Bahar Muradova:
"Həmsədrləri dəyişib yerinə hansı
ölkələri gətirək ki?”
“HƏMSƏDRLƏR
BMT TƏHLÜKƏSİZLİK ŞURASININ ÜÇ
DAİMİ ÜZVÜDÜR – ONLARIN YERİNƏ HANSI
ÖLKƏLƏRİ GƏTİRMƏK OLAR Kİ, ERMƏNİSTANI
ÖZ MÖVQEYİNDƏN ÇƏKİNDİRƏ
BİLƏN ADDIMLAR ATSINLAR?”
Müsahibimiz Milli Məclis (MM) sədrinin
müavini, Azərbaycanın ATƏT Parlament
Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın 525-ə
müsahibəsi
– Bahar xanım, Azərbaycan zabiti Ramil Səfərovun
ekstradisiyası və əfvi bağlı ilə məsələ
üstündən bir ay keçməsinə baxmayaraq, yenə
gündəmdən düşmür. Məsələn, bu
günlərdə ABŞ dövlət katibi Hillari Klinton yenidən
bu məsələyə öz mövqeyini ortaya qoydu. Eyni
zamanda, bir müddət öncə işində iştirak
etdiyiniz ATƏT PA-nın payız sessiyası-konfransında bu
məsələyə qayıdıldı...
–
ATƏT PA-nın Albaniyanın paytaxtı Tirana
şəhərində keçirilən bu
dəfəki payız sessiyasında əsasən dözümlülük, multikulturalizm,
dünyada davam edən
iqtisadi tənəzzül,
maliyyə krizisi, o
cümlədən, idarəetmədə kütləvi informasiya vasitələrinin rolu
kimi məsələlər müzakirə olunurdu.
Əlbəttə ki, bu
kontekstdə ən müxtəlif çıxışlarda ən
müxtəlif fikirlər səslənirdi. Ancaq
sessiyada Azərbaycan və yaxud
da Ramil Səfərovun
ekstradisiyasına münasibət haqqında, xüsusi
bir məsələ yox
idi. Hərçənd ora getməmişdən əvvəl bizim məlumatlarımız var
idi ki, Ermənistan tərəfi
bu məsələni payız
sessiyasının gündəliyinə daxil
olunması və bu alınmasa, öz çıxışlarının ətrafında
disskusiya açmaq üçün ayrı-ayrı ölkələrlə,
ATƏT rəsmiləri ilə müəyyən işlər
aparırlar, odur ki, biz də qabaqlayıcı tədbirlərimizi görmüşdük. Bu
məsələnin orada nə gündəliyə
daxil edilməsinə, nə də geniş müzakirəsinə imkan
verildi. Azərbaycan nümayəndə
heyətinin səyləri və bir də
ATƏT PA rəsmilərinin prinsipial
mövqeləri nəticəsində bu
alınmadı. Ona görə beynəlxalq
təşkilatlarda baş verən neqativ hadisələr,
Azərbaycana yönəlmiş qaralama
kampaniyası ATƏT PA-da alınmadı. Ramil Səfərovun ekstradisiyası
haqqında Ermənistan nümayəndəsinin çox
qısa vaxt ərzində – iki dəqiqəlik
çıxışında – özü
də ermənisayaq toxunması, özünün
çıxışına, yəni, onun
gözləmədiyi, gözlədiyinə adekvat
olmayan neqativ rəylər
ortaya qoydu. Təbii ki, bu
çıxışda səsləndirilən fikirlərə
də həm hüquqi, həm siyasi, həm də digər tərəfdən
bütün mənalarda cavablar
verildi və sessiya
iştirakçılarının hər hansı birində bu məsələ ilə əlaqədar
qaranlıq məqam qalmadı. Çünki
bu, iki dövlət
arasında həyata keçirilmiş bir hüquqi aktdır, bu, beynəlxalq konvensiyaya
və onun müvafiq
maddələrinə , o cümlədən,
Azərbaycan qanunvericiliyə uyğun
şəkildə həyata keçirilib. Bunu kimin qəbul edib-etməməsi
artıq onun öz işidir. Bu, artıq bitmiş bir işdir, bu iş arxada
qaldı, biz irəliyə baxırıq və
bu faktı özündən də ermənilərin
danışıqlar prosesindəki qeyri-konstruktiv
mövqeyini pərdələmək məqsədi
ilə və yaxud da
danışıqlar prosesindən çıxmaq istiqamətində
göstərdiyi səylər üçün
istifadə etməsi onlara bir
səmərə verdi. Digər təşkilatlardakı
müzakirələr də, düşünürəm ki, bir səmərə vermir. Çünki hər
kəs ümumən münaqişənin nədən ibarət,
vəziyyətin indi nə yerdə olduğunu və onsuz da çoxdan
dayanmış danışıqlar prosesinin
dalana dirənməsində bu məsələnin rol
oynamadığını dərk edirlər. Sadəcə, bir hay-küy yaratmaq məqsədi daşıyırdı, bu hay-küy də
alınmadı.
