Örnək həyat yaşayan müəllim

  

Bu ən sadə təqdimatıdır professor Nəsir Əhmədlinin. Ötən ay 70 yaşı tamam olan müəllimim onun haqqında indi yazmağımı düşünürəm ki, adi qarşılayacaq. Çünki özünün bu günlərdə mətbuatda yayımlanan müsahibəsində  vurğuladığı kimi, 1942-ci ildə anadan olsa da, sənəddə 1943-cü il yazılıb. Deməli, yubileyi hələ bir il davam edəcək

Əsl müəllim necə olmalıdırsualı hər zaman insanları düşündürüb. Müəllimə müxtəlif təriflər verilib, müəllimin kimliyini hərə bir cür izah edib. Mən isə onların içərisində birini daha doğru hesab edirəm. Belə bir fikir var ki, pis müəllim təsvir edir, yaxşı müəllim izah edir, əla müəllim göstərir, dahi müəllim həvəsləndirir, həqiqi müəllim isə arxasınca aparır. Biz tələbələri üçün Nəsir müəllim həqiqi müəllimdir. Hər birimizi oxumağa, öyrənməyə həvəsləndirməklə yanaşı, arxasınca aparan HƏQİQİ MÜƏLLİM...

Jurnalistika fakültəsinin çox sevilən müəllimləri sırasındadır bizim Nəsir Əhmədli.  Müharibə dövründə, atası qardaşı cəbhədə olanda Tovuz rayonunda dünyaya göz açıb. Uşaqlıq illərini kədərlə xatırlayır. Müharibənin çətinlikləri, əzab-əziyyətləri uşaqlığına birbaşa təsir edib. Anasının çəkdiyi ifadəolunmaz əziyyətləri gözləri dolmadan ana bilmirYoldaşı böyük oğlu cəbhədə döyüşən ananın həyat mübarizəsi, min bir zülmlə, cəfakeşliklə onları böyütməsi, həmin dövrdə insanların səfalət içərisində yaşamaları həyatının ən acı illəri kimi yaddaşına yazılıb...

Nəsir Əhmədli uşaqlıqdan elm fədaisi olub, ruhu, qəlbindəki ifadəedilməz hisslər onu məhz elmə, biliyə sürükləyib. Boyunun balaca olması əsas gətirilərək məktəbə qəbul edilməyinə maneələr törədilən balaca Nəsir həyat mübarizəsinə elə həmin vaxtdan başlayıb. Öncə bəhanələr gətirərək məktəbə qəbul etməsələr, adını jurnala yazmasalar belə, tutduğu yoldan qarlı-çovğunlu havada da çəkilməyib, oxumaq eşqi ilə çırpınan qəlbinin səsi ilə hərəkət edib, balaca boyu, böyük ürəyi ilə inadından dönməyib, əzmkarlıq nümayiş etdirib məktəbə gedib. Evdə bacı qardaşlarının dəstəyi ilə yoldaşlarından fərqli olaraq, nəinki yazıb-oxumağı, hətta Nizami GəncəvininSirlər xəzinəsi”ni əzbərdən öyrənib. bunu məktəb direktoruna söyləməyi ona çox güclü təsir edib, nəticədə məktəbə daxil olub.

Nəsir Əhmədli elə həmin vaxt – 6 yaşında ikən həyata qalib gəlib, həyatın mübarizə meydanı olduğunu o vaxtdan dərk edib,  mübarizəsini uğurla aparıb, gecə-gündüz  çalışıb, oxuyub-öyrənib məktəb illərində ən qabaqcıl şagirdlərdən olub. Riyaziyyat elminə böyük həvəs göstərsə , tale öz sözünü deyib. Zakir Məmmədovun Həsən bəy Zərdabi haqqında əsəri onun gələcəyini təyin edib. O, jurnalist olmaq, Həsən bəyin yolu ilə getmək qərarını elə həmin andaca qəbul edib.

Həyatı enişli-yoxuşlu keçən müəllimimin Jurnalistika fakültəsinə gəlişi asanlıqla olmayıb. Gənc yaşlarından qəzetlərdə imzası tanınsa da, orta məktəbi bitirəndə Jurnalistika fakültəsinə daxil olmaq üçün 2 il stajı tələb olunması ilə bağlı çıxarılan qərar, daha sonra vətənə xidmət onu yeddi il sonra arzusuna qovuşdurub.

N.Əhmədlinin 3 illik əsgərlik həyatı da gənclərimiz üçün böyük bir örnəkdir. Sovet İttifaqı Şərqi Almaniyada keçdiyi hərbi xidmət zamanı da prinsipiallıqdan çəkinməyib, bilik qazanmaqdan, həyat təcrübəsini artırmaqdan həzz alıb, rus alman dillərini mükəmməl öyrənib.

