Məhəmməd Əmin Rəsulzadə
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev və elmi işçi
Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür.
İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
Siyasi intriqalar
Dünki sayımızda “Alman agentləri”
ünvanı altında “N.V.”-dən nəqlən bir fəqərə
dərc edilmişdi.
Bu fəqərə almanların hiylələri
ilə bitərəf məmləkətlərdə vətənimiz
Rusiya əleyhinə nə kibi intriqalar çevirildigini xəbər
veriyor. Stokholmda Rusiyada yaşayan qeyri-rus millətlərin guya
nümayəndələri yığışmışlar da
Amerika rəisi-cümhuri Vilson adına bir şikayətnamə
göndərmişlərdir ki, Rusiya dövləti özünə
məhkum olan millətləri incidiyor. Onların hüquqini təzyiq
ediyor və lazım imiş ki, Amerika dövləti hökuməti
imperatoru yanında təşəbbüs edib də
sıxıntıda olan bu millətlərin əhvalını
düzəltdirmək üçün çara nüfuz eləsin.
“N.V.”-nin rəvayətinə görə
Vilsona verilən bu ərizəni başda Finlandiya nümayəndələri
olduğu halda bütün Rusiya millətləri
latışlar, litvalılar, polyaklar, Baltik almanları, yəhudilər,
gürcülər, müsəlman millətləri, hətta
ukraynalılar da imza etmişlərdi. Yalnız “eşq olsun”
ki, ermənilərlə Rusiya rumınları bu “rusvanaməyə”
qol qoymamışlardır.
Vilsona çəkilən şikayətnaməyi
Rusiyadakı millətlərin “mündəravərdə” vəkilləri
olmaq hesabilə kimlərin imza elədiklərini “N.V.” qəzetəsi
tamamilə nəql etmiyor. Fəqət söyliyor ki, bu
adamların heç birisini Rusiyadaki millətlər vəkil
etməmişlərdir. Çünki finlərdən başqa
bütün Rusiya millətlərinin Dövlət dumasında
olan qanuni nümayəndələri kəndi millətlərinin
Rusiya hökumətilə bərabər olub da, onun düşmənlərilə
düşmən və dostları ilə dost olduqlarını
rəsmi surətdə elan etmişlərdir.
Şübhəsiz ki, böylədir. Əlbəttə
ki, dumadaki məbuslarımızın vəqtilə söylədikləri
kibi müsəlmanlar da daxil olduqları halda Rusiyada yaşayan
bütün məhkum millətlər, vətəni-ümumilərinin
istiqbalından məyus degildirlər. Onun üçün də
səadətlərini onun səadətində
görüyorlar.
Bunu bütün millətlərlə bərabər
biz də, hər bir münasibətlə, hər hərəkətimizlə,
qanımızla, malımızla isbat etdik. Bu halə rus cəmaəti
də, hökuməti də, qənaət hasil etdilər və
qənaətlərini dəfələrlə söylədilər.
Bu cəhət müharibədəki
qeyri-rus və o cümlədən müsəlman əskərlərinin
fədakarlığı və rusiyalı türk zabitlərinin
qəhrəmanlıqları ilə də isbat edildi. Bunun əksini
isbat edəcək bir vəqəyə təsadüf
olunmadı və bunu çürüdəcək bir vəqəə
zühur etmədi.
Bu kərə Stokholm intriqasında
bütün Rusiya millətlərilə birlikdə adı
çəkilən müsəlmanlar keçəndə dəxi
bir münasibətlə yad edilmişlərdir.
Oxucuların yadında olsa gərək
ki, rusiyalı türk-tatar qovmlərindən vəkalətən
bir heyətin macar rəisi-hökuməti qraf Tabsels yanına
gedib də Kazan xanlığının əhyasi
üçün təşəbbüsdə bulunduqları xəbəri
qəzetələri dolanmış idi.
O vəqt Rusiyada çıxan
bütün türk-müsəlman qəzetələri bu xəbərdən
istikrah və nifrətlə bəhs etmiş, Kazan
xanlığının əhyası kibi gülünc bir xəyal
degil, Rusiyadan başqa bir hökumətə şikayət
fikrinin belə müsəlmanlar arasında tərəfdarı
olmadığını bəyan eləmişlərdi.
