Dünyanın hər
guşəsindən görünən insan
Möhtərəm Şeyx həzrətləri!
Bu məktubu Sizin rəhbərlik etdiyiniz Azərbaycan nümayəndə heyətinin ötən ay Səmərqənd və Buxaraya 4 günlük səfərindən az sonra yazmağı qərara aldım.
Möhtəşəm səfər zamanı bir daha əmin oldum ki, Siz dünyanın hər bir güşəsindən görünən və daim diqqət mərkəzində olan əzəmətli şəxsiyyət, dini və mənəvi dəyərlərimizi təmsil edən qüdrətli və görkəmli bir din xadimisiniz. Diqqət mərkəzində olmağınız və böyük nüfuz qazanmağınız ilk nöbədə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri kimi Sizin uzun illər müqəddəs dinimiz yolunda mübarizə aparmağınızla yanaşı, bu sahədə öz yorulmaz missiyanız və fəaliyyətiniz sayəsində dünyanın hər bir yerində müsəlmanların mənəvi birliyinə çalışmalarınızla bağlıdır. Rəhbərlik etdiyiniz dini qurum bu gün cəmiyyətin həyatında böyük rol oynayan ən mühüm mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunmasında, müxtəlif dinlər arasında dözümlülük, dostluq və əməkdaşlıq hökm sürməsində danılmaz xidmətləriniz vardır. Siz öz məsləkiniz və əqidəniz yolunda həmişə sabitqədəm olmusunuz.
Tanrını başının üstündə görən, onun varlığını duyan hər kəs Sizin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinizi obyektiv qiymətləndirir və dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malik olduğunuza sevinir... Siz tez –tez müxtəlif ölkələrə səfərlər edir, Azərbaycana gələn yüksək rütbəli din nümayəndələrini qəbul edirsiniz. Üstəlik ilahiyyət məsələləri ilə bağlı gözəl elmi-dini əsərlər qələmə alır, islam dininin mahiyyətinə, eləcə də onun incəliklərinə bələd olan professional mütəxəssislərin hazırlanmasında önəmli işlər görürsünüz. Hərdən düşünürəm ki, Sizdə bu qədər gücün, enerjinin mənbəyi hardan qaynaqlanır?.. Bu suala cavabı Sizə məxsus olan bir fikirdə tapdım: “İnsanın həyatında ikinci böyük xoşbəxtliyi, onun ailəsindən sonra xüsusi əhəmiyyətə malik olan müəllimləri və məktəbidir”
Sizinlə görüşlərimizdə dəfələrlə Özbəkistanda dini təhsil aldığınız dövrdən, dünyaya böyük ruhani alimlər bəxş edən Buxaradakı “Mir Ərəb” mədrəsəsindən, oradakı müəllimlərinizdən və tələbə yoldaşlarınızdan həmişə qürurla söhbət açıbsınız.
Mən yuxarıda dediyiniz fikrin elə məhz sizin simanızda bariz nümunəsinə Azərbaycan nümayəndə heyətinin tərkibində Səmərqəndə və Buxarada olarkən bir daha şahid oldum.
Əvvala onu qeyd edim ki, nümayəndə heyətimizin bu möhtəşəm səfərə xüsusi təyyarə ilə gedib-gəlməsinin özü də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm dinimizə, həm də Sizə olan diqqət və qayğısının açıq-aşkar təzahürüdür.
Aprelin 20-də biz Səmərqənd hava limanından on kilometr aralıda yerləşən və Əmir Teymurun oğlu Şahruhun adını daşıyan küçədə “Reqiston Plaza” mehmanxanasında yerləşdik. İstər Səmərqəndə, istərsə də Buxaraqa bir çox maraqlı və yaddaqalan görüşlərimiz oldu. Nümayəndə heyətində mənimlə bərabər Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Eldar İbrahimov, Cavanşir Paşazadə, Hadi Rəcəbli, Fəzail İbrahimli, Aydın Abbasov, QMİ-nin elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev, Qazi Hacı Mirəziz Seyidzadə, QMİ sədrinin birinci müavini Salman Musayev, sədrin müavini, fəlsəfə elmləri doktoru Qəmərxanım Cavadlı, professor Qulu Məhərrəmli, digər tanınmış alimlər, din xadimləri və jurnalistlər daxil idi.
