Oralarda kimlər var: Orxan Aras-3
ORXAN ARAS A-dan Z-yə (3)
Müsahibədə
yazarın üslubuna toxunulmayıb,sadəcə
bəzi sözlər bizim türkcəyə
uyğunlaşdırılıb.
UVERTÜRA
Bu fikirdə
bir yanlışım olursa, məni
bağışlasınlar: məncə dünya ədəbiyyatının
çox böyük bir bölümünü QÜRBƏT VƏ
YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə
bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və hətta
türk şeirində və türk ədəbiyyatında
QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum,
cərəyan da olmuşdur.Təbii
ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı
qürbət və bir də ədəbi
yaradıcıların içində yaratdığı bir
QÜRBƏT anlayışı var.Məsələn : poetik
desək Salyandan Bakıya gələn hər bir
yaradıcı da, bəzən Bakını özünə
qürbət kimi görə bilər.Amma bu qürbət təbii
ki, nə Türk ədəbiyyatındakı QÜRBƏTÇİLƏRİN
qürbətidir, nə də əsl anlamda desək, Qarsdan
baş götürüb Almaniyaya gedən bir yazarın və
bir insanın qürbət halinə oxşar. İkincilər
daha dərin və daha acıvericidir.Bu anlamda Orxan Aras daha
acı, iki qat bir qürbət içindədir: Orxan Aras “dədə
yurdum Azərbaycandır” – deyir, Qarsa yerləşsələr
də, bir zamanlar oranı da
qürbət kimi görüb və o qürbətdən daha dərin
olan bir qürbətə Almaniyaya üz tutub,yüzlərlə,
minlərlə türk qürbətçisindən fərqli
olan və bəlkə də onlardan biri olaraq tamam başqa
bir dadda həyat yaşayır .Almaniyada
da Azəraycan sevdasından əl çəkmir və bu dərdin
ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN
DAVAMIZ və QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki,
indicə oxuyacağınız sorğuda bəlkə də Azərbaycan
teması ilə bərabər, iki qürbət çəkən
bir insanın dərdli ürəyinin səsini eşitmək və
bu ağrını daşıyan ürəyin tabına
dözməyin zorluluğu var.
–Ortaq
türkcə nə qədər mümkündü və bunun
üçün hansı yollar var?
–Ortaq
türkcə bizim nəslin xəyalıdır.Bunu sadəcə
türkçülük, turançılıq adına
söyləmirəm.Doğrusu heç işə yaramaz adamlar
tərəfindən bu kimi terminlərin, yəni
türkçülüyün istismar olunmasına, yalanlarla bəzənməsinə
də dəli oluram. Bu məsələ, yəni
dil məsələsi ideolojilərdən, siyasətdən
ayrı olmalıdır. Çünki Azərbaycanın
əbədi olaraq bağımsız yaşaması
üçün bu gərəklidir.Bunu həm də bu millətin
var olması, əbədi olması və iqtisadi olaraq eynən
Avropadakı kimi geniş bir coğrafiyada fayda görməsi
üçün söyləyirəm. Hər ağlı
başında insan 250 milyon insana həm kitabıyla, həm
satacağı malıyla, həmdəki milli problemlərini
anladacağı propoqandasıyla xitab etməyi istər. Ortaq
dil sadəcə Azərbaycan üçün deyil Türkiyə
üçün də yararlıdır.Düşünün,
siz burda bir kitab yazacaqsınız vəya qəzet
çıxaracaqsınız və Daşkənddən İstanbula qədər
oxucusu olacaq! Bundan
daha gözəl bir şey olarmı? Bilirsiniz,
isveçrəlilər almanca danışarlar. Fərqli bir ləhcələri var, çox diqqət
etmədinmi başa düşmürsən. Amma yazınca və oxuyunca onların ‘Hoch Dəutsch’
dedikləri gəlişmiş və ortaq almanca ilə
yazıb oxurlar. Heç kimsə də qalxıb bizim ləhcə
pozulur demir.Ərəblər da eyni.Lübnan ərəbcəsiylə
fars ərəbcəsi çox fərqlidir.Amma
yazınca ortaq ərəbcə ilə yazıb hamısı
anlayır.İngiltərənin gerçək gücü
ingiliscədir.
