"Mən
belə aktyorlardan həmişə çəkinmişəm"
- Ramiz Novruz
“TAMAŞAÇINI
BİR DƏFƏ ALDATMAQ OLAR”
Aktyor Ramiz Novruzun 525-ə müsahibəsi
–
İlk dəfə Sumqayıt Dram Teatrında fəaliyyətə
başlayan Ramiz Novruz nə səbəbə görə
teatrı tərk etdi?
–Sumqayıt
Dram Teatrında ilk rolum Tofiq Kazımovun “Murad və kələkləri”
pyesində olub. Sonra Nəriman Həsənzadənin “Nəriman”
poeması əsasında “Qoy bütün şərq bilsin”
adlı tamaşa hazırladıq. Bu tamaşada mən General
Şıxlinski rolunu oynayırdım
və bu rol mənə çox düşərli olmuşdu.Biz
bu tamaşanı Bakıda oynayırdıq və Bakıda
çox böyük sənətkarlar- Hökümə
xanım başda olmaqla teatrın direktoru Əli
İsmayılov da tamaşanı çox bəyənmişdilər .General
Şıxlinski rolundan sonra məni Akademik Milli Dram Teatrında
işləyə biləcək aktyorlar siyahısında
gördülər.Mənə Hökümə xanım kimi
böyük sənətkar qiymət vermişdi və ona
görə ürəklənib Akademik Milli Dram Teatrına müraciət
etdim. Hər bir aktyorun arzusudur
ki, ana teatrda işləsin.Belə bir məsəl var
:“General olmağı arzulamayan əsgər,əsgər deyil”.O
mənada mən də Akademik Milli Dram Teatrında
özümü görmək istəyirdim və məni bu
teatra qəbul etdilər. Sonrakı karyeram da uğurlu
alındı.
– Sənətə
gələn sənətçilərin bəziləri sonradan bu peşəni seçdikləri
üçün peşman olurlar. Bəs sizdə necə oldu?
– Elə
adamlar var ki, deyir mən heç aktyor olmaq istəmirdim.Sadəcə
sənədlərimi aktyorluğa verdim və məni qəbul
etdilər. Mən belə adamlardan həmişə çəkinmişəm.Belə
adamlar teatra,sənətə gec-tez xəyanət edecək
adamlardır. Mən heç vaxt peşman olmamışam, əksinə
həvəsim daha da artıb. Bütün rollarımı
birinci işim kimi işləyirmiş kimi işləyirəm.Bütün
rollarımda elə bilirəm ki, teatra yeni gəlmişəm və mən
özümü sübut etməliyəm.
–
Ramiz müəllim istərdim teatrşünaslar,
teatrımızın tarixi ilə məşgul olanlar haqqında
söz açaq. Bu günkü gündə teatr tənqidi
sizi qane edirmi?
–
Teatr haqqında yazılar mətbuatda çox
çıxır. Maraqlı və bəzən də bəsit
,səviyyəsiz yazılar olur. Mən tanıdığım
teatrşünaslardan danışmıram ,nisbətən
uzağ olduğum adamlardan hiss edirəm ki ,bəzilərində
qərəz var. Kiməsə hardasa gec salam vermisən, yaxud
kimləsə soyuq görüşmüsən o saat
başlayır səni tənqid
etməyə. Bax bu gün belə
bir xəstəlik var. Çox vaxt bəzi
teatrşünaslarımız tamaşanı analiz etməkdənsə,
götürüb müəllifin
yaradıcılığını analiz edirlər. Daha
çox rejissorun quruluş verdiyi tamaşa haqqında
danışmaq lazımdır.
–
Özünüzü gördüyünüz pillədəsiniz?
–
Düşünürəm ki, özümü görə
bildiyim pillədə heç vaxt ola
bilməyəcəm. Çünki mənim müəllimim Adil İsgəndərov
deyib ki ,bu sənətdə zirvə, son hədd yoxdur. Aktyor əbədi
kamilliyə can atmalıdır.Ən yüksək zirvəyə
çatanda bilməlisən ki , səndən sonra kimsə gəlib,
səndən də yaxşı oynaya bilər.
– Bu
gün aktyor nə etməlidir ki, daha da çox sevilsin?
