Müəllim
hazırlığı: müasir standartlar və günün
tələbləri
Son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilib və onun ölkənin üç ali pedaqoji təhsil müəssisəsində eksperiment şəklində tətbiqinə başlanılıb. Yeni kurikulumda praktik müəllim hazırlığını təmin edən fənlərin sayı artırılıb və müəllim hazırlığına yeni yanaşmaları əks etdirən “Təhsilin əsasları” adlı fənnin tədrisi həyata keçirilib. Bu fənnin tətbiq edilməsi haqqında qərar Azərbaycanda müəllim hazırlığı məsələlərinin təhlilinə və müəllim hazırlığına dair müasir dünya təcrübəsinə əsaslanaraq qəbul edilib. Artıq eksperiment şəklində tədrisinə başlanılan “Təhsilin əsasları” fənnində nəzərdə tutulan məqsədlərə nail olunması, vəzifələrin yerinə yetirilməsi və təlim nəticələrinin əldə edilməsi üçün təlimin təşkili məsələləri də xüsusi əhəmiyyətə malikdir.
Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, müəllimlər diqqətlərini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə də öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar: “Bir çox müəllimlər belə hesab edirlər ki, onlar yaxşı müəllimlərdir, çünki onlar müxtəlif metodlardan istifadə edirlər. Əlbəttə, müəllimlər müxtəlif metodlardan istifadə edə bilərlər. Lakin əgər istifadə edilən metodlar öyrənmə prosesinə yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım deyil. Müəllimlər tədricən öyrənmə prosesinə yenilik gətirməyən ənənəvi metodlardan əl çəkməli və mümkün qədər yeni metodlar axtarmalıdırlar”. M.Mərdanov deyib ki, 2007-ci ildə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” Nazirlər Kabineti tərəfindən təsdiq edilib və müəllim hazırlığı sahəsində dövlət siyasəti müəyyənləşdirilib. Təhsil Nazirliyinin müvafiq əmri ilə üç ali təhsil müəssisəsinin bakalavr pilləsində “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər treninqlərə cəlb edilib və həmin ilin sentyabrından ilkin müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan pilot layihə ali təhsil müəssisəsində tətbiq olunmağa başlanılıb: “Artıq iki ildir ki, hər semestr başlamazdan əvvəl Pedaqoji Universitet, Müəllimlər İnstitutu və onun filialları, Gəncə Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimləri müvafiq kurslara cəlb edilir. Bu mərhələdə əvvəlki üç semestrdə auditoriya şəraitində öyrənilmiş məsələlərin məktəb şəraitində praktikadan keçirilməsi nəzərdə tutulmuşdur. “Təhsilin əsasları” fənninin “Məktəbin idarə edilməsi və təlimin təşkilinin metodologiyası və praktikası” bölməsi bu baxımından xüsusi əhəmiyyət daşıyır: “Təcrübə zamanı əvvəlcə, məktəbdə mövcud vəziyyətin araşdırılması nəzərdə tutulmuşdu. Bu mərhələdə məktəbin yerləşdiyi yer, şagirdlərin sayı, şagirdlərin sosial vəziyyəti, onların valideynlərinin təhsil səviyyəsi araşdırılmalı idi. Eyni zamanda, məktəb rəhbərliyinin aparılan islahatlarla bağlı məlumatlılıq səviyyəsi və ona münasibəti, məktəb rəhbərliyinin məktəbin idarə edilməsində əldə rəhbər tutduğu prinsiplər, eləcə də məktəbdə kollektiv üzvlərinin qarşılıqlı münasibətləri və əməkdaşlığının səviyyəsinin tədqiq edilməsi planda vardı. Məktəbin maddi-texniki bazası, təhsilin səviyyəsinin də tədqiqi məktəbdə mövcud vəziyyətin araşdırılması baxımından əhəmiyyətli məsələlər hesab edilir”.