İlk unudulmaz görüşümüz Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində oldu.Universitetin rektoru, professor Uluqbek Taşkenbaev ali təhsil ocağının tarixi, elmi əlaqələri və Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığı barədə bizə məlumat verdi və nümayəndə heyətimizin üzvlərinə Səmərqəndin rəmzi olan hədiyyələr bağışladı.
Sonra Siz öz dərin məzmunlu çıxışınızda qeyd etdiniz ki, Özbəkistan, o cümlədən Səmərqənd və Buxara şəhərləri bu gün bütün Qafqazın Şeyxi kimi Sizin üçün çox əziz və doğma məkandır. Bildirdiniz ki, Azərbaycan və özbək xalqları dost və qardaş xalqlardır, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu əməkdaşlığın indiki səviyyəyə qalxmasında isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun xüsusi xidmətləri olmuşdur.
Bəli, Özbəkistan- Azərbaycan dostluğu və əməkdaşlığı barədə onlarca faktları misal gətirmək olar. Son illərdə Bakıda Özbəkistan Prezidenti İslam Kərimovun “Yüksək mənəviyyat və yenilməz güc” kitabının Azərbaycan dilində təqdimatı olması, Daşkənddə isə Viktor Andriyanovla mənim qələmə aldığım “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı özbək dilində nəşr edilməsi və təqdimatı ölkələrimiz arasında belə əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsidir.
lll
Maraqlı
səfər proqramı çərçivəsində
nümayəndə heyətimiz Səmərqənddəki İslam dünyasının
böyük alimlərindən biri sayılan İmam Buxari məscidi,
Registan kompleksi, Uluqbəy Rəsədxanası, Şahi Zinda,
Gur Əmir, Bibi xanım və digər qədim abidələrə
baxdı, İmam Buxari adına Beynəlxalq Mərkəzdə
oldu.
Səmərqənddən 30 km aralı yerləşən “İmam əl –Buxari” şərq memarlığının ənənələrini saxlayaraq müasir texnologiya ilə tikilmiş bir kompleksdir. Onu da qeyd edim ki, İmamın qələmə aldığı əs –Səhih sünni məzhəbindən olan müsəlmanlar üçün Müqəddəs Qurandan sonra ikinci kitab sayılır. Və mədrəsələrdə, eləcə də İslam universitetlərində əsas dərslik kimi istifadə olunur. Bizə verilən məlumatlardan bəlli oldu ki, mənalı ömür yolu Səmərqəndə sonuclanan orta əsrlərin boyük din xadimi İmam əl- Buxarinin teologiya sahəsində misilsiz xidmətləri olmuşdur.
Səfərimizin ikinci günü nümayəndə heyətimiz Əmir Teymurun movzeleyinə baş çəkdi. Dünya tarixin səhifələrində bacarıqlı sərkərdə kimi adını yazdıran Əmir Teymur hakimiyyəti dönəmində həmişə ruhanilərə, sənətkarlara xüsusi hörmətlə yanaşmışdır. Böyük fateh Qüdrətli və mərhəmətli Allaha dərindən inanırdı, daim yanında Quran gəzdirirdi və mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi. Teymurun qılınc hesabına qazandıqlarını Seyid öz müqəddəs dualarıyla möhkəmləndirirdi. Tarixin səhifələrindən o da məlumdur ki, Əmir Teymur öz məktublarını “Mən, Tanrının qulu Teymur..” sözləri ilə başlayırdı. Ölüm yatağında isə o, Seyid Bərkənin ayaqları altında basdırılmağı vəsiyyət etmişdi.
Teymur Səmərqəndi qurduğu dövlətin paytaxtı edib hələ sağlığında onu cahanda məhşur eləmişdi...
Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyanın paytaxtına yığırdı. Bu gün dünyanı heyran qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılıb.