Mötəbər “Vəqt” qəzetəsi
böylə bir istekrahə iştirak etməklə bərabər,
məsələnin əhəmiyyətli bir cəhətini
açmış və demişdi ki, Rusiya müsəlmanlarının
hökumətlərinə sadiq qalmaları hər halda bəzi
xəyalpərvər şəxslərin zühur edib də bu,
ya o surətlə hərəkətlərini və bir takım
siyasi macəralar ardında olmalarını ehtimaldan xaric
buraxmaz. Çünki “Vəqt” siyasət zamanındayız –
diyordu. İntizar olunmayan hadisələrin, əql və təsəvvürə
gəlmiyən əcayiblər doğurduğu bir anda, biz kim
bilir olsun ki, Rusiya xaricində yaşayıb da daxildəki
dindaş və irqdaşlarının qayğısına – kəndi
bildikləri kibi qalanlar da var.
Fəqət bu qayğıların
silahları alınıb da kefləri istəyən təsiri
hasil edə bilməmələrinin çarəsi hökumətin
öz əlindədir. Çünki məlum a, müsəlmanların
bir takım məşru tələbləri vardır. Bu tələblərin
verilməsi hökumətlə hakim millətin
iqtidarını, izzəti-nəfsini azaldacaq şeylər
degil, yalnız Rusiyadaki müsəlmanlara da günəş
altında yaşaya bilmək üçün vücudi-əlzəm
bir takım vətəni və milli hüquqlardır.
Hökumət xaricdə görülən
bu intriqaları haman qəti bir tədbirlə qüvvətdən
sala bilər, müsəlmanların əhvalında
qayğılanacaq şeylər olmadığı təqdirdə
bittəbii “qayğıçılar”ın zühuruna da səbəb
qalmaz. Bu kibi qayğıçılar zühur eləsələr
dəxi heç bir nov təsir hasil etdirə bilməzlər.
Çünki ayağ altında zəmin görməz,
çizmək istədikləri qorxunc tablo üçün bəyaz
lövhələr tapmazlar.
Stokholmdan gələn bu yuxarıdaki xəbər
həqqində də “Vəqt”in bu məqul mülahizəsini təkrar
etmək olar. Şübhəsiz kimsə inkar etməz ki,
Rusiyada bir “inorodeslər” məsələsi vardır. Əlbəttə,
Rusiya “inorodesləri” bu məsələni
başqalarının nüfuz və müdaxiləsi ilə həll
etdirmək istəməzlər. Böylə bir istəkdən
onların ruhi bezardır. Dəlili meydandadır. Təkrara
ehtiyac yoxdur.
Rusiya inorodesləri yaxşı qanedirlər
ki, bu məsələ bir ailə məsələsidir. Onlar
bilirlər ki, yalnız məhkum millətlər degil, hakim millətin
də istədigi bir çox islahat vardır. Fəqət
bütün bunlar rusiyalıların öz əllərilə,
öz istəklərilə, öz hökumətləri vasitəsilə
islah olunacaq. Rusiya inorodestlərindən daha heç birisi
Rusiyanın bütün millətlər üçün
doğma yurd olacağından qəti-ümid etməmişdir.
Biləks hər kəs müharibə nəticəsində
böylə bir səadət hasil olacağı ümidilə
yaşamaqda, müharibənin şiddət və məşəqqətlərinə
təhəmmül etməkdədir.
Şübhəsiz ki, Rusiya millətləri
xarici bir qayğıçıya möhtac degildirlər. Onlar özləri
öz qayğılarına qala bilərlər. Onlar öz dərdlərinə
rus millətinin ağıllı və idraklı qismi
arasında da az qayğıçı bulmazlar. Fəqət
bütün bunlarla bərabər könül arzu edərdi ki,
Rusiyadaki millətlərin imdiki halını müvafiq görən
məhfillər heç olmasa imdi bir əqlə gələydilər
və kəndi inadları ilə başımıza nə kibi
“qayğıçılar” çıxardıqlarını
düşünəydilər də, gözləri
açılaydı.
Öz başına qalxıb da Rusiya millətlərinin
dərdinə qalan “qayğıçı”ların
ağızlarını yummaq və təsirlərinin lap
kökündən kəsmək üçün ən müvafiq
çarə, ən əsli (radikal) tədbir şübhəsiz
ki, hökumətin öz əlindədir. Bu da: Rusiya millətləri
əhvalındaki “qayğılanacaq” xüsusları aradan
qaldırmaqdır.
