Məmməd Səid Ordubadinin 140 illik yubileyi qeyd olunub

 

Mayın 1-də görkəmli nasir şair Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları, yaxın qohumları ictimaiyyət nümayəndələri əvvəlcə yazıçının Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Sonra tədbir yazıçının xatirə muzeyində davam etdirilib.

Burada M.S.Ordubadinin kitablarından, xatirə əşyalarından ibarət sərgi açılıb.

Muzeyin direktoru Lalə Abaszadə ölkə prezidentinin sərəncamı ilə yazıçının 140 illiyinin geniş qeyd ediləcəyini bildirib.

Çıxış edənlər ədibin həyat yaradıcılığından söhbət açaraq qeyd ediblər ki, silsilə tarixi romanlar müəllifi kimi tanınmış ədib bir-birinin ardıncaQılınc qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakıromanları, povestləri, dram hekayələri, liberetto şeirləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib.

Tədbirdə Yasamal rayonundakı 167 nömrəli məktəbin şagirdləri ədibin felyetonlarından nümunələr söyləyiblər.

Sonda M.S.Ordubadinin yaxın qohumu Səadət Səttarova tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 3 may.- S.7.