siz, Möhtərəm Prezidentimiz yenə bizim Astarada oldunuz, bizimlə görüşdünüz, rayonumuz üçün çox vacib olan obyektlərin açılışında iştirak etdiniz. Bu, Sizin Astaraya beşinci səfəriniz idi. Hər gəlişiniz qəlbimizdə xoşsevinc dolu duyğular oyadıb. Bu səfəriniz də Astarada mühüm dəyişikliklərlə yadda qaldı. Yeni obyektlərin açılışının şahidi olduq.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm tədbirlər görülüb. Bunun nəticəsidir ki, sahibkarlarımız Bakı şəhərinin ayrı-ayrı rayonlarındakı satış yarmarkalarında fəal iştirak edib, il ərzində istehsal etdikləri 826 ton müxtəlif kənd təsərrüfatı məhsullarını yarmarkalarda satışa çıxarıblar.

Bakı şəhərində keçirilən “Arıçılıq məhsullarının sərgi-satış yarmarkası”nda rayonun 125 nəfər arıçısı iştirak edib, 36 ton bal və digər arıçılıq məhsulları satılıb.

Seçicilərlə keçirdiklərim görüşlərimdən sonra deyə bilərəm ki, Astara rayonu sakinlərinin bu gün əsas problemləri məişət qayğılarından ibarətdir.

Qaldırılan problemlər əsasən kənd ara yollarının asfaltlaşdırılması, kəndlərin qazlaşdırılması, yeni yerlərinin açılması, elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi, məktəb və körpülərin tikintisisair barədə olub.

Yaxın gələcəkdə Astara şəhərində kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, rayonda qazlaşdırmanın başa çatdırılması, elektrik təsərrüfatının yenidən qurulması, əhalinin içməli su ilə təminatı, şəhid ailələri və əlillər üçün yaşayış evinin, 8 məktəb və 5 inzibati ərazi nümayəndəliyi üçün yeni binanın, 5 piyadaavtomobil körpüsünün tikintisi, 10 ictimai yaşayış binasının , 3 uşaq bağçasının əsaslı təmiri, 93 km qəsəbə və kənd yollarının asfaltlaşdırılması, dağlıq ərazidə yerləşən kənd yollarının əsaslı təmiri ən vacib məsələ kimi gündəlikdə durur.

Astara müstəqilliyimizin bərpasının 20 illik şanlı yolunu təcəssüm etdirən ölkəmizin gözəl bir guşəsidir. Astaranın inkişafı, qazanılan uğurlar, bu günün reallığıdır. Sabahınınsa daha gözəl olacağına, böyük nailiyyətlər və ugurlar əldə edəcəyinə inam yaradır.

 

 

Aslan CƏFƏROV,

Astara rayonunun millət vəkili

 

525-ci qəzet.- 2012.- 1 may.- S.4.