Bu hasil olursa, o zaman kim nə intriqa
çevirirsə, çevirsin. Hər hankı xəyalpərvər
bir macəracu nə deyərsə, desin, kimsəyə zərrə
qədər təsir etməz.
M.Ə.
“Açıq söz”, 16 may 1916, ¹186
İstekrah – ikrah etmə
İnorodsı – özgə xalqdan olan
Qafqasiya zemstvosu və müsəlman
fraksiyası
Moskva qəzetələri Dövlət
dumasında müsəlman fraksiyasının rəisi Təfəkkilov
cənablarının Qafqasiya zemstvo şurasında olan müsəlman
nümayəndələrinə çəkdigi bir teleqrafı
nəşr etmişlər. Bu teleqrafda möhtərəm
fraksiya – rəisi diyor ki:
“Qəzetələrdə Tiflis
şurasının zemstvo həqqində qərarları
oxuyaraq heyrət etdim. Əgər Qafqasiya zemstvo layihəsi məhəlli
cəmaət əsasını pozan bu əsaslar üzərinə
yazılacaq olursa, əlbəttə ki, müsəlman
fraksiyasının bu layihəni müdafiə etməsini
gözləmək olmaz. Hər nə cür olursa-olsun, məhəlli
cəmaət idarəsinin demokratik əsaslarına sadiq
qalmayı lazım görəcəgiz. Bəlkə qəzetələrin
bu xüsusda verdikləri məlumat yalnış və naqisdir,
– deyə təsəlliyab oluyorum”.
Qəzetələrin verdigi məlumatda
bir takım mübaliğələr verən tündləşdirməklər
olmaqla bərabər zemstvo şurası əksəriyyətinin
1890-cı il nizamnaməsində mövcud olub da və cəmaətlik
demokratik əsaslarına zidd olan maddələri həqqində
razılıq verdikləri müsəlləmdir.
Hər nə qədər rəfiqimiz
“Yeni İqbal” bu xüsusda müsəlman mətbuati vəqtilə
“simasını açmadı” diyorsa da biz bu məsələdə
özümüzü həqsiz olarq “rübəndlilər
ağzı yaşmaqlılar” zümrəsində görmək
istəmiyoruz. Çünki zemstvo şurası
açılacağı gün, tipcə zemstvo iki mərtəbəli
uyezd və quberniya zemstvolarından ibarət olsun. Fəqət
başqa maddələrdə 1890-cı il nizamnaməsi
1864-cü il nizamına doğru təzhih olunsun demiş və
arzu eləmişdik ki, şura Qafqasiya zemstvosunun demokratik əsaslar
üzərinə qurulmasının təmminə
çalışsın, zemstvo seçgilərini silk və təbəqə
imtiyazından qurtarıb dvoryanlara artıq ixtiyar verilməsin.
Seçgi istehqaqını azaltsın, məktəblərin
yalnız maddətən degil, mənən də idarəsini
zemstvolara versin, qubernatorların zemstvo qərarları
üstündəki nəzarətini azaltsın, zemstvolarda yerli
dilləri dövlət dili ilə bir bərabərdə
tutdursun və sair.
Zemstvo şurası tamam oldu. Şura əksəriyyəti,
bütün müsəlman nümayəndələrinin rəyi
ilə 1890-cı il nizamnaməsinin tamamilə Qafqasiyaya tətbiq
oulnmasını istədi. Biz buna etiraz elədik. Hətta
müsəlman “bəy ariflər”ini müsəlman əkinçisinin
etimadını sui-istemal etdigi üçün müvaxizə
etdik.
Demək ki, biz də, müsəlman
fraksiyasının möhtərəm rəisi kibi hər nə
surətlə olursa-olsun, cəmaət idarəsinin demokratik əsasları
əleyhinə rəy vermək və bu xüsusdaki tələbləri
qəbul etməkdən uzaq olduğumuzu bildirdik. Rəyimizi
açıqca söylədik.
1890-cı il nizamnaməsinin eyni ilə
Qafqasiyaya verilməsini tələb edənlərin bu
xüsusda bəyan elədikləri ən böyük dəlil
dəxi bizi qane edəmiyor. Onlar diyorlar ki, əsasən bizdə
bu nizamnamənin əleyhindəyiz. Fəqət nə
yapmalı. Liberal əsaslar çox, demokratik layihələr
yazmaq da asan. Fəqət onu bizə verən kim? Halbuki biz bir
an əvvəl naqisdə olsa, zemstvo istiyoruz. Rusiyada nə
varsa, onu heç olmasa versinlər.
