Nurəngiz Günə məktub  

 

Əziz Nurəngiz xanım!

 

Bir neçə il əvvəl, Sizin görkəmli türk şairi Cəmal Sürəyanın şeirlərini təhlil edən geniş bir məqalə yazmışdım. İndi yubileyiniz ərəfəsində düşünürəm: görəsən, nəyi deyə bilməmişəm nəyi deməliyəm? Özünü təkrarlamağın məlum dozasını nəzərə almasaq, bunu xoşlamıram, Sizin haqqınızda danışarkən, bunu özümə heç rəva görmürəm, təkrarolunmaz  gözəlliyinizə, çox sevdiyim şeirlərinizə. Haqqınızda çox sözlər deyilib. Zamanında, illər, on illər əvvəl , indi . Mirzə İbrahimov, Sabir Rüstəmxanlı, Teymur Kərimli, Adilə Qocayeva, Nərgiz Cabbarlı, Elçin Mirzəbəyli, Sevinc Mürvətqızı, Osman Baş, İrfan Ünver  xeyli dəyərli fikirlər söyləyiblər. Hələ bundan sonra qədər deyəcəklər. Elə şeirləriniz var ki, onlar təkcə ədəbiyyatşünaslığın deyil, Azərbaycan dilinin, deməli Azərbaycan ruhunun düşüncəsinin faktıdır. İnanıram ki, ədəbiyyata, şeirə özünü ciddiliklə həsr edən xeyli gənc həmkarlarım, gələcəyin gözəl şairləri yenə bunu sevə-sevə edəcəklər. Çünki yaradıcığınız, diapazonunuz buna həm imkan verir, həm bunu tələb edir. Biz yazmağı danışmaqdan öyrənmişik, hamımızın ilk müəllimimiz nitq olub. Siz şeirə həm bütün adi adamlar kimi, həm uzun müddət nitq dil etalonunu formalaşdıran Milli Televiziyamızın çoxlarına örnək olan aparıcısı kimi gəlmisiz. Deməli, Sizin təcrübənizdə bu iki dəfə belə olub. Uzun müddət nitqin  təkcə sıradan bir insan şair kimi deyil, həm peşəkar, nümunəvi   canlı ruporu funksiyasını yerinə yetirən teleaparıcı, diktor peşənizlə Siz, məhz çalışdığınız sahədə öyrəndiklərinizi poeziyaya çox ahəngdar tərzdə gətirmisiz. Sizin müxtəlif  mövzulu şeirlərinizin dili şifahi nitq qədər diri, ruslar demişkən neprinujdennıy, sərbəst axıcıdır.  EləXocalı simfoniyasınəyə desəniz dəyər. Belə mövzularda ənənəvilikdən plakatdan qaçmaq, insan qalmaq çətindir. Siz bunu bacarmısız.

Tez-tez telefonla danışırıq, elə Sizin təbirlə desək, həsb-hal edirik. Hər dəfə nitqinizdəki gəncliyə xas şaqraqlıq, oynaqlıq, kalorit məni heyrətləndirir. Sizin ifanızda təəssüf ki, unudulmaqda olan bihudə, qəvi (+ehtiyat), çifayidə (çefayda), tabım-tavanım, eyzən, girinc, fəna, güzar, şaqraq, şilə, xürrəm, vicvicə başqa bu kimi gözəl, çoxlu sözlərimiz yeni, dolğun həyat qazanır. Başqalarını bilmirəm, mən bundan öyrənirəm.

Uzunçuluq eləmək istəmirəm, dünya ədəbiyyatı tarixindən bir faktı xatırlamaq istəyirəm. 1947-ci ilin fevralında Marina Yudina XX əsr rus poeziyasının nəhənglərindən olan Boris Pasternaka bir məktub yazır. Deyir: “Əgər siz həyatınız boyuRojdestvodan (“Mövlud ulduzu”ndan)  başqa bir şey yazmasaydız, bu sizin göylərdə yerdəki əbədiliyiniz üçün bəs edərdi...”

Qətiyyən mübaliğəyə yol vermədən deyirəm: Elə Siz , Nurəngiz xanım, “Yol gedirəmşeirindən savayı bir şey yazmasaydız, bu Sizin dilimiz durduqca xatırlanmanız üçün bəs edərdi.

Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. O gözəl çöhrəniz həmişə var olsun. Öpürəm, bağrıma basıram.

 

 

Sizin Səlim Babullaoğlu

 

525-ci qəzet.- 2012.- 3 noyabr.- S.16.