– Danışıqlar prosesinin
dayanmasından söz düşmüşkən, məlum
olduğu kimi, bunu ilk dəfə
bir müddət bundan əvvəl xarici işlər nazirinin
müavini Araz Əzimov
açıqladı. Sizcə,
danışıqlar prosesinin bu məqamda dayanması nəylə
bağlıdır? Bu, prosesləri arzuolunmaz məcraya apara
bilərmi? Yəni, yenidən hərb variantına apara bilərmi və yaxud
ATƏT-in Minsk qrupundan
artıq imtina etmək, onu
başqa bir formatla əvəz etmək məqamı deyilmi?
– Bu suallar cəmiyyətdə çox səslənib,
biz də dəfələrlə buna cavablar vermişik. Danışıqlar prosesinin dayanmasının yeganə baiskarı,
səbəbkarı Ermənistan tərəfidir və son Kazan
görüşündən sonra
onların tutduğu qeyri-konstruktiv
mövqe məsələni bu həddə gətirib çatdırdı. Baxmayaraq ki, həmsədrlər
dəfələrlə səfər ediblər, müxtəlif bəyanatlar səsləndiriblər,
faktiki olaraq, bu dayanılan yerdən irəliyə
hansısa bir addım atılmayıb və
Ermənistan prezidentinin “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq və onun müstəqilliyi
təmin olunacaq” fikrinin
özü onların
danışıqlarda qeyri-səmimi olduqlarını və bu danışıqlarda
danışıqlar xətrinə vaxtı uzatmaq
və status-kvonu qoruyub
saxlamaq cəhdi ilə iştirak
etdiklərini bir daha
göstərdilər. Bu, qəbuledilməzdir,
status-kvo dəyişilməlidir, söyləyəndə
də heç kimin
ağlına o fikir gələ
bilməz ki, Azərbaycan hansı
addımı atmalıdır. İlk
ağıla gələn odur ki, erməni qoşunları Azərbaycan ərazisindən
çıxmalıdır və
qaçqın-köçkünlər öz ev-eşiyinə
qayıtmalıdır, icmaların təhlükəsiz
yaşayışı təmin olunmalıdır, sülhməramlı
qüvvələr yerləşdirilməlidir və bu, cənab prezidentin cəbhə
bölgəsində son çıxışında
da bir daha
öz əksini tapdı. Bu,
Azərbaycanın qətiyyətli mövqeyidir,
bütün
danışıqlar vaxtı bu mövqe ortaya qoyulur və danışıqlar prosesinin də bu yerə gəlib çıxmasının
günahkarı biz deyilik.
Günahkar erməni tərəfidir və
onlar da bunu bildiklərindən hər bir
bəhanədən istifadə etməyə
çalışırlar ki, diqqəti əsas
məsələdən, əsas mahiyyətdən
yayındırsınlar. Münaqişə nəticəsində
yaranmış ayrı-ayrı elementlər müzakirə predmeti olsun və bundan da Azərbaycanı qaralama kampaniyasında istifadə etsinlər.
– Bahar xanım, konkret olaraq payız
sessiyasında ATƏT PA-nın rəsmiləri
qarşısında danışıqların məhz Ermənistanın
qeyri-konstruktivliyi yönündə dayanması məsələsini
qaldırdınızmı?
– Mən onların hər ikisi ilə də
ayrı-ayrılıqda görüşümdə bu məsələyə
toxundum. Eyni zamanda bilirsiniz
ki, mən Azərbaycan parlamentinin
sədri cənab Oqtay Əsədovun ATƏT
PA-nın prezidenti cənab Rikkardo
Milyoriyə dəvət məktubunu ona
çatdırdım rəsmi dəvət
məktubu ona təqdim olundu
və eyni zamanda,
2014-cü ildə Azərbaycanda ATƏT-in illik
yay sessiyasının keçirilməsi ilə
bağlı artıq Parlament
Assambleyasının müvafiq qərarı
var və bu tədbirin
keçirilməsinə hazırlıq məsələləri
də bu görüşdə müzakirə
oluna bilər. Biz Milyori
ilə həm bu məsələlər ətrafında
müzakirələr apardıq, həm də Dağlıq Qarabağ məsələsi və konkret olaraq son dövrlərin hadisələri ilə
bağlı narahatlığımızı onun
diqqətinə çatdırdıq. Yəni, o özü də bu məsələnin
mahiyyətini çox gözəl bilir. Çünki hələ
sədr olmamışdan – prezident
seçilməmişdən əvvəl İtaliyanın
nümayəndə heyətinin rəhbəri kimi
bütün fəaliyyəti zamanı bu məsələyə və digər həlli
uzadılmış münaqişələrə çox diqqət göstərir, bu məsələləri öyrənirdi. Odur ki, münaqişənin
bütün mahiyyəti, kimin
hansı mövqedə olması ona bəllidir.