Fəqət bu bəhanə doğru
degildir. Oraya çağrılanlar qətiyyən müqəttən
sifətilə çağrılmamışlardı. Qanun
yazan bir vəziyyətdə də ola bilməzlərdi.
Çünki bu səlahiyyət heyəti-vüzərayə,
senata, dumaya və məclisi-əyanə məxsusdur. Onlar
sahibi-məlumat və xəlqin, məhəllin ehtiyacı
adına aşina adamlar – deyə çağrılmış
və hətta rəyləri də degil, məlumatları istənilmişdi.
Burada başqa bir şey lazım degildi.
Açıq-açığına Qafqasiyanın nəyə
möhtac olduğu ilə, nə kibi zemstvonun Qafqasiya həyat
və xüsusiyyatına müvafiq gəldigini söyləməlidirlər.
Sonra hökumət özü bilərdi, nə qədər verə
bilərdisə, onu verər, başqalarını rədd edərdi.
Hələ dvoryan kuriyası (bəglər və xanlara verilən
xüsusi seçgi dairəsi) ilə böyük
mülkdarlıq istintaqi əleyhinə tamam bir müvəffəqiyyətlə
söz söyləyə bilərlərdi. Çünki məlum
olduğu üzrə Dövlət duması özü də
bu maddənin əleyhindədir. Çünki daxiliyyə
vüzarəti özü bu maddənin islahı tərəfdarıdır.
Təfəkkilovun yuxarıdakı bəyanı
müsəlman fraksiyasının ğayətdə səhih
bir tərzi-hərəkət tutduğunu göstərməkdədir.
Bunu Tiflisdən Bakıya övdət etdigi zaman Qafqasiya müsəlman
vəkili Məhəmməd Yusif cəfərov cənabları
da bizimlə vaqe olan xüsusi müsahibələri əsnasında
söyləmişlərdi. O da 1890-cı il nizamnaməsinin,
bilxassə qubernatorların səlahiyyəti ilə, məhud
seçgi istehqaqını və dvoryan kuriysını təyin
edən maddələri əleyhində olduğunu və məsləkinə
zidd olan bu layihəyi müdafiə edə bilməyəcəgini
söyliyordu. Bu fikrinin Tiflisdə ikən şuradaki müsəlman
nümayəndələrinə söyləmiş olduğunu
dəxi əlavə ediyordu.
Zənn ediyoruz ki, erməni əqəliyyəti
tərəfindən təklif olunub da mahiyyəti bir növ
saxlandırılmamış olan bir takım yeni zemstvo təəssimati-idariyyəsini
keçdikdən sonra prinsip etibarilə yuxarıda zikr olunan
demokratik əsaslar üzərinə veriləcək zemstvo
qanununa, zemstvo şurasına iştirak edən əqilli və
idraklı ürəfamızdan heç biri məsləkcə
müariz çıxmıyalar, fəqət şurada verdikləri
rəylər bu nikbinanə ehtimalımızı çürüdəcək
dərəcədə qüvvətli isə də, biz verilən
bu rəyləri başqa bir prinsipə (əsasə) xidmət
etmək niyətindən ziyadə taktik xətasında
görməklə mailiz.
Hər halda biz də nə kibi bir səbəb
və saiqlə olsa da, zemstvodaki ürəfalarımızın
düşdükləri xətayə fraksiyamızın
yanaşmaq istəmədiklərini görməklə təsəlliyab
oluyoruz.
Qoy fraksiya tərəfdar olduğu
demokratik əsasların müdafiəsində sabit qalsın.
Əfkari-ammə daima onunladır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 18 may 1916, ¹188
Müvaxizə – məzəmmət
Müqəttən – inanılmış
Məhud – vəd edilmiş, şərti
Rubənd – üz örtüyü,
rübənd
Qurama
– Hacı Xudaverən yüz manat... Axund, məhəllə
əhlini dua elə.
– 50 manat da Kərbəlayi Xuda göndərdi.
Əhli-qüburə bir rəhmət...
– 5 manat da Şöhrət bəy.... Məhəllənin
cavanlarına dua elə. Özü də cavandır.
– Mirzə millətpərəst 10 manat,
Axund, islama dua elə...
