Vaqif Sultanlınınİnsan dəniziromanı Böyük Britaniyada

 

Ədəbiyyatşünas yazıçı Vaqif Sultanlınınİnsan dəniziromanı Böyük Britaniyada ingilis dilində nəşr olunub. Azərbaycan ədəbiyyatının təbliğində növbəti bir addım olan roman Michael Brannokun redaktəsində oxuculara təqdim edilib.

Qeyd edək ki, Vaqif SultanlıSönmüş ulduzlar”, “Qul bazarı”, “Ölüm yuxusu”, “Heçlik vadisi”, “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ömrün nicat sahilikimi bədii elmi kitabların müəllifidir.

Realist şərti-metaforik üslubun ortaq cəhətlərini özündə birləşdirənİnsan dəniziromanında hadisələr ötən əsrin sonlarında cərəyan edir. Yazıçı təsadüfən qətl törədən bir insanın taleyi fonunda dövrün sosial mənəvi-əxlaqi ziddiyyətlərini əks etdirməyə çalışmışdır.

Müəllif romanda cəmiyyətin varlığına yoluxmuş biganəlik, laqeydlik, əxlaqsızlıq, mənəviyyatsızlıq s. kimi mənfi dəyərləri bədii materialın obyektinə çevirə bilmişdir.

İngilis publisisti tənqidçisi Vinsent Valş kitaba yazdığı ön sözdə romanı yüksək dəyərləndirərək burada çağdaş cəmiyyətə hakim olan özgələşmə probleminin uğurlu bədii həllini tapdığını vurğulayıb.

İnsan dəniziromanı Amerika Birləşmiş Ştatlarında da nəşrə hazırlanır.

 

 

525-ci qəzet.- 2012.- 24 may.- S.7.