Nazirin dediyinə görə, növbəti mərhələdə Təhsil Nazirliyinin müvafiq sənədlərindən və Təhsil Sahəsində İslahat Layihəsinin fəaliyyət planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə tərtib edilən məktəb şurasının, məktəb direktorunun, direktor müavinlərinin, metodbirləşmə sədrinin və sinif müəllimlərinin fəaliyyət planları, onların icrası yolları, icra müddətinin araşdırılması həyata keçirilib. Əlaqəlilik və varisliyin gözlənilməsilə fəaliyyət planlarında kurikulum islahatı, müəllimlərin ixtisasartırmaya cəlbi, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni tədris materialları və texniki avadanlıqlardan istifadə, kitabxanadan istifadənin səmərəliliyinin yüksəldilməsi kimi mühüm məsələlərin tətbiqinin məktəb sənədlərində nəzərə alınması vəziyyəti məktəbdə bu istiqamətdə aparılan işlərin səviyyəsi haqqında kifayət qədər məlumat əldə etməyə imkan verib. Təhsil naziri vurğulayıb ki, təcrübə müddətində həm də sinifdə mövcud vəziyyət araşdırılıb. Şagirdlərin fiziki və fizioloji sağlamlığı, idrak səviyyəsi, mənəvi-psixoloji vəziyyəti, sosial vəziyyəti, hazırlıq səviyyəsi, maraq və ehtiyacları, milli, dini mənsubiyyətlərinin araşdırılması, onlara fərdi yanaşmaq, hər bir şagirdi öyrənmə prosesinə fəal şəkildə cəlb etmək və bununla təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq baxımından çox əhəmiyyətlidir: “Təcrübə müddətində “Şagirdin məlumat kartı” hazırlanıb. Sonda sinifdə mövcud vəziyyət haqqında kifayət qədər məlumatlı təcrübəçilər müxtəlif qruplara ayrılmaqla müəllimin plan-proqramı üzrə ardıcıllığı gözləməklə qarşılıqlı dərslər nümayiş etdirilib”.
M.Mərdanov qeyd edib ki, “Təhsilin əsasları” fənninin təlimin təşkilində təlim metodlarında, fənnin məzmun və əsas istiqamət xəttində praktik biliyə, pedaqoji bacarıq və vərdişlərin formalaşdırılmasına üstünlük verilməsi məsələsinə daha çox fikir verilməlidir: “Həmçinin təlim metodlarında, fənnin məzmun və əsas istiqamət xəttində praktik biliyə, pedaqoji bacarıq, vərdişlərin formalaşdırılması üstün tutulmalıdır. Müəllimlər diqqətini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə də öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar. Nəzərə almaq lazımdır ki, “Təhsilin əsasları” fənni sosioloji, psixoloji, tarixi və fəlsəfi əsaslara deyil, daha çox təhsilə, sinifdə baş verən proseslərə istinad etməlidir. Məsləhətləşmə, qarşılıqlı əlaqə və müzakirə proseslərinə həvəs yaradılmasına gəlincə, müəllimlər bir faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə şagirdləri özləri öyrəndikləri metodlarla öyrətməyə meyil göstərəcəklər. Müəllimlər məsləhətləşmə, qarşılıqlı əlaqə, müzakirə etməklə müəyyən nümunələr yarada bilərlər. Nəticədə tələbələr sual vermək, tənqid etmək və s. üsullarla öyrənməyə çalışırlar və gələcəkdə də öz fəaliyyətlərində bu metodlardan istifadə etməyə səy göstərirlər. Öyrənənlərin başa düşməsinə kömək etmək müəllimlərin qarşısında duran ən vacib məsələlərdən biridir. Müəllimlər öyrənənlərə sadəcə olaraq fənn haqqında bilikləri ötürməklə deyil, biliklərin mahiyyətini başa düşməkdə kömək etməlidirlər. Öyrənənlərə izah edilməlidir ki, onlar əzbərçiliyə deyil, biliklərin mahiyyətini başa düşməyə səy göstərməlidirlər. Əgər öyrənənlərə başa düşməkdə köməklik göstərilməzsə, onlar öz biliklərini müstəqil şəkildə tətbiq etməkdə çətinlik çəkirlər və buna maraq göstərmirlər. Müəllimlər bu məsələlərə dair nümunələr hazırlamalıdırlar. Öyrənmə prosesində öyrənənlərə kömək etmək üçün digər tərəflərlə məsləhətləşmələrin aparılması: Məlumdur ki, təhsil prosesinə bir çox insanlar qoşulmuş olur. Öyrənmə prosesini daha səmərəli etmək üçün müəllimlər daim bu