Milli Kitabxanada “20 il Şuşasız” adlı kitab sərgisi açılıb

 

Milli Kitabxanada Şuşanın işğalının 20 illiyinə həsr olunmuş “20 il Şuşasız” adlı kitab sərgisi və Şuşa barədə hazırlanmış kataloqun təqdimatı keçirilib. Tədbirdə Kitabxananın əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər. Milli Kitabxananın direktoru Kərim Tahirov Şuşa şəhərinin işğalı ilə Azərbaycanın mədəniyyətinə də böyük zərbə dəydiyini vurğulayıb. O, hazırda nümayiş etdirilən kataloq və kitabların gələcəkdə hər birinin tədqiqat mənbəyi olacağını söyləyib. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun rəhbəri Çingiz Əlioğlu və digər çıxış edənlər Şuşa şəhərinin işğalı ilə Azərbaycana ağır mənəvi-psixoloji zərbə vurulduğunu bildiriblər.

 

 

RÖYA

 

525-ci qəzet.- 2012.- 9 may.- S.7.