"Türkdilli xalqların regional bir dilə ehtiyacı var"

 

JALƏ ƏLİYEVA: "TÜRKDİLLİ ÖLKƏLƏRİN TƏHSİL NAZİRLİKLƏRİ BİR ARAYA GƏLƏRƏK BU MƏSƏLƏNİ HƏLL EDƏ BİLƏRLƏR"

 

Müsahibimiz millət vəkili,professor Jalə Əliyevadır

 

- Jalə xanım, bu günlərdə Türkiyədə keçirilən birinci beynəlxalq türkoloji toplantıdan qayıtmısınız....

- Türkoloji toplantında 46 ölkədən türk dili ədəbiyyatı müəllimləri iştirak edirdi. Ümumilikdə toplantıda 150 nümayəndə qatılmışdı. Tədbir Türkiyə Xarici İşlər Nazirliyinin, Yunus Emre Vaqfının, Türk Dil Qurumunun İstanbul Şəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilirdi. Düşünürəm ki, kifayət qədər sanballı bir tədbir idi. ToplantıdaYunus Emre İnstitutunun başqanı professor-doktor Əli Fuad Bilkan açılış nitqiylə çıxış etdi. Daha sonra Türk Dil Qurumunun Başqanı Mustafa Kacelinin çıxışı oldu. Türkiyə Respublikasının Baş Naziri Recep Tayip Erdoğanın toplantı iştitakçılarına ünvanladığı məktubu oxundu. Sonra Xarici İşlər Nazirliyinın, Yüksək Öyrətim Kurulunun təmsilçiləri, müxtəlif universitetlərin rektorları çıxış etdilər.

- Bu toplantının məqsədləri barədə deyə bilərsiz?

- Burada ortaya altı istiqamət qoyulmuşdu. Türk dili ədəbiyyatının tədris edildiyi universitetlərdə keçilən fənnlər, dərsliklərin vəziyyəti, əhatə olunan mövzular, ehtiyac duyulan kitablar, dərsliklər, dərs vəsaitləri, kitabxana ehtiyacları, məzunların Türkiyədə magistr doktorantura təhsili alma imkanları, Türkiyədən müəllimlərin göndərilməsi başqa məsələlər müzakirə edilən mövzulara daxil idi.

Üç gün davam edən müzakirələrin ikinci günündə müzakirələr altı ayrı sektorda davam etdirildi. Bunlar Avropa, Balkan, Şimali Avropa Baltikyanı, Orta Şərq Şimali Afrika, Yaxın Uzaq Şərq, eləcə Azərbaycanın da daxil olduğu Rusiya, Qafqaz Orta Asiya ölkələri sektorları idi.

Hər bir ölkədən gələn nümayəndə öz ölkəsində, o cümlədən biz , Azərbaycanda türk dilinin, ədəbiyyatının türkoloqiyanın tədrisiylə bağlı məlumat verdik, tədrisin səviyyəsi, mövcud problemlər müzakirə edildi, təkliflər səsləndirdik. Eyni zamanda, bu sahənin daha da inkişaf etdirilməsi üçün nələr edilə biləcəyini, mövcud boşluqları, problemləri səsləndirdik, təkliflərimizi irəli sürdük.

Toplantının sonucunda 15 əhəmiyyətli qərara varıldı o qərarlardan biri bu toplantının artıq sürəklilik qazanmasıdır. Odur ki, bu toplantının ildə bir dəfə elə bu tarixlərdə Türkiyədə keçirilməsinə qərar verildi.

-Azərbaycan tərəfinin başqa təklifləri oldu?

- Təkliflərimizdən bir digəri yay kursları ilə bağlı oldu. Biz bir zamanlar mövcud olan yay kurslarının bərpa edilməsini təklif etdik, eyni zamanda tələbə müəllim mübadiləsinin, elmi ezamiyyətlərin təşkilinin bu sahənin inkişafı baxımından faydalı ola biləcəyini bildirdik.

Ortaq ədəbiyyat dərsliklərində müəyyən boşluqlar var Türk dilli xalqların ədəbiyyatları tədris edilərkən sovet məktəbinin nümunələrindən istifadə edilir. Birinci növbədə türk dilli xalqlar ədəbiyyatının tədris edildiyi proqram dəyişdirilməlidir. Bu problemi aradan qaldırmaq üçün ilk növbədə türk dilli xalqlar ədəbiyyatı dərsliyinin yazılması üçün layihə hazırlıqlarına başlamaq bu layihədə ümumtürk müəlliflərini birləşdirmək olar. Türkdilli ölkələrin təhsil nazirlikləri, əlaqədar qurumları bir araya gələrək, bu məsələni həll edə bilərlər. Demək istəyirik ki, ortaq dərsliyin yaradılmasına bu şairlərin, bu mənəvi sərvətin belə parça-parça bölünərək deyil, ümumi bir irs kimi tədris edilməsinə böyük ehtiyac var.