Ortaq
türkçədə bizim üçün bir güc, bir
ortaq birlik silahı olmalıdır.Təbii ki, Sovet ideolojisi ilə
yetişmiş və gözünü
açdığından bəri eyni propoqandaya məruz
qalmış insan üçün ortaq türkcə kimi
sözlər qəbuledilməz kimi görünür.Amma
dünyadakı iqtisadi və siyasi dəyişimləri izləyənlər,
hərgün internetlə uğraşanlar, ticari insanlar ortaq
dilin nə qədər gərəkli olduğunu daha
yaxşı anlarlar.Hətta bəziləri bir neçə kəliməyi
ortalığa atıb :
“baxın, bu kəlimə bizdə belə, Türkiyə
türklərindən belə” anlaşıldığı
üçün dilimiz ayrıdır deyənlər
birazcıq insaflı və elmi düşünsələr hər
dildə, hətta ləhcədə fərqliliklər, hətta
çox fərqliliklər olduğunu anlarlar. Nədi
o bəziləri deyir ya ortaq türkcə olursa bizim Azərbaycan
türkcəsi yox olacaqdır.Bu təməldən
yanlış bir düşüncədir. Anadoluda
çox fərqli ləhcələr var.Mən Ege bölgəsindəki
ləhcəyi çox diqqətlə dinləməsəm
anlayamam.Bu insanlar 80 ildir İstanbul türkcəsində oxuyub
yazırlar və ləhcələri hələ dəyişmədi.
İğdırda yaşayan Azərbaycan türkləri...
Eləcə
də mənim anam-atam Türkiyə türkcəsində
deyil, Azərbaycan türkcəsində
danışırdılar.Yəni dəyişəcək, yox
olacaq təbliğinin əsli-əsası yoxdur.Ortaq türkcə
deyincə, kimsə Vaqifin dili yox
olsun deyilmir.Sadəcə terminlər birləşsin,
yabancı dildən gəlmiş sözlər atılaraq, ortaq
sözlər alınsın deyilir və o zaman bu 100 il öncə
çıxan Qaspıralının “Tərcüman” qəzetini
birbaşa oxumamıza yardım edəcəkdir.Mən bir Azərbaycan
türküyəm, amma rusca bir kəlmə belə bilmirəm
və sözlərdəki yüzlərcə rusca kəlmə
mənim üçün də bu dili
yabançılaşdırır.Məsəla: yanımda
tanıdıqlarım, nahar üçün, uçak
üçün, havalimanı üçün rusca sözlərdən
istifadə edirlər.Niyə?Uçaq deyilsə qiyamətmi
qopacaq?Amma mən inanıram ki,gələcəkdə bu
mütləq olacaqdır.Nə qədər əngəl olunsa
da, yuxarıda dediyim kimi su axıb yatağını
tapacaqdır
.Baxın, sadəcə bu tərs “Ə” hərfi bizim
başımıza nə bəlalar gətirir? Ahmet Cevatla əlaqəli
internetdə bir şeyə baxacağım tərs “Ə”-yi
yazmadığım üçün tapa bilmirəm.Bunun
kimi neçə məsələ
çıxır ortaya...Ayrıca burdakı bu ortaq türkcəyə
olan biganəliyi bir türlü anlamıram.Halbuki bütün
Güney azərbaycanlı şair və yazarlar çoxdan
ortaq türkcə yazmaya başladılar.Təbii ki, burda da
var.Amma yetərli deyil.Yollar özü-özlüyündən
ortaya çıxır. Şükür ki,
artıq gənc yazıçılar lazım olan sözləri
alırlar. Keçənlərdə Adil Mirseyid bir şeir
kitabını mənə hədiyyə etdi.Gördüm ki,
çox gözəl ortaq sözlərdən istifadə
etmiş.Siz də yazılarınızda bol-bol istifadə
edirsiz,Tofiq əfəndi və Avropadakı
arkadaşlar bu üzdən sizi məmnuniyyətlə və
sevərək oxuyurlar. Bu olacaq, bundan geriyə dönüş
yoxdur!!!!!!!
–Bildiyimiz
kimi siz elmi işlə də məşğulsunuz.Bu işiniz
nə yerdədi?
Elmi
işim bitmək üzərə..Bunun
üçün bir il Berlində qaldım və Frei
Universitetin arxivində Əsəd
bəyin vaxtiylə “Ədəbiyyat Dünyası” qəzetində
çap olunmuş məqalələrini incələdim, tərcümə
etdim.İnşallah, çox keçmədən oxucular bu
harika məqalələrlə tanış olacaqlar.
–Bakı
sürətlə dəyişir və bu dəyişiklik bir
çox ziyalıda həm də narazılıq
yaradır : yəni tarixi məkanlar, tarixi yerlər sıradan
çıxır.Türkiyədə və Almaniyada bu işlər
necə yola verilir?