Bildiyiniz
kimi, ötən il Xorvatiyada keçirilən xüsusi
müzakirələr zamanı dinləmələr oldu, həmsədrlər özü
də orada iştirak
etdilər, ilk dəfə olaraq
münaqişənin tarixində hesabat
verdilər və bizim söylədiklərimiz
nəticəsində yox, daha
dəqiqi – onların söylədikləri ,
hesabatları nəticəsində bəlli oldu
ki, işğalçı tərəf Ermənistan
tərəfidir. Azərbaycan torpaqları təcavüzə məruz
qalıb, bir milyondan
artıq Azərbaycan vətəndaşı qaçqın və
köçkün vəziyyətində
yaşayır. Münaqişənin həlli prosesində dəfələrlə
biz variantlar irəli
sürülməsinə baxmayaraq, hər
dəfə Ermənistan tərəfinin qeyri-konstruktiv
mövqeyi nəticəsində bu danışıqlar alınmayıb. Hətta
bəzi hallarda həll variantına müəyyən
yaxınlıq hiss olunduğu
təqdirdə belə, Ermənistanda baş
verən hadisələr nəticəsində
danışıqlar prosesi pozulub,
yenidən sıfırdan başlanmalı olub.
Yəni, həm Praqa posesi,
“Madrid prinsipləri” əsasında gedən
danışıqların hamısının pozulmasında Ermənistan
tərəfinin günahkar olması hər
kəsə bəllidir. Bunu biz həm
çıxışlarımızda söyləyirik, həm ora təqdim etdiyimiz
materiallarımızda qeyd edirik,
həm də onlar özləri bu məsələni öyrəndiyi, Azərbaycana
və Ermənistana səfərləri zamanı və elə neytral mövqedən bu
münaqişəni öyrəndikləri zaman
məsələnin nə yerdə olduğunu
bilirlər. Və hər kəs də status-kvonun
qəbulolunmaz və məsələnin
dəyişilməsinin vacib olduğunu vurğulayır. Ən əsas burada humanitar faciə məsələsidir.
Azərbaycan vətəndaşları, ümumiyyətlə, təkcə
Azərbaycan millətindən olan yox, elə erməni millətindən olan vətəndaşların dinc
yaşamaq hüququ pozulub. Dağlıq Qarabağda
ermənilərin yaşayışı məgər belə
gözəldir? Mən heç də
düşünmürəm ki, onlar istədiklərini əldə ediblər. Onlar erməni xalqı və Dağlıq Qarabağ erməniləri
üçün məhz bunu
istəyirdilər? Nə Ermənistanın özündəki , nə də
Dağlıq Qarabağdakı vəziyyət bu
günə qədərki bütün
istiqamətlərdə aparılan erməni mübarizəsində,
onların havadarlarının mübarizəsində olan heçliyini, puçluğunu sübut edir. Bu insan naminə deyil, bu millət və dövlət naminə deyil. Bu, insanın
yaşayışı təhlükəsi və sülh şəraitində
yaşayışı üçün deyil. Sadəcə, bu, bir qrup siyasətbazrının
öz maraqlarını və erməni
maraqlarını əllərində bəhanə edərək,
müxtəlif hədəflərə xidmət etməsinin nəticəsidir
ki, ortadadır. Ona görə də bu hər kəsə
bəllidir və biz də öz
çıxışlarımızda bir daha bunları söylədik. Çünki
Ermənistan nümayəndə heyətinin rəhbəri iki dəfə – həm birinci
gün, həm də ikinci
gün öz
çıxışında söyləyəndəki ki, Xocalıda biz – yəni, ermənilər və sovet Rusiya ordusunun
kiçik bir hissəsi
Xocalını mühasirəyə alarkən, Xocalı dinc əhalisinin çıxması üçün koridor qoymuşduq, amma siz baxın azərbaycanlılar neylədilər,
özləri öz vətəndaşlarını
güllələdirlər, bu, artıq ermənilərin
haraya gəlib
çıxdıqlarının göstəricisidir. Onların törətdikləri əməllər və
cəzasız qaldıqları gözlərini o
qədər örtüb ki,
onlar açıq şəkildə
Xocalını mühasirəyə aldıqlarını və
xüsusi hissənin köməyi ilə
mühasirəyə aldıqlarını, dinc
insanların çıxması üçün
koridor qoyduqlarını dilə gətirirlər.