– Ağa çox verdi 100 manat, Kars hərbzədələri
üçün, qəzetənin mümkünsə baş
sütununda yazınız!
– Ağcabədi bazarının bəzzazları
12 manat yarım, hərəsinin adı-sanı ayrı-ayrı
yazılsın.
– Dərs oxumaq istiyorsan, çox
yaxşı, bən sənə ayda 25 manat verərəm, ancaq
bir yaxşı təşəkkür məktubu yazasan.
– Bir məktəb tikdirrəm, ancaq
partiretim oradan asılsın.
– Böyük bina yapdıraram. Fəqət
içində çalışacaq adamlar da əgər
mümkünsə öz adlarını çevirib bənimkindən
qoysunlar.
Bunları neçün belə
quruyordum?...
Hm... yadıma düşdü.
Demək istiyoram ki, biz xeyir işə bir
manat xərcliyəndə on manatlıq ad çıxarmaq istəyiriz.
Məsələn, görüş məclisi
quruluyor. Qapı ağzında bir vərəq qoyulur ki,
qapıdan girən-çıxan qulpundan
çıxdığı qədər bir şey versin.
Milyonerlər gəliyorlar, mədənçilər
çıxıyorlar. Kazinoda binlər, klubda yüzlər,
kurortlarda on minlər sovuran ağaların, lakeylərə
onluqlar verən bəylərin qaraladıqları siyahı ən
çoxu 3000-dən artmaz.
Halbuki işi bir az məscidə bənzədib
də “Allah oğlun saxlasın”, yainki, “Allah fantan qismət eləsin”ə
salınca görüyorsan ki, milyonerlərin 3000-nə güclə
çatdırdıqları siyahını tazə
şaxtaçılar iki saətin içində 20.000-nə
çatdırdılar.
İndi gəl belə bir mühitdə di
ki, Moskvada naməlum birisi çıxmış da Şanyaf xəlq
darülfünununa 200.000 manat
bağışlamışdır.
Necə?!...
– deyə buna bizimkilər heyrət edə,
inanmaz.
O necə adamdır ki, 200.000
manatını vermiş də adını gizlətmişdir.
O necə kişidir ki, həm pulunu veriyor,
həm də adını qəzetələrə
yazdırtmayır. Bütün dünyaya qarşı gur-gur
guruldamıyor.
Hm...
Əgər bizim xeyratçılar bilsəydilər
ki, şəxsi-naməlumun şöhrəti məlumlardan
çoxdur, o zaman on manat verdikdə, bir on manat da verərdilər
ki, qəzetəçi onu yazmasın, 200.000 ianə edən bu
vəqtə qədər az olmamışdır.
Amma heç birinin ianəsi bu şəxsi-naməlum
qədər marağı cəlb etməmişdir.
İmdi Rusiyanın hər yerində
diyorlar ki, gözəl bir adam tapılmış 200.000
manatını vermiş, adını da
yazdırtmamışdır.
Naməlum şəxs böyük iş
görmüşdür.
Fəqət “naməlum” əvəzinə
“Petrov” olsaydı, şübhəsiz ki, burda o qədər bir
böyüklük olmiyacaqdı. Çünki 200.000 kibi ianə
edənlər az degildir.
Ancaq adam gərək ki, “naməlum” ilə
“Petrov”da heç bir təfavüt olmadığını dərk
etsin. Yaxud, çox təfavüt olduğunu anlasın.
Adam gərək ki, sağ əlilə
verdigini sol əlinə bildirməməkdəki zövqü
duysun.
Niş
“Açıq söz”, 23 may 1916, ¹192
Lord Kiçner
Teleqraf İngiltərə ilə müttəfiqləri
üçün olduqca əsəfnak bir xəbər gətirdi.
Mayın 18 ilə 19-u arasında İsqahərağ
sularında zühura gələn cəhənnəmnümun
vuruşma nəticəsində almanların bütün cəzalərini
görmədən qaçıb qurtara bilmələri ilə
İngiltərə gəmilərində, aralarında bir
çox şəxsidust və tanışları olan bəhriyyələrin
tələf olduğuna əlahəzrət Kral bəyani-təəssüf
buyurmuşlardı.
