“İrfan”
jurnalının növbəti sayı nəşr edilib
“İrfan”
ictimai fikir
jurnalının növbəti sayı çapdan
çıxıb. Jurnalın “İrfani
baxış” adlı bölümündə yer
alan “Bir ovuc insan”
başlıqlı məqalədə Nurlan
Məmmədzadə kamil insanın cəmiyyətdəki
mövqeyindən və əhəmiyyətindən bəhs edib. Elşən Rzayevin qələmə
aldığı “Bəşəriyyətin ümumi
dərdi: Keyfiyyətli insan əskiyi” məqaləsində
qeyd edilib ki, kainatda ən dəyərli
varlıq keyfiyyətli insandır və hər şey
keyfiyyətli insanla məna qazanır:
“Dünyanın ən böyük dərdi
keyfiyyətli insan əskikliyidir. Bu gün dünyada
neçə-neçə zəngin sərvətə sahib olan fərd və millətlər
var ki, varlıq
içərisində yoxluq
yaşayırlar. Deməli, sərvəti yerli-yerində istifadə
edəcək keyfiyyətli insanlar olmazsa, sərvət fəlakət səbəbi
olar”. Eldar Kərimov
“Markamızın dəyəri” başlıqlı məqaləsində
istifadə etdiyimiz hər şeyin
markasına xüsusi diqqət yetirdiyimizi, xarici,
bahalı markaların həyatımızın ayrılmaz hissəsinə
çevrildiyini diqqətə
çatdırıb:
“İnsanın
da markası onun dini, mənsub olduğu zümrə, doğulub
yetişdiyi ailədir və etdiyimiz sadə bir səhv
bütün fikirləri alt-üst etməyə qadirdir”. Jurnala
millət vəkili, fəlsəfə üzrə fəlsəfə
doktoru Fazil Mustafa ilə müsahibə də daxil edilib. Fazil
Mustafa bu yaxınlarda işıq üzü görmüş
“Azərbaycan türklərinin dini-fəlsəfi dünya
görüşü: fəlsəfi aspekt” adlı kitabı barədə
sualları cavablandırıb, millətlərin
formalaşmasında dini kimliyin rolundan söhbət
açıb. “Bir yanlışı düzəldək”
başlıqlı səhifədə Məmməd Afiq “Zənci
yoxsa Qaradərili?” adlı məqalədə qaradərili insanlara
zənci deyilməsinin yanlış olduğunu
açıqlayıb. Salih Zeki Meriç “Namazı vüslətə
çevirmək”, Saleh Şirin “Qul haqqı”, Mehman
İsmayılov “Əmanət və qiyamət”, Akif Hüseynli
“Müdriklərdən öyüdlər”, İbrahim Erol “Dahi
islam mütəfəkkiri İbn Xaldun”, Mübariz Əlioğlu
“Qorxu və ümid arasında”, Aqil Əliyev “Bəqərə
surəsinin fəziləti”, Hasan Enes Ünlü “Qorxusuz qələm”,
Adem Şahin “Mədəniyyətimizdə təmizlik”, Pərvanə
Əfəndiyeva “Həsədin zərərləri”, Anar
Qurbanov “Sual-cavab”, Samir Həmzəyev “Hörmət yoxsa?..”,
Kamran Məmmədov “Hikmət lövhələri”, Ülvi Məmmədov
“Həyat dəftərindən” məqalə ilə, Sədri
Mazhar Bilginlə müsahibə jurnalın bu sayında öz əksini
tapıb.
GÜNEL
525-ci qəzet.- 2012.- 25 may.- S.7.