Səfər zamanı elm adamları, tarixçi alimlərimiz Teymurla bağlı bir sıra maraqlı fikirlər söylədilər.
Mən də illər öncə Azərbaycan türkcəsində oxuduğum “Əmir Teymurun vəsiyyətləri” kitabından bəzi məqamları xatırladım.
“Əmir Teymurun vəsiyyətləri” ümumtürk mədəniyyəti xəzinəsində “Tüzüki-Teymuri” (“Teymurun qanun kitabı”) adı ilə məşhur olmuşdur. Əsər dünya tarixində ən böyük cahangirlərdən biri kimi şöhrət qazanmış Əmir Teymurun dövlət quruculuğuna və hərb sənətinə dair mülahizələrini, Xeyir və Şər, Ədalət və Vicdan, Azadlıq və Zəfər haqqında təsəvvürlərini əks etdirir. Bu vəsiyyətin müasir dünyamız üçün əhəmiyyətini nəzərə alıb səfər qeydlərimə əlavə etməyi bir qələm sahibi kimi özümə borc bildim.
Haşiyə və yaxud Əmir Teymurun vəsiyyətlərindən:
“Birincisi, öz səltənətimi İslam dini əsasında qurdum, xeyiri və ehsanı əskik olmayan şəriətə bağladım, hörmət-izzət bəslənilməsi zəruri olan peyğəmbərin övladlarına və əshabələrinə məhəbbət əsasında qaydaya saldım. Səltənətimin mərtəbələrini qanun-qayda əsasında o cürə saxladım ki, bir kimsənin səltənətin işlərinə qarışmağa, ona ziyan yetirməyə ixtiyarı çatmadı.
İkincisi, hərbçiləri və rəiyyəti ümid ilə qorxu arasında saxladım. Dost-düşməni güzəştlə barışıq mərtəbəsində tutdum. Tutduqları əməlləri, dedikləri sözləri bəzən səbrlə, hövsələ ilə, bəzən də bildiyimi bilməməzliyə vurmaqla yola verdim...
Mənim boynumda bir kimsənin haqqı vardısa, o haqqı heç vaxt unutmadım. Bir kimsə ilə tanış oldumsa, o kimsəni heç vaxt diqqətimdən kənara qoymadım...
Üçüncüsü, heç kəsdən intiqam almaq niyyətində olmadım. Çörəyimi yeyib, əvəzində pislik edənləri pərvərdigari-aləmə tapşırdım. İş bacaran, şücaətli ər igidləri öz yanımda saxladım. Safürəkli adamların, seyidlərin, alimlərin və fazillərin üzünə qapım həmişə açıq oldu. Bədnəfisli xəsisləri, könlüpozuq qorxaqları məclisimdən çıxarıb qovdum.
Dördüncüsü, xalqı özümə xoş üzlə, rəhm və şəfqətlə ram elədim. İşimi ədalət ilə yeritdim, cəbirdən, zülmdən uzaq olmağa can atdım...”. (“Əmir Teymurun vəsiyyətləri” özbəkcədən çevirəni Məti Osmanoğlu, Bakı, 1991)
Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. Azərbaycanda Əmir Altın 300 nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidəndə Teymur buna təəssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidə də ehtiramla yanaşırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.
Birinci İbrahim İbn Soltan Məhəmməd ibn Keyqubad Şirvan taxt-tacını saxlamaq üçün Teymurla dil tapa bilmişdi. Türklərdə belə adət var ki, hədiyyə edəndə hər şeydən 9 dənə verərmişlər. Həmən qaydalara riayət edən Şeyx İbrahim özüylə 8 qul aparmışdı. Ondan soruşanda ki, niyə belədir, demişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun o qədər xoşuna gəlir ki, onu Şirvan və Şamaxının rəsmi hakimi elan eləyir. Tədricən I İbrahimlə Əmir Teymur arasında “ağa-qul” münasibətləri dostluğa keçir. İbrahim ona xərac vermirdi, amma Teymurun yolu Şirvana düşəndə təmtəraqlı ziyafətlər verməklə, qiymətli hədiyyələr göndərməklə kifayətlənirdi. Azərbaycana yolu düşəndə Teymur tez-tez düşərgəsini Qarabağda salırdı. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
Rəvayətə görə Azərbaycana – əslində böyük türk dünyasına düşmən kəsilən ermənilər haqqında Əmir Teymur belə deyib ki:
“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcək xalqlar ya məni alqışlayacaq, ya da ki lənətləyəcəklər”.