–
Daim ustalaşmağa,peşəkarlığa can atmaq lazımdır.Bacardıqca
səmimi, dürüst olmalısan və öz sənətinə
hörmət qoymalısan. Əgər özün
oynadığın rola
inanmırsansa, elə bilmə ki tamaşaçı
inanacaq.Tamaşaçını bir dəfə aldatmaq olar, ikinci dəfə
tamaşaçı artıq inanmır.
–
Bildiyimizə görə məhşur polyak rejissoru
Kşiştof Zanussi Bakıya gəlib.Siz onunla
görüşmüsünüz. Əgər sirr deyilsə nə haqqında
danışdınız?
–
Kşiştof Zanussi sənət aləmində
tanınmış bir rejissordur.O öz əsərini
2013–cü ildə Azərbaycanda səhnələşdirmək
istəyir və bununla
bağlı mənimlə də işləmək fikrindədir.
–
Müəllifi olduğunuz “Hələ sevirəm deməmişdilər”
pyesinin tamaşasına artıq tamaşaçılar
baxıb bəyəniblər. Sizdən daha hansı pyeslər
gözləyək?
–Bu
pyes Qarabağ mövzusundadır. Bu problem bizim
ağrılı mövzumuzdur. “Hələ sevirəm deməmişdilər”
pyesi mənim ikinci pyesimdir. İlk pyesim “At ilinin birinci ayı”
pyesidir. Gəncə Teatrında tamaşaya qoyulub və Azərbaycan
Televiziyasında çəkilib. Mövzular ağır
mövzulardır.Mən elə hesab edirəm ki, belə
mövzularda yazmaq xətrinə yazmaq olmaz.Əgər sənə
rahatlıq vermirsə yazmaq lazımdır, əks halda hesab
edirəm ki, Xocalı, 20 Yanvar, Qarabağ haqqında bəsit
yazılar yazmaq günahdır. Ona görə də mən
ürəyimi ağrıdan, mənə rahatlıq verməyən
mövzulardan yazmışam.Yeni işlər insallah olacaq.
–
Akademik Milli Dram Teatrının
“Xanuma” və “Yaşlı xanımın gəlişi”
tamaşalarınızda sizi yeni ampluada gördük.
–KVN
–nin Moskvadakı çıxışına qədər hesab edirdim ki, bizdə yumor çox aşağı səviyyədə
idi. Aktyorun səhnədə özündən söz
artırıb, şit hərəkətlər etməklə
tamaşaçını güldürmək cəhdlərini xoşlamamışam.. Arzum var idi
ki, nə vaxtsa elə bir komediya oynayım ki, muəllifin
sözlərinə toxunmadan maraqlı bir obraz yaradım.Və
mən sevinirəm ki, Azdramada hazırlanan“Xanuma”
tamaşasında bu, məndə alındı. “Xanuma”dakı
Knyazı yaradıcılığımda yeni və maraqlı
səhifə hesab edirəm. Alfred Ill obrazı isə dünya
dramaturqları içərisində seçilən
Dürremantın qəhrəmanıdır.Bu obraz mənim
üçün Şekspir obrazlarından əskik deyil.Hiss
edirəm ki, bu obraz da tamasaçılar tərəfindən qəbul
edilir. Rejissorlar Rövşən
Almuradlı və Mikayıl Mikayılova mənə etibar edib bu rolları
verdiklərinə görə təşəkkür edirəm.
–
Yeni mövsümdə sizi hansı rollarda görəcəyik?
– Əslində
yaradıcı insanın daima
fikri kohnə və yeni oynanılacaq tamaşalarındadır.
Dram Teatrı son illər qızğın
yaradıcılıq laboratoriyasına
çevrilib.Hal-hazırda yarımçıq qoyduğumuz
Napoleon tamaşası üzərində rejissor Namiq Ağayev
ilə işləyirik. Gələcək planlarda H.Cavidin
“İblis”pyesinin tamaşasını hazırlamaq arzumuz
var.Çoxlu Beynəlxalq Teatr festivallarına səfərlərimiz gözlənilir. Festivallarda
iştirakımız bizdə bir inam yaratdı, Azərbaycan
aktyor məktəbinə başucalığı gətirdi.
Üç dəfə Beynəlxalq festivalda qalib olduq və
bundan da görünür ki dünyada aktyor sənətinin
,teatr sənətinin dili birdir. Bildiyiniz kimi”Pərvanələrin
rəqsi” serialına da çəkilmişəm.
Babək NOVRUZBƏYLİ
525-ci qəzet.- 2012.- 3 noyabr.- S.26.