insanlarla məsləhətləşmələr aparmalıdırlar. Tədris prosesinin inkişafının bir hissəsi kimi eksperiment aparılması və bu prosesin dəstəklənməsi: ümumiyyətlə götürdükdə tədrisin keyfiyyətli olması və tədris prosesinin inkişaf etdirilməsi müəllimlərin apardığı eksperimentlər sayəsində mümkün olur. Eksperimentlər aparmaq heç də o demək deyildir ki, müəllimlər tədris prosesində hər hansı bir ekstremal fəaliyyət növü göstərməlidirlər. Sadəcə olaraq onlar öz işlərini digərləri ilə birgə müzakirə etməli, öyrənənlər haqqında müxtəlif məlumatlar torlamalı və müxtəlif yanaşma metodları axtarmağa cəhd etməlidirlər. Yaxşı olar ki, yeni ideya barəsində ilk əvvəl öyrənənlərin özləri ilə məsləhətləşmələr aparılsın. Tədris prosesi zamanı yaranan çətinliklərin aradan qaldırılması. Müəllimlər tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmalıdırlar. Bu barədə digər təcrübəli müəllimlərlə müzakirələrin aparılması da faydalı olar. İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi. Tələbələrin irqindən, dini mənsubiyyətindən, mədəniyyətindən, etnik tərkibindən, cinsindən, əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən asılı olmayaraq hamı üçün inklüziv təhsil imkanları yaradılmalıdır. Tələbələr inklüziv təhsil yanaşmaları ilə bilavasitə auditoriyada əyani formada tanış olmalıdırlar. Müəllimlər başa düşməlidir ki, öyrənənlərin dəstəklənməsi sadəcə olaraq texniki məsələ deyil, etik məsələdir. Öyrənmə prosesində öyrənənlərə qayğı göstərmək müəllimlərin mənəvi borcudur. Texniki yanaşmada müəyyən mövzu haqqında bilik verilir, öyrənmə və dərketmə məsələsinə bir o qədər də diqqət göstərilmir.
Öyrənənlərdə özünüqiymətləndirmə və özləri haqqında mühakimə yürütmək hissinin formalaşdırılması: Öyrənənlərin öyrənmə prosesinə dəstək olmaq üçün dərs prosesində müxtəlif dəyişkən yanaşmalardan istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən xarakterlidir və tədrisdə dəyişikliklər edilməsi yalnız dəyişikliklər naminə deyil, öyrənənlər üçün geniş imkanlar yaradılması məqsədilə edilməlidir”.
M.Mərdanovun sözlərinə əsasən, müəllimlər tələbələri qrup halında və yaxud digər üsullarla diskussiya aparmağa həvəsləndirməlidirlər: “Belə diskussiyalar nəticəsində tələbələr bir-birindən çox şey öyrənə bilərlər. Yaxşı olar ki, tələbələr “təbii öyrənmə” forması hesab edilən diskussiyalarda həvəslə iştirak etməyə cəlb edilsinlər. Belə diskussiyalarda siz diskussiya mövzusunu kurikulumda nəzərdə tutulmuş mövzulara yönəltməyə cəhd edilməlidir.
Tələbələrin qarşısında dayanaraq uzun müddət danışmaq lazım deyil. Müəllimlərin bu şərtə əməl etmələri xüsusilə vacibdir. Müəyyən mövzuları şagirdlərə təqdim etməyə çox vaxt ayırmamalı və şagirdlərdən də müəyyən mövzuları danışmaq üçün çox vaxt sərf etməkləri tələb edilməməlidir. Yaxşı olar ki, onların eksperiment aparmasına və müstəqil düşünüb nəticə çıxarmasına şərait yaradılsın. Əgər onlar özləri düşünüb müstəqil nəticə çıxararkən yanlışlıqlara yol verirlərsə, onlara istiqamət verilməli və ya düşünüb nəticə çıxarmaq üçün digər bir mövzu təklif edilməlidir. Öyrənənlərlə çox da yumşaq rəftar etməyə ehtiyac yoxdu. Özləri düşünüb nəticə çıxarmaq üçün tənbəllik edən tələbələri müəllimlər heç vaxt qəbul etməməli və onlara başa salmalıdırlar ki, gələcəkdə yaxşı müəllim olmaq üçün onlar indidən düşünüb nəticə çıxarmaq vərdişləri əldə etməlidirlər. Müəllimlər heç vaxt başqasının işindən üzü köçürülmüş və redaktə edilməmiş yazılı işləri qəbul etməməlidirlər. Onlar belə tələbələrdən bu işi yenidən etməyi xahiş etməlidirlər. Əgər bu işə laqeyd yanaşsalar, tələbələr də öz gələcək fəaliyyətlərində onların etdiyi kimi, laqeyd olacaqlar”.