Türk dili ədəbiyyatının, türkologiyanın tədris edildiyi ölkələrdə Yunus Emre İnstitutu mədəniyyət mərkəzləri açır. Azərbaycanda da belə bir mərkəzin açılması düşünülür.

Təklif etdiyimiz digər bir məsələ diplomların tanınmasındakı problemlə bağlı idi. Digər bir təklifimiz isə bundan ibarət oldu ki, Azərbaycanda ali məktəbdə təhsil alan təhsilini Türkiyədə davam etdirmək istəyən tələbə öz ölkəsində oxuduğu kursdan iki kurs daha aşağıya qəbul olunur. beləcə bir neçə il itirir. Türkiyədən gələn tələbələr eyni vəziyyətlə qarşılaşırlar. Yəni təhsil sahəsində digər ölkələrə tətbiq edilən qaydalar, Türkiyə Azərbaycan baxımından fərqli yanaşma tələb edir.

- Məsələn?

- Türkdillilərin bir-biri ilə əlaqə yaratması yolunda çıxan ilk problemlərdən biri dil problemi oldu. İnsanların ən asan anlaşdıqları dil, təbii ki, ana dilidir, lakin məlum oldu ki, məsələn qazax türkcəsində Türkiyə türkcəsində danışan iki şəxs bir birini başa düşmür. Azərbaycan-Türkiyə münasibətləri istisna olmaqla, demək olar ki, bütün başqa türk xalqları arasında ünsiyyət dili hələ rus dili olaraq qalır. Hətta türk dilli ölkələrin zirvə toplantılarında çalışma dili rus dilidir.

Eyni zamanda istəmirik ki, bu fikir yanlış anlaşılsın. Heç kim demir ki, ana dilində danışan, bu gün müstəqil dövlətləri olan yaxud olmayan hər hansı türk soylu xalq danışdığı dilindən vaz keçsin bugünkü Türkiyə türkcəsində danışsın. Əsla belə ola bilməz. Bu gün ingilis dilində bütün dünya danışır, ingilis dili bütün dünyanın işlək dilidir. Amma eyni zamanda ingilis dilinə paralel olaraq, deyək ki, regional dillər var. Bütün türkdilli xalqların da ən azından beynəlxalq toplantılarda işlədəcəyi beləliklə bir müddət sonra dünyanın çalışma dillərindən birinə çevriləcək regional bir dilə ehtiyac var. Bu dilin mövcudluğunun türk xalqlarına böyük üstünlüklər gətirəcəyi şübhəsizdir.

Türk soylu xalqlar arasında ortaq əlifba, ortaq yazı dili, ünsiyyət dili yaradılması mövzusu əslində daim gündəmə gətirilir. Bu gün bu fikir mümkün olmayan kimi görünə bilər, lakin bu məsələni qaldırmaqla buna nail olmaq üçün ilk addımımızı atmış oluruq.

Azərbaycanın keçən 70 ildə boyunduruq altında olmasına baxmayaraq, onun öz kökündən ayrılmaması daha sonra - müstəqillik qazanandan sonra da yenə bölgədə, dünyada ən yaxın tərəfdaş olaraq Türkiyəni seçməsi bir təsadüf deyil. Bu yerdə Ulu Öndərimizin artıq deyərdim ki, bütün dünyanın dilində bir ata sözünə çevrilən "İki dövlət, bir millət" deyimini bir daha xatırlamaq xatırlatmaq istəyirəm. Söylənən bu möhtəşəm fikrin arxasında, qurulan bu çox möhkəm əlaqələrin təməlində dil, din, ənənə ortaqlığı, tarixi, mədəni, ədəbi birlik durur. Ona görə düşünürük ki, ortaq bir dil üçün komissiyanın yaradılması, çalışmaların başlaması əhəmiyyətlidir. Tədbirin yekununda 15 əhəmiyyətli nəticə əldə edildi. Bunlardan biri odur ki, 2012-2013-cü tədris ilində İstanbul Universitetinin Türkiyat Araşdırmaları şöbəsinin magistr doktorantura proqramlarında 30 xarici tələbə təhsil ala biləcəkdir onlara təqaüd veriləcəkdir. Biz elə oradaca bu rəqəmin artırılmasını xahiş etdik. Çünki hazırda 46 ölkə iştirak edirsə, deməli, ən azından 46 müraciət olacaq. Ona görə bu rəqəmi artırmağın daha məqbul ola biləcəyini dilə gətirdik eyni zamanda tələbələrin seçilməsində tətbiq ediləcək kriteriyaların müəyyənləşdirilərək açıqlanmasını istədik. İnstitut rəhbərliyi qeyd etdi ki, önümüzdəki ildə bu rəqəm iki dəfə artırıla bilər.

 

 

KAMİL

 

525-ci qəzet.- 2012.- 2 may.- S.4.