Kral ilə bərabər bütün
İngiltərə əfkari-ümumiyyəsi dəxi İsqahərağda
verilən tələfata qarşı mətəəssüf
idi. Fəqət bu təəssüf ingilis millətini, ingilis əzmini
qırmıyor. Biləks “Tayms” qəzetəsinin şəhadət
etdiginə görə əfkari-ammə verilən
qurbanların əldə edilən müvəffəqiyyətlərə
dəgər olduğu ilə təsəlliyab oluyordu.
Təqdir böylə imiş ki, İngiltərə
qəhrəmananə bir surətdə tələf olan adlı
bəhriyyələrinin həzin xatirələrini oxşamaqda
ikən nacahani yeni bir faciə ilə dəxi dilxun olsun.
Şübhəsiz ki, İngiltərənin
hərbiyə vəziri və bütün İngiltərə
su və quru qoşun qüvvətlərinin baş komandanı
Lord Kiçnerin teleqraflarda oxunduğu vəchlə suya
batması bütün İngiltərəni yas və matəmə
batıracaqdır.
Yalnız İngiltərə degil, bu
böyük müharibədə ingilis orduları ilə
qılınc arkadaşı olan bütün müttəfiq
ordular və ingilis milləti ilə əməldaş bulunan
bütün Avropa millətləri üçün dəxi
Kiçnerin bu fəci axırı göz yaşı
tökdürəcək bir hadisədir.
Lord Kiçner Avropanın ən məşhur
əskəri-siyasilərindən və ən iqtidarlı
müdəbbirlərindən idi.
Avropa müharibəsinin ibtidasında
dünyanın ən ciddi müttəfiqləri Avropa
müharibəsinin üç-dörd ay zərfində bu tərəf,
ya o tərəfin olub-bitəcəginə sadəlövhanə-hökm
verməkdə ikən, yalnız Kiçner idi ki, bütün
bu səthbinliglərin fövqünə yüksələrək
bu müharibənin 5 ilə qədər davam edəcəgini təxmin
eləmişdi.
Lord təxminin 3-cü ilinə yaxın bir
zamanda müharibənin təsadüfi zərbəsinə
uğrayaraq təsəvvür elədigi nəticəni
görmədən fərağətə çəkildi.
Kiçner müharibənin əvvəlində
Misirdə ingilis komissarlığı vəzifəsini ifa etməkdə
idi. Oxucular bilərlər ki, bu vəzifə adətən Misir
naibi-əskəri və idari məharətilə İngiltərəyə
böyük xidmətlər göstərmişdir. Vəqtilə
“Misir misirlilərindir” şüarı ilə qiyam edən
misirlilər, sonra daha şiddətlə ayağa qalxan
sudanlıları təədib edib də Misir ölkəsini rahat
etməsi və bu ölkənin qələmrovunu Afrikanın
ta ortalarına qədər böyütməsi ilə Lord əsgərlik
və siyasətdəki ismü rəsmini tarixin görkəmli
səhifələrinə yazdırtmışdır.
İngiltərə dövləti
müharibədə iştirak edincə bütün hərb
qüvvətlərini tapşırmaq üçün
Kiçnerdən daha layiq bir əl tapmamışdı.
Kiçner buna layiq olduğunu az zamanda
isbat elədi. Müharibənin əvvəllərində iki
yüz minə güclə varan ingilis ordusu bir az sonra milyonu
ötdü.
Hər yanda müşkil bir iş
olsaydı, mütləqa Kiçnert oraya getməli idi. Vaxtilə
Lordun Balkan səfəri dəxi bu niyətlə olmuşdu.
Lordu aparmaqda olan “Kempşayr” zirehli krauzveri
Rusiyaya gediyormuş. Qərq olduğu yer dəxi Orgenəy cəzirələrinin
yanındadır. Orgenəy cəzirələri Böyük
Britaniya cəzirələrindən Şotlandiyanın lap
şimali qurtaracağında bir çox cəzirələrin
məcmuinə verilən addır.
Görünüyor ki, krauzver Lord ilə bərabər
bütün ərkani-hərbini dəxi Norveç sahilinə
çıxaracağmış ki, oradan bu ali heyət Rusiyaya
azim olsun.
Kiçnerin yaxın zamanda Rusiyaya gələcəgi
zatən gözləniyordu. Bu xüsusda “O.R.” qəzetəində
dərc olunan bir fəqərədə deniliyor ki, keçəndə
müttəfiqlərin Paris ilə Londonda əskəri
şuraları olmuşdu. Bu şuralarda müttəfiq dövlətlərin
hökumət adamları arasında bilavasitə
danışıqda olmağın əhəmiyyəti təsdiq
olunmuşdu. Bu nəzəriyyənin nəticəsi olaraq Fransa
vəzirlərindən Vuyuyans ilə Albert Toma Rusiyaya gəldilər.
