SONRA GƏLSİN
Şair
ömrü, bağban ömrü
bir ömürdə qoşalaşdı,
İki
eşqin çələngini hörüm,
ölüm sonra gəlsin.
Axşam-sabah
dolanmışam
başına pərvanə kimi,
Bu
ağacın çiçəyini
görüm, ölüm sonra gəlsin.
Sevən
könül qoy dönməsin
yad torpağın yad daşına,
Eldən-elə
ürəyimdə
ocaq dinə, od daşına.
Aşiqlərin
ürəyinə,
sevənlərin yaddaşına,
Hər
misramı çəmən kimi
sərim, ölüm sonra gəlsin.
Bu
dünyadan cavan getmək,
gəlib yüzü haqlamaq var,
Qocalıq
var, xəstəlik var,
çürük diştək laxlamaq var.
Ömrü-günü
yaşıl donlu
bir bağ kimi saxlamaq var,
Bu
çiçəyin meyvəsini
dərim, ölüm sonra gəlsin.
ÇƏTİN AĞRILAR
Çətin
ağrılara dözmək çətindir,
Asan
ağrıları çəkmək asandır.
Deməyə
adamın dili də gəlmir,
Ürəkdən
yapışır həmişə andır.
Çətin
ağrıları çəkmək çətindir,
Hər
ürək bu yükü daşıya bilmir.
Ürək
var ağrısız bir günü yoxdur,
Ağrı
var ürəksiz yaşaya bilmir.
Çətin
ağrıları dözmək çətindir,
Onu
heç bir şeylə ovutmaq olmur.
Qəlbin atəşindən
dağa ün düşür,
Canın
yanğısını soyutmaq olmur.
Səbirdi,
dözümdü dövlətim, varım,
Özgə
nəyim var ki, səbirdən özgə.
Min il yerisəm də sonu ölümdür,
Yoxdu can
sirdaşım qəbirdən özgə.
BİLSƏYDİM
Bilsəydim
ölümün tez olduğunu,
Bilsəydim
ömrümün toz olduğunu,
Bilsəydim
xəstəlik kəsir qapını.
Üzür
ürəklərin incə sapını.
Bilsəydim
yalanlar üstümə gülür,
Bilsəydim
yazda da yarpaq tökülür,
Bilsəydim
gün gedir, qar-yağış gəlir,
Bilsəydim
payızdan əvvəl qış gəlir,
Bilsəydim
evləri vaxtsız uçurur,
Bilsəydim
xəyanət pusquda durur,
Bilsəydim
dizləri əsdirib, əsib,
Bilsəydim
xəyanət yolları kəsib,
Bilsəydim,
Bilsəydim...
GƏZİRƏM
Gecəli-gündüzlü
axtarışdayam,
Fikrini
mənimlə bölən gəzirəm.
Bu qoca dünyanın
ağlayanı çox,
Ürəkdən
qəşş edib gülən gəzirəm.
İstər
dastan bağla, istər kitab yaz,
Bir qəlbin
harayı dünyaya sığmaz.
Gedənlər
nə çoxdur, gələnlər nə az,
Dərd
bölüb ürəkdən gələn gəzirəm.
Dərd
kündə-kündədi, yapa bilmirəm,
Qəm
qalaq-qalaqdı, çapa bilmirəm.
Bircə dərd
biləni tapa bilmirəm,
Xəstəyəm,
dərdimdən ölən gəzirəm.
MƏNİM DƏ
Mənim də
ruhumun aynası vardı,
Mənim
də könlümün dünyası vardı.
Mənim də
öpdüyüm bulaq var idi,
Mənim
də qonduğum budaq var idi.
Eşqim lap
gözəldən əzəl var idi,
Mənim
də sevdiyim gözəl var idi.
Mənim də
gözümün zəndi var idi,
Dilimin
şəkəri, qəndi var idi.
Üzündən
bahalı astar var idi,
Can deyən,
can verən dostlar var idi.
“Özünü
öldürrəm” deyənlər vardı,
Dərdimdən
qaralar geyənlər vardı.
Su kimi əriyib
gedən qar deyim,
Bu
gün yox olana necə var deyim.
Qalmayıb nə
ölü, nə diri yoxdur,
Heç
biri, heç biri, heç biri yoxdur.
HƏQİQƏT
Ölümün
ölümsüz xidmətləri var,
Dillə
deyilməyən xidmətləri var.
Birinin
adını qaldırır dağa,
Birini
döndərir qaynar bulağa.