Bu, məsələnin
ikinci tərəfidir ki,
kimsə bu sayıqlamaya inanmır ki, Azərbaycan tərəfi özü
orada öz dinc əhalisini güllələsin, amma soruşula bilər və
sual olunur ki, siz nəyə görə
Xocalını mühasirəyə almışdınız?
Və nəyə görə Xocalının dins
sakinləri bir gecənin içərisində
– qarlı qış gecəsində Xocalını tərk etməli
idi və siz onlar üçün koridor qurmuşdunuz? Yəni, artıq deməyə söz qalmır. Onlar Azərbaycanı hər şeydə ittiham
edə bilərlər onlar, amma Azərbaycanı durub bu məsələdə ittiham
etmək çoxlarında gülüş
doğurur və
qeyd edim ki, onlar çox
layiqli
cavablarını da aldı, hələ
onlar öz
çıxışlarında yol verdikləri
səhvin cəzasını yəqin ki,
Ermənistanda alacaqlar, ölkənin
rəhbərliyi tərəfindən. Onu
demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
artıq nə ATƏT-də, nə digər beynəlxalq təşkilatda
yeni söz deməyə
ehtiyac var, hər şey hər kəsə bəllidir...
– ATƏT-in Minsk qrupunun formatının
dəyişilməsi məsələsi barədə nə deyərdiniz?
– Şəxsən mən özüm
bütövlükdə bu məsələnin tədqiqatçısıyam.
Bilirsiniz ki, mən
“Dağlıq Qarabağ məsələsinin
həllində ATƏT-in rolu məsələsi”
mövzusunu işləmişəm və siyasi elmlər üzrə fəlsəfə doktoru adını da məhz
buna görə almışam. Yəni, bu məsələnin bütün mahiyyəti, tarixi
kökləri, bugünkü vəziyyəti
mənə bəllidir və neçə ildir
ATƏT-də bu prosesdə iştirak etdiyim üçün bu sahədə
formatın dəyişməsinin məsələyə
hansısa köklü dəyişikliyi
göstərəcəyin düşünmürəm. Həmsədrlər
kimlərdir? BMT Təhlükəsizlik
Şurasının üç daimi üzvü.
Dünyanın siyasətini yönləndirən, istiqamətinin
dəyişən, dünya mizan-tərəzisinin
nizamını düzən ölkələr. İndi
belə olan halda, bu ölkələri dəyişib, yerinə hansı
ölkələri gətirmək olar ki, onlar daha
təsirli, necə deyərlər, Ermənistanı öz mövqeyindən çəkindirə
bilən addımlar atsınlar? Hesab edirəm
ki, format burada rol oynamır. Sadəcə,
siyasi iradə lazımdır. Bu məsələyə
təsir göstərə bilən güclər, doğrudan da, Cənubi Qafqasda sülhün və
təhlükəsizliyin əldə olunmasına səmimi cəhətdən
istəməlidirlər və bunu həyata
keçirmək üçün konkret əməli tədbirlər görməlidirlər.
İstədiklərini dediklərində söyləyirlər,
status-kvonun dəyişilməsinin vacib olduğunu
vurğulayırlar, amma bundan
irəli gələn konkret
addımları nədənsə, atmağa
tələsmirlər. Düşünürəm
ki, keçən hər gün
münaqişənin uzanmasına xidmət edir,
eyni zamanda, tərəflərin
öz mövqeyindən geri
çəkilməməsi, daha doğrusu, bir tərəfin
– Ermənistan tərəfin öz konstruktiv mövqeyindən geri
çəkilməməsi, əlbəttə, digər risqləri
artırır. Keçən hər gün,
hər an, hər dəqiqə digər
risqləri artırır. Onsuz da dünyamız narahatdır, onsuz
da bölgəmiz narahatdır. Yəni, bunun da üzərinə bir problem əlavə etməyə
gərək biz imkan
verməyək, heç kim
buna imkan verməsin, bütün səylər ona
yönəlməlidir ki, məsələ
sülh danışıqları yolu ilə başa
çatsın. Yox, əgər bu baş verməyəcəksə,
Azərbaycan hüququnu özündə
saxlayır.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 2 noyabr.- S.5.