–Gerçəkdən
də Bakı çox dəyişdi,modernləşdi.Yollar,
körpülər yenilənir,binalar tikilir.Avropa da son dönəmlər çox dəyişdi. Bilirsiz,
Berlinin yarısı Sovetlərin
işğalındaydı.İkinci Dünya müharibəsindən
sonra demək olar ki,heç bir şey dəyişməmişdi.Divar
yıxıldıqdan sonra oldu bunlar.Amma Berlin tarixi qoxusunu itirmədi.Tofiq
Abi, hər şəhərin özünəməxsus bir ruhu
var.Avropalılar buna çox diqqət edirlər. Londona,
İtaliyaya, Fransaya gedənlər tarixi məkanların necə
qorunduqlarını görürlər.Çox acı ki,bizlər buna çox biganəyik.Əskidən
Türkiyə də beləydi. Amma indi dəyişdi və
Türkiyədə tarixi yerlər qorunmağa
başlandı.Bakı Azərbaycanın can
damarıdır.Əlbətdə ki, dəyişməli və
modernləşməlidir. Amma
yabancılaşmamalıdır. Şəhərin
ruhu da insanın ruhu kimidir. Yabancılaşdımı
insanı xəstə edər. Düşünün, bir
insan yaşadığı şəhərdə öz
sokağını, öz xətirlərinin
yaşadığı məkanları tapa bilmirsə, necə
də qərib olur.Sanki bu insanı bir gecə yatmışkən
alıb başqa bir məmləkətə
götürmüş kimi olursan.Buna diqqət edilməlidir.İçərişəhər
eynən Venedik, Roma qədər önəmlidir.Orda bu xalqın
tarixi, sosyal həyatı, adətləri, yaşayış
şəkilləri vardır. Orayı pozmaq azərbaycanlının
ruh dünyasıyla oynamaq kimidir.Daha yeni tanış olduğum
Murat Köhnəqala mənə “Bulut Pinəçisi” hekayəsindən
danışdı.O hekayədə, bir qadın, balkondan
aşağıda duran sevdiyi adamın başına kiçik
bir daş atar və adam yuxarı baxınca qadını
görür.Bunlar evlənirlər və adam qadının
yuxarıdan atdığı daşı bir üzüyün
qaşına yerləşdirir və qarısına hədiyyə
edər, qadın da ömür boyu o üzüyü
barmağından çıxarmaz.İnsanların həyatlarında
kiçik bir daşın belə nə qədər qiyməti
vardır.O da qalsın ki, bir şəhərin, bir
küçənin, bir evin...Hər yıxılan divar,
yüzlərcə xatirəni də birlikdə yox edir.
ORXAN ARASdan ŞEİRLƏR
ÖLÜM ALIN YAZIMIZ
Bizlər
sanki ölüm süvariləriyik.Hər kəs bir yerimzi
qaşıyır, sonra gülə-oynaya ölümə
göndirir bizi.Ölərkən bizlər də sevinrik,bizi
ölümə göndərənlər də.Bizlər
yaşamın darlığından,umudların tükənməsindən
ölümü toy olaraq görürkən, bizləri
ölümə göndərənlər isə, onların əvəzinə
ölümə gedəcək insanları tapdıqları
üçün.Yəni gözəl xalqımın deyimiylə:
“Alan də məmnun, satan da məmnun”.
Ölümə
alın yazımız
Gülüm,
gönüllü
Ümidləri
yedik sevgidə,nazda
Süngüsüz,
Tüfəngsiz,qərənfillərlə
Ölümə
yer verdik qucağımızda
Ölüm
bizim yazımız
Dündən
bu günə
Sevgi boxcası da dürülü qaldı.
Zamanı
zamansız kəlamla pozduq
Keçmş
Qəlbimizdə hörülü qaldı.
Ölümə
alın yazımız
Hər
anmızda
Gah
vicdansız
Gah
izansız biriylə
Ölüm
yazımdır vətənimizdə
Şərqin
xəyal dürlü gerçəkləriylə
Gülüm,
Bəzədilər
ölümü rəng-rəng
Ölüm
yanımızda sanki yar kimi
Həsrət
üfiqində hey buram-buram
Mələdik ölümə quzular kimi.
Ölüm
alın yazımız
Tümen
be tümen
Qütbdən-qütübə
axdı qanımız
Qapılar
qapandı üzlərimizə
Ölümə açıldı dörd bir
yanımız.
(Davam
edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 3 noyabr.- S.23.