Nazirin sözlərinə əsasən, “Təhsilin
əsasları” fənninin təlimin təşkilində bəzi
məsələlərə daha çox fikir verilməlidir. Məsələn,
təlim metodlarında, fənnin məzmun və əsas istiqamət
xəttində praktik biliyə,
pedaqoji bacarıq və vərdişlərin
formalaşdırılmasına üstünlük verilməlidir:
“Müəllimlər diqqətlərini şəxsiyyətyönümlü
tədris üzərində cəmləşdirməzdən əvvəl
öyrənənlərin özlərinə də öyrənmə
prosesində olan şəxs kimi yanaşmalıdırlar. Bir çox müəllimlər belə
hesab edirlər ki, onlar yaxşı müəllimlərdir,
çünki onlar müxtəlif metodlardan istifadə edirlər.
Əlbəttə, müəllimlər müxtəlif
metodlardan istifadə edə bilərlər. Lakin əgər
istifadə edilən metodlar öyrənmə prosesinə
yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım
deyil. Müəllimlər tədricən öyrənmə
prosesinə yenilik gətirməyən ənənəvi
metodlardan əl çəkməli və mümkün qədər
yeni metodlar axtarmalıdırlar. Nəzərə almaq
lazımdır ki, “Təhsilin əsasları” fənni sosioloji,
psixoloji, tarixi və fəlsəfi əsaslara deyil, daha çox təhsilə, sinifdə
baş verən proseslərə
istinadlanmalıdır. Məsləhətləşmə,
qarşılıqlı əlaqə və müzakirə
rroseslərinə həvəs yaradılması. Müəllimlər
bir faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə
şagirdləri özləri öyrəndikləri metodlarla
öyrətməyə meyil göstərəcəklər.
Müəllimlər məsləhətləşmə,
qarşılıqlı əlaqə, müzakirə etməklə
müəyyən nümunələr yarada bilərlər. Nəticədə
tələbələr sual vermək, tənqid etmək və
sair üsullarla öyrənməyə
çalışırlar və gələcəkdə də
öz fəaliyyətlərində bu metodlardan istifadə etməyə
səy göstərirlər. Öyrənənlərin başa
düşməsinə kömək etmək müəllimlərin
qarşısında duran ən vacib məsələlərdən
biridir. Müəllimlər öyrənənlərə sadəcə
olaraq fənn haqqında bilikləri ötürməklə
deyil, biliklərin mahiyyətini başa düşməkdə
kömək etməlidirlər. Öyrənənlərə
izah edilməlidir ki, onlar əzbərçiliyə deyil, biliklərin
mahiyyətini başa düşməyə səy göstərməlidirlər.
Əgər öyrənənlərə başa düşməkdə
köməklik göstərilməzsə, onlar öz biliklərini
müstəqil şəkildə tətbiq etməkdə
çətinlik çəkirlər və buna maraq göstərmirlər.
Müəllimlər bu məsələlərə dair
nümunələr hazırlamalıdırlar. Öyrənmə
prosesində öyrənənlərə kömək etmək
üçün digər tərəflərlə məsləhətləşmələrin
ararılması. Məlumdur ki, təhsil prosesinə bir
çox insanlar qoşulmuş olur. Öyrənmə prosesini
daha səmərəli etmək üçün müəllimlər
daim bu insanlarla məsləhətləşmələr ararmalıdırlar. Tədris prosesinin
inkişafının bir hissəsi kimi eksperiment ararılması və bu
prosesin dəstəklənməsi. Ümumiyyətlə
götürdükdə tədrisin keyfiyyətli olması və
tədris prosesinin inkişaf etdirilməsi müəllimlərin
arardığı eksperimentlər sayəsində
mümkün olur. Eksperimentlər aparmaq heç də o demək
deyildir ki, müəllimlər tədris prosesində hər
hansı bir ekstremal fəaliyyət növü göstərməlidirlər.
Sadəcə olaraq onlar öz işlərini digərləri ilə
birgə müzakirə etməli, öyrənənlər
haqqında müxtəlif məlumatlar toplamalı və
müxtəlif yanaşma metodları axtarmağa cəhd etməlidirlər.
Yaxşı olar ki, yeni ideya barəsində ilk əvvəl
öyrənənlərin özləri ilə məsləhətləşmələr
aparılsın”.