Görünür, müdrik Əmir Teymur erməni xislətindən agah imiş. Bu barədə başqa bir rəvayətdə deyilir ki: erməni xəyanətkarlığından qəzəblənən əmir onların hamısını qırıb tökəndən sonra sadəcə, bu tayfadan olan bir köçəri elat saxlayıb! Soruşublar bəs onu niyə saxladın? Cavab verib ki, “Əgər mən bunların kökünü kəssəm, mənə gələcəkdə lənət oxuyacaqlar. Deyəcəklər bir milləti yer üzündən sildi. Qoy gələcəkdə görsünlər ki, bunlar necə mundar millətdir. Onda mənə rəhmət oxuyacaqlar...”
Maraqlı olduğunu nəzərə alıb Əmur Teymur haqqında daha bir rəvayəti sizinlə bölüşmək istəyirəm.
Bir gün Teymur Azərbaycana hücum eləyir. Gəlib bir
dağı, çayı, kəndi görünən bir diyarda
məskunlaşır. O öz vəzirindən soruşur
ki, bu dağ hansı dağdır? Vəzir cavab
verir ki, “Ağrıdağdır”. Teymur
soruşur ki, “Bu çay hansı çaydır?” Vəzir isə cavabında “Əyriçaydır,
şah sağ olsun”- deyir. Nəhayət
Teymur qarşısındakı kəndin adını
soruşur. Vəzir cavab verir ki, “ Qibleyi-aləm,
bura Oğrukənddir”. Teymur qəzəblənib qoşuna
buranı tərk eləmək əmri verir: “Buranın
ağrısı da, əyrisi də, oğrusu da öz
içindədi. Daha mənim buranı
işğal eləməyimə ehtiyac yoxdur”.
lll
...Teymur
1380-ci ildən etibarən İran ,Azərbaycan,
Qafqaz, İraq, Suriya və Kiçik Asiya üzərinə
müntəzəm hərbi səfərlər etməyə
başladı. 1404-cü ilədək davam edən
yürüşlər nəticəsində bu ərazilər
işğal edilərək, Teymur dövlətinin tərkibinə
qatıldı. Vaxtilə Teymurun vassalı
olan Toxtamış xanın Qızıl Ordada hakimiyyəti ələ
keçirməsindən sonra onlar arasında mübarizə
daha da qızışdı. Yalnız
üç böyük yürüşdə (1389, 1391, 1395)
Teymur Qızıl Ordanı məğlub edə bildi. Əmir Teymur Hindistana yürüş etmək qərarına
gəldi. Onun məqsədi Hindistanın sərvətlərini,
münbit torpaqlarını ələ keçirmək idi.
1398-ci ildə qoşunlar Hindistan üzərinə yeridi . Dehli şəhəri
işğal olundu. 1399-cu Teymur Səmərqəndə qayıtdı . Hindistan səfərindən
sonra Əmir Teymurun Kiçik Asiyada əsas rəqibi
İldırım Bayazid idi. O, Bayazidə məktub
göndərərək, təslim olmasını tələb
etdi. İldırım Bayazid isə öz
növbəsində Teymura təhqiredici cavab yazdı. Bu məktub müharibənin başlanmasına bəhanə
oldu. Teymur Şərqi Anadoluya girərək,
Sivası sonra Malatyanı tutdu və Dəməşqə qədər
irəlilədi. Məmlükləri
özünə tabe etdi. Teymur 1402-ci ildə
təkrar Anadoluya yürüş etdi. Bu dəfəki
hədəf Osmanlı dövlətinin torpaqları oldu.
İldırım ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi,
digər hissəsi isə Anadolu qalalarının müdafiəsi
ilə məşğul olduğundan, Teymura qarşı sayca
xeyli az hərbi qüvvə
toplamışdı. 1402-ci il iyulun 28-də
Ankara düzənliyində orta əsrlərin bəlkə də
ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü.