Birini Məkkəyə,
Haca döndərir,
Birini
başlarda taca döndərir.
Min ildən
çoxdur ki, yaşayıb biri,
Hamının
gözündə diridir, diri.
Ölümün
ölümsüz xidmətləri var,
Ölümsüz
kəslərin qiymətləri var.
Hər
şeydən qiymətli, hər şeydən baha,
Üzü ağ, baş uca, gedir sabaha.
Zaman qocalsa
da, şöhrət qocalmır,
Köhnəlmir
insana sədaqət sözü,
Köhnəlmir
ölümün həqiqət sözü.
HƏKİM
Mən sənin
dilini bilmirəm həkim,
Dilini,
sirrini bilmirəm həkim.
Sənin
bildiklərin yer-göy arası,
Mən
mində birini bilmirəm, həkim.
Bu gün dərd
məndədi, dərman səndədi,
Bu
gün hökm səndə, fərman səndədi.
İynənin
dili var, biləni sənsən.
Dərmanın
dili var, biləni sənsən.
Ölüm
nə vaxt gəlir xəstə yanına,
Fərmanı
səndədi, biləni sənsən.
Nə vaxt
oxunacaq fərmanım mənim,
Onu biz bilmərik,
bir Allah bilər,
Bir axşam,
bir gecə, bir sabah bilər.
Allahın
dediyi düz olar həkim,
İnsan
xırdalanır, insan əriyir,
Dönür
torpaq olur, toz olur, həkim.
İMTAHAN
Allah bəndəsini
sınağa çəkir,
Ömür
sınağına, yaş sınağına.
Bizi
addım-addım yaxınlaşdırır,
Bütün
sınaqların baş
sınağına.
Allah bəndəsini
sınağa çəkir,
Ona əzab
verir, iztirab verir.
Ağrısı
da çoxdu, əzabı da çox,
Hər mənzil
başında bir əzab
verir.
Bir
başı salamat saxlaya bilmir,
Zülümə,
ölümə insan can verir.
Hər
addım başında ayaq saxlayır,
Bəndə
Allahına imtahan verir.
ƏZRAYILIN QILINCI
Əllərimdən
heç getməyib
mürəkkəbin qoxusu,
Özü
bilir yarımçıqdı
işlərimin çoxusu.
Yarımçıqdı
gör nə qədər
şeirim, fikrim, əsərim,
Yarımçıqdı
neçə-neçə
yazılmalı dəftərim.
Durma deyir,
yarat deyir
ürəyimin diqtəsi,
Hələ
neçə əsərim var
qoyulmayıb nöqtəsi.
İnanmıram
pis üzlə,
pis sözlə dilləndirə,
Əzrayıl
bu yerində
qılıncını endirə.
Axı mən
nə yatmışam,
hələ nə yuxu görəm,
Əzrayıldan,
ölümdən,
qəbirdən qorxu görəm?!
HƏYAT DA, ÖLÜM DƏ SƏNDƏN ÖTRÜDÜ
Ömür
göz qırpımı, fındıq qabığı,
Ömür
bir ocaqdı, yandı, qurtarır.
Dünənə
əl çatmır, sabaha imkan,
Fındıq
qabığıdı, sındı qurtarır.
Hər
gün korun-korun yanan bir ocaq,
Hər
gün tüstülənən hisli bacasan.
Doğulmaq
ölməkdi, ölmək doğulmaq,
Üçüncü
qapı yox gedib açasan.
Həyat da,
ölüm də səndən ötrüdü,
O da düz,
bu da düz, əyrisi yoxdu.
Səni
aparmağa, rahatlamağa,
Ölümdən,
qəbirdən qeyrisi yoxdur.
DAĞ OLMAQ, SAĞ OLMAQ
Ölümdən
sonra da tapıb həyatı,
Dirilməkdən
gözəl dünyada nə var.
Qoy səni dərsinlər
bar ağacı tək,
Dərilməkdən
gözəl dünyada nə var.
Minbir ətir
kimi, min bir rəng kimi,
Səpilməkdən
gözəl dünyada nə var.
Qoy səni
öpsünlər bir bulaq kimi,
Öpülməkdən
gözəl dünyada nə var.
Bir
başı dumanlı, qoynu çiçəkli,
Dağ
olmaqdan gözəl dünyada nə var.
Ağrıdan
aralı, dərddən uzaqda,
Sağ
olmaqdan gözəl dünyada nə var.