Tədris
prosesi zamanı yaranan çətinliklərin aradan
qaldırılması məsələsinə gəlincə
M.Mərdanov bildirib ki, müəllimlər
tədris prosesində yaranan çətinlikləri aradan
qaldırmaq üçün yollar axtarmalıdırlar. Bu barədə
digər təcrübəli müəllimlərlə
müzakirələrin aparılması da faydalı olar:
“İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi.
Tələbələrin irqindən, dini mənsubiyyətindən,
mədəniyyətindən, etnik tərkibindən, cinsindən,
əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən
asılı olmayaraq hamı üçün inklüziv təhsil
imkanları yaradılmalıdır. Tələbələr
inklüziv təhsil yanaşmaları ilə bilavasitə
auditoriyada əyani formada tanış olmalıdırlar. Müəllimlər
başa düşməlidir ki, öyrənənlərin dəstəklənməsi
sadəcə olaraq texniki məsələ deyil, etik məsələdir.
Öyrənmə prosesində öyrənənlərə
qayğı göstərmək müəllimlərin mənəvi
borcudur. Texniki yanaşmada müəyyən
mövzu haqqında bilik verilir, öyrənmə və dərketmə
məsələsinə bir o qədər də diqqət
göstərilmir. Öyrənənlərdə
özünüqiymətləndirmə və özləri
haqqında mühakimə yürütmək hissinin
formalaşdırılması. Öyrənənlərin
öyrənmə prosesinə dəstək olmaq
üçün dərs prosesində müxtəlif dəyişkən
yanaşmalardan istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən
xarakterlidir və tədrisdə dəyişikliklər edilməsi
yalnız dəyişikliklər naminə deyil, öyrənənlər
üçün geniş imkanlar yaradılması məqsədilə
edilməlidir”.
M.Mərdanov
deyir ki, “Təhsilin əsasları” fənni ilə inteqrasiya
olunmuş pedaqoji təcrübə təcrübə müddətinin
sonunda şagirdlər məktəb, məktəb qaydaları,
məktəb kollektivi, təlim-tədris prosesləri
haqqında məlumatlar əldə edirlər, məktəb
mühitinə uyğunlaşaraq özlərini gələcək
müəllim kimi hiss edirlər, uşaqlar haqqında,
onların evdə və kənar yerlərdə, ilk dəfə
düşdüyü mühitdə keçirdikləri hiss və
həyəcanlar haqqında biliyə malik olurlar.
Uşaqların məktəb və müəllimlər
haqqında düşüncələrini öyrənirlər,
verilən biliyin praktik istiqamətinə üstünlük
verməyi öyrənirlər, öyrətmənin müxtəlif
strategiyaları ilə tanış olurlar. Öyrətmədə
oyunun rolunu və əhəmiyyətini dərk edirlər, təlimdə
səmərəli ünsiyyət prosesinin
yaradılmasının vacibliyini dərk edirlər, inklüziv
təhsilin özəlliklərini başa düşürlər və üsullarını mənimsəyirlər,
uşaqların öz hüquqlarını bilmələrinin əhəmiyyətini
dərk edirlər. Təhsili və pedaqoji fəaliyyəti tənzimləyən
normativ-hüquqi sənədlərlə tanış olur, bu sənədlərlə
işləmək üzrə bacarıq və vərdişlər
əldə edirlər, müəllimlər üçün
standartların əhəmiyyətini dərk edirlər. Müəllimin
peşəkarlıq səviyyəsinin inkişafını
davamlı bir proses kimi dərk edirlər, peşəkarlıq
səviyyəsinin inkişafı yolları ilə tanış
olub onları öz gələcək fəaliyyətlərində
tətbiq edə bilirlər, liderlik qabiliyyətinin inkişaf
etdirilməsinin yollarını mənimsəyirlər, məktəbin
və tədris prosesinin təkmilləşdirilməsində
müəllimin rolunu başa düşürlər. Fənnin
tədrisində innovasiyaların və
yaradıcılığın vacibliyini dərk edirlər, təlim
prosesinin iştirakçıları arasında
qarşılıqlı fəaliyyəti – öyrənmə və
idrak fəaliyyətini səmərəli təşkil etməyi, idrak prosesinin səmərəliliyini
yüksəltməyə təsir edən amilləri vahid bir məqsədə
yönəltməyi, sinfin idarə olunmasına verilən tələbləri