Fransa nümayəndələrinin Rusiyaya gəlməsindən
sonra İngiltərə nümayəndəsinin Petroqrad məşvərətində
hüzurinin qiymətdar olacağı keyfiyyəti
anlaşılmış oldu. Buna görə də Lord
Kiçner özünün bilzat Rusiyaya getməsini lüzumlu
və faidəli görmüş oldu. Fövqəlzikr qəzetənin
xəbərinə görə Kiçner bir zaman Petroqradda
qalacaq hökumət və ticarət adamları ilə
görüşəcək və müttəfiq
ordularının silah və ərzağı həqqində məşvərətdə
bulunacaqmış.
“Kempşayr” krauzverinin minadan, yainki
torpedodan qərq olduğu ingilis teleqraf rəsmiyyəsində
qeyd olunuyor. Gəminin böyük sürətlə
batmasını batanlardan kimsənin xilas ola bilməməsi
göstəriyor. Bu isə gəminin torpedodan
batdığına daha çox ehtimal verdiriyor. Əgər gəminin
batmasına səbəb torpedo isə, o zaman bu işin
sualtı qayıq tərəfindən icra edildiginə hökm
etmək lazım gəlir.
Lord Kiçnerlə bərabər ərkani-hərbinin
də batdığı xəbər veriliyor. Şübhəsiz
ki, Kiçner ərkani-hərbindəkilər də İngiltərənin
mümtaz adamlarıdır. Bu fəqərə isə daha ziyadə
movcibi-təsirdir.
M.Ə.
“Açıq söz”, 27 may 1916, ¹196
Əsəfnak – acınacaqlı
cüzur – dənizdə çəkilmələr
Tədib – cəza vermə
Erməni demokratizmi həqqində
(Dəgişik bir tərcümə
münasibətilə)
Yaxında olub bitmiş Qafqasiya zemstvo
şurasında gürcülər, müsəlmanlar və ermənilərdən
qeyrilər başqa bir əksəriyyət və ermənilərdən
ibarət bir əqəliyyət əmələ gəldigini qəzetə
oxuyanların hamısı bilir.
Əksəriyyət 1890-cı il nizamnaməsnin
namla Qafqasiyaya tətbiqini və bu surətlə Qafqasiyanın
Daxili Rusiya ilə hüquqda bərabərləşməsini
istiyordu.
Əqəliyyət
bu nizamnaməyə qane olmayıb Qafqasiya zemstvosunun başqa əsaslar
üzərinə verilməsini tələb ediyordu.
Arada iki böyük ixtilaf vardı: birisi
zemstvo idarə təqsimatı, ikincisi də zemstvo seçgilərindəki
hüquq və imtiyazlar.
Erməni əqəliyyəti
çapalıyordu ki, zemstvo idarəsi Rusiyada olduğu kibi ikimərtəbəli
uyezd və quberniya təqsimatı ilə olmasın. Məqsəd
də məlum idi. Ermənilər hər tərəfdə əqəliyyətdədirlər.
Buna görə mövcud idarə təqsimatı ilə
seçgilər icra edilərsə, hər yanda azlıqda
qalmalarına ehtimal vardır. Ona görə də Qafqasiyaya
zemstvo verildikdə öylə yeni təqsimat gözətməlidir
ki, ermənilərin hüquqi, əksəriyyət təşkil
etmələri təmin olunsun. Böylə olmazsa, hətta,
Babacanov duma kürsüsündən deyib də bütün
ermənilərə tərcüman oluyordu ki, Qafqasiyaya
zemstvonun varlığı yoxluğundan zərərlidir.
Bu mətləbi ermənicə
çıxan qəzetələr heç gizlətməyərək
açıqcasına yazdılar. Milli əsaslar üzərinə
qurulmuş zemstvo həqqində istədkilərini söylədilər.
Fəqət, şuradaki diplomat millətçilər öz
istədiklərinə demokratlıq rəngi verməgi işə
daha faidəli gördülər. Guya rus cəmaətinin iləridə
gedənlərinin xırda zemstvo (volost zemstvosu) xüsusunda bəslədiklərinə
tərcüman oluyormuş kibi Qafqasiya üzərinə olub
biçilməsini tələb etdilər.
