Kamal Abdulla artıq birincidir

 

XARİCİ ƏDƏBİYYATI ÇOX ŞİŞİRTMƏYİN, ONLAR BİZDƏN YUXARI OLDUQLARINI SANDIĞINIZ QƏDƏR DƏ BİZDƏN AŞAĞIDIRLAR

 

Kamalın əsərlərininNobel”ə təqdim olumağıyla çağdaş Azərbaycan ədəbiyyatı ədəbiyyat sahəsində ən böyük tribunadanMən varamdeyir. Çox arzu edərdim, Kamal o mükafata tez qalib gəlsin, ancaq bunun baş verəcəyindən, ya verməyəcəyindən asılı olmayaraq, Kamal artıq qalibdir. O, Azərbaycandan rəsmi şəkildəNobelətəqdim olunmuş ilk yazıçımızdır. Kamal həm bizi “Nobel” mükafatı kompleksindən xilas etdi. On illər keçəcək, ancaq bu nüfuzlu mükafatın tarixində, Azərbaycan türklərinin yaddaşında ilk kimi Kamal Abdulla qalacaq.

Bilmirəm, bütün dünya millətləri belədir, ya yox, bizdə özünü özününkülərə tanıtmaq, dünyaya tanıtmaqdan daha çətindir. Beləcə, həm ədəbiyyatımızı, xalqımızı dünyaya tanıtmaq, həm özümüzə hamıdan kiçik, balaca baxmaq kompleksini yıxmaq baxımından Kamalın əsərininNobel”ə təqdim olunması çox mühüm hadisədir. Bununla, başqalarını dağ boyda, özümüzü bir balaca çopur daş boyda görmə erası bitir.

Yenə qeyd edirəm, Azərbaycanda orta “Nobel” səviyyəsindən yuxarı yazıçı, şair həmişə olub. İndiyə qədərNobel”i almamağımızın əsas səbəbkarı tək biz yox, həm “Nobel” Komitəsinin inadla Azərbaycan ədəbiyyatını diqqətə almamasından irəli gəlir, orda hələ Sovetlərdən qalmaənənədavam edir, onların hətta az qala bizim varlığımızdan xəbərləri yoxdur, daha doğrusu çox uzağa baxa bilmirlər.

Uzaqları görmək böyük istedad istəyir, elə Nobel Komitəsində .

Bu sərhədləri qırmaqda KamalınNobel”ə təqdim olunmasının çox mühüm rolu olacaq. Çoxları istəsə , istəməsə millətimizi bəzilərinin gözündə aşağılamaq kompleksindən xilas etməkçün bu xəbər heç şübhəsiz çox əhəmiyyətlidir.

Dünya ədəbiyyatının öncülləri içərisində biz varıq, bizim ədəbiyyatımız da var, gec-tez özümüzün buna inanmağımıza, millətlər içində millət, ədəbiyyatlar içində ədəbiyyat kimi özümüzü hiss etməyimizə səbəb olacaq.

“Nobel” mükafatı yarananda bizim M.Ə. Sabirimiz, Mizə Cəlilimiz, Ə. Haqverdiyevimiz var idi, ancaq onlar görmədilər. Bizim Cavidi, Cavadı da görmədilər. Bizim əsl poeziyamızın səviyyəsi çox vaxt orta dünya şeirindən, son əsrlərdə isə orta “Nobel” səviyyəsindən yuxarı olub. Mən nəsrimizin həm bu gününə, həm gələcəyinə nikbinliklə baxıram.

Sabir Əhmədlinin hələ isti ruhundan, İsa Muğannadan, Anardan, Əkrəmdən, Elçindən, Afaqdan, Mövluddan, Seyrandan, Vaqif Nəsibdən hələ dipdiri olan Rafiq Tağıdan, xatırlanmadıqları üçün “Nobel” Komitəsinin gələcəkdə üzr istəyəcəyinə əminəm.

Xarici çox şişirtməyin, onlar bizdən yuxarı olduqları qədər bizdən aşağıdırlar. Elə günahlarını duymamaqda da.

Bu üzrün iradların həm Kamala mükafatın təqdimat mərasimində, həm Murad Köhnəqaladan, Həmid Herisçidən, Zahid Sarıtorpaqdan, Rasim Qaracadan, Salamdan, Orxan Fikrətoğludan, Qulu Ağsəsdən, Xanəmirdən, Pərvizdən, Aqşindən, Baycandan, Sevinclərdən, Güneldən, Qaraqaplandan, Böyükçöldən, Şəhriyardan, Fərid Hüseyndən hansılarınınsa gələcəkdə “Nobel” mükafatını xoşbəxt edəcəkləri günlərdə səslənəcəyinə əminəm.

Bütün mükafatlar əslində qadın kimidir. Dünya tarixində qadınları türklər qədər ucaldan ikinci xalq yoxdur. Türk kişiləri qadınlara həmişəXan-ım”, yəni mənim xanım, yəni xanın xanı deyib özlərindən üstün tutmuşlar.

Ən sonda yüz on illik “Nobel” dağını aşmağa ilk cəhdimizin, ilk alpinistimizinKamalın qədəmləri mübarək olsun.

 

 

Vaqif BAYATLI ODƏR,

Gürcüstan Nazirlər Sovetinin Mayakovski,

Azərbaycan Mətbuat Fondunun Mirzə

Cəlil mükafatları laureatı

 

525-ci qəzet.- 2012.- 5 may.- S.19.