“Azərbaycan”ın
yeni sayı işıq üzü
görüb
Növbəti
sayı yenicə işıq üzü görən “Azərbaycan”
jurnalının bu nömrəsində 75 yaşlı şair
Musa Yaqubun şeirləri yer alıb. “Poeziya”
bölümündə Tofiq Məliklinin və İnqilab
İsaqın şeirləri, həmçinin Mirzə Ələkbər
Sabirin 150 illik yubileyi münasibətilə Etibar
Etibarlının qələmə aldığı “Bir
ömrün akkordları” poemasından bir parça daxil
edilib. Jurnalın “Nəsr” bölməsində
yazıçı Elçin Hüseynbəylinin “Azıx”
romanı, Mustafa Çəmənlinin “Ölüm mələyi”
tarixi romanı və Yaqub Əlioğlunun “Qurd ürəyi”,
“Səs” adlı hekayələri var. “Yeni tərcümələr”də
M.Y.Lermontovun “Jurnalist, oxucu, yazıçı” poeması Səyavuş
Məmmədzadənin tərcüməsində oxuculara təqdim
olunub. Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq”
səhifəsində Zaman Əsgərlinin “Nizamişünaslıq,
uğurlar, prespektivlər” və Ağahüseyn
Şükürovun “Mühacir şair ömrü”
başlıqlı məqalələri öz əksini
tapıb. Mətanət Vahidovanın “Ta var əlində
cami-mey” yazısı “Gənc tənqidçinin tribunası”
başlığı ilə verilib. Yazıda müəllif
Seyid Əzim Şirvaninin lirikasında “çayxana” və
“şərab” anlayışlarını təhlil edib. Əlizadə
Əsgərin qələmə aldığı “Cavid
dünyası” başlıqlı məqaləsi isə
“Kitablar, rəylər” bölməsində yer alıb. Nəşrin
son səhifələrində yer alan “Söz xəzinəmizdən”
başlıqlı guşəyə daxil edilən “Əlyazmalar
İnsitutunun yeni nəşrləri” Paşa Kərimovun təqdimatında
çap olunub. Jurnalın son səhifələrində isə
yeni nəşr olunmuş kitabların qısa xülasələri
verilib.
GÜNEL
525-ci qəzet.- 2012.- 15 may.- S.7.