Bu tələb tamamilə yeni bir şey
idi. Saflandırılmamış və demokratlığa
yaradığının dərəcəsi qətiyyən
isbat edilməmiş olan bu yeni ünvan ilə şura əqəliyyəti
bir nov kondrabandçılıq edərək öz məqsədini
yeritmək fikrini bəsliyordu.
Burasını bir az izah etmək lazım gəlir:
Qafqasiyanın bəzi quberniya və uyezdləri
əkinəcəgin suvarılması və sair əkin-biçin
işlərinin idarəsi üçün polisə idarəsindən
xaric bəzi bölgələrə ayrılmışdır.
Bu bölgələr əksərən təsadüflə əmələ
gəlmiş şeylərdir.
Zemstvonun bu təsadüfünə bulunan
idarə hüdudları ilə təşkil olunmasının
faidəsiz olacağı qətiyyən şübhəli idi.
Hətta köçbə halında yaşayan bəzi müsəlman
vilayətləri üçün zərərli olduğu dəxi
müsəlləm idi. Çünki bu tərtiblə dərələri
dağlardan ayırmaq lazım gəliyordu. Halbuki köçbəliklə
keçinənləri olan bir məmləkətin diriligində
dərələr ilə dağların nə dərəcədə
ayrılmaz və mənfəətləri biri-birinə
çalpaşıq olduğu böylə bir həyatla
keçinən quberniyaları tanıyanlarca aşkardır.
İştə, erməni əqəliyyəti
tərəfindən həddi-zatında uyezddən heç də
xırda olmayan bu oqranomik uçastokların təklifi,
köcbəsi olmayıb da əksərən dağlarda
yaşayan ermənilər üçün müvafiq
görünüyor desə də, köcbəligə malik olub
həm çöllüklərə, həm də dağlara
möhtac olan müsəlmanlar üçün qətiyyən
əlverişli degildi.
Sonra demokratlıq olsun – deyə erməni əqəliyyəti
böyük şəhərlərin, Bakının, Tiflisin, hətta
Bakı mədən dairəsinin uyezdlərdən
ayrılıb müstəqil bir zemstvo vahidi vücudə gətirmələrini
təklif ediyordu. Onlar istəmiyorlardı ki, quberniyanın hər
növ xidməti kəndçilərin hər qism zəhmət
və məsailərinin bərəkətini çəkən
şəhərlər sovurduqları faidədən bir qədərini
haman kəndlərin abadlığına sərf eləsinlər.
İstəmiyorlardı ki, milyonlarını sovurduqları neft
mədənlərinin ətrafında olan kəndlərə
bir qəpik də olsa, xərcləsinlər.
İştə, erməni əqəliyyətinin
zemstvo təşkilatı həqqində bu mahiyyəti məchul
safiyyəti şübhəli təklifi əksəriyyətcə
rədd edilmiş idi. Bunu zemstvo şurasının
açılacağı münasibətilə yazmış
olduğumuz məqalədə bizdə rədd etmiş, yalnız
quberniya və zemstvo idarələrinin müvafiq olduğunu
söyləmişdik.
Bundan keçdikdən sonra ikinci
mühüm bir məsələ gəliyordu ki, o da
ixtilaflı idi: bu da seçgi istehqaqı ilə dvoryan
kuryasından ibarət idi.
Biz əsl demokratlıq əsasından nəşət
edərək tələb ediyorduq ki, dvoryanlıq kuriyası
olmasın, seçgi istehqaqı da azaldıqca-azalsın və
bütün siniflər müsavi olaraq zemstvo seçgilərinə
iştirak edə bilsinlər.
Topraqsız, pərakəndə, əksərən
alış-verişçi olan ermənilərin də mənafei
bu tələblə təmin edilmiş oluyor. Topraq sahibi olmaq
toplu yaşamaqla bərabər alış-verişdə də
aciz olmayan müsəlmanlar bundan bir şey itirmiyorlardı.
Bu məsələdə zemstvo
şurasının əksəriyyəti bir taktik məsələsi
olacaq ki, demokratlığa zidd bir qərar aldı. Dvoryan
kuriyası ilə mülki istehqaq həqqini iltizam etdi.
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.-
2012.- 26 may.- S.26-27.