Dağ olmaq,
sağ olmaq bir şeydi məncə,
Nə
tufan, nə boran apara bilmir.
Yerin zəlzələsi,
göyün şimşəyi,
Səni
öz köksündən qopara bilmir.
İNDİ
Dünya
gözlərimdə fındıq boydadı,
Ağrılar
qoymur ki, ucala dünyam.
Yağmırsa
yağışım, bitmirsə gülüm,
Dünyanın
nəyindən güc ala könlüm.
Yağmaq istəyirəm
gur yağış kimi,
Zirvəyə,
ətəyə, yala, yamaca.
Hopmaq istəyirəm
cığıra, yola,
Çiçəyə,
yarpağa, ota, ağaca.
Yağmağa
gücüm yox, hopmağa hökmüm,
Nə
yağışam indi, nə seləm indi.
Uçub
alaçığım, sökülüb dəyəm,
Yurdu
tapdalanmış bir eləm indi.
HƏSRƏTİMİN RƏNGİ SARI
Dərd məni
alıb başına,
Dərd
başına dolandırır.
Namərdlərdən
uzaq gəzib,
Mərd
başına dolandırır.
Nəfəsim
əridir qarı,
Həsrətimin
rəngi sarı.
Dəyə,
ocaq, hasar, barı,
Yurd
başına dolandırır.
Hikməti
var hər bir anın,
Cənnəti
var hər bir yanın.
Səyyah
kimi bu dünyanın,
Dörd
başına dolandırır.
QƏLBİMİN İÇİ
Goru
gözümlə görmüşəm,
Gor qəlbimin
içindədir.
Nəşə,
kədər, ölüm, həyat,
Gör,
qəlbimin içindədir.
Kara gəlmir
nə dağ, nə düz,
Alışır
can, qırışır üz.
Əriyirəm
gecə-gündüz,
Qor qəlbimin
içindədir.
Ay
keçdi, illər ötüşdü,
Dərd
gəldi, qəmlə öpüşdü.
Güc yenə
ürəyə düşdü,
Zor qəlbimin
içindədir.
OLMAMIŞDI
İşıq
külçəsiydi kainat onda,
Ulduz
olmamışdı, Ay olmamışdı.
Yaradan
heç nəyi yaratmamışdı,
Dəniz
olmamışdı, çay olmamışdı.
Söz yoxdu
Allahın sözündən əvvəl,
Göz
yoxdu Allahın gözündən əvvəl.
Üz yoxdu
Allahın üzündən əvvəl,
Hər say
hesablanıb say olmamışdı.
İncidən
yaratdı, dürdən yaratdı,
Göydən
naxışladı, yerdən yaratdı.
Allah
insanları nurdan yaratdı,
Nur kimi
dünyaya pay olmamışdı.
YARAMI BOŞ BAĞLA
Ömrün
bu yaşında xəstələnmişəm,
Zəhərdi
bəxtimin barı Turanə.
Yoxdursa
ağzımın dadı, ləzzəti,
Neynirəm
dövləti-varı, Turanə.
Çağırın
Gülxarı yanıma gəlsin,
Varsa
bir qadası canıma gəlsin.
Qonsun arı
kimi sanıma gəlsin,
Baldı
başdan-başa arı, Turanə.
Sən
yaxşı bilirsən haram ağrıyır,
Yoxdu
ağrılarla aram, ağrıyır.
Yaramı
boş bağla, yaram ağrıyır,
Olmasın
irəngim sarı, Turanə.
Yanıma gələndə
gülsün sifəti,
Aytəkin
su versin mənə xəlvəti.
Həkimlər
bu sirri bilməsin qəti,
Sən
ol sirlərimin yarı, Turanə.
SƏN OL
Əlin
şəfalıdı, sözün vəfalı,
Heyranın
olmuşam, heyranım sən ol.
Loğman
yüz illərdi köçüb dünyadan,
Ən
böyük həkimim, loğmanım sən ol.
Təbibim,
loğmanım, dostum, Mirhəşim,
Doğur
sən gələndə ayım, Günəşim.
Gərək
xəstəliklə özüm güləşim,
Dərd
məndə olsa da, dərmanım sən ol.
Sağlam ol,
möhkəm ol, dərin him kimi,
Ötsün
ürəyimdə eşqin sim kimi.
Özün
şahlıq elə bir həkim kimi,
Hökmüm,
ehtiramım, fərmanım sən ol.
Zəlimxan Yaqubun
525-ci qəzet.- 2012.- 9 noyabr.- S.22.