Haşiyə və yaxud tarixdən
iki yarpaq:
1740-cı ildə Asiyanın sonuncu fatehi Nadir şah Əfşar
Buxara xanlığına yürüş edir. O zaman Səmərqənd də
bu xanlığın tabeliyində idi. Nadir
şah əmr edir ki, Əmir Teymurun qəbrinin üstündəki
daşı Məşhədə aparsınlar. Lakin bir dəfə
Əmir Teymurun mənəvi müəllimi Seyid Bərkə
Nadirin yuxusuna girir və deyir ki, daşı aparıb öz
yerinə qoy! Bu həyəcanlı yuxudan səksəkə
ilə ayılan Nadir dərhal əmr verir ki, daşı Səmərqəndə
aparıb, qoysunlar. Daşı apararkən
çayı keçən zaman daş iki yerə
bölünür. Və bu gün də
Teymurun qəbrinə baxarkən daşın birləşdirilməsinin
şahidi olursan.
İkinci dəfə buna oxşar əhvalat Stalin
tiranlığı zamanı olmuşdur. 1941-ci ildə
Teymurun məqbərəsini açmaq qərarı verildi.
Qazıntılar 16 iyunda başlandı. Əvvəl nəvəsi Uluqbəyin
oğullarının, sonra Teymurun oğulları Miranşah və
Şahruhun cənazəsini yerindən çıxardılar.
21-dən 22-nə keçən gecə Teymurun qəbri
açıldı. Əmir Teymurun qəbir
daşını yerindən tərpədəndə ətrafa
boğucu qətran, qızılgül və büxur ətrindən
qarışıq boğucu qoxu yayıldı. Xalq
arasında belə bir inam vardı ki, böyük sərkərdənin
qəbrini açanda yenə də müharibə ola bilər. Qəbri açandan
sonra Almaniya SSRİ-yə hücum etdi. Teymurun
sümükləri qəbirdən çıxarılıb
Moskvaya gətirilmişdi. Stalin də başlayan
müharibədən çəkinib Əmir Teymurun
sümüklərini yerinə qaytarmağı əmr
etmişdi...
lll
Əmir Teymur məşhur Astronom Uluq Bəyin
babasıdır. Uluqbəy Səmərqəndin hakimi
olduqdan sonra isə, şəhər müsəlman şərqinin
ən iri elmi mərkəzlərindən birinə
çevrildi.
Səmərqənddəki Şahı-Zində qəbirüstü
abidələr kompleksi memarlıq təxəyyülünün
əzəməti ilə təkrarsız bir abidədir.
Tarixi məlumatlara əsasən, Şahı-Zində
kompleksi iki dəfə – monqol işğalından əvvəl
qismən, əsasən isə Əmir Teymur və Uluqbəy (əmir
Teymurun nəvəsi) vaxtında inşa edilib. Orada Əmir
Teymurun qohumları və məşhur din xadimləri dəfn
olunub. Hər məqbərə
İslam-türk memarlıq sənətinin, incəsənətinin
bir incisidir. Kompleksdə iyirmi beş
məqbərə var. Məhəmməd Kusam ibn-Abbasın məzarı
hamısından hündürdür. XIV əsrdə məşhur
ərəb səyyahı və coğrafiyaşünası
İbn-Bəttutə həmin məzar haqqında yazıb: “Qəbir
abaddır. Üstündə dördbucaq
formasında günbəzli bina ucaldılıb. Hər
bucağında iki mərmər sütun var. Mərmərlər
göy, qara, ağ və qırmızı
rəngdədir. Binanın divarları da
qızılı naxışlı əlvan mərmərdəndir”.
Məzar digər məqbərələrlə əhatə
olunub. Əmir Teymurun xanımı Tümən
əkə və məşhur din xadimi Xoca Əhmədin məqbərələri
müqəddəs məzara çox yaxındır.
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-dramaturq
525-ci qəzet.- 2012.-
16 may.- S.4.