praktiki fəaliyyətdə tətbiq etməyi, müəllim-şagird
münasibətlərini qarşılıqlı hörmət,
tələbkarlıq və digər standartlar əsasında
qurmağı, şagird yaradıcılığını dəstəkləməyi
və inkişaf etdirməyi, bu məqsədlə müxtəlif
təqdir etmə və rəğbətləndirmə
metodlarından istifadə etməyi, sinifdə müsbət
öyrənmə mühiti yaratmağı bacarırlar. Məktəbdaxili
intizam, geyim və davranış qaydalarına müvafiq olaraq
fəaliyyət göstərməyi, müəllimlərlə
və şagirdlərlə münasibətlər
qurmağı, məsləhətçi müəllimlərə,
metodiki birləşmələrin rəhbərlərinə
yanaşmağı, onlardan faydalı məsləhətlər
almağı, tədris prosesini uğurla qurmağı,
şagirdlərin biliyini və özlərinin tədris təcrübəsini
qiymətləndirməyi bacarırlar. Dərsi
planlaşdırmağın səmərəli yollarını
və dərsin ayrı-ayrı
mərhələlərində nə etmək lazım
olduğunu bilirlər, münasib tədris materiallarını
seçməyi bacarırlar, öyrənmə prosesində
sinfin tərtibatının əhəmiyyətini dərk edirlər,
dərsin xüsusiyyətindən asılı olaraq sinifdəki
mebellərin və digər avadanlıqların
düzülüşünü dəyişdirməyi
bacarırlar, sinifdə müxtəlif texnologiyalardan istifadə
etməyi bacarırlar, qiymətləndirmənin mahiyyətini
və şagird nailiyyətlərinə nəzarətin prinsiplərini
mənimsəyir və tətbiq edə bilirlər. Azərbaycanda
şagird nailiyyətlərinin qiymətləndirilməsinin
yeni modeli ilə ənənəvi qiymətləndirmə modelini müqayisə etməyi,
obyektiv və ədalətli qiymət verməyi bacarırlar,
şagirdin məktəbdənkənar fəaliyyətinə nəzarət
etməyi və onu təşkil etməyi bacarır, məktəbdənkənar
fəaliyyətin səmərəsini artırmaq
üçün hansı tapşırıqlar verməyin
xüsusiyyətlərini bilirlər, təhsil tədqiqatları
və onların növləri haqqında biliklər əldə
edirlər. Tədqiqat prosesinin planlaşdırılması,
icrası, monitorinqi və qiymətləndirilməsi üçün bacarıq və vərdişlər
əldə edirlər, ənənəvi didaktik sistemlərin
sürətlə inkişaf edən həyatın tələblərinə
cavab verməməsinin səbəblərini anlayırlar, Azərbaycanda
yeni kurikulumların hazırlanma zərurətini dərk edirlər,
kurikulumun hazırlanması və tərtibi üzrə
bacarıqlar əldə edirlər, fənyönümlü və
şəxsiyyətyönümlü kurikulumun mahiyyətini
anlayır, onların oxşar və fərqli cəhətlərini
müqayisə etməyi bacarırlar. Məktəbdə idarəetmə
fəaliyyətinin müxtəlif formaları ilə
tanış olurlar, məktəbdə metodik işin təşkilinin
əsas yollarını öyrənirlər”.
Təhsil
naziri vurğulayıb ki, pedaqoji təcrübənin VIII
semestrdə 12 həftə ərzində fasiləsiz olaraq həyata
keçirilən mərhələsi yekun mərhələdir
və onun əsas məqsədi təcrübəçi tələbə
tərəfindən onun gələcəkdə tam ştatlı müəllim və
sinif rəhbəri kimi fəaliyyət göstərə bilməsi
üçün bilik, bacarıq və vərdişlərin əldə
edilməsidir. Bu mərhələdə əvvəlki semestrlərdə
əldə edilmiş bilik, bacarıq və vərdişlərin
inkişaf etdirilməsi ilə yanaşı, bəzi vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulur. Müəllimə
xas olan əsas peşə funksiyalarını yerinə yetirmək
üçün kompleks bacarıqların əldə edilməsi,
pedaqoji fəaliyyətin tam elmi mənzərəsini əks
etdirən bacarıq və vərdişlərin
formalaşdırılması, yeni pedaqoji təfəkkürün
formalaşdırılması, təlim-tərbiyə proseslərini
müvəffəqiyyətlə həyata keçirmək
üçün peşə bilik və
bacarıqlarının formalaşdırılması.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2012.- 9 noyabr.- S.14-15.