Universitet illəri isə həyatının ən mənalı dönəmidir. Bu illər ona elm biliklə yanaşı örnək tələbə, sədaqətli dost adlarını qazandırıb. Həyatında daim adını hörmətlə andığı insanlardan biri Jurnalistika fakültəsinin ağsaqqalı Şirməmməd Hüseynovdur. Ş.Hüseynovun sevimli tələbələrindən olan N.Əhmədli sonralar onun istəkli dostuna, dəstəyini, qayğısını hər zaman üzərində hiss etdiyi yaxınına çevrilib. Ş.Hüseynovun tövsiyəsi ilə "Sovet gerçəkliyi xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik,  bir müddət  sonra isə "Azərbaycan Beynəlxalq Radiosunun  Yaxın Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Əmək fəaliyyətinə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda başlayıb. Universiteti bitirdikdə isə təyinatla Azərbaycan Televiziyasına göndərilib, bir müddət sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri olub, hazırda isə jurnalistika fakültəsinin ən çox sevilən, dəyər verilən müəllimlərindən biri kimi gənc jurnalistlər yetişdirməkdədir 

Professor N.Əhmədlinin müəllifi olduğuSəsimiz, sorağımız (Xarici publisistikada Azərbaycan mövzusu)”, “Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə)”, “Jurnalistin vizual nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə”, “Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində”, “Jurnalistin nitq mədəniyyəti”, “Korifeylərin portretləri”, “Con Milton onun "Areopagitika" adlı əsərləri jurnalistika fakültəsinin hər bir tələbəsinin stolüstü kitabları sırasına daxildir. Çoxsaylı məqalə monoqrafiyaların müəllifi olan professor bir neçə elmlər namizədi yetişdirib, elmlər doktoruna rəhbərlik edib. Onun elmə bəxş etdiyi töhfələr bununla bitmir. Gərgin əməyi nəticəsində beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. Onun əməyi daim qiymətləndirilib. EləƏməkdar jurnalistadının verilməsi, bu günlərdə Ali Media Mükafatının birinci dərəcəsinə layiq görülməsi bunun bariz nümunəsidir.

Nəsir  Əhmədlinin həyata baxışı, bəlkə , çoxlarından fərqlidir. Onun Vətəninə, millətinə, xalqının dəyərlərinə, saza, sözə bağlılığı hər an hiss olunur. Təsadüfi deyil ki, telefonunun zəngi – “İncəgülühavası da bunu özündə yansıdır...

Bəlkə , çoxları onu nikbin, deyib-gülən, zarafat etməyi sevən, həyat eşqi yüksək birisi kimi tanıyırlar. Mən isə Nəsir Əhmədlidən həmişə çəkinmişəm... Nədənsə onun ağır yerişini, düşüncəli baxışlarını görəndə sanki daxilində hansısa qüvvə ilə çarpışdığını düşünüb, qəmi, kədəri hiss etmişəm... daim beynimdə suallar baş qaldırıb, heç kəslə paylaşmadığım, daxilimdə cavab axtarmağa çalışdığım suallar... Amma deyəsən, bir neçə ay öncə ustad müəllimin imzası ilə mətbuatda işıq üzü görənQardaşım Bəşirəadlı şeiri mənim bir qisim suallarımı cavablandırdı:

 

Ayrılıqbir su içimi,

Yoxluğun didir içimi.

Susuz qalmış ağac kimi

Quruyuram yavaş-yavaş.

 

Nəsir Əhmədli həmişə dünya ilə mübarizə aparıb, yazımda onun həyatı ilə bağlı qələmə aldığım kiçik epizodlar da bunu deməyə əsas verir. O, mübarizələrdən alnıaçıq, üzüağ çıxsa da, örnək həyat yaşasa da, onun da daxilində dünyanı tanımaq, bu dünyanın keçmişi, bu günü, gələcəyi, səması, günəşi, ayı, dəryası, dənizi, payızı, baharı, yayı, sakini, dərgahı, hikməti, savabı, günahı barədə suallara cavab axtarmaq marağı durur. Elə müəllifi olduğu "Ürəkdə bəslənən sevdaya şükür" adlı şeirlər kitabında yer alanBilinmiradlı şerində bu suallara cavab axtarır:

 

Başdan-başamüəmmadır bu dünya,

Gizlisi , agahı , bilinmir.

Çox şeyləri uzaqdadır, əl çatmır,

Əl çatanın izahı , bilinmir.

 

...Bu dünyanı dərk eləmək - boş xülya,

Nəsir Dalğın duyammadı, kim duya?

Anlaşılmaz bir bazardır bu dünya,

Satanı kim, mətahı , bilinmir...

 

Həyatda ən ali məqsədi dövlətə, dövlətçiliyə xidmətdir. Elə buna görə Nəsir müəllim hamımızı bir yumruq kimi birləşməyə səsləyir… Biz isə Nəsir müəllimin bu səsinə səs verir, yubileyi münasibətilə onu bir daha təbrik edir, ona cansağlığı, uzun ömür, qəlbindəki bütün istəklərin həyata keçməsini arzulayırıq...

 

 

Anzulə Əmirova 

 

525-ci qəzet.- 2012.- 2 noyabr.- S.4.